Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart


Hörmətsiz davranış, zorakılıq və hədələrdən imtina



Yüklə 325,83 Kb.
səhifə12/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   ...   6   7   8   9   10   11   12   13   14

14.3Hörmətsiz davranış, zorakılıq və hədələrdən imtina

4.3.1. Şirkətin işçiləri öz iş yoldaşlarına qarşı, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə hörmətlə yanaşmalı, Şirkətin və /və ya işçinin peşəsinin nüfuzuna mənfi təsir göstərə bilən hərəkətlərə yol verməməlidir.


4.3.2. Şirkətin işçilərinin özlərini iş yoldaşlarına, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə qarşı təhqiredici, alçaldıcı və digər bədxahlıqla hərəkət etməsi qəti qadağandır.
4.3.3. Şirkətdə iş yoldaşlarına, qarşı-tərəflərin nümayəndələrinə və üçüncü şəxslərə qarşı zorakılıq təzahürü, o cümlədən fiziki, şifahi, yazılı və digər hədələr, cinsi təqib qəbuledilməzdir.
4.3.4. Pis niyyətlə şayiələr, təhqiredici və alçaldıcı materiallar, eləcə də işçilərin, qarşı-tərəflərin nümayəndələrinin və üçüncü şəxslərin nüfuzuna ziyan vuran digər məlumatların yayılması Şirkətin işçilərinə qadağan edilir.

14.4Maraqların toqquşmasına yol verməmək

4.4.1. Şirkət, Şirkətin işgüzar məqsədlərinin və işçilərin şəxsi və şəxsi kommersiya maraqlarının maksimal müvazinətini saxlamağa çalışır.


4.4.2. Şirkət öz işçilərinin maraqlarına hörmət edir və onların işdən asudə vaxtda qanuni maliyyə, sahibkarlıq, siyasi və digər fəaliyyətlə məşğul olmaq hüququnu qəbul edir, o şərtlə ki, həmin fəaliyyət və maraqlar onların Şirkətdəki vəzifə borclarını yerinə yetirmək qabiliyyətinə təsir göstərməsin.
4.4.3. Vəzifə borclarını yerinə yetirdiyi zaman işçi Şirkətin maraqlarını öz şəxsi və şəxsi kommersiya maraqlarından üstün tutmalı və maraqların toqquşmasına gətirən və ya gətirə biləcək şəxsi maraqlara yol verməməlidir.
Belə halların yaranması riskini minimuma endirmək üçün Şirkətin işçiləri:


  • Hər hansı işgüzar məsələlərlə bağlı qərarların qəbul edilməsi və öz vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində yalnız Şirkətin maraqlarını rəhbər tutmalı;

  • Maraqların toqquşmasına gətirə bilən maliyyə və digər öhdəliklərdən çəkinməli;

  • Şirkətin işgüzar maraqları ilə ziddiyyətə, potensial maraqların toqquşmasına gətirə bilən şəxsi və/və ya şəxsi kommersiya maraqları haqqında məlumatı açıqlamalı;

  • Şirkətin rəqiblərinin fəaliyyət nəticələrində şəxsi maraqlara sahib olmamalı;

  • Törəmə, asılı və birgə müəssisələr istisna olmaqla Şuraya və ya qarşı-tərəflərin digər idarəetmə orqanlarına üzv olmamalı;

  • Xidməti vəziyyətin şəxsi maraqlar üçün istifadə edilməsinə yol verməməlidir və s.

Maraqların toqquşması ilə səciyyələnən vəziyyətlərin yuxarıda göstərilən siyahısı tam deyildir. Maraqların toqquşmasını üzə çıxarmaq üçün hər bir konkret hal fərdi qaydada, bütün mövcud şəraitləri nəzərə almaqla nəzərdən keçirilməlidir.


4.4.4. Şirkətin maraqları və işçinin şəxsi kommersiya maraqları arasında maraqların toqquşması halı yarananda (faktiki maraqların toqquşması halı) və ya yaranması riski (potensial maraqların toqquşması halı) olanda Şirkətin işçisi bu haqda özünün birbaşa rəhbərinə aşağıdakı məlumatları mütləq ehtiva etdirən xidməti yazı təqdim etməyə borcludur:


  • İşçinin adı, soyadı, atasının adı, vəzifəsi, şöbəsi /struktur bölməsi;

  • Potensial və ya faktiki maraqların toqquşmasının məzmunu.

İşçinin birbaşa rəhbəri aldığı xidməti yazıda əksini tapmış maraqların toqquşması məsələsini həll etmək üçün Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş tədbirlər görür və lazım olduqda məsul quruma təqdim edir.


4.4.5 Şirkətin işgüzar maraqları və şəxsi maraqlar arasında yaranan faktiki maraqların toqquşması hallarının mövcudluğu, eləcə də Şirkətdə öz birbaşa tabeliyində yaxın qohumları olan Şirkətin bütün işçiləri bu haqda müvafiq struktur bölməyə öz ad, familiya və atasının adı, vəzifəsi, işlədiyi struktur bölmənin adı və yaxın qohumu haqqında da eyni məlumatları əks etdirən yazılı xəbərdarlıq etməlidir. Qeyd olunan məlumatla bağlı öhdəlik (yaxın qohumların mövcudluğu hallarında) Şirkətin yüksək vəzifəsi olan, yəni yaxın qohumun birbaşa tabeliyində olduğu Şirkətin işçisinə aiddir.
4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmə maraqların toqquşması ilə bağlı məsələləri Şirkətin daxili sənədlərinə uyğun olaraq tənzimləyir, lazım olduqda məsul qurumu məlumatlandırır.
4.4.5-ci bənddə qeyd olunan müvafiq struktur bölmənin əldə etdiyi maraqların toqquşması haqqında məlumatlar konfidensialdır və məsul qurumun və/və ya ARDNŞ-ni prezidentinin icazəsi olmadan Şirkətin digər işçilərinə və/və ya üçüncü şəxslərə açıqlana bilməz.
4.4.6 Potensial və ya faktiki maraqların toqquşması haqqında bilərəkdən xəbər verməyən Şirkətin işçisi Şirkətin, hüquq mühafizə orqanlarının və ya digər şəxslərin təşəbbüsü ilə tətbiq edilən qanunvericiliyin və Şirkətin daxili sənədlərinin nəzərdə tutduğu əsaslarla inzibati, mülki-hüquqi və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.

14.5Aktivlərin qorunmasının təmin edilməsi

4.5.1. Şirkətin mülkiyyətində olan və ya ona digər mülki-hüquqi münasibətlər əsasında məxsus olan aktivlər müstəsna olaraq Şirkətin məqsədlərinə və vəzifələrinə nail olmaq üçün nəzərdə tutulur və onun tərəqqisi və planlı inkişafının əsasında dayanır.


Şirkət öz aktivlərinin işçilər və üçüncü şəxslər tərəfindən israf edilməsi, korlanması, itkisi, qanunsuz istifadəsi və digər sui-istifadəsindən lazımi qorunmasını təmin etməyə çalışır.
4.5.2. Şirkətin bütün aktivləri və ehtiyatları yalnız işçilərin vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində istifadə edilə bilər.
Bununla əlaqədar Şirkətin işçiləri:


  • Vəzifə borclarının yerinə yetirilməsi çərçivəsində onlara təqdim edilmiş Şirkətin aktivlərini və ehtiyatlarını effektiv və təyinatı üzrə istifadə etməli;

  • Şirkətin istifadə edilən aktivləri ilə səliqə və ehtiyatla rəftar etməli;

  • Şirkətin aktivləri ilə işləmək səlahiyyəti və qaydası ilə bağlı təsdiq edilmiş təlimat, qayda və prosedurlara dəqiq riayət etməli;

  • Şirkətin aktivlərini şəxsi məqsədlərlə və /və ya yaxın qohumların məqsədləri üçün istifadə etməməldir və s.




Yüklə 325,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə