Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin standartlaşma sistemi Standartların istifadəsinə və tətbiqinə dair standart



Yüklə 325,83 Kb.
səhifə11/14
tarix20.02.2018
ölçüsü325,83 Kb.
#27231
1   ...   6   7   8   9   10   11   12   13   14

12.4Peşəkarlıq və səriştəlilik

2.4.1 İnsan kapitalı Şirkətin, buraxılan məhsulunun yüksək keyfiyyətini, bütün maraqlı tərəflər qarşısında vəzifələrinin uğurla yerinə yetirilməsini, eləcə də Şirkətin sabit artımını və inkişafını təmin edən əsas dəyərlərindən biridir. Şirkət yüksək ixtisaslı kadrları cəlb etməyə, ixtisasın artırılmasına və işçilərin təlimləndirilməsinə vəsait ayırmağa çalışır.


2.4.2 Şirkətin işçiləri:


  • öz vəzifə borclarını lazımi peşəkarlıq və səriştə tətbiq etməklə, müəyyən edilmiş vaxt ərzində yerinə yetirməyə;

  • daim peşəkarlıq və səriştə səviyyələrinin artırılmasına çalışmağa;

  • iş yoldaşları ilə effektiv bilik mübadiləsini təmin etməyə, eləcə də işgüzar əlaqələrin yüksək səviyyəsini dəstəkləməyə;

  • gündəlik işlərin görülməsində səy və diqqət göstərməyə, eləcə də öz bilik, təcrübə və səriştələrini vəzifə borclarının yerinə yetirilməsi zamanı ən effektiv yoldan istifadə etməyə;

  • yalnız səlahiyyətləri daxilində və lazımi bilik, səriştə və təcrübələri çərçivəsində olan tapşırıq və işləri yerinə yetirməyə;

  • qərar qəbul edərkən vəziyyətin dəqiq və hərtərəfli öyrənilməsinin nəticələrini rəhbər tutmağa, kifayət olmayan və /və ya yoxlanmamış məlumata əsaslanan qərarların qəbul edilməsindən çəkinməyə;

  • iş yoldaşları, rəhbərlik, tərəfdaşlar, qarşı-tərəflərin nümayəndələri və digər şəxslərlə ünsiyyət zamanı onlara yoxlanılmamış və ya səhv məlumat verməməyə;

  • qarşı-tərəflər haqqında məxfi məlumatı səlahiyyəti olmayan şəxslərin icazəsiz müdaxiləsindən qorumağa;

  • Şirkətin və üçüncü şəxslərin iş əsnasında istifadə edilən aktivləri və resurslarına məsuliyyətli eləcə də ehtiyatla yanaşmağa;

  • Yüksək peşəkar etika standartını dəstəkləməyə və vəzifə borclarını özləri və ətrafdakılar üçün təhlükəsiz qaydada, eləcə də Şirkətə ziyan və /və ya zərər vurmadan yerinə yetirməyə;

  • Şirkət və/və ya onun işçiləri üçün bütün riskli və/və ya təhlükəli vəziyyətlər haqqında birbaşa rəhbərə və ya hazırki Məcəllə və Şirkətin daxili sənədləri ilə nəzərdə tutulmuş şəxslərə məlumat verməyə borcludur.



12.5Sosial məsuliyyət

2.5.1 Şirkət korporativ sosial məsuliyyəti özünün işgüzar fəaliyyətinin vacib hissəsi hesab edir və öz işçiləri, fəaliyyət göstərdiyi rayonların əhalisi, cəmiyyət və ümumiyyətlə Azərbaycan Respublikası qarşısında yüksək sosial məsuliyyət siyasətini rəhbər tutur.


2.5.2 Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Şirkət:


  • fəaliyyət göstərdiyi rayonların sosial infrastruktur obyektlərinin tikintisi, yaşayış məntəqələrinin abadlaşdırılması sahəsinə öz töhfəsini verir;

  • ətraf mühitin qorunması üzrə tədbirlər görür;

  • öz işçiləri üçün müxtəlif sosial proqramlar və tədbirlər işləyib hazırlayır və həyata keçirir;

  • fəal şəkildə sponsorluq layihələrini həyata keçirir və digər sosial fəaliyyətlə məşğul olur.


13.ALİ RƏHBƏRLİYİN ROLU

3.1 ARDNŞ-nin prezidenti və rəhbər işçiləri aşağıdakı etika normaları və dəyərlərin yerinə yetirilməsi üzrə əlavə vəzifələri üzərilərinə götürürlər:




  • Hazırki Məcəllənin müəyyən etdiyi etika normaları və prinsiplərin yerinə yetirilməsində şəxsi nümunə göstərmək;

  • İşçilərlə münasibətlərdə sədaqətli olmaq, onların təklifləri, ideyaları, tələbləri və şikayətlərinə diqqətlə və vaxtında cavab vermək;

  • Ayrı-seçkilikdən çəkinmək, işçilərin əmək haqqı və xidməti irəliləyiş baxımından eyni hüquq və imkanlarla təmin etmək;

  • İşçiləri, onların həyatı və səhhətinə zərər vurmayan əmək şəraiti ilə təmin etmək;

  • Şirkətlə işçilərin münasibətlərini uzunmüddətli əməkdaşlıq, məqsədlərin ümumiliyi, hörmət və qarşılıqlı maraqların nəzərə alınması, sosial tərəfdaşlıq əsasında qurmaq;

  • Şirkətdə işçilərin əhəmiyyətli və əsassız ixtisarına gətirən qərarların qəbul edilməsindən çəkinmək;

  • İşgüzar fəaliyyəti dövlət və cəmiyyət qarşısında sosial məsuliyyəti nəzərə almaqla həyata keçirmək;

  • Tərəfdaşlar, investorlar və digər maraqlı tərəflərlə əsaslı qərarların qəbul edilməsi imkanını təmin etmək məqsədilə qüvvədə olan qanunvericiliyə və daxili sənədlərə uyğun olaraq Şirkət haqqında tam və düzgün məlumatın vaxtında açıqlanmasını təmin etmək;

  • Şirkətdə doğruluq, düzlük, qarşılıqlı hörmət və vicdanlılıq mühitinin dəstəklənməsinə səbəb olan digər tədbirlər görmək.



14.İŞÇİLƏRƏ QARŞI HÖRMƏT VƏ ŞİRKƏTDƏ İŞGÜZAR DAVRANIŞ NORMALARI




14.1Bərabər imkanların təmin edilməsi və ayrı-seçkiliyin qadağan edilməsi

4.1.1. Şirkət işçilərinin hamısına peşəkarlıq və qabiliyyət səviyyəsini artırmaq üçün eyni imkanlar yaradan sağlam iş mühitini yaratmağa və dəstəkləməyə çalışır.


4.1.2. Şirkət işçilərin ayrı-seçkiliyinə yol vermir eləcə də ayrı-ayrı ölkələrdə mədəni xüsusiyyətlərə və ənənələrə görə normal hesab olunsada, Şirkətin etika normalarına və dəyərlərinə zidd olan hərəkətlər qəti qadağandır.
4.1.3. İşçilərlə münasibətlər, o cümlədən onların işə götürülməsi və işdən azad edilməsi, attestasiyası və qiymətləndirilməsi, təlimləndirilməsi və ixtisaslarının artırılması, xidməti irəliləyişi və kompensasiya və mükafatların ödənilməsi və s. tətbiq edilən qanunvericiliyə dəqiq riayət etməklə qurulmalı, şəffaf olmalı və yalnız obyektiv meyarlara əsaslanmalıdır.
4.1.3. Şirkətin işçisinin səriştə və məziyyət səviyyəsi, cinsi, irqi, milli və dini mənsubiyyəti, fiziki məhdudiyyətləri, siyasi baxışları və s. nəzərə alınmadan, yalnız onun peşəkarlığı, ixtisası, iş nəticələri və digər istehsal nəticələri ilə müəyyən edilir.

14.2Spirtli içkilər, narkotik və digər maddələrin qəbul edilməsinin qadağan edilməsi

4.2.1. İşçilərin istehsal və şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də etika normaları və dəyərlərinin yerinə yetirilməsi məqsədilə Şirkətin işçilərinə spirtli içki, narkotik və tətbiq edilən qanunvericiliklə qadağan edilmiş digər maddələrin iş yerində və ya vəzifə borclarını yerinə yetirdikləri zaman qəbul edilməsi qəti qadağandır.


4.2.2. İş yerində olduğu və ya vəzifə borclarını yerinə yetirdiyi zaman işçinin spirtli içki və ya narkotik sərxoşluq vəziyyətində olması tətbiq edilən Əmək məcəlləsinə uyğun olaraq inzibati pozuntu hesab olunur və işdən azad olunanadək əmək müqavilələri və Şirkətin daxili sənədlərinə uyğun olaraq məsuliyyət daşıyır.
4.2.3. Şirkətin ərazisində və/və ya iş vaxtı spirtli içkilərin qəbul edilməsinə yalnız Şirkətin təşkil etdiyi və/və ya Şirkətin prezidenti tərəfindən icazə verilmiş tədbirlər və xüsusi hadisələr zamanı yol verilə bilər.


Yüklə 325,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə