Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə13/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   189

ruslara qarşı cihad – müqəddəs müharibə barəsində fitva verməyi tapşırdı. Şah yeni 

kampaniyaya  din  uğrunda  aparılan  müharibə  xarakteri  vermək  istəyirdi.  Təbrizdə 

üləmalar  moizəçilərin  böyük  qrupunu  topladı  və  onlara  təlimat  verib 

Zaqafqaziyanın müxtəlif  yerlərinə göndərdilər. 

Rus  qoşunları  Rusiya-Türkiyə  müharibəsinin  Qafqaz  və  Balkan 

cəbhələrində  bir  sıra  qələbələr  qazandılar.  M.İ.Kutuzovun  komandanlığı  altında 

Balkanlardakı  qələbə  xüsusən  təsiredici  idi  və  bu  da  Türkiyəni  sülh  istəməyə 

məcbur  etdi.  1812-ci  il  mayın  16-da  Buxarestdə  Rusiya  və  Türkiyə  arasında  sülh 

müqaviləsi  bağlandı.  Bu  müqaviləyə  görə,  Türkiyə  zaqafqaziyanın  böyük  bir 

hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi. 

İndi İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa sövq 

etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında maraqlı idi, çünki Qərbdə 

Fransa ilə münasibətlər kəskinləşirdi. 

General  Rtişşev  1812-ci  il  aprelin  20-də  Zaqafqaziya  diyarını  idarə 

etməyə  və  buradakı  rus  qoşunlarına  komandanlığa  başlayanda  İranla  sülh 

bağlamaq  göstərişi  aldı.  İndi  Rusiya  demarkasiya  xəttinin  Kür,  Araz  və  Arpaçay 

çayları  boyunca  keçməsi  barədə  əvvəllər  irəli  sürülən  təkliflərdən  imtina  edir  və 

sərhədi işğaldan sonra necə varsa elə qurmağa razılaşırdı. Lakin danışıqlar uzandı, 

çünki Abbas Mirzə ərazi güzəştləri tələb edirdi. 

Bu  zaman  beynəlxalq  münasibətlərdə  baş  verdi.  1812-ci  ilin  yayında 

Napoleon  Fransası  ilə  Rusiya  arasında  Fransa  əleyhinə  yönəlmiş  müqavilə 

imzalanmasına  baxmayaraq,  Rusiyanın  başını  Napoleonla  müharibəyə 

qarışmasından istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun 

əsas qüvvələrinin Napoleona  qarşı  müharibəyə  yönəlməsindən istifadə  edərək, öz 

ordusunu Zaqafqaziya üzərinə yeni hücuma hazırlamağa başladı. 

İran  ilk  növbədə  Rusiyanı  Qarabağdan  sıxışdırıb  çıxarmaq  istəyirdi. 

Bunun  üçün  də,  hər  şeydən  əvvəl,  general  Kotlyarevskinin  dəstəsinin  yerləşdiyi 

möhkəmləndirilmiş Mehrini tutmaqlazım idi. İyulun 12-də İran qoşunları Qarabağa 

soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik 

İran  qoşunu  Lənkəran  da  daxil  olmaqla  Talış  xanlığı  ərazisini  ələ  keçirdi.  İran 

qoşunlarının  digər  dəstələri  Ərçivanı  tutub,  bununla  da  Azərbaycanın  içərilərinə 

doğru  yol  açdılar.  Rusiyanın  Zaqafqaziyadakı  vəziyyəti  yenə  də  mürəkkəbləşdi. 

Rus  komandanlığı  Abbas  Mirzənin  sülh  bağlamaq  üçün  40  günlük  barışıq 

barəsində  təklifindən  istifadə  etməyi  qərara  aldı.  Danışıqlar  sentyabrın  20-də 

Aslandüzdə  başlandı  və  oktyabrın  10-dək  davam  etdi.  Tərəflər  özlərinin  əvvəlki 

mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Şah 

qoşunları yenidən hərbi əməliyyata başladı. 

Abbas  Mirzənin  komandanlığı  altında  30  minlik  ordu  Aslandüz 

yaxınlığında  Araz  sahilində  cəmləşdi.  O,  Kotlyarevskinin  komansanlığı  altında 

qarşısınıda  dayanmış  rus  dəstələrinə  zərbə  endirərək  Qarabağa  və  Yelizavetpola 

(Gəncəyə), daha sonra isə Gürcüstana irəliləmək niyyətində idi. 



Lakin  Hüseynqulu  xanın  qalanı  ələ  keçirmək  üçün  göstərdiyi  bütün 

cəhdlər  müvəffəqiyyətsizliyə  uğradı.  İran  qoşunları  Şamaxıda  da  güclü 

müqavimətə  rast  gəldilər.  Mustafa  xan  Yeni  Şamaxını  ələ  keçirməyə  müvəffəq 

olmuşdu.  Bütün  əhalinin  köməyinə  baxmayaraq,  o,  köhnə  Şamaxını  ələ  keçirə 

bilmədi.  Elə  həmin  vaxt  şəkili  Səlim  xanın  oğlu  Hüseyn  xan  İran  sərbazlarından 

ibarət  dəstə  ilə  Şəki  xanlığına  soxuldu,  Mirhəsən  xan  Talışa  gəldi.  O,  Xəzər 

batalyonunu və kazak bölməsini sıxışdıraraq, Salyanı, Qızılağacı ələ keçirməyə və 

Lənkəranı  mühasirəyə  almağa  müvəffəq  oldu.  Şimaldan  təcrid  olunan  və  ərzaq 

ehtiyatı  tükənən  qarnizon  rəisi  mayor  İlyinski  iyunun  27-də  keçən  gecə  şəhəri 

yandırdı və ordunu Xəzər donanmasına mindirərək Sara adasına üzdü [30]. 

Özlərinin keçmiş mülklərini ələ keçirən xanların başlıca vəzifəsi yerlərdə 

İran  ordusunun  qüvvələri  ilə  birlikdə  hərəkət  edərək,  körpüləri,  dəyirmanları 

dağıdan, ərzaq ehtiyatlarını məhv edən təxribatçı dəstələr təşkil etmək idi. 

General  Yermolov  keçmiş  Azərbaycan  xanlarına  qarşı  sərt  tədbirlər 

görmək  qərarına  gəldi  və  Dağıstanda  yerləşən  qoşunu  onlara  qarşı  göndərdi.  Bu 

qoşun  Qubaya  hərəkət  edərək,  oradanda  iyunun  23-də  Köhnə  Şamaxıya  gəldi. 

Lakin  Qubanın  sonuncu  hakiminin  oğlu  Sultan  Əhmədin  Quba  ətrafında  peyda 

olması və həmçinin ərzaq ehtiyatının tükənməsi rus qoşunlarını geri çəkilməyə və 

Qubaya daxil olmağa məcbur etdi. Şəhər İran ordusu tərəfindən mühasirəyə alındı. 

Abbas Mirzənin oğlu yerli əhalini soyur və onu özünə qarşı çevirirdi [31]. Cənubi 

Dağıstan  Abbas  Mirzə  tərəfindən  Dağıstanın  hakimi  təyin  edilmiş  Surxay  xanın 

əlinə keçdi. 

Abbas  Mirzə  öz  ordusu  ilə  Şuşa  qalası  ətrafında  dayanarkən  İran 

ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra Tiflisə tərəf hərəkət etdi. 

Yolda  onlar  mənşəcə  Qarabağ  ermənilərdən  olan  general  Mədətovun  dəstəsilə  ilə 

rastlaşdılar. 

Rus  hərbi  dəstələri  və  gürcü  süvariləri  şahzadə  Aleksadrın  dəstəsini 

məğlub  etdilər.  Mədətovun  dəstəsi  qazandığı  müvəffəqiyyəti  inkişaf  etdirərək 

Gəncəyə  hərəkət  etdi.  Lakin  Gəncəyə  gedən  yolun  üstündə,  Şamxorda  İranın 

böyük  hərbi  qüvvələri  yerləşmişdi.  İngilis  zabitlərindən  təlim  almış  2000-lik 

piyadadan,  8  minlik  nizami  süvari  qoşundan,  toplardan  və  folkanetlərdən  ibarət 

olan bu qüvvə rus dəstəsinə hücum etməyə hazırlaşırdı. Bu dəstə sayı  2900 nəfərə 

çatan  3  piyada  batalyonundan  və  kazaklardan,  gürcülərdən  təşkil  olunmuş  1360 

nəfərlik ibarət idi [32]. 

1826-cı  il  sentyabrın  3-də  səhər  tezdən  İran  ordusu  rus  qoşunlarının 

düşərgəsinə  doğru  hərəkət  etdi.  Şamxor  yaxınlığında  düzənlikdə  qanlı  döyüş 

başlandı. Kazaklar və süvarilər döyüşə birinci olaraq girdilər.Gürcü dəstəsi hücum 

edən  rus  qoşununun  sağ  cinahında  fəaliyyət  göstərirdi.  O,  İran  qoşunlarının  bir 

neçə  dəfə  üstün  qüvvəsi  qarşısında  sarsıldı.  Döyüşün  həlledici  anında  dəstə 

mövqeyini  saxlaya  bilməyəcəyindən  ehtiyat  edən  Mədətov  zabitlərdən  birini 

göndərərək, ona gürcü könüllülərini köməyə aparmağı əmr etdi. Birləşmiş qüvvələr 





Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə