Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   2   3   4   5   6   7   8   9   ...   35


 
I   F Ə S Ġ L 
KĠÇĠK QARDAġ SURƏTĠNĠN SƏCĠYYƏSĠ 
VƏ MƏNġƏYĠ 
 
Sehrli nağıllarda kiçik qardaş surətinin ideallaşdırılması 
məsələsi Sovet folklorşünaslığında müxtəlif şəkildə izah olun-
muşdur. Kiçik qardaş  surətinin sehrli nağıllarda ideallaşdırıl-
masına  dair  ilk  elmi  konsepsiya  E.M.Meletinski  tərəfindən 
irəli sürülmüşdür. Müəllifin fikrincə,  minorat (kiçik qardaşın 
varisliyi)  ibtidai  cəmiyyətdən  sinifli  cəmiyyətə  keçid  döv-
ründə  mayoratla  (böyük  qardaşın  varisliyi)  əvəz  olunur.  Bu 
zaman ibtidai cəmiyyət üçün xarakterik olan böyük ailədən si-
nifli cəmiyyət üçün xarakterik olan kiçik ailəyə keçid prosesi 
gedir.Böyük  ailədə  kiçik  qardaş  ata  mülkünün  qanuni  varisi 
və ata ocağının sahibi idi. Ancaq bu vaxt əmlak qardaşlar ara-
sında bərabər bölünürdü. Böyük qardaş ata mülkündən özünə 
çatan  payı  alaraq  ayrılır  və  özünə  ayrıca  təsərrüfat  qurur. 
Kiçik  qardaş  isə  valideynlərin  yanında  qalaraq  onlara  qayğı 
göstərir və ailə mərasimlərini icra edirdi. Böyük ailədən kiçik 
ailəyə keçid zamanı mayorat meydana çıxır və böyük ailənin 
dağılmasının  təşəbbüskarı  olur.  Mayorat  birgəliyə,  bərabərli-
yə  əsaslanan  böyük  ailənin  qoruyucusunu,  yəni  minoratı  sı-
xışdırır.  Bu  zaman,  müəllifin  fikrincə,  hüquqi  minorat  yara-
nır.  Yəni  kiçik  ailə  daxilində  kiçik  qardaşın  varisliyi  qanun-
laşdırılır. Ancaq mayorat qeyri-qanuni olaraq kiçik qardaşı sı-
xışdırır  və  ata  mülkiyyətini  ələ  keçirməyə  başlayır.  Bununla 
bağlı olaraq kiçik qardaş ibtidai cəmiyyətdən sinifli cəmiyyə-
tə keçid dövründə sosial uğursuza çevrilir. Beləliklə, müəllifə 
görə,  kiçik  qardaş  haqqındakı  nağıllar  patriarxal  cəmiyyətin 
dağılmasını  əks  etdirir.  Ədalətli  patriarxal  cəmiyyətin  qoru-
yucusu  olduğuna  görə  və  bu  keçid  prosesində  böyük  qardaş 
tərəfindən sıxışdırılaraq sosial cəhətdən iflasa uğradığına görə 


10 
 
kiçik qardaş “kasıb təbəqə”nin simvolu kimi sehrli nağıllarda 
ideallaşdırılır (128, 64-160).   
Bu konsepsiyanı sonralar bəzi nağılşünas və etnoqraflar 
müəyyən “düzəlişlər”lə qəbul etmiş və  ya tamamilə inkar et-
mişlər. 
V.N.Anikinin  fikrincə,  kiçik  qardaş  sosial  uğursuza  çev-
rildiyinə görə deyil, məhz böyük ailədə varis olduğuna, ata-ba-
baları üçün xeyrat verdiyinə və tayfa ənənələrinə əməl etdiyinə 
görə  ideallaşdırılır  (52,  151-155).  Onun  ardınca  qazax  şərq-
şünası  S.Kaskabasov  göstərir  ki,  E.M.Meletinskinin  konsep-
siyası  qazax  materiallarına  uyğun  gəlmir.  Belə  ki,  müəllifin 
fikrincə, XIX əsrin birinci yarısına qədər qazaxlarda böyük ailə 
mövcud  olmuş,  kiçik  qardaşın  böyük  qardaşlar  tərəfindən 
sıxışdırılması  prosesi  XIX  əsrin  ikinci  yarısından  sonra,  yəni 
böyük ailənin dağılması prosesi ilə başlamışdır. Bu etnoqrafik 
bazaya söykənən müəllif göstərir ki, kiçik qardaşın sehrli nağıl-
larda ideallaşdırılması həm mayoratın yaranmasına qədər, həm 
də mayoratın yaranmasından sonra mümkündür. Müəllif kiçik 
qardaşın  ideallaşdırılmasının  mayorata  qədərki  mərhələsini 
onun  ailə  kultu  ilə  bağlılığı,  mayoratdan  sonrakı  mərhələsini 
isə  böyük  qardaş  tərəfindən  sıxışdırılması  ilə  izah  edir  (113, 
132-139).  Beləliklə,  müəllif  kiçik  qardaş  surətinin  izahında 
E.M.Meletinskinin konsepsiyasını diaxronik şəkildə parçalayır. 
Başqırd etnoqrafı N.V.Bikbulatov E.M.Meletinskinin ək-
sinə olaraq belə hesab edir ki, türk xalqlarının etnoqrafiyasında 
minoratın mayorat tərəfindən sıxışdırılmasına və mayoratlığın 
yayılmasına  təsadüf  olunmur.  Ona  görə də E.M.Meletinskinin 
əksinə  olaraq mayoratlığı  ilkin, minoratlığı  isə  sonrakı  hadisə 
hesab edir. Müəllif inandırıcı şəkildə sübut edir ki, böyük ailə-
də vərəsəlik böyüklük prinsipi ilə gedir. Minoratlıq isə böyük 
ailənin  kiçik  ailəyə  parçalanması  nəticəsində  ata  mülkünün 
kiçik qardaşa keçməsi ilə bağlıdır. Bu qanunauyğunluğa əsasla-


11 
 
nan müəllif göstərir ki, kiçik qardaş haqqında nağıllar minorat-
lığın  “ideya-estetik  əsası”  və  o  dövrkü  cəmiyyətin  nöqteyi-
nəzərinə  görə,  “ədalətsizlik  prinsipi  kimi  mayoratlığın  inkarı, 
kəskin mühakiməsi”dir (67, 52-62). Beləliklə, kiçik qardaş su-
rəti  N.V.Bikbulatovun  interpretasiyasında  E.M.Meletinskinin 
interpretasiyasının əksinə səslənir. 
Qeyd edək ki, minoratlığın tarixi yerinə görə N.V.Bikbu-
latovla qeydsiz-şərtsiz razılaşmaq lazımdır. Ancaq müəllif, biz-
cə,  kiçik  qardaş  surətinin  mahiyyətini  düzgün  izah  edə  bilmə-
mişdir.  Kiçik  qardaş  surətinin  ideallaşdırılması  minoratlığın 
ideologiyası  kimi  mayoratlığın  inkarı  ilə  əlaqədar  olsaydı,  na-
ğıllarda hadisələr kiçik ailə daxilində deyil, böyük ailə daxilində 
baş verərdi. Bir halda ki, böyük ailə daxilində kiçiklərin hüquq-
suz  olmasına  görə  böyük  ailə  və  bu  ailənin  qoruyucusu  olan 
mayorat (böyük qardaş) inkar olunur, onda bu inkarın kiçik ailə 
daxilində  gerçəkləşdirilməsi  heç  bir  məntiqə  uyğun  gəlmir. 
Həqiqətən də, kiçik qardaşın ideallaşdırılması böyük ailənin və 
buradan  da  mayoratın  inkarıdırsa,  bu  inkar  kiçiklərin  vəziy-
yətinin ağır olduğu böyük ailədə baş verməli idi. Kiçik qardaşı 
ideallaşdıran  sehrli  nağıllarda  isə  hadisə  məhz  kiçik  qardaşın 
(N.V.Bikbulatovun  fikri  ilə  desək)  müstəqil  olduğu  kiçik  ailə 
daxilində baş verir.  İkinci halda kiçik qardaşın ideallaşdırılma-
sının N.V.Bikbulatov konsepsiyasına yer qalmır. 
E.M.Meletinskinin kiçik qardaşın ideallaşdırılması haq-
qındakı  konsepsiyası  isə  N.V.Bikbulatovun  minoratlıq  kon-
sepsiyası ilə inkar olunur. Müəllif kiçik qardaşın ideallaşdırıl-
masını  əsas  etibarilə  böyük  ailədən  kiçik  ailəyə  keçid  döv-
ründə  böyük  qardaşın  kiçik  qardaşı  sıxışdıraraq  ata  mülkünü 
ələ keçirməsi ilə izah etmişdir. Ancaq bu fikir faktik materiala 
qətiyyən uyğun gəlmir. 
Asiya  köçərilərinin  ailə  formalarının  tarixini  tədqiq  edən 
S.M.Abramzon  göstərir  ki,  bizim  eranın  I  minilliyinin  ortala-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə