Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

_________Milli Kitabxana_________ 
 
102
 
yox, Fazil İrəvaninindir. [136] Əsəri xaricdə yaşayan ermənilərin 
ləhcəsinə çevirib hissə-hissə “Anahit” jurnalında çap etdirən ermə-
ni Arşad Çobanyan da “Qızılgül və bülbül” povestinin Fazil İrəva-
niyə  məxsus olduğunu bildirib. Beləliklə, Markar Geqamyan ifşa 
olunub. Fazil İrəvaninin həmin “Qızılgül və bülbül” əsərinin oriji-
nalı Matenadaranda – M.Maştos adına Qədim Əlyazmalar İnstitu-
tunda saxlanılır. Irəvanda yerləşən bu institutun Şərq  ədəbiyyatı 
şöbəsində 28 vərəqlik Azərbaycan dilində olan 222 nömrəli əlyaz-
manın da üzü Fazil İrəvani tərəfindən köçürülmüş, həmin məcmuə-
də Azərbaycan şairlərinin şeirləri və deyişmələri toplanıb. 1871-ci 
ildə Lənkəranda müəllim işləyən şair Mirzə İsmayıl Qasir (1805-
1900) və məhkəmə katibi və Sadıq bəy Mehmandarov ağır ehtiyac 
içində yaşayan  əhaliyə  şəhərin Forştat hissəsində  məskunlaşmış 
rusların və almanların əkdikləri kartofdan yemələrini məsləhət gör-
düklərinə görə ruhanilər onların hər ikisinin Lənkərandan qovul-
ması barədə qərar çıxarırlar. Başqa əcnəbi millətlərin becərdiyi kar-
tofu murdar adlandıran savadsız ruhanilər şair Qasiri və hüquqşünas 
Sadıq bəyi kafir adlandırır və kartofdan istifadəni camaata qadağan 
edirlər. Qasir və Sadıq bəy bu barədə məktubla Qafqaz şeyxülislamı 
Fazil İrəvaniyə müraciət edirlər. O, Lənkəran ruhanilərinin düzgün 
olmayan qərarını ləğv etməklə, hər iki açıqfikirli ziyalının məktubu 
ilə əlaqədər onların müdafiəsi mövqeyində dayanır. 
Şeyxülislam 1872-ci ilin dekabrında tutduğu vəzifədən istefa 
verir və İrəvan şəhərinə köçür. İrəvanda olan məşhur “Şeyxülis-
lam məhəlləsi” erməni-Azərbaycan münaqişəsi başlayanadək o 
böyük şəxsiyyətin – Fazil İrəvaninin adını daşıyırdı. 
Axund Fazil İrəvaninin  ən böyük xidmətlərindən biri də 
onun çoxlu tələbə yetişdirməsidir. O dövrdə Təbrizin şeyxülisla-
mı, tanınmış alim Hacı Mirzə  Məhəmməd (M.Tərbiyyət, “Da-
nışməndani Azərbaycan”. V -1987, səh.95), həmçinin bütün Qaf-
qazda və İranda məşhur olan alim və tarixçi Mühəqqiq İrəvani də 
Fazil İrəvaninin yetirmələrindəndir. 
İrəvani Fazil çətin hadisələrin ətraflı izah edilməsi sahəsində 
daha çox tanınırdı. 


_________Milli Kitabxana_________ 
 
103
 
Fazil  İrəvaninin dini nə  dərəcədə  tədris etməsinə misal onu 
göstərmək olar ki, Təbriz şəhərinin dörd yüz səksən il ərzində ar-
dıcıl  şeyxülislamı olan nəslin axırıncı  şeyxülislamının təhsil al-
ması ona ümid edilmişdir. 
Fazil  İrəvaninin həyatı, yaradıcılığı barədə  hələ sağlığında 
yazan biblioqraflar onun əqlli, bilikli, elmləri bilən adamların isti-
nad mənbəyi olduğunu qeyd etmişlər. Onun intellektual və rəva-
yətlər, hekayətlər və povestlər yazan, elmi biliklər üzrə peşəkar 
və məlumatlı, görkəmli alim olduğunu heç kim inkar etməmişdir. 
Onun müasirləri onun yüksək insani keyfiyyətlərini səciyyələn-
dirərək deyirmişlər: “Nə qədər ki, Ayətullah Fazil İrəvani sağdır, 
mənə fitva vermək üçün yaxınlaşmayın, onun qarşısında öz fik-
rimizi demək bizə yaraşmaz” (Şeyx Məhəmmədhəsən Mamaqani
1822-1905). F.İrəvani ömrü boyu islam maarifçiliyinin yayılma-
sına çalışmış, son qəpik-quruşunu təhsil alan tələbələrə  xərclə-
məyi özünə böyük şərəf saymışdır [62].  
Görkəmli ədib, alim və ictimai xadim Fazil İrəvani 1888-ci 
ilin noyabrında Nəcəf  şəhərində  vəfat etmiş  və orada da dəfn 
olunmuşdur. Təəssüf doğuran odur ki, indiyədək Azərbaycan tari-
xindən və ədəbiyyatından bəhs edən kitablarda bu görkəmli şəx-
siyyətin adına yalnız epizodik hal kimi rast gəlinir” [180].  
İrəvani  Əbdülqasim ibn Mirzə  Məhəmməd 1747-ci ildə 
İrəvan  şəhərində doğulmuşdur. Məntiq və  fəlsəfə, habelə ilahiy-
yat və irfan sahəsində  dərin biliyə malik bir alim olmuşdur. O, 
məşhur Həkim Mirzə Məhəmməd İrəvaninin oğludur. İrəvani Əb-
dülqasim Abbas Mirzə Naibüssəltənə zamanında məşhur həkim-
lərdən biri olmuşdur. Əbdülqasim 1821-ci ildə Təbrizdə 74 yaşın-
da vəfat etmiş və Seyid Həmzə qəbiristanlığında dəfn edilmişdir. 
Ilahiyyat və irfan elmləri sahəsindəki  şöhrəti  Əbdülqasim 
İrəvaniyə imkan vermişdi ki, “Şəhrikəbir” əsərinin müəllifi olan 
Ağa Seyidzadədən müctəhidlik icazənaməsi alsın. 
İrəvani Molla Məhəmməd  – XIX əsrdə yaşamış ilahiyyat 
alimlərindəndir. O, 1824 -cü ildə İrəvanda doğulmuş, ilk təhsilini 
orada almışdır. Sonra təhsilini davam etdirmək üçün Təbrizə 


_________Milli Kitabxana_________ 
 
104
 
gedib orada qalmışdır. Çox qısa vaxtda məşhur ilahiyyət alimi 
kimi tanınmışdır.  Əhməd Küzəngünani kimi adlı-sanlı alimin 
müəllimi olmuş, ona alim dərəcəsi almağa rəy vermişdir. 
İrəvani Mirzə  Məhəmməd  1718-ci ildə  İrəvan  şəhərində 
doğulmuşdur. Onun doğulduğu nəsil həkimlər ailəsi adlanırdı. Bu 
ailədən çıxan həkimlər arasında Mirzə Məhəmməd özünün dərin 
biliyi və hazırladığı  təbii dərmanlarla daha məşhur imiş. O, Irə-
van mahalı ilə bərabər Cənubi Azərbaycanda da özünün müalicə 
üsullarına görə tanınırmış. O, oğlu  Əbdülqasim  İrəvaninin daha 
kamil həkim olmasına ciddi səy göstərmişdir. Mirzə Məhəmməd 
İrəvani 1799-cu ildə səksən bir yaşında vəfat etmiş və İrəvan şə-
hərindəki Göy məscidin yaxınlığında dəfn edilmişdir. 
İrəvani Hacı  Ağa Mirzə  İrəvan əyanları ailəsində 1804-cü 
ildə anadan olmuş, bir müddət doğulduğu  şəhərdə yaşayıb işlə-
dikdən sonra Təbrizə getmiş  və burada anadan olmuş  oğlu Ləli 
Mirzə  Əlixan  İrəvaninin təhsili və orada yüksəlməsi məqsədilə 
Təbrizdə qalmış, 1875-ci ildə vəfat etmişdir. 
İrəvani-Təbrizi Mollabaşı Hacı Mirzə Əbdülkərim (1809-
1877) Azərbaycanın elm və  mədəniyyət xadimlərindəndir. O, 
əruz elmi, qafiyə və fars dilinin qramatikası barəsində əsərlər yaz-
mışdır. Lakin son əsəri əlyazması halında çap edilməmiş qalmış-
dır  (“Danişməndani Azərbaycan”) . 
İrəvani-Təbrizi Müznib Fətəli İbn Hacı Həsən XIX əsrdə 
yaşamış şairlərdəndir. O, ən çox İrəvani adı ilə məşhur olmuşdur. 
O, 1833-cü ildə məşhur şair və münşilərin şeirlərindən, nəsr əsər-
lərindən, eləcə də öz şeirlərindən ibarət bir məcmuə tərtib etmiş-
dir. Həmin toplunun əlyazması Məhəmmədəli Tərbiyətdə qalmış-
dır. M.Tərbiyət yazır ki, mən Fətəli Təbrizinin (İrəvaninin) min 
beytdən ibarət divanını da görmüşəm (“Danişməndani Azərbay-
can”, səh, 230). Aşağıdakı beyt onun əsərindəndir: 
Fələk etmişdir bostanda ürəyi qanlı laləni, 
Odur ki, ürək qanı ilə o doldurmuş piyaləni.  
Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli  İrə-
van şairlərindən yazdığı qeydlərində 1827-ci ilin sentyabr ayının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə