Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

 
70
Əksinə, «mart günlərindən sonra, azərbaycanlılar artıq 
muxtariyyətdən deyil, ayrılmaqdan danışır, və öz ümidlərini rus inqilabına 
yox, Türkiyənin köməyinə bağlayırdılar.»
1
  
Faciəli Mart qırğınından sonra Bakıda yerləşən Müsəlman Milli 
Şurası və azərbaycanlıların digər siyasi təşkilatları müvəqqəti olaraq Gəncəyə 
və Tiflisə köçmək məcburiyyətində qaldılar. Azərbaycanın müxtəlif 
ərazilərində daşnakların törətdikləri vəhşiliklərin dalğaları tədricən Gəncə və 
onun ətraf yerlərində də hiss olunmağa başlayırdı.  
Əslində  Gəncə  və onun ətraf  ərazilərində azərbaycanlıların 
qırğınlarını həyata keçirmək üçün Bakının «bolşevik» daşnakları ilə Qarabağ 
erməniləri əl-ələ verməli, qüvvələrini vahid məqsədə yönəltməli idilər. Daha 
doğrusu, daşnaklar Göyçayı, Yevlaxı, Goranboyu zəbt etdikləri vaxt Qarabağ 
erməniləri də  cənubdan Gəncə istiqamətində öz planlarını  həyata 
keçirəcəkdilər. Hətta o vaxtlar Azərbaycan demokratik qüvvələrinin 
məqsədinin lağa qoyan daşnak lideri S.Şaumyan və digər erməni liderləri 
mətbuat səhifələrində azərbaycanlılara rişxəndlə bildirirdi ki, «Siz 
muxtariyyət deyil, xarabazar alacaqsınız». S.Şaumyan və onun əlaltıları 
bunula demək istəyirdilər ki, azərbaycanlılar öz ulu torpaqlarında heç vaxt nə 
milli dövlət yarada biləcək, nə də Qafqazda muxtariyyət əldə edəcəklər. 
Erməni daşnaklarının niyyətləri çox dərin qatlarda Azərbaycanı 
erməniləşdirmək arzusu ilə bağlı idi. Belə ki, 1918-ci ilin aprelində  təşkil 
olunmuş Bakı quberniyası Xalq Komissarları Sovetinin rəhbərləri nəinki 
Azərbaycanın türk xalqına öz müqəddəratını  təyin etmək hüququnu  rəva 
görmür, hətta başçıları S.Şaumyan «Azərbaycan» sözünü qəbul etməkdən 
imtina edirdi. Əmiryanın redaktoru olduğu «Bakinski raboçi» qəzeti bu sözü 
məsxərəyə qoymaqdan belə çəkinmirdi. «Bakı və Bakı quberniyasında milli 
qüvvələrə divan tutduqdan sonra, Bakı Soveti özünün əsasən erməni hərbi 
hissələrindən ibarət olan dəstələrini Gəncəyə hücuma hazırlayırdı.
2
  
Ermənilərin Bakıda törətdikləri vəhşiliklər tədricən Azərbaycanın 
digər bölgələrində də təkrar olundu.  
M.Ə.Rəsulzadə «Azərbyacan Cümhuriyyəti» kitabında erməni 
daşnaklarının o vaxtkı  əməlləri barədə yazır: «Şamaxının düçar olduğu 
təcavüzə  Lənkəran, Salyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza,  şəhər və 
qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər  əsasında yaxılan xanimanların, 
                                                           
1
 Qafqaz Azərbaycanı Respublikası, Paris, 1919, səh. 21. 
2
 «Azərbaycan» qəzeti, № 11, 1993. 


 
71
qıyılan irz və namusların, kəsilən qarı qocaların, yağmaya gedən mal və 
məvaşinin təsviri qeyri-qabili təsəvvür bir faciə təşkil edir.»
1
  
Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası  əsasən ermənilərdən 
ibarət bolşevik silahlı  dəstələrini Hacıqabul, Kürdəmir və Göyçay, eləcə  də 
Salyan və 
Lənkəran istiqamətlərinə göndərərək, yerli əhalini - 
azərbaycanlıları qırmaq barədə göstərişlər hazırlamışdı. 
Bakı Komissarları Sovetinin rəhbəri  Şaumyanın başçılıq etdiyi 
bolşevik təşkilatları azərbaycanlılarla öz milli haqq-hesablarını bolşevizm 
pərdəsi altında çəkən daşnak  şovinistləri ilə dolmuşdu.
2
   Şamaxı  və Göyçay 
istiqamətində göndərilən erməni silahlı  dəstələrinə  S.Şaumyanın  ən yaxın 
dostları Stepan Lalayan və Tatevos Əmirov başçılıq edirdilər.  
Gəncədə azərbaycanlıların kütləvi qırğınlarını  təşkil etmək üçün 
ermənilər çox böyük hazırlıq işləri aparırdılar. 
Məsələn, V.İ.Leninin tövsiyəsi və himayədarlığı ilə Bakıya xüsusi 
səlahiyyətlə fövqəladə bolşevik komissarı  təyin olunan S.Şaumyan Bakı 
Sovetinin sədri kimi belə bir göstəriş verdi ki, Bakıda olduğu kimi, Gəncədə 
də  hərbi alayların ixtiyarında olan bütün silahlar ermənilərin  əllərində 
cəmləşdirilsin. 
Əslində o vaxtlar Zaqafqaziya Seymi belə bir qərar çıxarmışdı ki, 
Gəncədə yerləşən 216-cı  və Bakıda yerləşən 219-cu alaylar özlərinin bütün 
silahlarını  və sursatlarını müvafiq olaraq yeni yaradılan Gəncə  və Bakı 
müsəlman alaylarına versinlər. Amma ermənilər bu işə heç cür yol vermək 
istəmirdilər. Onlar hər cür hiylə  və üsuldan istifadə edərək 216 və 219-cu 
alayların silahlarını öz əllərinə keçirməyə müvafiq olmuşdular. 
Gəncədə ermənilərin bu hərəkətləri çox böyük narazılıqlara səbəb 
olmuşdu. Azərbaycanlılarla ermənilər arasında qanlı toqquşmalar başlandı. 
Vəziyyətin getdikcə  ağırlaşması  həm Bakıda, həm də Tiflisdə ciddi 
narahatlıq doğurdu. Yaranmış  gərginlikdən çıxış yolu tapmaq məqsədilə 
Zaqafqaziya Seymindən müsəlman və erməni milli şuralarından, habelə 
«Müsavat» partiyasından səlahiyyətli nümayəndələr Gəncəyə göndərildi. 
Danışıqlardan sonra azərbaycanlılar Milli Ordunun yaradılması  işində xeyli 
fəallıq göstərdilər. Ermənilərin hər cür maneçiliklərinə, fitnə-fəsadlarına 
baxmayaraq qısa müddət ərzində həm Gəncədə, həm də Azərbaycanın digər 
yerlərində milli ordunun yaradılması sahəsində bir sıra konkret işlər görüldü. 
                                                           
1
 Rəsulzadə M.Ə., Azərbaycan Cümhuriyyəti, Bakı, 1990, səh. 37. 
2
 Təbrizli Əhməd, Dağlıq Qarabağ tarixi və ona dair sənədlər, 1-ci cild, Stasburq, 
1989. 


 
72
Bütün bu məsələlərin müqabilində ermənilər həm gizlicə, həm də 
aşkar çoxlu əks-tədbirlərə  əl atırdılar. Daha doğrusu, daşnaklar xəlvətcə öz 
işlərini görürdülər. Həştərxandan, Krasnovodskdan gələn ermənilər bu 
bəhanə ilə Bakıda saxlanırdılar ki, guya müsəlmanlar yollarda onlara hücum 
edirlər.  İrandan və Krasnovodskdan paroxodlarda Şura hökuməti adına 
gətirilən mühümmati-hərbiyyə  və qeyri şeylər daşnakların  əlinə keçirdi. Bu 
şeylər etibarlı yerlərə yığılırdı. O cümlədən Mantaşovun zavoduna və qeyri 
yerlərə. 
Bunların hamısı ilə  bərabər eyni zamanda Şaumyan və Avakyanın 
fitnəkarlığı sayəsində Şamaxı hadisələri vaqe oldu.
1
  
Şamaxıda ermənilərin törətdikləri vəhşiliklərlə bağlı S.Şaumyanın 
daşnaklara müraciətlə hazırladığı  məktub Gəncə komendantının  əlinə keçir. 
Həmin məktubdan açıq-aydın görünürdü ki, həm Şaumyan, həm də Avakyan 
ən qatı daşnakdırlar. 
S.Şaumyan Bakı Xalq Komissarları Soveti adından 1918-ci ilin iyun 
ayının 6-da ermənilərdən ibarət hərbi hissələrin Gəncə üzərinə hücumu 
barədə əmr hazırlayır və daşnak sərkərdələrinə xüsusi tapşırıqlar verir.  
Şamaxı  şəhərini və onun ətraf kəndlərini viran qoyan, müsəlman 
əhalisini ucdantutma qıran vəhşi daşnaklar Gəncə istiqamətində irəliləməyə 
başlayırlar. Erməni silahlı qüvvələri  əgər Bakıdan  Şamaxıya üç günə gedib 
çıxmışdılarsa, onlar iki gün ərzində Ağsu və Göyçayı da zəbt etməyə imkan 
tapdılar. Vəziyyət çox ağırlaşırdı. Bütünlükdə həm yeni yaradılmış ADC-nin, 
həm də bir millət kimi azərbaycanlıların taleyi məsələsi ortaya çıxmışdı. 
Faciənin qarşısını almaq üçün qəti tədbirlər görmək vaxtı çatmışdı. Həmin 
günlər barədə qocaman müəllim M.F.Axundovun xatirələri çox maraqlıdır. O 
yazır: «Bu vaxt bizim milyonçular İrana müraciət edib kömək istəyirlər. İran 
isə ancaq üçüncü müraciətdən sonra cavab verir ki, biz sizin daxili işinizə 
qarışmırıq. Bundan sonra H.Z.Tağıyev Türkiyəyə,  Ənvər paşaya müraciət 
edir.  Ənvər paşa dərhal  İstanbul müdafiəsindən seçmə türk diviziyalarını 
çıxarıb Azərbaycana köməyə göndərir. Bu zaman Tovuzda atamgil 
qiymətdən ağır, çəkidən yüngül əşyaları  yığıb, qaçmağa hazırlaşırlar. Bir 
azdan xəbər çatır ki, türklər eşelonla köməyə gəlirlər. Atamgil əllərində duz-
çörək, gözlərində yaş türkləri qarşılamaq üçün vağzala çıxırlar. 
Türk diviziyaları Göyçayda ermənilərin qarşısını  kəsir, onları qova-
qova Bakıya daxil olur. Hər stansiyada bir zabit, 5-6 əsgər qoyurlar ki, yerli 
azərbaycanlılardan özünü müdafiə dəstələri yaratsınlar. 
                                                           
1
 «Azərbaycan» qəzeti, 31 mart 1919-cu il. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə