Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   73   74   75   76   77   78   79   80   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
292 
Sayi Əfəndi 
XIX əsr Ģairlərindən olan Sayi Əfəndi (h.1218/1803-?) Fatin 
təzkirəsində xatırlanmıĢdır. Sayi Təbrizdə anadan olmuĢdur. Ġstan-
bula  gəlmiĢdir.  Gözəl  sənətlərə  aĢina,  oymaçılıqda  usta  idi.  Bir 
müddət  Məhəmməd  Əli  PaĢanın  istəyi  ilə  Misirə  getmiĢdir. 
«Mətbəə-yi Amirə»də ikinci müdür vəzifəsində çalıĢmıĢdır. 
 
Fatin Davud. Xatimətül-əşar. s. 175. 
 
Sayi Əfəndi hüdud-i Ġraniyyədə məkan-i Ģəhr-i Təbrizdə bin 
iki  yüz  on  səkkiz  sali  xilalində  qədəmnihade-yi  sahe-yi  vücud 
olub.  Iki  yüz  kırk  sənəsi  Ģəhr-i  məzkurdan  müfariqətlə  ələl-
təriqüs-səyahət  məmalik-i  Osmaniyyə  daxilində  Ģəhr-i  Bayəziddə 
bil-müvasilə  necə  qəribüd-diyar  olduğu  halda  əqvat-i  yumiyyəsi-
nin zühurunu tərəqqüb və intizar ilə imrar-i leyl-ü nəhar eyləmək-
də ikən ülfətgir olduğu əhalidən birisi möhrini izae eyləyüb, o ara-
lıq möhr-i məzkurə ehtiyac-i mis eyləmiĢ olduğuna və Ģəhr-i məz-
kurda möhr həkk  edəcək kimsənə bulunmadığına binaən mərqum 
Ģu  hala  mütəkəddər  və  mumaileyh  əmr-i  təəyyüĢi  mütəfikkir  ol-
duqları  halda  əsna-yi  ülfətdə  bir-birlərinə  ruzigar-i  zurkarın  Ģika-
yətinə mübaĢirətlə mərqum vüqu-yi hal ba təəssüf hekayət etməklə 
cəmi  sənaye  və  bədayedə  bi-misl  ü  həmta  məsəllü  fənn-i  həkkə 
dəxi  aĢina  olduğunu  mumaileyhə  bil-ima  tələqqi  mafat  eyləmək 
üzərə  ixtirakərdəsi  olan  sənət-i  cifr  ilə  kəndüsinə  bir  qitə  mehr 
həkk eyləməsini təəhhüd eyləyüb, ertəsi günü bir ədəd möhr-i bi-
bəha həkk və mərquma təslim və əta eylədiyində mərqumun lütf ü 
ikram olaraq halınca kəndüsinə ikram qeydində bulunduqdan son-
ra bulunduğı məclis ü məhafildə mumaileyh haqqında mədh ü si-
tayiĢə dəhəngüĢa olmaqda bulunması mumaileyhin fənn-i həkk və 
məarif-i  sairədə  olan  məlumatının  kamal-i  Ģüyuyi  müstəlzəm  ol-


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
293 
mıĢ olmasıyla sənət-i məzkurı kəndüyə mədar-i təəyyüĢ eyləyərək, 
bir  müddət  Ģəhr-i  məzkurda  iqamət  etdikdən  sonra  Dər-Səadətə 
bil-müvasilə, yenə sənət-i məzkur ilə idarə olınmaqda ikən iki yüz 
əlli bir sənəsi Misir valisi əsbəq Məhəmməd Əli paĢa mərhumun 
iĢaratı üzərinə canib-i Misirə ezam olınub, kəndüsinin rəsm-i xət-
də  Ġmad-i  sani  və  rəssamlıqda  isə  misal-i  Behzad  u  Mani  olması 
cəhətilə  Misir  darüt-təbbaəsinə  məmuriyyəti  bil-icra  bir  vəqt  mü-
rurında əyalət-i mərqumədə vaqe Hanke nam məhəldə olan məktə-
bin Ģagirdanın məvad-i imtahaniyyələri dəxi əlave-yi məmuriyyəti 
qılınaraq, ol vəchlə on dört sənə müddət Qahire-yi məzburədə gü-
zarənde-yi vəqt ü saət olmıĢ isə də,  
 
Yetər bu Qahirənün qəhri, əzm-i Rum edəlüm 
 
misrasının  məalınca  iki  yüz  altmıĢ  beĢ  tarixlərində  ki,  vali-yi 
müĢarünileyhin irtihalı əqəbində təkrar Dər-Səadətə bil-vüsul, təb-
xanəcə olan məlumatı iqtifasınca dört-beĢ sənə miqdarı nazir-i sa-
ni  müĢabəsində  təqvimxane-yi  amirə  ümurında  müəzzizən  bil-is-
tixdam, müəxxərən təbdil-i nəzarət münasibətilə  
 
تخﺎع ﻮﻧ ﻰتسﺎﻤﻋ ذﻣآ ﻪﻛ شﻫ 
ﻱد ﻪﺑ ﻝضﻨﻣ ﻭ تفس
گ
 ﻯس
پ
تخﺍدس
 
 
beyt-i  lətifi  məalı  üzərə  o  həngamda  mumaileyhin  dəxi  bulındığı 
xidmətdən  müfariqət  bulmağın,  kəndi  tərəfindən  idarə  etmək  Ģər-
tilə Əhmədiyyə meydanında müxtəsərcə bir bab təbxanə güĢad ey-
ləyüb,  bir  müddət  kətb  ü  dəvavin  təb  ü  təmsil  ilə  vərəq  kərdən-i 
səhayif-i  sübh ü məsa oldıqdan sonra be-təkrar  Qahire-yi  məzbu-
rəyə  əzimət  eyləmiĢdir.  Hər  fəndə  yəd-i  tulası  və  bundan  baĢqa, 
elm-i  xətdə  olan  məharəti  sairə  müqəyyəs  olmadığı  mumaileyhin 
ixtira  etmiĢ  oldığı  hüruf  basması  ilə  təb  olınmıĢ  olan  kitablardan 
hərf-aĢnayan-i  əsrin  məlumlarıdır.  ġöylə  ki,  xətt-i  təliq  qəvaidi 
icabınca  hüruf  təğyir  və  təzaid  etdikcə  kələmatın  əvail  ü  əvaxiri 
təali  vü  təvati  etməklə  məhəll  ü  misl-i  səbüki  təxəllüf  eyləcəgin-
dən dur vəchlə təb ü təmsilinə yol bulmaq pek çok elm-i həndəsə 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
294 
bilməgə və dəqiq əfkara mütəvəqqüf olacağından mumaileyhin bir 
minval mühərrir-i tərtib-i hürufda dər-kar olan məharət ü himməti 
bir vəqtdə inkar olınamayacağı bədihi və aĢkardır. Kəndüsi məca-
zamiz sözlərin təhririnə rəğbət etməkdən nət-i Ģərif-i cənab-i nəbə-
viyi Ģamil müqədəma silk-i sütura keĢidə eyləmiĢ oldığı qəside-yi 
güzidəsinin iĢbu təzkire-yi acizanəmizə səbt ü təhririni ilhah etmiĢ 
oldığından qəside-yi məzkurənin təhriri ilə iktifa olındı.  
 
Qəzəl 
 
 
 
 
     
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
295 
Səbati
 
Əsil  adı  Hafiz  Məhəmməd  Səbatəddin  Əfəndi  olan  Səbati 
1846-cı  ildə  Azərbaycanın  QutqaĢen  (Qəbələ)  bölgəsində  anadan 
olmuĢdur. 1850-ci ildə onun ailəsi Türkiyənin Qars Ģəhərinə köç-
müĢdür. 1867-ci ildən etibarən Amasyada məskunlaĢan Ģair orada 
Nigaridən,  Seyyid  Mir  Həsənül-Hüseyndən  və  Ġsa  Ruhidən  dərs 
almıĢ, türbədar vəzifəsində çalıĢmıĢdır. 1905-ci ildə vəfat etmiĢdir. 
Onun Ģeir divanı 1891-ci ildə Ġstanbulda çap olunmuĢdur. 
 
Mahmud Kamal «Türk şairləri». s. 2135. 
 
Hafiz  Məhəmməd  Səbatəddin  Əfəndi,  Dağıstanda  ġəki  mü-
zafatından  QutqaĢini  qaryəsi  əhalisindən  və  ərbab-i  elmdən  Əb-
dülkərim namında bir zatın oğludur
361
. 1846/1262 yılında doğdu.  
1850/1266-da Qarsa hicrət etdilər. Orada babası və anası və-
fat  eylədiyindən  Ərzuruma  getdi.  Ərəbi  və  farsi  okudu.  Quran-i 
Kərimi hifz etdi.  
1867/1284-də  Amasyaya  nəql-i  məkan  eylədi.  ġeyx  Mir 
Həmzə Nigaridən təkrar Əmsiləyə baĢlayaraq, Təsəvvürat və Təs-
diqata  qədər  oxudu.  ġeyx,  oğlu  Siracəddinin  vəfatı  üzərinə  dərsi 
kəsdiyindən  –  Ģərəf-i  söhbət  və  təvəccühi  ilə  mübahi  olduğum  – 
əazım-i üləma və hükəmadan Seyyid Mir Həsənül-Hüseynin dərsi-
nə davam edərək icazətnamə aldı. 
Amasyada  mədfun  məĢayix-i  NəqĢibəndiyyə-Xalidiyyənin 
əkabirindən Mövlana Ġsmayıl ġirvani həzrətlərinin damadı Ġsa Ru-
hidən Əfəndi təfsir və hədis və üsul tədərrüs eylədi. Otuz yeddi sə-
nə  həzrət-i  Ģeyxin  türbədarlığında  və  türbənin  imamətində  bulun-
du. 
                                                 
361
  Шякини  вя  Гутгашени  (Гябяляни)  Даьыстана  аид  едян  мцяллиф  сящвя  йол 
верир. Бу яразиляр Даьыстана дейил, Азярбайъана мяхсусдурлар.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə