Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   31   32   33   34   35   36   37   38   ...   102

_________Milli Kitabxana_________ 
 
105
 
sonunda İrəvan şəhərinin Paskeviç tərəfindən Rus dövlətinə tabe 
olunmasına xalqın məcbur edilməsi barədə verdiyi açıqlamada 
bildirir ki, “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüə-
ra olub, Axund Molla Məhəmməd  İrəvani kimi böyük alim və 
müctəhidlər yetiribsə  də, axır vaxtlarda belə fazil və alim şəxs-
lərdən və dəqiq ədiblərdən və xoştəb şairlərdən məhrum qalıbdır. 
Elm və mərifət əshalı varsa da, onların ədədi (sayı – Z.M.) avama 
nisbət çox azdır, yoxluq mənzələsindədir.  İrəvan  şairlərindən 
“Bəzmi” təxəllüsü ilə yazan Məşhədi İsmayıl Hacı Kazımzadədir. 
Məşhədi  İsmayıl Hacı Kazımzadə “Bəzmi” (1846-1888). 
İrəvanın varlı və zəngin tacirlərindən olan incə və istedadlı şəxs-
lərindən olmuşdur. O, 1846-cı ildə İrəvan şəhərində anadan olub. 
Həddi-büluğa çatanadək ev tərbiyəsi alıb, sonradan XIX əsr 
Azərbaycan şairi, jurnalisti və maarif xadimi Mirzə Məhəmməd-
tağı Naxçıvanskinin (1854-1904) məktəbində təhsil almağa başla-
yıb. Öz fitri istedadı sayəsində az vaxtda fars və türk dillərini 
dərindən mənimsəyib.  
Məşhədi İsmayıl “Bəzmi” (bəzmi sözü ərəb dilində “məclis, 
yığıncaq, eyş-işrət, kef” mənalarında işlənir) ömrünün çoxunu ti-
carətlə  məşğul olub, bu dövrdə istedadlı  və  şirindilli olduğuna 
görə müasirləri olan zadəgan tay-tuşları arasında tanınan  şairlər 
sırasında əziz və hörmətli şəxslərdən olub. Ömrünün sonuna iyir-
mi il qalmış ticarət işləri yaxşı getmədiyindən ondan əl çəkib, 
məktəb açaraq müəllimliklə  məşğul olub, eyni zamanda İrəvan 
şəhər məktəbində elmi-ilahi və türki-lisani müəllimi işləyib. 
F.Köçərli yazır ki, 1885-ci ildə  mən  İrəvan gimnaziyasına 
Azərbaycan dili müəllimi təyin olunan vaxtlarda Mirzə  İsmayılla 
tanış olub, onun tədris üsulları ilə tanışlıq üçün məktəbinə gedib, 
onun uşaqların təlimi ilə  hədsiz  şövqlə  məşğul olduğunu görüb, 
onunla yaxınlaşmağa və dostluq əlaqəsində olmağa səy göstərərdim. 
Çifayda  əcəl fürsət vermədi, o cənabın dostluğundan bizi mərhum 
eylədi və ona əcəl şərbətini içirtdi. Daha sonra qeyd edir ki, Məşhədi 
İsmayıl “Bəzmi” məktəblərimizdə dədə-babadan işlənən köhnə qay-
da üzrə dərs verməyin qüsurunu anlayıb yeni üsul ilə təlim vermək 


_________Milli Kitabxana_________ 
 
106
 
üçün özü təzə bir əlifba tərtib etmişdi. Amma mərhumun bu işi nə 
qədər əhəmiyyətli və xeyirli idisə də, köhnə qaydanı sevən və işıq-
dan bixəbər olan avamlara o, xoş gəlmədi. Mərhumun təzə əlifbası 
avam və qərazkarların dilində gülünc və istehza üçün bir alət oldu. 
Ancaq möhtərəm müəllim Məşhədi İsmayıl “Bəzmi” bu istehza və 
kinayələrə əsla əhəmiyyət vermədi, öz işində dayanıqlı və möhkəm 
durdu. Məşhədi  İsmayılın fars və türk dilində yazdığı  əsərləri top-
lansa, bir böyük kitab olardı. Dağınıq olduğuna görə, qələmindən çı-
xan əsərlərini bir yerə cəm edən olmamışdır. Əsərlərinin çoxusu qə-
zəl, rübai, qəsidə və müxəmməs növündə yazılmışdır.  
Məşhədi İsmayıl “Bəzmi” bəzən “Əndəlib” (bülbül) təxəllüsü 
ilə də şeir deyərmiş. Onun əldə olan bir çox şeirləri həcv və zarafat 
məzmunlu olduğundan F.Köçərlinin Milli Elmlər Akademiyası 
Nizami adına  Ədəbiyyat  İnstitutunun tərtib etdiyi və “Elm” 
nəşriyyatı tərəfindən 1987-ci ildə nəşr edilən Azərbaycan ədəbiy-
yatı kitabına həmin  şeirlər daxil edilməmişdir. Qeyd edim ki, 
İsmayıl “Bəzmi”nin Azərbaycan  ədəbiyyatı toplusunda “Var”, 
“Usanmasın”, “Hər kimsənin ki, sən kimi bir nazlı yarı var, Dün-
yada eyşü-işrəti, xoş rüzgarı var”, “Qanım tökən qaşındı, gözün 
gördü danmasın”, “O tari-türrəni, ey nazənin, yavaş darə, Ki, 
bağlıdır neçə yüz min könül o bir tarə”, “Salıb o gül üzünün şövqü 
gör nə halə məni, O qaşların ələmi döndərib hilalə məni” mətləsi 
ilə başlayan qəzəlləri və dörd bəndlik müxəmməsi verilmişdir. 
Mirzə Kazim Qazi (Fateh) Əskərzadə Axund Əhmədov 
“Müttəle”(xəbərdar)(1832-1892).  F.Köçərli yazır ki, əldə olan 
məlumatlara görə, Mirzə Kazım daimi olaraq İrəvanda yaşayıb və 
orada da vəfat etsə də, əslən İrəvana gəlmədir. Onun vətəni Təbriz 
mahalının Sərab şəhəri yaxınlığındakı Bərağuş qəsəbəsidir. Mirzə 
Kazım 1832-ci ildə anadan olub, təhsilini Təbrizdə aldıqdan sonra 
cavan vaxtlarında  İrəvana gəlib,  əvvəlcə  İran dövlətinin rus 
konsulluğunda katib-tərtibçi işlərinə baxmışdır. Amma sonralar bu 
işdən çıxmış, təlim-tərbiyə  işlərinə meyli olduğuna görə xüsusi 
məktəb açaraq müəllimlik etmiş, məktəb işlərini qayda-qanun üzrə 
aparmaqla ibtidai təhsil alanlara şifahi üsulla təlim verərmiş. Mirzə 


_________Milli Kitabxana_________ 
 
107
 
Kazımın məktəbi bütün İrəvan sakinlərinin rəğbətini qazanmış və 
həqiqətən bu cənab öz sənət məşğuliyyətində bir qüsura yol ver-
mədən canı-dildən uşaqların təliminə cəlb olunmuşdur. 
F.Köçərli Mirzə Kazım cənabları ilə yaxın tanış olduğunu və 
tez-tez onunla görüşdüyünü, təlim və tədris məsələlərindən bəhs 
edən söhbətlər etdiyini göstərməklə yanaşı, onun təlim-tərbiyə 
məsələlərindən başqa bir fikri olmadığını qeyd edir. 
Təlim üsulunda daha çox bilik və məharət kəsb etmək üçün 
gimnaziyanın müdiri cənab Brajnikovun icazəsi ilə hazırlıq sinfi-
nin tayı-bərabəri olmayan qabiliyyətli və qabaqcıl müəllimi Çis-
tyakovun dərslərinə qulaq asarmış. 
Mirzə Kazım ilə bərabər Axund Mirzə Əli də həmin vaxtlar-
da  İrəvanda məktəb açmışdı. Axund Mirzə  Əli özünü tanıtmış 
qeyrətli və çalışqan bir müəllim idi. 
Yeni dərs üsulu ilə tanış olmaq üçün mütəvəffa (ölmüş) Çis-
tyakovun gah evinə və gah da (klasına) sinfinə tez-tez gəlib, lazım 
olan məlumatı ondan əxz edərdi. Çistyakov isə  hər iki müəllimə 
artıq mehribançılıq və iltifat göstərməklə,  əlindən gələn köməyi 
əsirgəməzmiş  və özü məktəbdarların məktəblərini ziyarət edib
nəzərə çarpan qüsurların islahına daha çox kömək göstərərdi. 
İrəvanda məktəb açan və  mərifət sahiblərindən biri hesab 
olunan cənab Mirzə Abbas Məmmədovun yazdığına görə  mər-
hum Mirzə Kazımın beş cild kitabı qalıbdır ki, onlardan dördünü 
mərhum cocuqların təlimi üçün tərtib etmişdir. Amma onlardan 
heç biri bu hala kimi çap olunmayıbdır: 1. ”Elmi hesab”, 2. 
”Sərfu-nəhvi-farsi”, 3. ”Elmi-bəlağət” (natiqliq məharəti  elmi),   
4. “Vacibati-şəriyyət” (allahın göstərişlərinə  əsasən yazılmış qa-
nunlar, islam qanunları). 5. ”Teatr hekayəsi”. 
Mirzə Kazımın əsərləri fars və türk dilində yazdığını, heç bi-
rini  əldə edib görmədiyini söyləyən müəllif həmin kitabların nə 
dərəcədə təhsilə layiqli və ya tənqid olması haqqında söz açmağa 
aciz olduğunu vurğulayır. Lakin onu təsdiqləyir ki, Mirzə Kazım 
həddindən artıq qabil və gözüaçıq adam idi. Öz zəmanəsində 
məktəblərdə təlim üçün istifadə olunan kitab və risalələrin (kitab-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə