Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə121/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   117   118   119   120   121   122   123   124   ...   148

344 

 

NOYABR 



Əlamətdar tarixi günlər və bayramlar 

6 Noyabr - Televiziya və Radio Günü, (1926) 

8 Noyabr – Metropoliten İşçiləri Günü, (1932) 

9 Noyabr - Dövlət Bayrağı Günü,  (2009) 

10 Noyabr - Ümumdünya Gənclər Günü, (1945) 

12 Noyabr - Konstitusiya Günü, (1995) 

13 Noyabr - Ümumdünya Gözdən Əlillər Günü, (1745)  

14 Noyabr - Ümumdünya Diabet Günü, (1991) 

16 Noyabr - YUNESKO-nun Yaranması Günü, (1946) 

16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü, (1995) 

17 Noyabr – Milli Dirçəliş Günü, (1988) 

19 Noyabr - Ümumdünya Fəlsəfə Günü, (2002)  

20 Noyabr - Ümumdünya Uşaqlar Günü, (1956) 

21 Noyabr - Ümumdünya  Televiziya Günü, (1999) 

21 Noyabr - Ümumdünya Salamlaşma Günü (1973) 

22 Noyabr - Ədliyyə İşçiləri Günü, (2000) 

24 Noyabr – Morj Günü, (2008) 

26 Noyabr - Azərbaycan Kəlağayısı Günü, (2014) 

26 Noyabr - Ümumdünya İnformasiya Günü, (1994) 

30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi  Günü, (1988) 

30 Noyabr – Ümumdünya Ev Heyvanları Günü, (1931) 

Bu tarixi unutmayaq 

20 Noyabr - Qarakənd faciəsi, (1991) 



Yubilyar yazıçı və şairlər 

Şair Emil Azərin  (Mehdiyev) 80 illiyi, (02.11.1937 - 21.02.1991) 

Tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyevin 65 illiyi, (05.11.1952) 

Yazıçı, publisist Zaman Novruzun 85 illiyi,  (07.11.1932 - 2004) 

Şair, dramaturq Mirmehdi Seyidzadənin 110 illiyi,  (11.11.1907 - 30.08.1976) 

Yazıçı, publisist Əli İldırımoğlunun 90 illiyi, (17.11.1927)

 

 Şair Aslan Kəmərlinin 75 illiyi, (19.11.1942 - 21.10.1992) 



Xalq yazıçısı Hüseyn Abbaszadənin 95 illiyi, (22.11.1922 - 12.12.2007) 

Xarici ədəbiyyat 

Rus şairi Samuil Marşakın 130 illiyi, (03.11.1887 - 04.07.1964) 

İsveç yazıçısı Astrid Lindqrenin 110 illiyi, (14.11.1907 - 28.01.2002)  

Alman yazıçısı Vilhelm Qaufun 215 illiyi, (29.11.1802  - 18.11.1827)  

İngilis yazıçı Conatan Sviftin 350 illiyi, (30.11.1667 - 19.11.1745) 

 

 



 


345 

 

İncəsənət  

Xalq rəssamı Tağı Tağıyevin 130 illiyi, (03.11.1887 - 1965) 

Xalq artisti, bəstəkar Tofiq Quliyevin 100 illiyi, (07.11.1917 - 04.09.2000) 

Xalq artisti, bəstəkar Fikrət Əmirovun 95 illiyi, (22.11.1922 - 20.02.1984) 

Milli qəhrəmanlar zirvəsi 

Güləliyev Oqtay Güləli oğlunun 55 illiyi, (10.11.1962 - 11.10.1992) 

Sayadov Mehman Rəşid oğlunun 45 illiyi,  (21.11.1972 - 09.05.1992) 

 

Əlamətdar tarixi günlər və bayramlar 



6 Noyabr - Televiziya və Radio günü, (1926) 

“Qarabağ  müharibəsi  dövründə  Azərbaycan  həqiqətlərini  beynəlxalq 

arenaya çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olmuşdur.”  

                                                                                                                Ulu öndər Heydər Əliyev 

 

Azərbaycanda  hər  il  6  noyabr  - 

Radio  və  Televiziya  İşçilərinin  peşə 

bayramı günü kimi qeyd olunur. 1926-

cı il noyabrın 6-da Azərbaycan radiosu 

fəaliyyətə  başlayıb  və  o  gündən 

sözügedən  tarix  radio  işçilərinin  peşə 

bayramı  günü  kimi  qeyd  olunur. 

Azərbaycan  Televiziyası  yaranandan 

sonra  bu  tarix  təkcə  radionun  deyil, 

həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya 

Studiyası  ilk  dəfə  1956-cı  ilin  14  fevralında  efirə  çıxıb.  İlk  veriliş  günü  ekranda 

mərhum  sənətkarımız  Nəcibə  Məlikova  görünüb  və  çıxışına  ―Göstərir  Bakı‖ 

kəlməsilə  başlayıb.  Həmin  gün  ekranda  ―Bəxtiyar‖  bədii  filmi  göstərilib.  60  il 

əvvəl  Zaqafqaziya  ölkələri  arasında  ilk  dəfə  Bakıda  ağ-qara  rəngdə  göstərən 

televiziya  fəaliyyətə  başlayıb.  1956-cı  il  fevralın  14-də  Azərbaycan  Dövlət 

Televiziya  və  Radio  verilişləri  Qapalı  Səhmdar  Cəmiyyəti,  yəni,  AzTV  yayıma 

başlayıb. Yenicə yayıma başlayan televiziya ilk vaxtlar yalnız Bakı və Sumqayıtda 

göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi genişlənib, Salyan, Quba, Kürdəmir 

və başqa rayonlarda da TV-ni seyr etmək mümkün olub. Bütün rayonlara yayımın 

gecikməsi isə həmin vaxt teleqüllənin istifadəyə verilməməsi ilə bağlı idi. Sonralar 

istifadəyə  verilən  teleqüllə  cəmiyyət  üçün  yenilik  oldu  və  Azərbaycanda 

televiziyanın simvoluna çevrildi. Hündürlüyü 180 metr olan teleqüllə artıq yoxdur. 

Yeni televiziya  qülləsi inşa  edildikdən sonra  köhnəsi  hissə-hissə  söküldü.  Dövlət 

televiziyası  Azərbaycan  teleməkanına  texniki  uğurlarla  yanaşı,  yaradıcılıq  və 

telejurnalistikanın inkişafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət 

televiziyası  Azərbaycan  dilinin  təbiliğində  əvəzsiz  rol  oynayıb.  Azərbaycanın  ilk 

elektron mətbu orqanı müstəqillik illərində də ciddi işlər görüb.  

 

İnternetdə: 

www.books.google.com 

 



346 

 

8 Noyabr - Bakı Metropoliteni işçilərinin Peşə Bayramı Günü, (1932)  

 

  

Noyabrın  8-i  Bakı  Metropoliteni 



İşçilərinin Peşə Bayramı Günü kimi qeyd 

olunur.  Hələ    1932-ci    ildə    Bakı 

şəhərinin  inkişafının  Baş  planının  ilkin 

variantlarında  yerüstü  nəqliyyatın  işini 

yüngülləşdirmək  və  şəhərin  darısqal 

küçələrini    tramvay,  trolleybus  və 

avtobus    nəqliyyatından    təmizləmək 

üçün  ən  sürətli  və  rahat  nəqliyyat 

növünün  -  metropolitenin  tikintisi  qərara 

alınmışdı. Lakin bir qədər sonra başlanan 

1941-1945-ci illər müharibəsi həmin niyyətin həyata keçməsinə mane oldu. Yalnız 

1947-ci  ildə,  dağıdıcı  müharibədən  2  il  sonra  hökumət  layihə-axtarış  işlərinin 

aparılmasının  başlanması  barədə  qərar  qəbul  etdi.  1949-cu  ildə  metropolitenin 

tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq 

olunur  və  metropolitenin  12,1  kilometrlik  xəttinin  inşasına  başlanır.  Baş  yolun 

xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb 

gedirdi.  1953-cü  ildə  tikinti  işləri  müvəqqəti  dayandırılır  və  yalnız  1960-cı  ildə 

bərpa  olunur.  Bu  da  Bakı  Metropoliteninin  istismara  verilməsini  xeyli  gecikdirir. 

1966-cı  ildə  Bakı  Metropoliteni  İdarəsi  yaradılır.  1967-ci  il  noyabrın  6-da  Bakı 

şəhərində metropolitenin 5 stansiyası fəaliyyət göstərirdi. 1967-ci il noyabrın 25-

dən  metropolitenin  daimi  istismarı  və  qatarların  müntəzəm  hərəkəti  başlanır. 

Hazırda  Bakı  Metropoliteninin  23  stansiyası  var  -  ―Həzi  Aslanov‖,  ―Əhmədli‖, 

―Xalqlar dostluğu‖, ―Neftçilər‖,  ―Qara Qarayev‖,  ―Koroğlu‖, ―Ulduz‖, ―Bakmil‖, 

―N.Nərimanov‖,  ―Gənclik‖,  ―C.Cabbarlı‖,  ―Xətai‖,  ―28  may‖,  ―Nizami‖,  ―Emlər 

Akademiyası‖, ―İnşaatçılar‖, ―20 Yanvar‖, ―Memar Əcəmi‖, ―Sahil‖, ―İçərişəhər‖, 

―Nəsimi‖,  ―Azadlıq prospekti‖ və ―Dərnəgül‖. Bu stansityalardan 14-ü ulu öndər 

Heydər  Əliyevin  Bakı  metrosuna  böyük  diqqət  və  qayğısı  sayəsində  tikilərək 

istifadəyə verilmişdir. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən 

Prezident İlham Əliyev də Metropolitenə daim diqqət və qayğı ilə yanaşır. Məhz 

dövlətimizin  başçısının  beş  il  öncə  imzaladığı  sərəncam  əsasında  8  noyabr  Bakı 

Metropoliteni İşçilərinin Peşə Bayramı Günü kimi təsdiq olunmuşdur.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə