Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə116/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   112   113   114   115   116   117   118   119   ...   189

Yüzilliyin  70-ci  illərindən  etibarən  kəsbkarlığa  gedən  Cənubi  Qafqaz 

kəndlilərə  verilən pasportların miqdarı sürətlə artmağa başladı. Xəzinənin pasport 

verilməsindən götürdüyü gəlirin 1871-ci ildəki 8676 manatdan 1875-ci ildə 15530 

manata çatması, yəni demək olar ki, iki dəfə artması da buna dəlalət edir [42]. 80-

90-cı  illərdə  təkcə  Bakı  quberniyası  üzrə  pasport  verilməsindən  xəzinənin 

götürdüyü gəlir 12 min manatdan 61500 manatadək artmışdı [43]. 

Yüzilliyin  sonuna  yaxın,  (1887-ci  ildə)  Bakı  və  Yelizavetpol 

quberniyasında  olan  Bakı  fəhlələri  içərisində  Bakı  quberniyasından  olanların 

xüsusi  çəkisi  75%,  Yelizavetpol  quberniyasından  onlarınkı  isə  25%-ə  bərabər  idi 

[44].  Bakıya  qeyri-əkinçi  kəsbkarlıq  Bakı  quberniyasının  Bakı  və  Quba, 

Yelizavetpol quberniyasının isə Cəbrayıl,  Şuşa, Cavanşir və Zəngəzur qəzalarında 

geniş yayılmışdı. 

Kəndlilərin bir hissəsi  Şimali Azərbaycanın dağ-mədən  və ipək  sənayesi 

müəssisələrinə  kəsbkarlığa  gedirdi.  Yüzilliyin  sonunda  Gədəbəy  və  Qarakənd 

misəritmə  zavodlarında,  Nuxa,  Qarabağ,  Ordubad  və  digər  yerlərin  ipəksarıma 

müəssisələrində  4  mindən  çox  fəhlə  işləyirdi.  Bunların  mühüm  hissəsi 

kəsbkarlardan ibarət idi. 

1897-ci  il  sayımı  zamanı  fəhlə  və  qulluqçuların  sayı  üzrə  hesablanmış 

məmulatlar  kəsbkarlıq  barəsində  daha  dolğun  təsəvvür  yaradır.  Məsələn,  Bakı 

quberniyası  üzrə  qeydə  alınmış  62  min  nəfər  fəhlədən  27,7  min  nəfəri  elə  bu 

quberniyadan, 5,4 min nəfəri isə Yelizavetpol quberniyasından çıxmış adamlardan 

ibarət idi. 

 

§ 4. KƏNDLĠLƏRĠN ÇARĠZMƏ VƏ MÜLKƏDAR 

BƏYLƏRƏ QARġI MÜBARĠZƏSĠ 

 

1870-ci  il  ―Əsasnamə‖sinin  tətbiq  edildiyi  vaxtdan  Azərbaycan 



kəndlilərinin mübarizəsi getdikcə kəskinləşdi. Hərçənd ki, Cənubi Qafqazın ali çar 

hakimiyyəti  orqanlarının  nümayəndələri  bunu  açıq  etiraf  etmək  istəmirdilər. 

İmperiyanın  digər  yerlərində  olduğu  kimi  Şimali  Azərbaycanda  da  kəndlilər 

islahatın  ―eybəcər  bürokratik‖  xarakterinə  qarşı  mübarizə  aparırdılar.  Məsələn, 

islahat  elan  olunduqdan  sonra  Göyçay  qəzasında  münsif  ―Əsasnamə‖nin  ―kənd 

sakinlərinin  tabe  olmalı  olduqları‖  maddələrini  izah  edəndə,  kəndlilər  buna  tabe 

olmayacaqlarını bildirmişdilər. 

70-90-cı illərdə Azərbaycan kəndlilərinin mülkədar, bəylər və mütləqiyyət 

əsarətinə qarşı mübarizəsi qüvvətləndi. Vergilərin ödənilməsi və mükəlləfiyyətlərin 

yerinə  yetirilməsindən  boyun  qaçırılması,  mülkədar  torpaqlarının  tutulması, 

olanların malikanələrinin darmadağın edilməsi, bəy və qolçomaqların öldürülməsi 

o dövrdə kəndlilərin sinfi mübarizəsinin əsas formaları idi. Bu mübarizənin əsasını 

torpaq məsələsi təşkil edirdi. 



70-90-cı  illərdə  Azərbaycan  kəndlilərinin  narazılığı  bəzi  yerlərdə  bəylər 

və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə silahlı toqquşmalara keçən açıq 

çıxışlar formasını aldı.Yelizavetpol, Qazax, Naxçıvan və başqa qəzalarının bir çox 

kəndlərində bu cür çıxışlar baş vermişdi. 

70-ci illərin sonunda Qazax qəzası Quşçu kəndinin kəndliləri mülkədarın - 

İsgəndərbəyovların  zülmünə  qarşı  çıxış  etdilər.  Onların  mübarizəsinə  Mehbalı 

Məmmədhəsən oğlu, Məşədi Usub Mürşüd oğlu, Kərbəlayı Kərimşah Qulu oğlu və 

b.  başçılıq  edirdi.  Bəylər  köməyə  göndərilmiş  kazak  dəstəsinin  köməyi  ilə  silah 

gücünə üsyanı boğdular, üsyanın rəhbərləri həbs olundu. 

Kəndli  mübarizəsinin  ən  kəskin  forması  qaçaq  hərəkatı  idi.  Hakimiyyət 

orqanlarının  təqibindən  gizlənən  adamları  xalq  arasında  qaçaq  adlandırırdılar. 

Əksər  hallarda  onlar  torpaq  sahibləri  olan  bəylərə,  kənd  varlılarına  və  yerli 

hakimiyyət orqanlarına qarşı çıxış edirdilər. 

Ağır  ehtiyac,  kəskin  torpaq  və  su  çatışmazlığı,  kənd  varlıları  və  kəndin 

vəzifəli  şəxslərinin  özbaşınalığı  Azərbaycan  kəndində  qaçaq  hərəkatını  doğuran 

əsas səbəblər idi. 

Qaçaq  hərəkatı  bir  və  ya  bir  neçə  qəzanın  ərazisi  ilə  məhdudlaşmamışdı. 

Qaçaqlar  Şimali  Azərbaycanın  ən  müxtəlif  rayonlarında  əməliyyatlar  aparırdılar. 

Beləliklə,  qaçaq  hərəkatı  ümumiyyətlə,  bütün  Şimali  Azərbaycan  üçün  səciyyəvi 

hal idi. 

80-ci illərdə Qaçaqlardan Tanrıverdi Allahqulu oğlu və Əli Xıdır oğlu çox 

məşhur  idi.  Onların  dəstələri  Qazax,  Yelizavetpol,  Şuşa,  Cavad,  Şamaxı  və 

Zəngəzur qəzalarında fəaliyyət göstərirdi [45]. 

80-ci illərdə və sonralar Gəncə rayonunda fəaliyyət göstərmiş Qaçaq Dəli 

Əli  böyük  şöhrət  qazanmışdı.  Lakin  qaçaq  hərəkatının  ən  geniş  yayıldığı  rayon 

Quba  qəzası idi.  80-ci  illərdə qəzada  17-dək qaçaq dəstəsi fəaliyyət göstərirdi.  O 

zamankı  məşhur Quba  qaçaqlarından Məşədi Məcidin, Şeyxzadə  Bədəlin adlarını 

çəkmək olar [46]. 

XIX  yüzilliyin  son  rübündə  qaçaqlardan  Gəncə  rayonunda  Qənbər, 

Qarabağda  Süleyman  və  Murtuza,  Zaqatala  dairəsində  Yusif,  Nuxa  qəzasında 

Kərim  Əfəndi  oğlu,  Qutqaşendə,  xüsusən  də  Şimali  Azərbaycanın  qərb 

rayonlarında Qaçaq Kərəm və b. məşhur idilər. 

―Narodnaya  volya‖  jurnalının  1885-ci  il  tarixli  oktyabr  sayında  bəy  və 

məmurların  qaçaqlar  qarşısında  dəhşətli  qorxusu  haqqında  yazılmışdır:  ―Məşhur 

Kərəm bütün Cənubi Qafqazın qəniminə çevrilmişdir‖. 

Qaçaq  dəstələri  bəylərin  malikanələrinə  hücumlar  edir,  onların  əmlakını, 

mal-qarasını  və  pullarını  əllərindən  alırdılar.  Qaçaqlar  ələ  keçirdiklərinin  xeyli 

hissəsini yoxsul kəndlilərə paylayırdılar. 

Qaçaq  hərəkatının  sosial  xarakter  daşımasını,  kəndlilərin  əsarət  və 

istismara  qarşı  fəal  etirazının  bu  hərəkatda  ifadəsini  tapdığını  sübut  edən  ən 

inandırıcı  dəlillərdən  biri  qaçaqların  ümumxalq  yardımına  arxalanması  idi.  Çar 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə