Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə141/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   137   138   139   140   141   142   143   144   ...   189

şahzadəsi  Abbas  Mirzənin  oğlu  Bəhmən  Mirzə  (1808-1884-cü  illər)  tərəfindən 

işıqlandırılmışdır.  Onun  1871-ci  ildə  fars  dilində  yazılmış  "Şükümameyi-

şahənşahi" adlı əlyazması başdan-başa rus çarının ünvanına təriflərdən ibarətdir. 

Beləliklə,  XIX  yüzilliyin  ikinci  yarısında  Azərbaycan  tarixşünaslarının 

əksəriyyəti  yenə  əvvəlki  kimi  əsasən  ayrı-ayrı  xanlıqların  tarixinə  həsr  olunmuş 

yerli  salnamələr  yazırdılar.  Bu  salnamələr,  bir  qayda  olaraq  kompilyativ  xarakter 

daşıyır,  əsasən  müvafiq  bölgələrin  siyasi  hadisələrini  işıqlandırırdı.  Onlarda 

Azərbaycanın  ümumi  tarixini  yaratmağa  cəhd  göstərilmirdi.  Lakin  bununla  belə 

adları  çəkilən  salnaməçilərin  əsərləri  tarixi  biliklərin  artmasına  və  yayılmasına 

yardım  göstərdi.  Onların  müəllifləri  Azərbaycanın  Rusiya  tərəfindən  işğalına,  ara 

müharibələrinə,  xarici  işğallara  son  qoyan,  ölkə  üçün  dinc  və  sakit  həyatı  təmin 

edən hadisə kimi baxırdılar. 

Azərbaycanın  və  bütün  Yaxın  Şərqin  tarixinin  ayrı-ауrı  məsələləri  XIX 

yüzillikdə  Azərbaycan  mədəniyyətinin  görkəmli  nümayəndələri  M.F.Axundovun, 

Ə.Ağayevin, 

N.Nərimanovun, 

S.M.Qənizadənin, 

H.Mahmudbəyovun, 

F.Köçərlinin,  F.Sultanovun,  Ə.Hüseynzadənin,  C.Hacıbəyovun,  M.T.Sidqinin  və 

başqalarının  əsərlərində  əks  olunmuşdu.  Mütəxəssis  tarixçi  olmamalarına 

baxmayaraq, onlar о dövrdəki dövri mətbuatda - "Qafqazın vilayət və tayfalarının 

təsviri üçün materiallar məcmuəsi"ndə, "Qafqaz", "Новое обозрение", "Kaspi" və 

s.  orqanlarda  elmi  məqalə  və  məlumatlarla  çıxış  edirdilər.  Onların  çıxışları 

Azərbaycanda tarix elminin inkişafında yeni istiqamətin - maarifçi tarixşünaslığın 

əsasını  qoydu.  Bu  baxımdan  tarixi  mövzuların  şərhinə  tamamilə  yeni  qaydada 

yanaşan  M.F.Axundovun  məqalələri,  Yaxın  Şərq  ölkələrinin  tarixinə  ekskursları 

onun yalnız orta əsr Şərq mənbələrini dərindən bilməsinə  deyil, həm də  materialı 

yeni realist metodla təqdim etməsinə əsaslanırdı. 

1862-ci  ildə  fars  dilində  yazdığı  "Tənqidi  qeydlər"  məqaləsində 

M.F.Axundov İran alimi Rzaqulu xan Hidayətin "Rövzətüs-Səfai nasiriyyə" əsərini 

təhlil edir. O, tarixi hadisələrin səbəblərini təhlil etmək əvəzinə, zalım və qaniçən 

şahların şəxsiyyətini və hərəkətlərini mədh edən İran saray tarixçilərinin, xüsusən 

Mirzə  Mehdi  xan  Astrabadinin  əsərlərini  kəskin  tənqid  edir  [13].  İran  mədhiyyə 

tarixşünaslığına  qarşı  tənqidi  iradlar  M.F.Axundovun  məşhur  fəlsəfi  traktatı 

"Kəmalüddövlə məktubları"nda da öz inikasını tapır. Qafqaz arxeologiyasının üzvü 

olan  M.F.Axundov  bir  çox  rus  şərqşünasları  ilə  yazışır  və  şəxsi  dostluq 

münasibətləri saxlayırdı. 

Tarixi  biliklərin  inkişafında  H.Zərdabinin  XIX  yüzilliyin  sonuncu 

qərinəsində  Azərbaycanın  sosial-iqtisadi  inkişafına  dair  məqalələrinin  böyük 

əhəmiyyəti  var  idi.  Bu  məqalələrdə  maarifçilik  mövqeyindən  Cənub-Şərqi 

Qafqazda  geriliyin  səbəbləri  araşdırılır,  xalq  təsərrüfatının  vəziyyəti  və  inkişaf 

perspektivləri,  kənddə  kapitalist  münasibətlərinin  yaranması,  kəndlilərin 

müflisləşməsi və yoxsullaşması, xarici kapitalın Bakı neft sənayesinə nüfuz etməsi 

məsələləri işıqlandırılırdı. 




Şamaxı  realnı  məktəbində  Şərq  dillərindən  dərs  deyən  şair  S.Ə.Şirvani 

(1835-1888-ci  illər)  Azərbaycanın  tarixi  keçmişini  böyük  maraqla  öyrənirdi.  O, 

Azərbaycan tarixinə dair iki əsər yazmışdır: "Şirvan xanlığının tarixi" və "Şirvanın 

keçmişi  və  görkəmli  yerləri  haqqında  məlumatlar".  Onlardan  birincisi  bizə  qədər 

gəlib  çatmamışdır  və  güman  ki,  Şirvanın  hərbi-siyasi  tarixindən,  Şirvanşahların 

şəcərəsindən  bəhs  edirdi.  İkincisi  isə  şairin  doğma  diyarının  arxeologiyasına, 

etnoqrafiyasına, maddi mədəniyyət abidələrinə həsr olunmuşdur [14]. 

ƏdəbiyyatĢünaslıq  və  ədəbi  tənqid  sahələrində  də  nəzərəçarpacaq 

irəliləyiş müşahidə edilirdi. Köhnə pozitiv təsvirlərdən - təzkirələrdən fərqli olaraq 

Azərbaycan  və  dünya  ədəbiyyatındakı  obrazları  ciddi  analitik  təhlil  edən  kitablar 

və  məqalələr  meydana  gəlirdi.  Başqa  sahələrdə  olduğu  kimi,  burada  da  Qafqaz, 

Mərkəzi  Rusiya  və  Avropa  mətbuatında  ayrı-ayrı  Azərbaycan  yazıçılarının, 

alimlərinin, mütəfəkkirlərinin həyat və yaradıcılığı haqqında yazan rus və Avropa 

şərqşünas alimləri, ədəbi tənqidçilər nümunə göstərilirdilər. B.A.Dorn, M.İ.Brosse, 

N.V.Xanıkov, 

A.P.Berje 

kimi 


bir 

çox 


şərqşünaslar, 

V.Q.Belinski, 

Y.A.Verderovski,  V.A.Drujinin,  N.Q.Çernışevski  kimi  ədəbi  tənqidçilər 

Azərbaycanın  ayrı-ayrı  yazıçı  və  alimlərinin  həyat  və  yaradıcılığı  haqqında  xeyli 

tərifli fikir və rəylər söyləmişlər. 

Ədəbi  yaradıcılığa  yeni  münasibət,  bədii  və  elmi  əsərlərə  rus  və  Avropa 

tənqidçiləri və alimləri tərəfindən verilən qiymətin təsiri altında yeni ədəbi tənqid 

və  ədəbiyyatşünaslıq  meydana  çıxdı.  Azərbaycanda  ədəbi  tənqidin  və 

ədəbiyyatşünaslığın  əsasını  M.F.Axundov  qoymuşdur.  O,  ilk  dəfə  eyni  zamanda 

"tənqid"  terminini  işlətməyə  başladı.  Azərbaycan  ədəbiyyatında  ilk  tənqidi 

məqalələr - "Poeziya  və  nəsr  haqqında", "Tənqidi qeydlər" və s. M.F.Axundovun 

qələminə  məxsusdur.  O,  köhnə  dəbdəbəli,  məzmunsuz  Şərq  poeziya  və  nəsrini 

tənqid  edir,  Azərbaycan  və  dünya  ədəbiyyatının  ən  yaxşı  mütərəqqi  ənənələrini, 

ədəbiyyatda  və  incəsənətdə  realizm  prinsiplərini  müdafiə  edir,  "təmiz"  formalist  

incəsənətə qarşı çıxış edirdi. 

Ədəbiyyat  tarixi  və  nəzəriyyəsi  ilə  həmçinin  H.Zərdabi.  F.Köçərli, 

N.Nərimanov,  M.T.Sidqi,  Mirzə  Əbülhəsən  Vəzirov,  Mirzə  Yusif  Qarabaği,  Mir 

Möhsün  Nəvvab  da  məşğul  olurdular.  Onlar  özlərinin  publisistik  və  bədii 

əsərlərində  ədəbiyyat  və  bədii  yaradıcdıq  haqqında  çoxlu  fikir  və  mülahizələr 

söyləmiş  və  irəli  sürmüşlər.  Mirzə  Yusif  Qarabağinin  50-ci  illərin  sonlarında 

hazırlayıb  çap  etdirdiyi  "Məcmueyi  əşari  Vaqif  və  sair  müasirləri"  kitabında 

Azərbaycan şairləri haqqında nadir bioqrafik məlumatlar verilir. Qarabağın yüzdən 

çox  şairinin  poetik  yaradıcılığı  və  tərcümeyi-halı  barədə  məlumat  verən  əsər 

yüzilliyin sonunda Mir Möhsün Nəvvab tərəfindən tərtib edilmişdi. N.Nərimanov, 

F.Köçərli  özlərinin  ədəbi-tənqidi  məqalələrində  ədəbiyyat  və  incəsənətin 

vəzifələrini şərh edir, onların təlim və tərbiyəvi əhəmiyyətini qeyd edirdilər. 1899-

cu ildə N.T.Sidqi Naxçıvanda A.S.Puşkinin yaradıcılığı haqqında geniş məruzə ilə 

çıxış edir. Eyni zamanda dilçilik və ədəbi dil məsələlərinə də xeyli diqqət verirdi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə