Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Dekabr - Yazıçı, dramaturq, publisist Nüşabə Məmmədlinin anadan



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə141/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   137   138   139   140   141   142   143   144   ...   148

401 

 

 



8 Dekabr - Yazıçı, dramaturq, publisist Nüşabə Məmmədlinin anadan 

                   olmasının 70 illiyi, (1947)  

 

Nüşabə  Əsəd  qızı  Məmmədova  Gəncədə  doğulub. 

1972-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika 

fakültəsini  bitirib.  Elə  həmin  ildən  "Novosti  Gyandji" 

qəzetində  fəaliyyətə  başlayıb.  1991-1995-ci  illərdə  həmin 

qəzetin  redaktoru  olub.  Bir  neçə  kitabın,  pyes  və  kino-

ssenarinin  müəllifidir.  1991-ci  ildə  Gəncə  Dövlət  Dram 

Teatrında  Nüşabə  xanımın  "Cavad  xan"  tarixi  dramı 

tamaşaya  qoyulub.  «Əməkdar  jurnalist»  adına  və  Dilarə 

Əliyeva  adına  mükafata  layiq  görülüb.  Gəncə  Jurnalist 

Assosiasiyasının  sədri,  Ümumdünya  Qadın  Jurnalistiəri  Təşkilatının  üzvüdür. 

N.Məmmədovanın  "Aeroport"  pyesi  Dövlət  Televiziyasının  hərbi-vətənpərvərlik 

mövzusunda  keçirdiyi  müsabiqənin  qalibi  olub.  Xocalı  soyqırımına  həsr  edilmiş 

"Haray" pyesi əsasında eyniadlı bədii film çəkilib.  

Nüşabə  xanımın  rəhbərliyi  ilə  "Tomris"  Analar  Cəmiyyəti  1992-ci  ildə  yaranıb, 

həmin ilin aprelində Gəncə şəhər İcra Hakimiyyətində qeydə alınıb. 1999-cu ildə 

Ədliyyə  Nazirliyində  yenidən  qeydiyyatdan  keçib.  Cəmiyyət  yarandığı  gündən 

qaçqınlara, məcburi köçkünlərə mənəvi və maddi yardım etməyi özünə borc bilib. 

Təşkilat  qadın  hüquqlarını  müdafiə  edir,  respublikada  demokratik  islahatların 

aparılması  işində  fəallıq  göstərir.  Cəmiyyətin  üzvləri  Qarabağ  müharibəsində 

iştirak  edən  və  bütün  əsgəri  xidmətdə  olan  gənclərlə  əlaqə  saxlayır,  onlarla 

görüşür, problemlərinin həllində yardımçı olmağa çalışırlar. 

 "Tomris" Analar Cəmiyyəti öz vəsaiti hesabına Xocalı soyqırımına həsr olunmuş 

"Haray" bədii filmini çəkdirib. 

 

 

Kitabları: ―Yarpaq tökümü‖ (1984), ―İlğım‖ (1989), ―Sonuncu mahnı‖ (1993), 



―Cavad xan‖ (1996)  və s. 

 

 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 


402 

 

 



10 Dekabr - Yazıçı İnqilab Vəlizadənin anadan olmasının 80 illiyi, (1937) 

 

 

 

 

 

 

 

 

 

 

İnqilab  Vəlizadə  (İnqilab  Xan  Rəvan)  Qərbi  Azərbaycanın  Vedibasar 

mahalının  Kolanlı  kəndində  anadan  olmuşdur.  Burada    orta  məktəbi  bitirmiş 

(1962),  Mədəni-maarif  Texnikumunda  xalq  teatrının  rejissoru  şöbəsində  (1964-

1967), sonra APİ-nin tarix fakültəsində qiyabi təhsil almışdır (1967-1975).  

İlk  qələm  təcrübəsi  ―Telefon  xatası‖  novellası  olmuşdur.  İnqilab  Vəlizadə 

"Məhəbbət  yanğısı",   "Məhəbbət  və  nifrət",   "Qandal  Kənan",   "Bağlı  qapı 

arxasında",  İdeal  və xəyal",   "Nakam  məhəbbət",  "Qan  içində  həyat",  "Günahsız 

günahkar",  Köçkünlər",   "Rəmziyyə",   "Taleyin  göz  yaşı",   "Xocalı 

faciəsi",   "Bəlalı  dağlar"   adlı   13  romanın,  "Vedi  qan  içində",   "Xan 

Araz",   "Haqqdan  gələn  səs"   adlı  3  epopeyanın  "Qanlı  yanvar",   Bir  gecənin 

romantikası",  "Ölümdən betər zülm",  "Kainat və həyat" adlı 4 povestin, 

"Kainat  və  həyat  haqqında  elmi  anlayış"  adlı  elmi  əsərin,  "Ermənistanda 

azərbaycanlıların soyqırımı"  publisistik əsərin, "Son gecə" (Ağdam Dram Teatrı) 

və "Xoş amallar qurbanı" (İrəvan Azəri Dövlət Teatrı)  pyeslərinin müəllifidir. 

  

Kitabları:  ―Bir  gecənin  romantikası‖  (1980),  ―Qan  içində  həyat‖  (2000), 

―Günahsız  günahkar‖  (2001),  ―Xan  Araz‖  (2001),  ―Xocalı  faciəsi‖  (2002), 

―Taleyin göz yaşı‖ (2003)  və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 


403 

 

12 Dekabr - Şair, tərcüməçi  Əhəd Muxtarın anadan olmasının  80 illiyi, 



                     (1937-1998) 

 

 



Əhəd  Muxtar  (Əhədulla  Qənbərov)  Astara  rayonunun 

Kokolos kəndində anadan olmuşdur. ―Şagird oluram‖ adlı  ilk 

əsəri  ―Göyərçin‖  jurnalında  (1958)  dərc  edilmişdir. 

Azərbaycan  Pedaqoji  İnstitutunun  filologiya  fakültəsini 

bitirmişdir. "Qönçələr açılır", "And iç", "Salam, insanlar" və s. 

şeir  kitablarının  müəllifidir.  Daha  bir  kitabı  talışca  şeirlərdən 

ibarətdir.  ‖Ulduz‖  jurnalı  redaksiyasında  ədəbi  işçi,  şöbə 

müdiri  (1967-1979),  məsul  katib  işləmişdir  (1979-1998). 

İctimai işlərdə fəal çalışmış, poetik yaradıcılıqla bərabər bədii 

tərcümə ilə məşğul olmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri 

fərmanı ilə təltif edilmişdir (1988).  

Əhəd Muxtar  Boleslav  Prusun  "Firon"  romanını,  Georgi  Markovun  "Sibir" 

romanını  (Yasif  Nəsirli  ilə  birgə),  Çingiz  Abdullayevin  "Əclafların  qanunu" 

romanını ruscadan Azərbaycan dilinə çevirmişdir. Həmçinin türkmən yazıçısı Təşli 

Qurbanovun ―Sarı gül‖ povestini Azərbaycan dilinə çevirmiş, özbək, qırğız, qazax, 

türkmən  şairlərinin  çox  sayda  şeir  və  poemalarını  Azərbaycan  oxucularına 

çatdırmışdır.  Ə.Muxtar    Özbəkistanın  tanınmış  yazıçı  və  şairlərindən  Camal 

Kamal,  Mir  Temir,  Şöhrət,  Abdulla  Aripov,  Zülfiyyə, Qafur  Qulam  və  Uyğun, 

Şükrulladan  da  xeyli  tərcümələr  etmişdir.  O,  Azərbaycan  dilinə  çevirmələrdən 

ibarət 10-a yaxın toplunun tərtibçisi, yaxud redaktoru olub. Ə.Muxtar bir neçə tatar 

şairinin  əsərlərini  də  dilimizə  çevirmişdir.  Əhəd  Muxtarın  öz  şeirləri  də  özbək 

dilinə  tərcümə  edilmiş,  Özbəkistanın  ―Ulduz‖,  ―Gülüstan‖,  ―Sovet  Özbəkistanı‖, 

―Buxara həqiqəti‖ kimi jurnal və qəzetlərində dərc olunmuşdur.  

Əhəd Muxtar 1998-ci il may ayının 23-də vəfat etmişdir.  

  Kitabları:―Şəfəq  seli‖  (1969),  ―And  iç‖  (1977),  ―Salam,  insanlar!‖  (1979), 

―Qönçələr açılır‖ (1983), ―Doğmalıq‖ (1985), ―Dünya yaman dünyadır‖  (1989)  

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə