Azərbaycan miLLİ elmlər akademiyasi nizami GƏNCƏVİ adına ƏDƏBİyyat institutu



Yüklə 289,74 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix02.01.2018
ölçüsü289,74 Kb.
#19468
1   ...   4   5   6   7   8   9   10   11   12

           

 

21 



bol-bol istifadə etmək məqsədində olmuşlar. Ona görə də,  nağılın struktur 

potensialı  onun  mahiyyətində  olan  bütün  məsələlərə  diqqət  yetirmənin 

gərəkliyini  işarələyir.  Nağıllardakı  daxili  formullar  təkcə  qəhrəmanın 

xarakterini,  daxili  və  xarici  portretinin  mahiyyətini  açmaqla  da 

yekunlaşmır.  Burada  həm  də  nağıl  qəhrəmanlarına  aid  edilən  bütün  pred-

metlər, fəaliyyətini, hərəkətini ifadə edən, onunla dialoqa girən bütün qütb-

lər,  sehrli və başlanğıc formullara xarakterik olan nə varsa hamısı cəmləşir.   

Bütün bunlar keçən əsrin əvvəllərində maarifçi düşüncəsinin, yazıçı 

qayəsinin ifadəsində müxtəlifliklə səciyyələnəcək forma və üsul axtarışında  

görünürlər. 

a)

 

sırf nağıl sonluqlarına bənzər nümunələr



b)

 

nağıl  sonluqlarına  bu  və  ya  digər  dərəcədə  yaxınlaşan  bədii 



nümunələr; 

c)

 



nağıl  sonluqları  ilə  yanaşı,  müəllif  əlavələrini  də  özündə  ehtiva 

edən nümunələr; 

d)

 

bütünlükdə  sonluq  anlamında  nağıl  sonluqlarının  forma  və 



prinsiplərinə uyğun gəlməyən nümunələr. 

Beləliklə,  əsrin  əvvəllərində  nağıl  formullarına  müraciətin  forma  və 

üsullarının tədqiqi  sonrakı mərhələdə bir ənənə kimi davamının necəliyini 

ararşdırmağın  zəruriliyini də ortaya qoyur. 

İkinci fəslin  “Nağıl mövzusuna müraciət mətnaltı manera kimi” 

adlı ikinci bölməsində göstərilir ki, XX əsr Azərbaycan ədəbiyyatında nağıl 

mövzusuna  müraciətin  forma  və  üsullarından  danışarkən  mətnaltı  yazıçı 

manerası  məsələsinə  ayrıca  diqqət  yetirmək  lazım  gəlir.  Məlum  olduğu 

kimi,  XX  əsr  mürəkkəb  bir  epoxa  kimi  öz  başlanğıcından  sonuna  qədər 

ziddiyyətlərlə,  problemlərin  gərginliyi  ilə  səciyyələnmişdir.  Əsrin 

əvvəllərində  ictimai-siyasi  mühitdə  baş  verənlər,  çarizmin  bolşevizmlə 

əvəzlənməsi,  kollektivləşmə,  otuzuncu  illərin  repressiyası,  rus-alman 

müharibəsi,  müharibədən  sonrakı  illər  və  s.  hamısı  özlüyündə  ədəbi 

prosesin  üzərindən  keçirdi.  Siyasi  mühitdə  yaşananların    ağırlığı  ədəbi 

mühitdə izsiz qalmırdı.  

Əksinə,  daha  çox  ağırlıq  ədəbi  mühitin  üzərinə  düşürdü.  R.Rzanın, 

İ.Hüseynovun,  İ.Şıxlının,  B.Vahabzadənin,  X.R.Ulutürkün,  M.Arazın, 

İ.Məlikzadənin,  Anarın,  Elçinin,  S.Azərinin,  Y.Səmədoğlunun  və  bu 

silsilədən  olan  digərlərinin  əsərlərində  artıq  mövcud  yasaqların  və 

baryerlərin  pozulmasına  cəhdlər  vardı.  Hətta,  bir  qədər  açıq  desək, 

müəyyən  mətnaltı gedişlərlə, üstüörtülü sətiraltı eyham və işarələrlə etiraz 

motivləri  görünürdü.  Bunlar,  onu  da  etiraf  edək  ki,  birbaşa  deyil,  mətn 

daxilində  epizodik  şəkildə  aparılırdı.  Maraqlı  olan  da  həmin  düşüncə 



           

 

22 



fərqliliyinin,  etirazın,  cəmiyyətin  çatışmazlıqlarını  qabartmağa  cəhdin  

xüsusi  sənətkarlıq  məharəti,  yazıçı  fəndi  ilə  ortaya  qoyulmasıydı.  Bu, 

özlüyündə  bədii-üslubi  manera  məsələsidir  və  birbaşa  yaradıcı 

axtarışlarından  irəli  gəlirdi.  Keçən  əsrin  altımışıncı,  səksəninci  illər 

ədəbiyyatını,  eləcə  də  imperiyanın  dağılmasından  sonrakı  doxsanıncı  illər 

ədəbi prosesini müxtəlif müstəvilərdə, yaradıcılıq potensiyasının imkanları 

və  yeni  ruhun  mühitdə  artan  dinamik  irəliləyişi  maraqlı  mənzərə  ortaya 

qoyur. 


Məlum  olduğu  kimi,  “hər  bir  dövr  ədəbiyyatına  və  ya  müəyyən 

sənətkar  yaradıcılığına  müxtəlif  nöqteyi-nəzərdən  və  mövqedən  yanaşmaq 

mümkündür.  Ədəbiyyatşünaslar  daha  çox  bədii  yaradıcılığın    aparıcı 

pafosunu, qayəvi-estetik xüsusiyyətlərini, yenə də dəqiq söyləsək, müəllifin 

nə  demək  istədiyini  və  ya  necə  dediyini  təhlil  etməyə  üstünlük  verirlər”

1



Təsadüfi  deyil  ki,  keçən  əsrin  altımışıncı  illərini  ədəbiyyatda  yeni  bir 

mərhələnin  başlanğıcı  kimi    vurğulayırlar.  Bunun  isə  müəyyən  reallıq,  

həqiqət  tərəfləri  var.  Əlbəttə,  bu  dövrün  təhlilini  verən  bir-birindən  

maraqlı, elmi-nəzəri səviyyəsi ilə diqqəti cəlb edəcək araşdırmalar çoxdur. 

Ancaq  bizim  marağımızda  olan  sənətkar  axtarışlarında  nağıl 

konstruksiyasından bəhrələnmənin özünəməxsusluq hadisəsidir.  

Nağıl, dastan, rəvayət, əfsanə və s. bu mənada istifadə, bəhrələnmə 

üçün  ən  uğurlu  baza  idi.    Ona  görə  də,    keçən  əsrin  altmışıncı  illər 

ədəbiyyatında olan nağıl ənənəsinin mahiyyətini geniş müstəvidə bir neçə 

istiqamətdə aydınlaşdırmaq zərurəti yaranır. Bunlar aşağıdakılardır: 

a)

 

nağıl  etnosun,  xalqın  bədii  düşüncəsini  ifadə  edən  folklor 



qaynağı  kimi; 

b)

 



nağılın bir forma kimi  zəngin epik elementləri özündə ehtiva edə 

bilməsi imkanı; 

c)

 

ictimai-estetik təfəkkürü işarələyən hadisə kimi



Bütün  bunlar  nağıla  geniş  mənada  həm  janr,  həm  real,  irreal 

hadisələri əks etdirmək imkanında olan təcəssüm və təsvir vasitəsi, həm də 

düşüncə hadisəsi kimi baxmaq imkanı verir.  

Nağıl  bir  forma  kimi  simvolları,  mətnaltı  düşüncəni  ifadə  etməyə 

daha  çox  imkana  malik  olduğu  üçün  yazılı  ədəbiyyatda  bu  tükənməz 

folklor  qaynağına  tez-tez  müraciət  olunması  təbiidir.  Keçən  əsrin  60-cı 

illərində  ədəbi  prosesi  xarakterizə  edən,  ona  özünəməxsusluq  gətirən  

                                                 

1 Qasımbəyli Y. Milli oyanış və özünəqayıdış lirikası. Bakı: Elm və təhsil, 2012,   

s. 47.  


 


Yüklə 289,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə