18
şərait yaradırlar, xəstəliyin ikincili nəticələrinin qarşısını alırlar
və sağalmağa kömək edirlər. İlk epizoddan sonra remissiya
vəziyyətində pasiyentlərin psixoloji, sosial, ailə tələbatlarının
ödənilməsi diqqət mərkəzində olmalıdır [A].
U
Şizoaffektiv tipin ilk epizodunun müalicəsi
1.
Şizoaffektiv pozuntunun ilk epizodunun maniakal tipi zamanı
müalicəni əhval-ruhiyyə stabilizatorlarından (litium, valproat,
lamotricin, karbomazepin) birini əlavə etməklə atipik
antipsixotikin kiçik dozaları ilə başlamaq lazımdır [C].
Sedasiyaya zərurət olduqda benzodiazepin sıra trankvilizatoru
(diazepam) əlavə etmək lazımdır [B].
2.
Şizoaffektiv pozuntunun ilk epizodunun depressiv tipi zamanı
SİUSİ əlavə etməklə stimuledici təsirinə malik atipik
antipsixotikin (risperidon) kiçik dozalarını təyin etmək lazımdır
[A]. Əgər müalicəyə qarşı zəif reaksiya olursa, digər
neyroleptikə keçmək, və əgər depressiya davam edərsə, SİUSİ
ilə əvəz edin, effektiv olmayan hallarda isə trisiklik
antidepressanta keçmək lazımdır [B]. İntihar riski yüksək olan
xəstələrdə, antidepressantlarla müalicəyə baxmayaraq klozapinin
erkən təyin edilməsi nəzərdən keçirilməlidir [C].
3.
Əgər yaxşılaşma əldə olunubsa, terapiyanı 12 ay ərzində davam
etdirərək, sonra 2-4 ay müddətində tədricən dozanı azaldaraq
müalicəni kəsmək lazımdır. Bu zaman konsultant qismində
həkim psixiatrın mütləq iştirakı ilə ilkin yardım sistemində
müşahidəni davam etdirmək zəruridir [D].
4.
Əgər ailədə Bipolyar Affektiv pozuntusu olan xəstələr varsa,
dəstəkverici terapiya qismində əhval-ruhiyyə stabilizatoru və/və
ya SİUSİ saxlamaq lazımdır [C].
U
Kəskinləşmə mərhələsində şizofreniyanın müalicəsi
1.
Şizofreniyanın kəskin epizodunun müalicəsində məqsəd psixotik
əlamətlərin ağırlığının azaldılması, özünə və ya ətrafdakılara
zərər yetirmə riskinin aradan götürülməsi, öz davranışına görə
nəzarətin yaxşılaşdırılması, yüksək səviyyədə funksional
adaptasiyanın əldə olunması, terapevtik münasibətlərin
qurulması, uzunmüddətli perspektivdə müalicə tədbirlərinin
müəyyən edilməsidir [B].
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
19
2.
Şizofreniyanın kəskin epizodunun müalicəsi ambulator şəraitdə
aparıla bilər, psixiatriya xəstəxanasına/şöbəsinə hospitalizasiyanı
isə son tədbir kimi digər müalicə üsulları səmərə vermədikdə,
nəzərdən keçirmək lazımdır [A]. Hospitalizasiya minimum
mümkün olan qısa müddətə həyata keçirilməlidir [A]. Stasionar
müalicəyə ehtiyac ötdükdə isə xəstə təxirə salınmadan
stasionardan çıxarılmalıdır [A]. Kəskin epizodun müalicəsi
adətən 4-8 həftədən çox olmur [B].
3.
Antipsixotik vasitənin seçilməsi həkim, pasiyent və onun ailə
üzvləri (qanuni nümayəndələri) ilə birgə terapevtik effekt və
təhlükəsizlik baxımından əsaslandırılaraq həyata keçirilməlidir.
Kəskin epizodun terapiyası zamanı kliniki amillərlə yanaşı
pasiyentin psixoloji və sosial tələbatları, həmçinin antipsixotik
dərman vasitələrinin tətbiqinin əvvəlki təcrübəsi nəzərə
alınmalıdır [A].
4.
AA başlanğıc terapevtik dozada tədricən orta terapevtik dozaya
qədər artırmaqla (3-4 gündə 1 dəfə) təyin edilə bilər. AA-in
dozasını əlavə təsirlərin inkişaf etmə mümkünlüyü ilə əlaqədar
olaraq sürətlə artırmaqdan çəkinmək lazımdır, hansılar ki, sonra
xəstənin müalicəyə olan meylliliyinə mənfi təsir edə bilər [D].
5.
Əgər keçmişdə pasiyentdə müəyyən ƏN-dən yaxşı effekt qeyd
edilibsə, təkrar kəskinləşmə zamanı eyni dərman vasitəsi təyin
oluna bilər. Kəskin epizodun müalicəsində ənənəvi neyroleptikin
dozası gündə 300-dən 1000 mq-a qədər xlorpromazin ekvivalenti
arasında dəyişir [C]. Dərman vasitəsi altı həftədən az olmayan
müddətə təyin edilməlidir. Əgər dərman vasitəsi göstərilən
dozadan az və ya çox təyin edilirsə, onda bunun səbəbləri
əsaslandırılmalı və sənədləşdirilməlidir.
6.
Minimum effektli dozanı təyin etməyə çalışmaq lazımdır.
Neyroleptikləri sürətlə yüksək dozaya qədər artırmaq lazım deyil
(yəni neyroleptik yüklənmədən çəkinmək lazımdır). Həkimlər
daimi olaraq dərmanlara qarşı həssaslığın monitorinqini
aparmalıdırlar. Monitorinq, xüsusilə, dərmanın dozası və təyini
dəyişdikdə vacibdir. Adekvat dozada təyin edilmiş dərman
vasitəsinin effektivliyi 2-4 həftə ərzində qiymətləndirilə bilər
[C].
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
20
7.
Kəskin epizodun müalicəsi zamanı əgər yanaşı əlavə təsirlər
olmadan yaxşı effekt varsa, ənənəvi neyroleptikdən oral atipik
antipsixotikə keçmək məsləhət görülmür. Ənənəvi
neyroleptiklər, vəziyyətlərinin yaxşılaşmasına baxmayaraq, bir
çox əlavə təsirlər qeyd olunan pasiyentlərdə AA ilə əvəz
olunmalıdırlar [B].
8.
Atipik və ya ənənəvi antipsixotik dərman vasitələri, bir dərman
vasitəsindən digər dərman vasitəsinə keçdikdə, qısa müddət
istisna olmaqla, eyni zamanda təyin edilməməlidirlər [D].
9.
Kəskin epizodun müalicəsi digər dərman vasitələrinin təyin
edilməsini tələb edə bilər. Antidepressantlar yanaşı depressiya
olduğu zaman təyin edilir. Lakin nəzərə almaq lazımdır ki, bəzi
antidepressantlar vəziyyəti kəskinləşdirə bilirlər.
Benzodiazepinlər təşviş və həyəcan əlamətlərinin müalicəsində
təyin edilirlər, belə ki, antipsixotiklərin sadalanan əlamətlərə
təsirinin başlanması üçün vaxt tələb olunur. Əhval-ruhiyyə
stabilizatorları aqressiv davranışı olan xəstələrə təyin edilə bilər
[C].
10.
Kəskin mərhələdə psixososial müdaxilələr aydın və ardıcıl əlaqə
vasitəsilə qıcıqlandırıcı və stress amillərinin təsirlərinin
azaldılmasına, təhlükəsiz ətraf mühitin yaradılmasına, xəstəyə
irəli sürülən tələblərin azaldılmasına, ailə üzvlərinə dəstək və
məsləhət verilməsinə yönəldilməlidir [A].
U
Oyanma vəziyyətində təcili sedasiya (TS)
1.
Əksəriyyət pasiyentlərdə təcili sedasiyaya ehtiyac yoxdur və o,
xəstəni daha yüngül üsullarla sakitləşdirmək mümkün olmayan,
müstəsna hallarda tətbiq edilməlidir. Yadda saxlamaq lazımdır
ki, TS pasiyentlərə neqativ psixoloji təsir göstərə bilər. TS-dən
sonra pasiyentə öz vəziyyətini müzakirə etmək imkanı verilməli
və ona TS aparılması qərarının səbəbləri izah olunmalıdır [C].
2.
Tibbi personal, xüsusilə hospitalizasiya zamanı, kəskin vəziyyət
dövründə oyanma və/və ya aqressiv davranış ehtimalını artıran
otaqda çox miqdarda adamlar, məhdud sahə, personalın uzun
müddət gözləməsi, pasiyent və personal arasında qarşılıqlı
anlaşılmazlıq, xəstənin qeyri-adekvat aparılması kimi xarici
amillərin təsirini müəyyənləşdirməyi və minimuma endirməyi
bacarmalıdır [C] .
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır
Dostları ilə paylaş: |