Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə3/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   2   3   4   5   6   7   8   9   ...   134

 Azərbaycanda Neolit dövründə daha da inkişaf edən maldarlıq

təsrrüfatı, xüsusilə qoyunçuluğun yerli əhalinin həyatında oynadığı

aparıcı rol toxuculuq sənətinin inkişafına da zəmin yaratmışdır. Mis,

Tunc, İlk Dəmir dövründə toxuculuğun inkişafı yeni geyim növlərinin

yaranmasına və çoxalmasına səbəb olmuşdur. Arxeoloji materiallar və

tarixi qaynaqlarda Manna, Midiya, Atropatena və Albaniyada çeşidli

geyim dəstlərinin olması haqqında məlumatlar vardır.

 Artıq ilk orta əsrlərdən etibarən toxunan rəngarəng, çeşid-çeşid

parçalardan kişi, qadın və uşaq geyimlərinin hazırlanması haqqında

arxeoloji materiallarda, yazılı qaynaqlarda, xalq yaradıcılığı

nümunələrində, şairlərin və səyyahların əsərlərində nisbətən dolğun

məlumatlara rast gəlinir.

Kitabda parça toxuculuğu və çeşidli geyim istehsalının daha çox

Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Gəncə, Ordubad və başqa

Azərbaycan şəhərlərində inkişaf etdiyi qeyd olunur. Ərazimizdə yunun,

pambığın, ipəyin, kətanın, dəri və gönün yetərincə olması geyimlərin

növ müxtəlifliyinə  şərait yaratmışdır. Bir qayda olaraq, Azərbaycanda

milli xalq geyimləri üç tipə bölünür: qadın, kişi və uşaq geyimləri.

          

Kitabda təbii olaraq  qadın geyimlərinə geniş  yer  verilir,

onun  üstün  cəhətləri  göstərilir.  Ənənəvi  qadın  geyimləri  özünün  zərif,

incə toxunuşu,  rəng əlvanlığı, zəngin naxış çalarlığı, dəbdəbəliyi ilə

diqqəti cəlb edir. Bu kitabda qadın geyimlərinin bölgələr üzrə  növ

müxtəlifliyi geniş  şərh olunur və geyimlərdə bölgələr üzrə növ

müxtəlifliyi və oxşar cəhətləri müəyyənləşdirilir. Qadınların mövsümi,

gündəlik, şənliklərdə, toy və bayramlarda geydikləri mərasim geyim

dəstlərinə xüsusi yer verilir.

  

Qadınlarda olduğu kimi, kişilərin də  ənənəvi geyim dəsti



olmuşdur. Kitabda kişi geyim dəstinin lokal-məhəlli səciyyə daşıyan

cəhətləri qeyd edilir, həm də alt, üst, ayaq və baş geyimlərinin

əhəmiyyəti və rolu göstərilir. Təsərrüfatla bağlı, mövsümlə  əlaqədar,

sinfi mənsubiyyəti ilə fərqlənən geyimlər tarixi aspektdə işıqlandırılır.

Burada uşaq geyimlərinin növ müxtəlifliyi haqqında da ətraflı

məlumatlar vardır.

   Bu kitabda kişi, qadın və uşaq geyimlərini tamamlayan, onlara

xüsusi yaraşıq və gözəllik bəxş edən bəzəklər xoronoloji prinsipə uyğun




şəkildə işıqlandırılır, bəzək zinət əşyalarının əsrlərcə istehsalı dəlil-

sübutlarla təqdim edilir. Mahir zərgərlərimizin incə zövqlə

hazırladıqları sırğa, üzük, bilərzik, sinəbənd, asmamöhür, medalyon,

sancaq, telbasan, kəmər, toqqa və s. bəzəklər öz yaraşığı, zərifliyi, göz

oxşaması, könül xoşlaması ilə diqqəti cəlb edir.

  İnsanların bəşər sivilizasiyasına verdiyi ən böyük kəşflərdən

biri əkinçilik mədəniyyətdir. Azərbaycanda ən qədim və aparıcı

təsərrüfat sahəsi taxılçılıq olmuşdur. Burada insanlar taxılın

becərilməsi, döyülüb saxlanılması qaydaları ilə yanaşı, onun

üyüdülməsini də mənimsəmişlər. Dənin üyüdülməsi çörəkbişirməyə

hazırlıq mərhələsi hesab olunur. İnsanlar hələ Neolit dövründə dən

üyüdülməsində sadə dən daşlarından istifadə etmişlər. Əkinçiliyin

sonrakı inkişaf mərhələsində daha əlverişli və mürəkkəb quruluşlu dən

daşları meydana gəlmişdir. Sadə dən daşlarından daha təkmil dən

daşlarına keçiddə  əl dəyirmanları (kirkirə) əsas rol oynamışdır. İlk

sinifli cəmiyyətin yarandığı dövrdən etibarən taxılçılığın daha geniş

miqyas alması nəticəsində zaman-zaman su, yel dəyirmanları, qoşqu və

buxar mühərriki ilə hərəkətə gətirilən dəyirmanlardan da istifadə

edilmişdir.

  

Dənüyütmə  qaydalarından  sonra  çörəkbişirmənin  üsul  və



vasitələri xronoloji ardıcıllığa uyğun olaraq şərh olunur. Minilliklərdən

üzü bəri xalqımız çörəkbişirmədə sadə çalalardan, daş ocaqlardan,

müxtəlif quruluşlu yeraltı və yerüstü təndirlərdən, səngək kürəsindən

istifadə etmiş, güzəran keçirmişdir. Gil və metaldan hazırlanan müxtəlif

quruluşlu saclar maldar əhali arasında daha çox yayılmışdır.

   


Kitabda  çörəkbişirmə,  unun  ələnməsi  və  xəmirin

yoğurulmasında istifadə edilən ələk, kəsdi, xərək, külçəbasan və s.

vasitələr haqqında ətraflı məlumatlar verilir.

   Müqəddəs nemət sayılan çörəyi vətənlə, torpaqla, ellə, obayla

müqayisə etmişlər. Çörəkbişirmə ilə bağlı maraqlı adət-ənənələr, xalq

deyimləri xüsusi maraq doğurur: “İstəyirsən bol çörək, al əlinə bel

kürək”. Çörək təkcə ruzi deyil, heçnə ilə  əvəz edilməyən, dərin məna

kəsb edən ən əziz nemət hesab edilmişdir: “El basılar, çörək basılmaz”,

“Hər şeydən keçilər, çörəkdən keçilməz”, “Övlad atılar, çörək atılmaz”.



Təsadüfi deyildir ki, “Torpaq haqqı, çörək haqqı” deyirik. Çörək

dindi, bərəkətdi: “Qılınc kəsməyəni çörək kəsər”, “Çörək itirəni çörək

tutar”, “Çörək çörəyə borcludur”, “Bir dəfə çörək yediyin yerə min dəfə

baş əy”.


Bəşər tarixinin ilk çağlarından insanlar təbii tələbatlarına uyğun

yemək və içkilərdən istifadə etmişlər. Hələ ibtidai icma quruluşu

dövründə insanlar yaşamaq üçün topladıqları yabanı bitki və meyvəni,

ovladıqları vəhşi heyvanların ətini və balıqları yemiş, güzəran

keçirmişlər.

Zaman keçdikcə, dövran dəyişdikcə, minilliklər arxada qaldıqca,

əsrlərə qovuşduqca Azərbaycan xalqı çeşid-çeşid yeməklər, növ-növ

içkilər hazırlamışdır. Xalqımızın zəngin mətbəxi özünün növ

müxtəlifliyilə geniş  ərazidə  şöhrət qazanmışdır. Bu üstün cəhət və

seçim indi də dünya xalqları tərəfindən tanınır və qəbul edilir. Kitabda

Azərbaycan mətbəxinə dair maraqlı mülahizələrin verilməsi təbiidir.

Xalqımızın yaratdığı, inkişaf və davam etdirdiyi müxtəlif çeşidli

yeməklər və içkilər əsrlərcə qazanılan zəngin təcrübəyə və  ənənəyə

əsaslanır. Kitabda qənnadı məlumatı və şirniyyatlar, xəmir, düyü, süd,

ət, quş, balıq, bostan-tərəvəz yeməkləri, şorbalar, şirələr, şərbətlər və

digərləri haqqında da dolğun məlumatlar verilir. Yeməklərin yüksək

keyfiyyətlə hazırlanmasında duz, bal, turşular, habelə istiot, darçın,

zəncəfil, hil, mixək, zəfəran, sarıkök, sumax, nanə və s. ədviyyatdan

istifadə edilməsi şərh edilir. Burada yeməklərin və içkilərin hazırlanma

qaydaları, istifadə edilən qablar haqqında məlumatlar da xüsusi maraq

doğurur. Yeməklər və içkilər haqqında verilən məlumatlar təkcə elmi

deyil, həm də praktik əhəmiyyət daşıyır.

 Maddi mədəniyyətin əsas tərkib hissələrindən biri də xalq

nəqliyyatı vasitələridir. Nəqliyyat vasitələrinin yaranması,

təkmilləşməsi və müxtəlifliyi təbii-coğrafi şərait və  ərazinin relyefilə

sıx bağlıdır. Azərbaycanlılar bu şəraitə uyğun olaraq minilliklər boyu

sadədən mürəkkəbə doğru bir sıra nəqliyyat vasitələri yaratmış,

təsərrüfatda, maddi və mənəvi həyatın müxtəlif sahələrində geniş

istifadə etmişlər. Ərazidə ilk sadə nəqliyyat vasitələrinin tarixi ibtidai

icma quruluşu dövrünə aiddir.




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə