Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə6/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   2   3   4   5   6   7   8   9   ...   67

14

2012/

IV

tı saxlayan aslanla eyni, funksiyaları fərqlidir. Elə Təpəgöz də Qazan xa -

nın dilində “Qağan aslan” adlandırılır. Məhz bu qarşıdurma situasiya sının

real  tərəfi  kimi  Qazan  xan  “Ağ  sazın  aslanında  bir  köküm  var”  deyir.

Çünki IV boyda xatunu Qazan xana “talı sazın aslanına (balamı) yedirdin-

mi?” deyib nalə çəkir. Qazan XI boyda talı sazın aslanına qarşı ağ sazın

as lanı deməklə Oğuz məkanını kafər məkanına qarşı qoyur, birincinin qar-

şı sında  ikincinin  zəif olduğunu  və  məğlubiyyətə məhkum  olduğunu bə -

yan edir. Soylamada Ağ qaya, Ağ sar ritmik-melodik və daxili ahəng dar -

 lıq yaradan ifadə kimi ağca bəkil, ağ sunqur sözləri ilə anafora (təkrir) təş -

kil etməklə bərabər sakral (Oğuz) və profan (kafər) məkanını işarələ yir.

Beləliklə, Amit  soyının  aslanı qalın  Oğuzu,  Qaracuğun  qaplanı  Qara

uçuk olmaqla Uçoq qolunu, Qaraquc dağının assosiasiyası olaraq titul şə -

rəfini, həqiqi anlamda soyu, simvolik olaraq Oğuz məkanını, daha də qiqi

hər ikisini bir arada ifadə edərək soyu və məkanı xan öyüncü tə yinində

diqqətə çatdırır. Qeyd etdiyimiz kimi aslan və qaplan eyni se mantik cər -

gəni təşkil edərək status ifadə edən yaxın anlamları əks etdirir. Məhz hər

iki təyinin eyni sistemə aid olması bir-birini tamamlaması gərəyindən də

real  görünür.  Bu  baxımdan  Oğuz  mifinin  paradiqması  ola raq  da  Amit

soyının aslanı təyini haqqında bəhs açdığımız hissədə inikas olunan eyni

paradiqmatik əvəzləyicilik törəmə və təkrarlama olaraq Qaracuğun qap la -

nı təyininə də şamil olunur. 



İşin elmi nəticəsi. ”Dədə Qorqud kitabı”nda yer alan “Qaracuğın qap -

lanı” söz birləşməsi Qazan xan obrazının bir obraz kimi Oğuz epik ən ə -

nə  sin də  səciyyələnməsində  əhəmiyyətli  rol  oynayaraq  obrazın  epik,  ta -

rixi, xüsusilə də mifoloji səviyyələrinin bərpa olunmasına səbəb olur. Bu

semantem Qazan xan obrazının türk epik ənənələrində nə qədər əhə miy -

yətli yer tutmasını aydınlaşdırır.



İşin elmi yeniliyi. Bu məqalə yeni elmi-nəzəri, analitik-metodoloji ba -

xış  əsasında  elmi  ictimaiyyətə  təqdim  olunur.Tədqiqat  işində  əhatəli

mövzu, motiv və süjetlərin,anlam və qavrayışların keçid sözlüklər əsasın-

da aydınlaşdırıla biləcəyinə diqqət çəkilir, örnək sözlük kimi “Qaracuğın

qaplanı” birləşməsi tədqiqata cəlb olunur.

İşin tətbiqi əhəmiyyəti. Biz bu qənaətdəyik ki, elmi auditoriyaya təq -

dim  etdiyimiz  bu  elmi-nəzəri  təhlil  metodu  yeni  tədqiqat  işlərində, Ali

məktəblərin filologiya fakültələrində, folklor və mifologiya ixtisasları üz -

rə magistratura və aspirantura təhsili zamanı xüsusi kurslarda praktik və -

sa it kimi istifadə oluna bilər.



15

2012/

IV

ƏDƏBİYYAT

1. Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə,II cild. Bakı, Yeni Nəşrlər

Evi, 2000, 567 s.

2.  Məmmədli  H.  Dədəm  Qorqud  gəzən  yerdi  bu  yerlər  (məqalələr  məc-

muəsi). Bakı, Еlm, 1999, 330 s.

3. Кitabi-Dədə Qorqud Еnsiklopediyası. İki cilddə, I cild. Bakı, Yеni Nəşrlər

evi, 2000, 624 s.

4. Əbülqazi Bahadır Xan. Şəcəreyi-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus

dilindən  tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi,  biblioqra fiyanın  tərt-

ibçisi. İ.M.Оsmаnlı. Bаkı, Аzərbaycan Мilli Ensik lo pediyası- NPB, 2002, 146 s.

5. Sümər F. Oğuzlar. Bakı,Yazıçı,1992, 429 s. 

6.Hacıyev Т. Dədə Qorqud: Dilimiz və düşüncəmiz. Bакı, Еlm, 1999, 216 s.

7. Агаджанов С.Г. Государство сельджукидов и Средняя Азия в XI-XII

в.в., Москва: Наука 1991.

8.  Ögəl  B.  Türk  mifologiyası.  I  cild,  Türk  dilindən  çevirən  R.Əskər.  Bakı,

MBM, 2006, 606 s.

9.  Kitabi-Dədə  Qorqud.  Мüqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və

S.Əlizadənindir. Bakı, Yazıçı,1988, 265 s. 

10.  Kitabi-Dədə  Qorqud  (latın  əlifbasında)  /  Redaktoru  H.Araslı.  Bakı,

Azərnəşr, 1939, 178 s.

11. Bаyаt F. Оğuz еpiк ənənəsi və «Оğuz Kаğаn» dаstаnı. Bакı,Sаbаh, 1993,

194 s.


12. Oğuznamələr. İşləyib çapa hazırlayanlar: K.V.Nərimanoğlu və F.Uğurlu.

Bакı, Bakı Universiteti nəşriyyatı, 1993, 94 s.

13.  Rəşidəddin  F.  Oğuznamə  /  Fars  dilindən  tərcümə,  ön  söz  və  şərhlərin

müəllifi R.M.Şükürovanındır. Bакı, Azərbaycan Dövlət NPB, 1992, 72 s.

14. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı, Yazıçı, 1993,

392 s.


15. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. II cild. Bakı, 1978, 592 s.

16.  Sеyidov  M. Azərbaycan  хalqının  soykökünü  düşünərkən.  Bакı,  Yazıçı,

1989, 496 s.

17. Rzаsоy S. Оğuz mifi və Оğuznamə еpоsu. Bакı, Sədа, 2007, 181 s.

18. Аcаlоv А. Аzərbаycаn fоlklоrşünаslığının bəzi еpistеmоlоji prоblеmləri

/  «Аzərbаycаn  fоlкlоrşünаslığı  məsələləri»  (Nizami  adına  Ədəbiyyat  İnstitutu

Gənc Аlimlər Şurаsı konfransının materialları). Bakı, Еlm, 1989, s. 3-12

19.  Yörükan  Yusif  Ziya.  Müslümanlıktan  evvel  türk  dinleri  –  şamanizm.

Ankara, Yol yayınları, 2005, 221 s.

Rəyçi: F.e.d., prof. Əzizxan Tanrıverdi 



16

2012/

IV

Folklorşünaslıq: problemlər, tədqiqlər

AMEA Folklor İnstitutunun böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

e-mail: islam-sadiqli@rambler.ru

ŞUMER VƏ TÜRK  DASTANLARINDA FORMA

ŞUMER VƏ TÜRK DASTANLARINDA  FORMA

VƏ  BƏDİİ  İFADƏ OXŞARLIQLARI

VƏ BƏDİİ İFADƏ  OXŞARLIQLARI

XÜLASƏ

Məqalədə  şumer  və  türk  epik  mətnlərinin  forma  oxşarlıqları  araşdırılmış,  onlarda

mövcud  olan  bədii  ifadə  vasitələri  tutuşdurulmuş,  onların  arasında  müqayisələr  apa -

rılmış və çoxlu oxşarlıqlar üzə çıxarılmışdır. Nümunələr əsasında başlıca olaraq epi tet -

lər, metaforalar, hiperbolalar və s. öyrənilmişdir.

Açar sözlər: şumer, türk, epos, metafora, epitet

FORM AND ARTISTIC EXPRESSION SIMILARITY IN SUMERIAN

FORM AND ARTISTIC EXPRESSION SIMILARITY IN SUMERIAN

AND TURKIC EPOS’S

AND TURKIC EPOS’S

SUMMARY

In the article sumerian and turkic epic texts from form standpoint was investigated,

existing artistic representation means confronted, was compared between them and a lot

of similarity  had been  made  known.  Had  been learned  on  the basis of  epithets, meta -

phros, etc. examples .

Key words: sumerian, turkic, epos, metaphro, epithet

СХОДСТВ В ФОРМЕ И ХУДОЖЕСТВЕННЫХ

СХОДСТВ В ФОРМЕ И ХУДОЖЕСТВЕННЫХ

ВЫРАЖЕНИЙ В ШУМЕРСКИХ И ТЮРКСКИХ ЭПОСАХ

ВЫРАЖЕНИЙ В ШУМЕРСКИХ И ТЮРКСКИХ ЭПОСАХ

РЕЗЮМЕ

В  данной  статье  проанализированы  идентичность  формы  шумерских  и  тюрк -

ских эпических текстов, сопоставлены наличествующие в них худо жествен но-вы -

ра  зительных средств, проведены сравнений между ними и выявлены многие сход -

ства. На основе примеров в основном изучены эпитеты, метафоры, гиперболы ит.д. 

Ключевые слова: шумер, тюрк, эпос, метафора, эпитет

Məsələnin qoyuluşu. Şumer və türk epik mətnlərində forma və bədii

təs vir oxşarlıqları.



İşin məqsədi. Şumer və türk epik mətnləri arasında mövcud olan for -

ma və bədii təsvir oxşarlıqlarının öyrənilməsi.

Şumer epik mətnləri bizim dövrümüzə yazılı  şəkildə gəlib  çatmışdır,

lakin buna əsaslanıb onları yazılı ədəbiyyat adlandırmaq olmaz. Onlar ilk

dəfə şifahi şəkildə yaranmış, yüz illər boyu yaddaşlarda yaşamış, yalnız

yazı kəşf ediləndən sonra gil lövhələrə köçürülmüşdür (1, 14). Bəzi alim-

lər bu mətnlərin III Ur sülaləsinin hakimiyyəti dövründə yazıya alındığını



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə