Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə142/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   138   139   140   141   142   143   144   145   ...   189

Müəllimlərdən  S.M.Qənizadə,  R.Əfəndiyev,  H.Mahmudbəyov,  N.Nərimanov 

özlərinin dərsliklərində, lüğətlərində Azərbaycan dilinin lüğət fondu və qrammatik 

quruluşu  haqqında  qiymətli  fikirlər  söyləmişlər.  Ağamirzə  Əli  Mustafa  oğlu 

Bakuvi  Azərbaycan  ədəbi  dilinin  ilk  lüğətlərindən  birini  -  "Tacridüllüğət"i 

(Seçilmiş sözlərin lüğəti) tərtib edir. XIX yüzilliyin ikinci yarısında dövrün mənəvi 

tələbatına uyğun olaraq yeni, maarifçi fəlsəfə meydana gəlir və inkişaf edirdi. Bu 

dövrdə  rus  və  Avropa  elm  və  fəlsəfəsi  ilə  təmasda  olan  maarifçi  demokratların 

bütöv  nəsli  yetişmişdi.  Onların  arasında  ən  görkəmlisi  M.F.Axundov  idi.  Rus 

nəşrləri  vasitəsilə  M.F.Axundov  Qərbi  Avropa  elmi-fəlsəfi  ədəbiyyatı  ilə  tanış 

olmuşdur.  О  özünün  fəlsəfə  və  ədəbiyyatşünaslığa  dair  əsərlərində  tez-tez 

Homerin,  Sokratın,  Platonun,  Aristotelin,  Hippokratın  adlarını  çəkir.  Axundov 

Petrarka,  Spinoza,  Şekspir,  Volter,  Monteskye,  Russo,  Volter  və  b.  haqqında 

fikirlər söyləmişdir. Onun Holbax haqqında qeydləri saxlanılmışdır. Bu qeydlərdə 

Azərbaycan  mütəfəkkiri  fransız filosofunun  materializmini  dəqiq xarakterizə edir. 

M.F.Axundovu  dövrün  hüquqi  və  əmlak  bərabərliyi  haqqında  təlimləri  də  cəlb 

edirdi.  О  qeyd  edirdi  ki,  hüquqi  bərabərlik  aydın  və  təbiidir.  O,  bütün  silki 

imtiyazları  ləğv  etməyi,  bütün  insanların  qanun  qarşısında  bərabərliyini  tələb 

edirdi.  M.F.Axundov  yazırdı  ki,  əmlak  bərabərliyinin  həyata  keçirilməsinin 

mümkünlüyü  isə  hələlik  filosoflar  arasında  mübahisəli  qalır.  M.F.Axundov  öz 

dövrünün  təbiətşünaslığı  haqqında  kifayət  qədər  məlumata  malik  idi.  Onun 

əsərlərində  biz  "Yer  kürəsinin  hərəkətini  kəşf  etmiş"  Kopernikdən,  "səma 

cisimlərinin  cazibə  qüvvəsini  tapmış"  Nyutondan,  "Avropa  xalqlarının  bugünkü 

tərəqqisinin günahkarları" olan, "buxar və elektriki bizim üçün kəşf etmiş" Uatt və 

Faradeydən  iqtibaslara  rast  gəlirik.  Axundov  elmi  (kimyadan,  fizikadan, 

təbabətdən  baş  çıxarır,  onların  köməyilə  paslanan  metalları  qızıl  və  gümüşə 

"çevirməklə",  köhnə  qəbirlərdə  öz-özünə  yanan  maddələrin  alışmasını  "sirli 

işıqlanma"  kimi  qələmə  verməklə  sadə  xalqı  aldatmağa  cəhd  göstərən  müxtəlif 

fırıldaqçıları ifşa edirdi. M.F.Axundov hələ 1850-ci ildə yazdığı məşhur "Hekayəti 

Müsyö  Jordan  həkimi-nəbatət  və  Məstəlişah  cadukuni  məşhur"  komediyasında 

özünün botanika sahəsində xeyli biliyə malik olduğunu büruzə verir. 

Yeni  elm  və  fəlsəfənin  nailiyyətlərini  bilmək,  elmiliyin  Avropa 

meyarlarını mənimsəmək Axundovu bütün müsəlman mədəniyyətini yenidən dərk 

etməyin vacibliyi qənaətinə gətirmişdi. M.F.Axundov 1863-1865-ci illərdə özünün 

məşhur  fəlsəfı  traktatını  -  "Kəmalüddövlənin  İran  şahzadəsi  Cəmalüddövləyə  üç 

məktubu  və  sonuncunun  ona  cavabı"  əsərini  yazır.  Burada  Avropada  olmuş 

şahzadə  ilə  heç  vaxt  öz  ölkəsindən  kənara  çıxmamış  şahzadənin  məktublaşması 

formasında  İranda  monarxiya  üsul-idarəsinin,  dini  fanatizmin,  iqtisadi  və  mədəni 

geriliyin dəhşətli mənzərəsi verilir. Axundov bir sıra dərin məzmunlu məqalələrin - 

"Filosof Yuma cavab", "Babi məsləki", "Yek kəlmənin tənqidi", "Molla Rumi və 

onun əsərləri haqqında" əsərlərin də müəllifidir. 




Axundov  fəlsəfi əsərlərinin əsas  məzmununu Şərq despotizminin tənqidi, 

fəlsəfi  materializmin,  parlament  idarə  formasının  müdafiəsi  və  əsaslandırılması 

təşkil edir. İslamın mənşə və mahiyyətini, onun ehkamlarını, ayinlərini, hüququnu 

dərindən təhlil edən M.F.Axundov din və dini ideologiyanın müsəlman xalqlarının 

şəxsi və ictimai həyatında oynadığı rolu nümayiş etdirirdi. 

Axundov  fəlsəfi  əsərlərində  sübut  edirdi  ki,  dünyadakı  saysız  cisim  və 

proseslər  vahid  və  hər  şeyi  əhatə  edən  maddi  substansiyanın  müxtəlif 

təzahürləridir.  Maddi  substansiya  əbədi  və  sonsuzdur,  özü  özünün  səbəbkarıdır, 

həm  yaradıcı,  həm  də  yaranmışdır.  Dünyada  təbii  qanunauyğunluq  və  səbəbiyyət 

mövcuddur, heç bir qeyri-adi əməl, möcüzə, əlamət, vəhy mümkün deyil. 

Axundovun  mühüm  xidmətlərindən  biri  də  odur  ki,  Azərbaycan 

mütəfəkkirlərinin  fəlsəfəyə  baxışlarında  köklü  dəyişiklik  yaratdı.  Azərbaycanın 

bütün  əvvəlki  mütəfəkkirləri  fəlsəfəni  varlıq  və  şüurun  dərkedilməz  prinsipləri 

haqqında  elm  kimi  başa  düşürdülər.  Axundov  isə  fəlsəfəyə  "təbiətin  qanunlarına 

uyğun  olaraq  bütün  şeylərin  məqsədəuyğun  şəkildə  qurulmasının  səbəbini 

müəyyənləşdirən  elm  kimi,  daha  doğrusu,  maddi  dünyanın  "qanunları"  və 

səbəbləri" haqqında bilik kimi baxırdı [15]. 

Axundovun hərtərəfli və parlaq fəaliyyəti nəticəsində  Azərbaycanda elmi 

və  fəlsəf  fikir  öz  inkişafında  qonşu  İran  və  Türkiyəni  xeyli  qabaqlamışdı.  O, 

müsəlman  sxolastikasından  azad  olmuş,  əslində  yeni  Avropa  elminə  qovuşmuş, 

maarifçi  inkişaf  yoluna  qədəm  qoymuşdu.  Bundan  sonra  elm  və  maarifin  təbliği, 

dünyəvi  təhsil  və  tərbiyənin  müdafiəsi  Azərbaycan  fəlsəfi  və  ictimai  fikrinin 

mühüm problemlərindən olmuşdur. 

XIX  yüzilliyin  son  rübündə  Azərbaycanın  qabaqcıl  ictimai  və  sosioloji 

fikri  yeni  ideya  məzmunu  ilə  zənginləşdi.  Azərbaycanın  sosial-iqtisadi  inkişafı, 

müsəlman  xalqlarının  ictimai  həyatında  islamın  rolu  və  təsiri  onun  əsas 

tədqiqatlarından birinə çevrildi. H.Zərdabi özünün sosial-iqtisadi və mədəni-maarif 

mövzularında  yazdığı  çoxlu  məqalələrində  Azərbaycan  kəndində  kənd 

təsərrüfatının  inkişafını  ləngidən  feodal  qaydalarının  qalıqlarına  qarşı  çıxış  edir, 

sənaye  fəhlələrini  dilənçi  həyatına  məhkum  etmiş  amansız  kapitalist  istismarını 

pisləyir,  çarizmin  müstəmləkəçilik  siyasətini  tənqid  edirdi.  Zərdabi  bir  maarifçi 

kimi  Azərbaycanın  sosial-iqtisadi  və  mədəni  geriliyinin  əsas  səbəbini  elm  və 

mədəniyyətin  ləng  inkişafında,  dünyəvi  təhsil  ocaqlarının  azlığında,  despotizmdə 

və dini fanatizmdə görürdü. Zərdabi nəşr etdirdiyi "Əkinçi" qəzetinin səhifələrində 

dünyəvi  təhsil  uğrunda  mübarizə  aparırdı.  Alim  və  mütəfəkkir  25  il  ərzində  bu 

mövqedən  doğma  xalqın  sosial  və  mənəvi  dirçəlişi  üçün  yorulmadan  çalışırdı, 

M.F.Axundovun  maarifçi  ictimai  ideyalarını  inkişaf  etdirən  Zərdabi  xalqa 

demokratik  azadlıqlar  verilməsini  tələb  edir,  əsrin  əvvəllərində  intişar  etməkdə 

olan  sosial-demokratiya  ideyalarını  dəstəkləyirdi.  Ömrünün  son  illərində  Zərdabi 

millətin əsas mənəvi dayaqlarından birini islam dinində gördüyünü vurğulayırdı. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə