Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə70/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   66   67   68   69   70   71   72   73   ...   189

Lakin  yüzilliyin  50-60-cı  illərində  Azərbaycanda  böyük  miqdarda  mal-

qaranın,  xüsusən  də  qoyunun  olmasına  baxmayaraq,  maldarlığın  əmtəəliyi  az 

inkişaf etmişdi. Azərbaycandan Rusiyanın daxili quberniyalarına, İrana, Türkiyəyə 

başlıca olaraq aşılanmış dəri, yun ixrac olunurdu. Bu ixracın həcmi cüzi idi. Mal-

qaranın  və  maldarlıq  məhsulunun  ixracına  gəldikdə  isə  bu,  müstəsna  sutərdə 

həmsərhəd  ölkələrə,  yəni  İrana,  Türkiyəyə  yönəlmişdi,  onun  həcmi  isə  kiçik  idi. 

1865-1870-ci illərdə göstərilən ölkələr  mal-qara və  maldarlıq  məhsulları ixracının 

ümumi həcmi 600-800 min manat arasında tərəddüd edirdi. Yun isə Qərbi Avropa 

ölkələrinə,  qismən  Marsel  şəhərinə  də  ixrac  olunurdu.  Yelizavetpol  quberniyası 

Qərbi  Avropaya  yun  ixracında  müstəsna  yer  tuturdu,  çünki  burada  yunu  daha 

qiymətli  ixrac  materialı  olan  merinos  qoyunları  da  bəsləyirdilər.  70-ci  illərin 

əvvəllərində yun ixracı daha da artmışdı. Məsələn, 1871-ci ildə 979 min manatlıq, 

1872-ci ildə isə 807 min manatlıq yun ixrac olunmuşdu [22]. 

50-ci  illər  və  60-cı  illərin  əvvəllərində  Azərbaycanda  yetişdirilən  texniki 

bitkilərin içərisində aparıcı  yeri qızılboya (marena) tuturdu. Onun becərildiyi  əsas 

rayon Quba qəzası idi. 60-cı illərdə qızılboya istehsalının sürətli inkişafı müşahidə 

olunurdu.  Bu  da  dünya  bazarlarının  tələbatı  ilə  əlaqədar  idi.  1860-cı  ildə  58  min 

pud, 1866-cı ildə isə 230 min pud qızılboya əldə olunmuş, yəni onun yığımı 4 dəfə 

artmışdı  [23].  Qızılboya  cüzi  miqdarda  Lənkəran  və  Göyçay  qəzalarında  da 

becərilirdi.Azərbaycan  qızılboyası  dünya  şöhrəti  qazanmışdı.  1862-ci  ildə 

Londonda keçirilən Ümumdünya sərgisində üç azərbaycanlı qızılboyaçısı – özü də 

hamısı  Quba  qəzasından  –  fəxri  rəylərə  layiq  görülmüş,  Hacı  cənnət  bəy  Əlibəy 

oğlu isə sərgidə nümayiş etdirdiyi əla keyfiyyətli qızılboyaya görə medal almışdı. 

Qızılboya  ixracı  ilbəildən  artırdı.  Qızılboya  Dərbənddən,  habelə  Bakı  və 

Niyazabaddan  aparılırdı.  1861-ci  ildə  Dərbənddən  197,430  pud  qızılboya  yola 

salınmışdı. 

1869-cu ildə süni boya-alizarin ixtira olundu. Cəmi 4-5 il ərzində alizarin 

qızılboyanı  tamamilə  sıxışdırıb  aradan  çıxardı.  Artıq  1872-ci  ildə  Azərbaycanda 

cəmisi  640  min  manatlıq  80  min  pud,  yəni  1869-cu  ilə  nisbətən  2,5  –  3  dəfə  az 

qızılboya çıxarılmışdı. 1873-cü ildən etibarən qızılboyaya tələbat tamamilə aradan 

qalxdı [24]. 

Azərbaycanda  becərilən  digər  texniki  bitki  pambıq  idi.  Lakin  yüzilliyin 

50-60-cı  illərində  pambıqçılıq  öz  miqyasına  görə  çox  cüzi  idi.  Doğrudur, 

Avropanın  pambıq  parça  xammalı  üzrə  əsas  təchizatçısı  olan  ABŞ-dakı  vətəndaş 

müharibəsi  (1861-1865)  pambıqçılığın  inkişafına  müvəqqəti  təkan  verdi. 

Müharibənin başlanması ilə ABŞ-dan pambıq gətiriləsi, demək olar ki, dayanmışdı. 

Bu dövrdə  o vaxtı İrəvan quberniyasının tərkibinə  daxil olan Naxçıvan  və  Şərur-

Dərələyəz qəzalarında pambıqçılıq inkişaf etmişdi. 1863-cü ildə İrəvan quberniyası 

bazara  600  min  pud  pambıq  çıxarmışdı.  Bu  pambığın  əsas  hissəsi  Naxçıvan  və 

Şərurda yetişdirilmişdi. 




60-cı illərdə bir Moskva kompaniyası pambıq əkmək üçün Kür vadisində 

torpaq  icarəyə  götürmüş,  oraya  suvarma  arxları  çəkilmişdi.  Kompaniya  Amerika 

və  Avropadan  çiyid  gətirərək,  1861-ci  ildə  ilk  səpini  keçirdi.  1865-ci  ildə 

kompaniya  öz  fəaliyyətini  Araz  sahillərinəvı  qismən  də  Quba  qəzasına  yaydı. 

Kompaniya  öz  plantasiyalarında  pambıq  əkməklə  yanaşı,  kəndlilərə  də  pambıq 

səpini üçün çiyid paylayırdı. 

Rusiyanın  iri  fabrik  sahiblərindən  olan  Morozovlar  da  Azərbaycanda 

pambıq  yetişdirmək  üçün  cəhd  göstərirdilər.  1869-cu  ildə  Bakı  quberniyasında 

onların  40  desyatin  pambıq  əkini  sahəsi  vardı  [25].  Azərbaycanın  digər 

hissələrində (İrəvan və Naxçıvan bölgələrindən başqa) pambıqçılıq çox zəif inkişaf 

etmişdi. 1869-cu ildə Bakı quberniyasında 50 min pud, 1873-cü ildə Yelizavetpol 

quberniyasında isə 7020 pud pambıq becərilmişdi [26]. 

50-60-cı illərdə azərbaycanda cüzi  miqdarda tütün də becərilirdi. 1872-ci 

ildə  idxal  olunan  tütünün  hər  pudu  üçün  gömrük  rüsumunun  2  manatadək 

artırılması  bütün  Cənubi  Qafqazda,  o  cümlədən  də  Azərbaycanda  tütünçülüyün 

inkişafına müsbət təsir göstərdi. 

Əsas  tütün  istehsalı  rayonları  Quba  qəzası  və  Zaqatala  dairəsi  idi. 

Azərbaycanda  olan  bütün  tütün  əkinləri  sahəsinin  60  faizdən  çoxu  bu  rayonlarda 

yerləşirdi.  Tütün  istehsalı  üzrə  üçüncü  yeri  Nuxa  qəzası  tuturdu.  Tütün  ibtidai 

üsullarla becərilir, gün altında qurudulurdu. 



Meyvə və üzüm yetişdirilməsi Azərbaycan kənd təsərrüfatında mühüm yer 

tuturdu.  1875-ci  ildə  əsas  üzümçülük  rayonu  olan  Şamaxı  və  Göyçay  qəzalarında 

bağların ümumi sahəsi 1449 desyetinə bərabər idi [27]. 

Azərbaycanda  ən  yaxşı  üzüm,  alma,  armud,  qoz,  heyva,  əncir  və  digər 

meyvə  növləri  yetişdirilirdi.  Balıqçılığın  əsas  mərkəzlərindən  biri  Yelizavetpol 

qəzası  idi.  Ordubad  bağları  da  xeyli  miqdarda  müxtəlif  meyvə  verirdi.Burada  və 

Gəncədə  bağçılıq  və  üzümçülük  əmtəə  xarakteri  almışdı.  Zaqatala  dairəsi  də 

bağçılıqda görkəmli yer tuturdu. Bura çox gözəl şabalıd və qoz bağları ilə zəngin 

idi. 

60-cı  illərin  əvvəli  bu  illərdə  ən  yüksək  çiçəklənmə  səviyyəsinə  çatmış 



ipəkçiliyin  coşqun  inkişafı  ilə  əlamətdar  idi.  60-cı  illərin  əvvəllərində 

Azərbaycanda  ipəkçiliyin  böyük  müvəffəqiyyətlər  qazandığı  belə  bir  fakt  təsdiq 

edir ki, 1857-ci ildə Azərbaycandan xaricə əsla ipək və barama aparılmadığı halda, 

1866-cı ildə buradan 1672083 manatlıq ipək və barama ixrac edilmişdi. 

Lakin  barama  qurdları  üçün  məhvedici  olan  xəstəliyin  (qattinanın) 

yayılması  ilə  Azərbaycan  ipəkçiliyinin  uğurlarına  bir  müddət  son  qoyuldu. 

Qattinanın yayılması nəticəsində Azərbaycanda ipəkçiliyin necə kəskin bir surətdə 

ixtisar  olunduğunu  belə  bir  fakt  göstərir  ki,  1867-ci  ildə  Bakı  quberniyasında 

cəmisi 1346 pud barama əldə olunmuşdu [28]. 

70-ci  illərin  əvvəllərinə  yaxın  Azərbaycanın  ipəkçilik  təsərrüfatı  tədricən 

bərpa  olunmağa  başladı.  Yelizavetpol  quberniyasında  artıq  1870-ci  ildə  14500, 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə