Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   2   3   4   5   6   7   8   9   ...   74

14 
 
10.  Abdulla  Qəhrəmanov.  “Ümumi  orta təhsil  səviyyəsinin  yeni  fənn  kurikulumlarının 
tətbiqi üzrə” təlim kursunun iştirakçilari üçün təlim materialı. Bakı, 2012.  
11. Kərimova F.,Əhmədova M.C. və b. İnteqrativ kurikulum:  mahiyyəti və nümunələr. 
Baki “Adiloglu” 
    IV.  Fənnin  təsviri  və  məqsədi:  XXI  əsr  bütün  sahələrdə  olduğu  kimi,  təhsil 
sahəsində  də  böyük  yanaşmalar  tələb  edir.  Məlum  olduğu  kimi,  bugünkü  uşaqlarımız 
yaxın  gələcəkdə  cəmiyyətimizin  tam  hüquqlu  üzvləri  olacaqlar.  XXI  əsr  isə    elm  və 
texnika  sahəsində  nəhəng  sıçrayışlar  əsridir.  Belə  bir  əsrin  vətəndaşı  olmaq  üçün  yeni 
şəraitə uyğunlaşmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa hazır 
olmaq  çox  vacibdir.  Bu  ideyanı  reallaşdırmaq  məqsədilə  ali  məktəblərin  bakalavr 
pilləsində  “Ümumtəhsil kurikulumunun əsasları” müstəqil  fənn olaraq tədris olunmağa 
başlanmışdır.  Həmin  fənn  üzrə  təlimin  müvəffəqiyyətlə  keçirilməsində  düzgün  tərtib 
olunan fənn proqramlarının və metodik göstərişlərin rolu böyükdür. 
    V. Davamiyyətə verilən tələblər:Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 
baldır.  Balın  miqdarı  əsasən:  tələbə  semestr  ərzində  fənn  üzrə  bütün  dərslərdə  iştirak 
etdiyi  halda  ona  10  bal  verilir;  semestr  ərzində  fənnin  tədrisinə  ayrılan  saatların  hər 
buraxılan  10%-  nə  1  bal  çıxılır;  Fənn  üzrə  semestr  ərzində  buraxılmış  auditoriya 
saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25 %-dən 
çox)  olduğu  halda  tələbə  həmin  fəndən  imtahana  buraxılmır,  onun  həmin  fənn  üzrə 
akademik borcu qalır və onun haqqında müvafiq qərar qəbul edilir. 
    VI.Qiymətləndirmə:Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 
balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 
bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin  tərtib olunmasına görə, 10 bal seminar və 
laboratoriya  dərslərində    fəaliyyətinə  görə,  10  bal  dərslərə  davamiyyətinə  görə,  20  bal 
kollokviumların nəticələrinə görə. 
İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.İmtahan biletinə bir qayda 
olaraq fənni əhatə edən 5 sual daxil edilir.Qiymət meyarları aşağıdakılardır: 
-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. 
-9  bal-tələbə  keçilmiş  material  tam  başa  düşür,  cavabı  dəqiqdir  və  mövzunun  mətnini 
tam aça bilir. 
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir; 
-7  bal-  tələbə  keçilmiş  material  başa  düşür,  lakin  nəzəri  cəhətdən  bəzi  məsələləri 
əsaslandıra bilmir 
-6 bal- tələbənin cavabı əsasən düzgündür. 
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol 
verir; 
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir; 
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var. 
-0 bal- suala cavab yoxdur. 
Tələbənin  imtahanda  topladığı  balın  miqdarı  17-dən  az  olmamalıdır.  Əks  təqdirdə 
tələbənin  imtahan  göstəriciləri  semester  ərzində  tədris  fəaliyyəti  nəticəsində  topladığı 
bala əlavə olunmur. 
Semestr  nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar 
əsasında) 
 
№ 
Bal 
Qiymət 
Sözlə 
Hərflə 
1. 
91-100  
əla  

2. 
81-90  
çox yaxşı  



15 
 
3. 
71-80  
yaxşı  

4. 
61-70  
kafi  

5. 
51-60  
qənaətbəxş  

6. 
50 və ondan aşağı 
qeyri-kafi  

VII. Davranış qaydalarının pozulması:Tələbə Universitetin daxili nizam –intizam 
qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək
VIII. Təqvim mövzu  planı: Mühazirə 30 saat , seminar 15 saat.  Cəmi: 45 saat 
№  Mühazirə 
Saat  Tarix 

Fənnin mövzusu, məqsəd və vəzifələri. Təhsilin fəlsəfəsi. Təhsil fəlsəfəsi  
baxımından təhsilin əhəmiyyəti, məqsədi, təlim prosesində rolu. 
Plan:  Fənnin  mövzusu,  məqsədi.Müxtəlif  təhsil  fəlsəfələri  və  dəyərlər. 
Fərdin  təhsil  fəlsəfəsinin  müəyyənləşdirilməsi.  Təhsil  fəlsəfələri: 
Proqressivizm,  perennializm,  essensializm,  eksistensializm.  Təhsil 
fəlsəfəsi və  kurikulum. 
Mənbə:[1,2,3,4,5,6,7,8,9] 

 

Cəmiyyətin təhsil ehtiyacları və onun hüquqi təminatı.  
    Plan:  Təhsillə  bağlı  hüquqi  sənədlər.  Azərbaycan  Respubliksının 
Konstitusiyası.  Azərbaycan  Respublikasının  təhsil  qanunu.  Ümumdünya 
İnsan  Haqqları  Bəyannaməsi.    Birləşmiş  Millətlər  Təşkilatının  Uşaq 
Hüquqları Konvensiyası. 
 Mənbə: [1,2,3,4,5,6,7,8,9] 

 

   Təhsildə dövlət siyasəti.  
Plan:  Təhsil  siyasətinin  mahiyyəti,  onun  hazırlanması.Təhsil  siyasətinin 
həyata keçirilməsində varislik və əlaqəliliyin gözlənilməsi. 
Mənbə: [1,2,3,4,5,6,7,8,9] 

 

    Fənn kürukulumlarının prinsipləri.  
Plan
Kurikulum 
anlayışı. 
Kurukulumların 
xarakterinə 
görə 
növləri.”Ümumi  təhsil  pilləsi  üzrə  dövlət  standartları  və  proqramları 
(kurikulumları)” sənədinin əsas  xüsusiyyətləri sənədi. Dövlət standartları 
və  onun  məzmunu.  Təhsil  proqramları  və  onun  məzmunu.  Fənn 
kurikulumlarının prinsipləri. 
Mənbə: [1,2,3,4,5,6,7,8] 

 

    Fəal dərsin mexanizmi və mərhələləri  
Plan:  Fəal dərsin mexanizmləri. Fəal dərsin quruluşu və mərhələləri. 
Mənbə: [4,5,6,7,8,9,10,11] 

 

    Məzmun  standartının  bilik  və  fəaliyyət  komponentləri  və  onların 
praktik əhəmiyyəti.  
    Plan:  Fənn  kurikulumunun  funksiyaları.  Standart  anlayışı.  Təhsil 
standartı.  Əsas  və  alt  standartlar.  Fənn  üzrə  fəaliyyət  xətləri.  Məzmun 
standartları: Bilik komponenti və fəaliyyət komponenti. 
 Mənbə: [1,2,3,4,5,6,7,8,9] 

 

Taksanomiyalar.  
  Plan:  Taksonomiya  anlayışı.  Blumun  düşünmə  taksonomiyası  və  onun 
mahiyyəti. Blum taksonomiyasının prinsipləri.  
Mənbə: [3,4,5,6,7,8,9,10,11] 

 

  Təlim strategiyaları.  
Plan:  Təlim  strategiyası  anlayışı.  Təlim  strategiyalarının  əsas  məsələləri. 
Təlimin təşkilinə verilən əsas tələblər: pedaqoji prosesin tamlığı, təlimdə 
bərabər  imkanların  yaranması,  şagirdyönümlülük,  inkişafyönümlülük, 
fəaliyyətin  stimullaşdırılması,  dəstəkləyici  mühitin  yaradılması.Təlimin 

 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə