Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə9/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

23

2012/

IV

(bəlkə  də  çarların)  poetik  düşüncəsi,  obrazlı  təfəkkürü  haqqında  aydın

təsəvvür yaradır.

Çapar Arattaya gəlir. Öz ağasının ismarıcını olduğu kimi Aratta hökm-

darına çatdırır. O da Urukun çarına bir bağlama-qıfılbənd göndərir:

– Çapar, Kulabın baş kahininə, öz ağana söylə: “Səltənət qoy ağacdan

olmasın. O ağacın adını da çəkməsin. Qoy o sidr ağacından da olmasın.

Qoy sərv ağacından da olmasın. Nə ağcaqayından, nə də şümşəddən ol -

ma sın.

Nə misdən, nə qızıldan olmasın,



Nə əqiqdən, nə lazuritdən olmasın.

Səltənəti hazırlayıb qoy özüylə götürsün. Kulabın baş kahini əqiqi hər

hansı ağac kimi, lazuriti hər hansı ağac kimi əllərinə alıb qoy mənə gətir -

sin” (23, 273).

Bu səhnə bir növ Nizami Gəncəvinin “İskəndərnamə” poemasında Nü -

şabənin İskəndəri qarşıladığı səhnəni xatırladır.

Çapar  yenidən  Uruka  qayıdır.  Bu  sözləri  Enmerkara  çatdırır.  Burada

mətn korlandığından hər şey aydın başa düşülmür. Ancaq məzmundan ay -

dın  görünür  ki, Enmerkar  mətnin  sirrini  başa düşmür.  Onu  Enkinin kö -

məyi ilə açır. Çünki mətndə işlənən ifadələr şifrələnmişdir, onlarda səti-

raltı  mənalar  gizlədilmişdir.  Bu  balaca  mətn  parçasından  insan  ağlının

dərinliyi, gücü, nəyə qadir olduğu aydın görünür. Enmerkar mətnin sirri-

ni  başa  düşdükdən  sonra  səltənəti  hazırlayıb  çaparla Arattaya  göndərir.

Aratta  hökmdarı səltənəti  gördükdə  başa  düşür  ki,  onun  qıfılbəndi  açıl -

mışdır. Əvvəlcə fikirləşir ki, Enmerkara tabe olsun. Ancaq fikrindən da -

şınır, ona daha bir bağlama göndərir. 

– Çapar, Kulabın baş kahininə-öz ağana söylə: “Qoy sənə bir it versin:

nə qara olsun, nə ağ. Nə palıdı olsun, nə... nə sarı olsun, nə boz. Qoy bu

it mənim itimlə boğuşsun görək onlardan hansı güclüdür” (23, 274).

Çapar  yenidən  Uruka  qayıdır  və  bu  sözləri  olduğu  kimi  Enmerkara

söyləyir. Enmerkar Aratta hökmdarına aşağıdakı cavabı göndərir:

– Çapar, Arattanın hökmdarına söylə: “Qoy sənə bir paltar versin. Nə

qara olsun, nə ağ. Nə palıdı olsun, nə.. Nə sarı olsun, nə ala. Mən itimi,

Enlilin bic itini onun üstünə buraxaram. Mənim itim onun itiylə boğuşar

və onlardan hansının güclü olduğunu görərik” (23, 274).

Bu dəfə Enmerkarın ismarıcı xeyli uzun olur. Çapar onun dediklərinin




hamısını  yadında  saxlayıb təkrarlaya  bilmir.  Ona  görə Enmerkar dedik-

lərini gil lövhəyə yazır. Bir fakta da diqqət yetirmək lazımdır. Çapar uzun

yol  gedirdi.  Enmerkarın  ismarıcını  çapar  yolda  kiməsə  danışa  bilərdi.

Halbuki belə ismarıclar yalnız göndərənlə alana bəlli olmalıydı. Onu heç

ça par da bilməməliydi. O vaxt indiki kimi bağlı zərf olmamışdır (24,s.6).

Enmerkarın öz fikirlərini gil lövhəyə daha çox him-cimlə, üstüörtülü yaz-

mağa çalışması məhz onun kimsə tərəfindən başa düşülməməsi məqsədi-

ni güdmüşdür. Bəlkə elə buna görə də mətndə deyilir ki, yazını ilk dəfə

məhz  həmin  vaxt  Enmerkar  kəşf  etmişdir.  Həmin  günə  qədər  yazı  nə

olduğunu heç kim bilməmişdir.

Bir çox mütəxəssislər yazını Enmerkarın kəşf etməsi faktı ilə razılaş -

mır lar.  Burada  ziddiyyətlər  yaradan  yazının  e.ə.  XXXIV-XXXIII  yüzil-

liklərdə  kəşf  edilməsi, Enmerkarın  isə  I  erkən  sülalələr  dövründə  –  e.ə.

2750-ci  ildən  sonra  yaşamasıdır. Yazının  kəşfi  ilə  Enmerkarın  yaşadığı

dövrlər arasında təxminən 800 il zaman uzaqlığı var. Çar siyahısına görə

Enmerkar I Uruk sülaləsinin ilk çarı olmuşdur. Bu sülalənin çarlığı isə II

erkən sülalələr dövrünə - e.ə. 2615-ci ildən sonraya düşür (25, 486).

Şumer  çarlarının  siyahısındakı  tarixlərin  dürüstlüyü  bir  çox  hallarda

şüb hə doğurur. Biz Bilqamısla bağlı apardığımız araşdırmalar zamanı da

bu cür dolaşıqlıqlarla üzləşmişik. Şumer tarixinin ayrı-ayrı səhifələri ilə

çar siyahılarındakı tarixlər bəzən üst-üstə düşmür. İ.T.Kanevanı da yazını

Enmerkarın kəşf etdiyinə şübhə ilə yanaşmağa çar siyahısındakı tarixlər

vadar etmişdir. Halbuki bu şübhə digər arqumentlərlə təsdiqlənməmişdir.

S.N.Kramer dastanın beş min il qabaq yarandığını söyləmişdir ki, bu da

eramızdan üç min il əvvələ düşür (22, 30). Deməli, S.N.Kramerin dediyi

tarix də çar siyahısındakı tarixlə uyğun gəlmir. 

Biz mətndən gördük ki, Aratta hökmdarının qıfılbəndini açmaqda En -

merkara müdriklik tanrısı Enki kömək etmişdir. Şumer qaynaqlarında dö -

nə-dönə  deyilir  ki,  bütün  elmlərin  sirrini  müdriklik  tanrısı  Enki  bilirdi,

mədəniyyəti göydən yerə o gətirmişdi, insanlara hər şeyi Enki öyrətmiş-

di. Bu faktlar onu söyləməyə tam əsas verir ki, yazı yazmağı da insanlara

ilk dəfə Enki başa salmışdı. Bu, Enmerkar da ola bilərdi, başqası da. Bu

fikri təsdiqləyən başqa bir arqument də var. Şumer qaynaqlarında deyilir

ki, yazı ilk dəfə Urukda kəşf edilmişdir. Bütün bunlardan başqa Enmerkar

tanrı mənşəli çardır. Yazını onun kəşf etməsi ağılabatandır. Bu arqument -

lə rin  hamısına  kompleks  yanaşdıqda  yazının  Enmerkar  tərəfindən  kəşf

edil diyinə şübhə xeyli azalır. “Suruppakın oğlu Ziusudraya öyüdləri” ad -

24

2012/



IV


25

2012/

IV

lan dırılmış iri həcmli bir mətndə də Suruppak oğlu Ziusudraya yazını ilk

dəfə Enkinin yaratdığını söyləyir (26, 339). Aratta hökmdarının qıfılbən-

dini Enmerkarın Enkinin köməyi ilə açması da yazının  Enkinin köməyi

ilə Enmerkar tərəfindən kəşf edildiyini düşünməyə əsas verir. 

Şumer və türk epik mətnlərindəki forma və bədii təsvir oxşarlıqların-

dan daha geniş danışmaq olar. Hələlik isə həmin oxşarlıqlar haqqında ay -

dın təsəvvür yaratmaq üçün yuxarıdakı paralellər kifayətdir.



İşin  elmi  nəticəsi.  Müqayisəli  təhlillər  əsasında  şumer  və  türk  epik

mətnlərində mövcud olan bir sıra forma və bədii təsvir oxşarlıqları üzə çı -

xarılmışdır.

İşin  elmi  yeniliyi. Şumer  və  türk  epik  mətnlərindəki  forma  və  bədii

təsvir oxşarlıqlarının tipoloji və genoloji kökləri axtarılmış, onların etno -

ge netik bağlılığına dair yeni fikirlər söylənmişdir.

İşin  tətbiqi  əhəmiyyəti.  Türk  epik  təfəkkürünün  və  dastançılıq  ənə -

nəsinin ilkin qaynaqlarının öyrənilməsində istifadə edilə bilər. 



ƏDƏBİYYAT

1. Vəliyev İ.Ö. İnsan yaddaşı və ya bədii sözün “gündoğanı” // QŞƏM. Bakı.

2007. s. 5-24

2.  Дьяконов  И.М.  Народы  Древней  Передней  Азии  //  Москва.  ПАЭС.

1958. с. 5-72

3. Yusifov Yusif. Qədim Şərq tarixi. Bakı. 2007. 536 s.

4.  Афанасьева  В.К.  Шумерская  литература  //  Москва.  ИДМ.  I  книга.

1982. с. 84-89

5. Брагинский И. У истоков художественного слова // ПИПДВ. Москва.

1973. с. 5-20

6.  Афанасьева  В.К.Предисловие  //Я  Открою  Тебе  Сокровенное  слово.

Москва. 1981. с. 3-30

7.  Чудояков  А.И.  Историзм  эпоса  народов  южной  Сибири  //  Баку.  СТ.

1987. № 3. с. 94-97

8. Веселовский А.Н. Историческая поэтика. Ленинград. 1989. 406 с. 

9.  Sadıq  İslam.  Şumer  tanrılar  panteonunda Enkinin yeri// Bakı.  EA.  2008,

№5, s. 196-199

10.  Лугальбанда  во  мраке  гор  (пер.  Афанасьевой  В.К.)  //  АШП.  СПб.

1997. с. 181-192

11.  İlhan  Başgöz.  Dede  Korkut  Destanında  Epitetler  // Ankara.  MF.  1998.

sayı 37. s. 23- 35

12. Muazzez İlmiye Çığ. Uyğarlığın kökəni. Sumerlilər-1. Kaynak yayınları.

3-cü nəşr, İstanbul, 2009, 276 s. 



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə