Azərbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/63
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32758
1   2   3   4   5   6   7   8   9   ...   63

 
11
özünə himayəçi axtarırdı. Eyni zamanda ermənilər şah sarayına yollar arayır, 
şahın etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar. Erməni tacirləri 
və din xadimlərinin arzuları  tədricən həyata keçirdi. Şah Abbas hətta 
Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə  məşğul olmaq və Avropa 
ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri 
Xoca Səfər adlı bir erməniyə e"tibar etmişdi.
1
  
1608-ci ildə I Şah Abbas Xoca Səfərin başçılığı ilə Avropaya gedən 
nümayəndə heyəti vasitəsilə Roma papasına,  İspaniya kralına, Toskano 
hersoquna və Venetsiya dojuna məktublar göndərmişdi. Toskano hersoqunun 
qəbulunda olarkən Xoca Səfər  şahın məktubundan  əlavə ermənilərin Roma 
papası  və digər Avropa ölkələrinin başçılarına məktubları olduğunu  
bildirmişdi.
2
 Təbii ki, bu məktublarda xristian Avropa ölkələrindən  Şərqdə-
müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə 
götürmələri haqqında xahişlər edilmişdi. 
Daha  əvvələr isə erməni kilsə xadimləri katolikos Stepanos 
Salmastesi (Salmastlı) və Abqar Toxatesinin (Tokatlı) başçılığı ilə müstəqil 
erməni dövləti yaratmaq naminə köməklik göstərmələri üçün Avropaya 
nümayəndə hey"əti səyahət etmişdi. Lakin nə papadan, nə  də  Qərbi Avropa 
dindaşlarından ermənilərin çağırışına məhəl qoyan olmamışdı.
3
 XYII  əsrin 
ortalarında rus dövlətinin öz mövqeyini möhkəmləndirməsi ən yaxın xristian 
ölkəsi kimi erməni kilsəsinin diqqətini daha çox cəlb etməyə başlamışdı. 
Yaxın   Şərqə   maraq dairəsi  baxımından  ermənilərə  ən əlverişli himayəçi 
Rusiya ola bilərdi. 
Rus çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, 
hədiyyə adı altında rüşvət verməklə onları öz tərəflərinə çəkə və nəticədə öz 
istəklərinə nail ola bilərlər. Bu zaman İranla Rusiya arasında ticarət əlaqələri 
əsasən erməni tacirləri vasitəsilə həyata keçirilirdi. Rusiyada İran ipəyi alveri 
ilə məşğul olan Yeni Culfalı Xoca Zakar Sarhadov 1660-cı il avqustun 28-də 
çar Aleksey Mixayloviçə "ermənilərə qarşı xüsusi lütfkarlığına görə"  
qiymətli hədiyyələr gətirmişdi. Bu hədiyyələrdən biri hazırda Moskva 
Kremlinin  "Silahlar  palatasında"  saxlanan "Almaz taxt"dır. Fil 
sümüyündən, qızıl və gümüşdən düzəldilən bu taxt incə  Şərq üslubunda 
işlənmişdir. Onu bəzəmək üçün 987 almaz, 1298 yaqut, 18030 Şərq firuzəsi 
dənəsindən istifadə edilmişdir. Bu hədiyyənin qiyməti o vaxtkı hesabla 
                                                           
1
 Байбуртян В.А., göstərilən əsəri, səh.34. 
2
 Yenə orada, səh.37. 
3
 Присоединение  Восточной  Армении  к  России  и  его  историческое  значение, 
Ирəван, 1978, səh.7. 


 
12
22598 rubl 60 qəpik idi. Bundan əlavə Xoca Zakar rəssam Baqdan 
Saltanovun mis lövhə üzərində surətini çəkdiyi Leonardo da Vinçinin "Sirli 
gecə" rəsmini da çara hədiyyə gətirmişdi.
1
  
Bundan sonra Rusiya ilə ticarət  əlaqələri saxlayan erməni tacirləri 
üçün  şərikli kompaniyalar yaratmağa hər cür şərait yaradılmış  və gömrük 
məntəqələrindən onların gedib-gəlməsi üçün qadağalar götürülmüşdü. 
1669-cu il dekabrın 3-də 
İsfahandakı erməni ticarət 
kompaniyasından Stepan Mişsekov və Baqdan Saltanov da hökmdarın adına 
hədiyyələrlə Moskvaya gedirlər.
2
  
1673-cü il yanvarın 7-də Xoca Zakar İsfahandan özünün ticarət 
xidmətçisi Stepan Romadamskinin vasitəsilə çara 9062 rubl dəyərində 
bəzəkli İran malları göndərmişdi.
3
  
1677-ci ildə katolikos Hakop Cuqaesinin (Culfalının)  rəhbərliyi ilə 
Eçmiədzində din xadimlərinin yığıncağı keçirilir və  Qərbi Avropaya 
nümayəndə hey"əti göndərmək qərara alınır. Nümayəndə hey"əti  İstanbula 
çatanda Hakop Cuqaesi ölür və nümayəndə hey"əti geri qayıdır. Bu tərkibdən 
yalnız atasını müşayiət edən İsrael Ori Avropaya səyahətini davam etdirir. 20 
il Avropanı  gəzib dolaşan  İsrael Ori İtaliyada, Fransada və Almaniyada 
yaşayır. Fransanın yüksək dairələri ilə  əlaqəyə girən  İsrael Ori ermənilərin 
himayə edilməsi məsələsini qaldırır, lakin soyuq münasibətlə qarşılaşır.
4
  
Avropanın real köməklik göstərməyəcəyinə  əmin olan İsrail Ori bu 
işdə yalnız Rusiyaya arxalanmaq qənaətinə gəlir. O, 1701-ci il oktyabrın 28-
də arximandrit Minas Vartapedlə birlikdə Bavariya kürfüstünün (knyazının)   
elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri adından çara və 
şahzadəyə (çareviçə)  aşağıdakı hədiyyələri gətirmişdilər: 
- qırmızı  məxmərlə örtülmüş, qızıl məftillə tikilmiş, kənarları  qızıla 
çəkilmiş gümüşlə əhatə edilmiş türk yəhəri; 
- qızılı türk çulu; 
- qızıla çəkilmiş gümüş türk yüyəni, gümüş dəhnə ilə birlikdə; 
- türk quşqunu (quyruqaltısı); 
- misdən düzəldilmiş, qızıla çəkilmiş iki türk üzəngisi; 
- tapqır və ipək parçadan qarınaltı; 
                                                           
1
 Собрание  актов,  отноsəhихся  к  обозрению  истории  Армянского  народа, I 
hissə, Москва, 1833, səh. 328; Арзуманян А., Ока Бюракана, Ирəван, 1976, səh. 
284. 
2
 Собрание актов..., I  hissə, səh. 328 
3
 Yenə orada, səh. 332. 
4
 История армянского народа, Ирəван, 1980, səh.165. 


 
13
- tiyəsi poladdan, qırmızı  dəstəkli, qızıla çəkilmiş gümüş qablı türk 
qılıncı;  
- qızıl məftillə tikilmiş, qızılı gümüş qapaqlı  dəridən hazırlanmış 
gümüş su qabı və s. 
Şahzadə üçün gətirilən hədiyyələr: 
— süvari  üçün  döymə   gümüşdən  hazırlanmış, qızıla çəkilmiş, 
məxmər örtüklü qın (məhfəzə); 
—  türk yayı; 
—  30 dənə ə"la düzəldilmiş türk oxu.
1
  
     İsrael Orinin və Minas Vartapedin çara gözqamaşdıran  əntiq türk 
mallarını  hədiyyə  gətirmələri xalis erməni bicliyi idi. Onlar Pyotrun isti 
boğazlara çıxmaq və  İstanbulu  ələ keçirmək üçün nə  dərəcədə alışıb-
yandığını bilirdilər. Bu hədiyyələrlə onlar bu yanğını daha da qızışdırıb 
alovlandırmaq istəyirdilər. İsrael Ori saraya öz proqramını – Erməni dövləti 
yaratmaq üçün İrana 25 minlik qoşun göndərməyi təklif etmişdi. Bundan 
sonra sarayda Zaqafqaziyaya yürüş üçün hazırlıq işləri görülməyə 
başlanmışdı. Ciddi hazırlıqdan sonra 1707-ci ildə Ori polkovnik rütbəsində 
50 nəfərlik nümayəndə hey"ətinin başçısı kimi İrana yola düşür. Ona orada 
vəziyyəti öyrənmək, xristian əhalisi arasında təbliğat aparmaq, müdafiə 
qalaları, ölkənin yolları haqqında mə"lumat toplamaq tapşırılmışdı.  Şübhə 
oyatmamaq üçün İsrael Orini Şah Hüseynə Roma papasının nümayəndəsi 
kimi təqdim etmək qərara alınmışdı. 1709-cu ildə o, İsfahana gəlir. 1711-ci 
ildə  Həştərxana qayıdır və orada ölür.
2
  Sonralar Minas Vartapedlə birlikdə 
Yesai katolikos İsrael Orinin işini davam etdirmişdilər.  
Rusiya-İran müharibəsi nəticəsində 1723-cü il sentyabrın 12-də 
bağlanan müqaviləyə  əsasən Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı 
və  Dərbənd  şəhərləri Rusiyanın tabeliyinə keçir. Noyabrın 10-da I Pyotr 
həmin  ərazilərdə ermənilərin köçürülüb gətirilməsi üçün yer ayrılması 
haqqında fərman verir. Həmin fərmanla çar "xristianlıq naminə"  erməni 
xalqını öz mərhəmətində saxlamaq və himayəyə götürmək qərarını vermişdi.
3
  
1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək 
mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman verir.
4
  
18-ci  əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar. 1760-cı 
ildə Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar 
                                                           
1
 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898, səh.9. 
2
 Истрия армянского народа, səh.166. 
3
 Собрание актов..., I hissə, səh. 11-12; Езов Г.А., göstərilən əsəri, səh. 392. 
4
 Собрание актов...., I hissə, səh.43. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə