Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


Bu Məcəllə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini nəzərə almaqla işlənib hazırlanmışdır və ümumiyyətlə qəbul edilmiş işgüzar davranış və etika standartlarına uyğundur



Yüklə 325,83 Kb.
səhifə10/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   ...   6   7   8   9   10   11   12   13   14

Bu Məcəllə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini nəzərə almaqla işlənib hazırlanmışdır və ümumiyyətlə qəbul edilmiş işgüzar davranış və etika standartlarına uyğundur.

  • Hazırki Məcəllə açıq sənəddir və ARDNŞ-nin rəsmi internet səhifəsindəki dərc edilir.




      1. Məcəllənin məqsədləri və tapşırıqları

    1.2.1 ARDNŞ-nin Biznes etikası məcəlləsi Şirkətə qoyulmuş məqsədlərə nail olmaq, artımı və planlı inkişafı təmin etmək, habelə Şirkətin, onun işçilərinin, cəmiyyətin və ümumiyyətlə Azərbaycan Respublikasının rifahını yaxşılaşdırmaq imkanını yaradan norma və davranış qaydalarını təsbit edir.

    1.2.2 Məcəllənin tapşırıqları:




    • vahid və dəqiq etika normaları və dəyərlərinin, eləcə də Şirkətin daxilində və qarşı-tərəflərlə və üçüncü şəxslərlə münasibətlərdə peşəkar davranışının prinsiplərini işləyib hazırlamaq və tətbiq etmək;

    • Şirkətdə doğruluq, düzlük, etibarlı və qarşılıqlı hörmət olan mühiti yaratmaq və dəstəkləmək;

    • Şirkətin fəaliyyətinin şəffaflığını və biznes tərəfdaşlarının, təchizatçıların, müştərilərin, digər qarşı-tərəflərin, hakimiyyət orqanlarının və üçüncü tərəflərin etibarını artırmaq;

    • işçilərin qeyri-etik davranışı və ya obyektiv olaraq qeyri-etik və /və ya tətbiq edilən qanunvericiliyə zidd hesab olunan davranışla bağlı nüfuzuna dair riskləri azaltmaqdır.



      1. Tətbiq sahəsi və cərimələr

        1. ARDNŞ-nin prezidenti, Şirkətin işçiləri və rəhbər işçiləri tutduqları vəzifədən, Şirkətlə əmək münasibətlərinin müddətindən və s. asılı olmayaraq, öz vəzifə borclarının yerinə yetirilməsi və Şirkət adından fəaliyyətin həyata keçirilməsi çərçivəsində hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə əməl etməlidirlər.

        2. Hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərini, eləcə də tətbiq edilən qanunvericiliyin tələblərini pozmuş işçilər Şirkətin daxili sənədlərinin və tətbiq edilən qanunvericiliyin nəzərdə tutduğu qaydada və əsaslarla inzibati və digər məsuliyyətə cəlb ediləcəklər.

        3. ARDNŞ, öz səlahiyyətləri çərçivəsində törəmə və asılı şirkətlərində, birgə müəssisələrində hazırki Məcəllə ilə müəyyən edilmiş etika normaları və dəyərlərinin yerinə yetirilməsi və/ və ya oxşar müddəaların qəbul edilməsində fəal iştirak edir.



    1.4 Dəyişikliklərin edilməsi qaydası
    Hazırki Məcəlləyə dəyişikliklər ARDNŞ-nin prezidentinin əmri əsasında, aşağıdakı hallarda edilir:

    • tətbiq edilən qanunvericiliyinin və/və ya aparıcı beynəlxalq təcrübənin dəyişməsi;

    • təsisçinin maraqlarının dəyişməsi;

    • ARDNŞ-nin maraqlarının dəyişməsi; və ya

    • digər əsaslar.


    12.ETİKA PRİNSİPLƏRİ




    12.1Qanunilik

    2.1.1 Şirkət tətbiq edilən qanunvericiliyin tələblərinə riayət edir, habelə fəaliyyət göstərdiyi ölkələrin mədəni ənənələrini və işgüzar tədavülünü nəzərə alır.


    2.1.2 Qanunvericilik və digər norma və qaydalara riayətin təmin edilməsi məqsədilə Şirkətin işçiləri:


    • öz vəzifə borclarını vəzifə təlimatları, əmək müqavilələri, Şirkətin daxili sənədləri, eləcədə bu Məcəllə və tətbiq edilən qanunvericiliyə qəti riayət etməklə yerinə yetirməli;

    • istehsalat qaydalarını və təhlükəsizlik texnikasının tələblərini, eləcə də tətbiq edilən qanunvericilik və Şirkətin daxili sənədləri, ilə müəyyən edilmiş ətraf mühitin qorunması və ekologiya üzrə tələbləri yerinə yetirməli;

    • korrupsiyanın istənilən forma və təzahürlərini qəbul etməmək prinsipinə (“dözümsüzlük”) tərəfdar olmalı və ARDNŞ-nin korrupsiya ilə mübarizə siyasətinin tələblərini yerinə yetirməli;

    • gündəlik və peşəkar fəaliyyətində qeyri-qanuni və/və ya qeyri-etik hərəkətlərə və ya qanuniliyi və/və ya etikaya uyğunluğu şübhə doğura bilən hərəkətlərə yol verməməlidir.



    12.2Effektivlik

    2.2.1 Fəaliyyətin effektivliyini artıraraq Şirkət sosial layihələri yerinə yetirmək, işçilərin və ümumiyyətlə Azərbaycan Respublikasının cəmiyyətinin rifahını artırmaq imkanını əldə edir.


    2.2.2 İşgüzar fəaliyyətin effektivliyini təmin etmək məqsədilə Şirkət:


    • Korporativ idarəetmə, törəmə və asılı şirkətlərlə, birgə müəssisələrlə qarşılıqlı əlaqə sistemini təkmilləşdirir;

    • Öz istehsal fəaliyyətinə yenilikçi texnologiyaları tətbiq edir;

    • Təbii ehtiyatları maksimal dərəcədə effektiv və qənaətlə sərf edir, eləcə də ətraf mühitin qorunması üçün mümkün olan bütün cəhdləri edir;

    • Ayrı-ayrı istiqamətlərinin, biznes-proseslərinin və ümumiyyətlə Şirkətin fəaliyyətinin effektivliyini artırmaq, habelə mənfəəti maksimal səviyyəyə çatdırmaq imkanını yaradan digər qanuni tədbirləri həyata keçirir.



    12.3Düzlük və açıqlıq

    2.3.1. Şirkət öz fəaliyyətini düzgün aparır, bütün vəzifələrini yerinə yetirir və etibarlı tərəfdaş adını saxlamağa çalışır, habelə lazım olan məlumatı özünün rəsmi internet saytında, hesabatlarda (davamlı inkişaf haqqında hesabat və s.), mətbuat yayımlarında, kütləvi informasiya vasitələrində dərc edərək və ya digər şəkildə açıqlayaraq, apardığı əməliyyatların və sövdələşmələrin şəffaflığını təmin edir.


    2.3.2. Vəzifə borclarını yerinə yetirdiyi və idarəetmə qərarlarını qəbul etdiyi zaman Şirkətin işçiləri:


    • Şirkətin qarşı-tərəflərinin seçilməsini və onlarla əməkdaşlığı vicdanla, obyektiv və qərəzsiz həyata keçirməyi, fırıldaqçılıq hərəkətlərindən və işlərin vicdansız görülməsindən çəkinməyi;

    • digər işçilərin və üçüncü şəxslərin, o cümlədən hakimiyyət orqanlarının nümayəndələrinin təzyiqi altında qərarların qəbul edilməsindən və ya vəzifə borclarının yerinə yetirilməsindən çəkinməyi;

    • qeyri-etik rəqabət metodlarından çəkinməyi;

    • müstəsna olaraq Şirkətin maraqlarına uyğun hərəkət etməyi və hər hansı maraqların toqquşmasından çəkinməyi, fərdi məqsədlərlə və /və ya yaxın qohumların məqsədləri üçün xidməti vəzifələrini və /və ya məxfi məlumatı, Şirkətin maddi və ya qeyri-maddi aktivlərini, habelə yaranan işgüzar fürsətləri istifadə etməməyi;

    • iş yoldaşlarına, eləcə də müştərilərin, işgüzar tərəfdaşların və Şirkətin digər qarşı-tərəflərinin nümayəndələrinə, tutduğu vəzifədən, cinsindən, yaşından, milli və dini mənsubiyyətindən və s. asılı olmayaraq, hörmətcil, nəzakətli və xeyirxah münasibət göstərməyi öz üzərinə götürür.




    Yüklə 325,83 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   6   7   8   9   10   11   12   13   14




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə