Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   2   3   4   5   6   7   8   9   ...   63

 
14
aparır. İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini təklif edir.  
1769-cu ildə Həştərxan  ermənisi Movses Safarov  saraya layihə təqdim edir. 
O, layihədə rus ordusunun köməyi ilə "Ermənistanı azad etməyi"  və 
Rusiyanın himayəsində dövlət qurmağı  təklif etmişdi. Müharibədən sonra
1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı  İosif Arqutinski  
(Hovsep Arqutyan) və Moskva varlısı  İvan Lazarev  (Hovhannes Lazaryan) 
Rusiya hökumətinin nümayəndələri ilə danışıqlar aparırlar ki, Osmanlı 
Türkiyəsi və  İran sərhədlərinin kəsişdiyi  ərazilərdə erməni dövləti 
yaratsınlar. Rusiya çarı bu ölkələrə hərbi yürüş etməyi planlaşdırır. Ermənilər 
danışıqlara rus sərkərdəsi A.V. Suvorovu cəlb edirlər. Suvorov isə "onların 
dövlətlərini bərpa etmək niyyətində olduqları" haqda ermənilərə  və"d 
vermişdi.

Lakin 1796-cı ildə başlanan bu yürüş sonralar tə"xirə salınmış, II 
Yekaterinanın ölümü bu layihənin həyata keçirilməsinə mane olmuşdu. Qeyd 
etdiyimiz kimi, Ermənilər öz dövlətlərini qurmaq üçün hər cür vasitələrə  əl 
atır, hətta hədiyyə adı altında rus çarlarına rüşvət belə verirdilər. Bununla 
onlar saray əyanlarının etimadını qazanır, hökumətin müxtəlif 
strukturlarında, xüsusən də  hərbi sahədə öz nümayəndələrini yerləşdirməyə 
nail olurdular.        
1747-ci ildə Nadir şaha sui-qəsd edildikdən sonra, ona məxsus 
qiymətli qaş-daşları vaxtilə şahın sarayına yol tapmış erməni Lazar oğurlayır. 
Hazırda Moskvada "Silahlar palatasında"  saxlanan, həcminin böyüklüyünə 
və saflığına görə diqqəti cəlb edən çox qiymətli brilyant daş Nadir şahın 
xəzinəsindən oğurlandıqdan 10-15 il sonra Həştərxana gətirilmiş, sonralar isə 
Sankt-Peterburqda yaşayan erməni zadəganı  Şafrasın  əlinə keçmişdi. 
Şafrasdan həmin brilyantı kollej müşaviri Lazarevin vasitəçiliyi ilə çox ucuz 
qiymətə (400 min rubla) qraf Q.Orlov xəzinə üçün almışdı  və pasxanın 
birinci günü qırmızı yumurtaya bənzər futlyarın içində imperatriçə II 
Yekaterinaya təqdim etmişdi. Şafrasın qiymətli brilyantı ucuz qiymətə saraya 
satması erməni bicliyi idi. O, bu güzəştin əvəzində imperatriçədən nəsillikcə 
Rusiya zadəganı titulu almışdı. Həmin brilyantın həcmcə nisbətən balaca 
başqa bir tayını isə Tiflis ermənisi knyaz Abamelik şəxsən imperator Pavel 
Petroviçə  hədiyyə etmişdi.  İmperator isə knyaz Abameliki şəxsi səyinə  və 
sədaqətinə görə  səxavətlə mükafatlandırmış, ona Podolsk quberniyasında 
mülk bağışlamış, oğlanlarını qvardiyaya qəbul etmişdi. Sonralar onlardan 
ikisi general rütbəsi, digər üçü isə ştab zabiti rütbəsinə yüksəlmişdilər.
2
  
                                                           
1
 История армянского народа, səh. 171. 
2
 Собрание актов, относяшихся к обозрению истории армянского народа, II 
hissə, М.1838, səh.73. 


 
15
Müxtəlif yollarla yüksək hərbi rütbələr  əldə etmiş ermənilər rus 
qoşunlarının Zaqafqaziyaya yürüşü zamanı ordunun önündə getmiş
Azərbaycanın  Şimal və  Cənub xanlıqlarının işğalında müstəsna rol 
oynamışdılar. Erməni və gürcü zabitlərinin hazırlanmasında Rusiya Nazirlər 
Kabinetinin gürcü və erməni zadəganlarının uşaqlarının kadet korpusuna 
(orta hərbi məktəb)  qəbul edilməsi haqqında 1738-ci il 17 aprel tarixli 
qərarının müstəsna rolu olmuşdu.
1
  
1797-ci il oktyabrın 1-də çarın fərmanı ilə İranlı erməni məliklərinin 
və onların itaətində olan erməni  əhalisinin (2 min nəfər)  çar Rusiyasının 
təbəəliyinə  qəbul edilməsi və onların Qafqaz xətti boyunca yerləşdirilməsi 
qərara alınır.
2
 1799-cu il iyunun 3-də Kartli və Kaxetiya çarı Georgiyə 
ünvanlanan, "Qazax adlanan ərazidə erməni məliklərini və onların itaətində 
olan erməniləri   məskunlaşmaqdan    məhrum    etməmək"  haqda imperator 
I Pavel ali fərman vermişdi.
3
 Rusiyaya  Şərqdə öz istilaçılıq niyyətini həyata 
keçirmək üçün həmin ölkələrdə yaşayan xalqların dilini bilən mütəxəssis-
tərcüməçilər lazım idi. 1798-ci il iyunun 24-də Rusiya Xarici İşlər 
Kollegiyasına fərman verilmişdi ki, tələbələrə çin, mancur, fars, türk və tatar 
dillərini öyrətmək məqsədilə hər il 5000 rubl vəsait xərclənsin.
4
  Bir az əvvəl, 
1797-ci il fevralın 26-da verilən fərmanla isə Xarici İşlər Kollegiyası yanında 
Asiya xalqları ilə iş aparmaq üçün xüsusi Departament yaradılmışdı.
5
  
         Qeyd  etdiyimiz  kimi,  erməni dövləti yaratmaq uğrunda uzun müddət 
gərgin  əmək sərf etmiş din xadimlərindən biri də arxiyepiskop Hovsep 
Arqutyan /İosif Arqutinski Dolqoruki/  olmuşdur. O,  daha bic davranmış, 
özünü Argiştilərin xələfi kimi qələmə vermişdi. Arqutyan həmçinin guya 
erməni çarları zamanı  kəsilən sikkələri və digər 17 ədəd sikkə  və medalları 
imperator I Pavelə hədiyyə edir. Əvəzində imperator 1890-cı il yanvarın 2-də 
ona xeyir-dua verir. Martın 22-də Hovsep Arqutyan knyaz şərəfinə layiq 
görülür, iyulun 28-də Eçmiədzin kilsəsinin ali patriarxı, oktyabrın 30-da isə 
bütün ermənilərin katolikosu təsdiq edilir. Ona imperatorun fərmanı ilə 1000 
rubl həcmində illik maaş  və ömürlük təqaüd təyin edilir. Eçmiədzinə gedib 
çatmaq üçün xüsusi müşayiətçi dəstə və 1000 rubl yol xərci ayrılır.
6
  
                                                           
1
 Yenə orada, səh,  I hissə, М.1833, səh.96. 
2
 Yenə orada, səh.32. 
3
 Yenə orada, səh.33 
4
 Yenə orada, səh.108. 
5
 Yenə orada, səh.107. 
6
 Yenə orada, səh.46-49 


 
16
         İrəvan xanlığı  ərazisində yaşayan oğuz boyları VII-ci əsrdən etibarən 
islam dinini qəbul etməyə başladıqlarından, ermənilər tədricən gəlib 
Eçmiədzin kilsəsinə  və digər kilsələrə sahib çıxmışdılar. Matenadaranda 
saxlanan alqı-satqı  sənədlərinə görə, hələ 1431-ci ildə  Ağqoyunlu Yaqub 
padşahın nümayəndəsi  Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-
Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos 
Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı.
1
  
          Tədricən varlanan erməni kilsəsi və mülkədarları bu minvalla 19-cu 
əsrin  əvvəlində 60-dan artıq qədim oğuz yaşayış  məntəqələrinə sahib 
olmuşdular. 19-cu əsrin əvvəlində Rusiyanın Zaqafqaziyanı işğal etmək üçün 
hərbi əməliyyatlara başlaması İran və Türkiyəni həmin ərazilərdən sıxışdırıb 
çıxarmaq və gələcəkdə erməni dövləti yaratmaq üçün zəmin hazırlamışdı.  
 
                                                           
1
 Мамедов С.А., Азербайджан по источникам XV - первой половины XVIII вв., 
Бакы, 1993, səh.41. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə