Azərbaycan Respublikası Təhsil Nazırliyi Azərbaycan Respublikiası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti.



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix29.05.2018
ölçüsü7,25 Kb.
#46640
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

45 
 
reseptor sinir uclarını, sinirləri qıcıqlandırır.  Əmiziklərin uzunluğu epidermisin qalınlığından 
asılıdır.  Epidermis  qalın  olduqca  əmziklər  uzun  olur.  Əmziklər  dəri  əsası  səthini  onunla 
birlikdə,  epidermisin  törədici  qatının,  hüceyrələri  yerləĢən  sahəni  böyüdür,  həmçinin 
epidermisin  dəri  əsası  ilə  möhkəm  birləĢdirir.  Torlu  qat  sıx  birləĢdirici  toxumadan  təĢkil 
olunmuĢdur,  burada  bir-biri  ilə  tor  Ģəklində  dolaĢmıĢ  qalın  kollegen  topaları  və  elastiki 
maddələr çoxluq təĢkil edir. Dəri əsası möhkəm elastiki və sıxdır. Dərialtı təbəqə dərini dəridə 
yerləĢən  toxumalarla  əlaqələndirir.  O,  boĢ  birləĢdirici  toxumadan  təĢkil  olunaraq  dərialtı  piy 
əmələ  gətirir.Bu  qat  yumuĢaq  olub,  dərini  hərəkətə  gətirir,  dəridə  büküĢlərin  yaranmasına 
kömək  edir.  Dərialtı  piy  orqanizmin  həddən  artıq  soyumasının  qarĢısını  alır,  qida  maddəsi 
ehtiyatıdır.  Bəzi  heyvanlarda  xüsusi  piy  qatı  vardır.  Məsələn:dəvənin  kürəyində,  zebunun 
hürgücündə, quyruqlu qoyunların quyruğunda. Bu piy heyvanların ac və susuz qaldığı zaman 
sərf  olunur.  Dərinin  ümumi  kütləsi  çox  böyükdür:  qaramal,  camıĢ,  zebuda  20-40  kq-a  qədər 
(bədən  kütləsinin  3-9,6%  -ni)  qoyunların  bədən  kütləsinin  5-75  –ni  (yunsuz  ),  zərif  yunlu 
qoyunlarda  dəri  bükümlü  olduğundan  qaba  yunlara  nisbərtən  ağır  olur.  Təzə  doğulmuĢlarda 
dəri yaĢlılara nisbətən (buzov və kəlçələrin bədənin 11-12 % ) daha ağır olur. Ev heyvanlarında 
ən qalın dəri çamıĢlardadır, 4,5-8,0 mm-ə qədər, zebularda 4,6-8,0 mm-ə qədər, qaramalda 4,5-
6 mm-ə qədər, qoyunda 0,7-dən 2 mm-ə qədər, donuzda (dərialtı piysiaz ) 0,6 mm-dən 3 mm-ə 
qədərdir.  Cavan  fərdlərdə  yaĢlılara,  diĢilərdə  erkəklərə  nisbətən  dəri  nazik  olur.  KəsilmiĢ 
heyvanlardan çıxarılmıĢ dərinin epidermislə birlikdə əsası gön adlanır. Emal edilərkən dərialtı 
qatından təmizlənmiĢ qoyun dərisi gön və ya xəz adlanır.  
Qaramalın dəriləri iki kateqoriyaya bölünür: iri və xırda. Ġri  dərilərə inək, buğa (cöngə), kələ, 
öküz  dəriləri  daxildir.  Xırda  dərilərə  isə  dana,  buzov,  kəlçə  dəriləri  daxildir.YaĢ  artdıqca  
iribuynuzlu qaramalın dərisi çəki nisbətində dəyiĢir.. 
Cinsiyyətlə  əlaqədar olaraq dərilər öz keyfiyyətinə görə  fərqlənirlər. Erkək dana və  kəlçələrin 
canlı kütləsi 180-240 kq olduqda onların dərilərin çəkisi müfaviq olaraq 13-17 kq olur. 
Ġnək, düyə, qısır mal dəriləri öz xüsusiyyətlərinə görə kateqoriyalara bölünürlər..Yüngül çəkili 
dərilərə-canlı kütləsi 180-240 kq olub, onlardan alınan dərilər isə 13-17 kq olan diĢilər daxildir. 
Orta  çəkili  dərilərə-canlı  kütləsi  240-360  kq  olan  və  onlardan  alınan  dərilər  müvafiq  olaraq 
çəkisi17-25 kq, canlı kütləsi 360 kq olan diĢi qısır heyvanların dərisi 25 kq-dan yuxarı olanlar 
daxildir. Erkək və axtaların dərisi ağır və yüngül çəkilərə ayrılır.Yüngül çəkili dərilər 17-25 kq 
arasında, ağırçəkili dərilər 25 kq-dan yuxarı olan dərilər daxildir. 
Yüksək ağır çəkili dərilər isə 30-35 kq arasında və daha çox kütləyə malik olanlar hesab edilir. 
Qoyun  dəriləri. Adətən qoyun dəriləri 5-7 aylıq quzu və  yuxarı yaĢlı qoyunlardan alınmıĢ və 
sahəsi 18 dm
2  
az olmayan dərilər hesab edilir. Dəri yüngül quruluĢlu və xüsusiyyətlərinə görə d 
istehsalat  yararlı  olan  kürklük  xəzlik  və  gönlük  sahələrə  ayrıılır.  Xəzlik  dərilər  zərif  və 
yarımzərif yunlu qoyun cinslərindən və onların mələzlərindən alınır. Kürklük qoyun dərisi qaba 
yunlu və yarımqaba yunlu cinslərdən alınır. Yunun uzunluğuna görə  kürklər yunu 6sm-dən çox 
olanlar, 2,5-6 sm və az olanlar, 2,5 sm-ə qədər olanlara ayrılır. Quzu dərisi qıvrımlar Ģəklində 
tük örtüyünə malik olan yeni doğulmuĢ quzuların dərisinə deyilir. Ən yaxĢı quzu dərisi qara-gül 
cinsinin 1-3 günlük quzularından alınır. 
 
 


46 
 
5.Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üsulları. 
  a) təmizlikdə yetişdirmə, b) çarpazlaşdırma, v) hibridləşdirmə və q) biotexnoloji üsullar 
(embrionun köçürülməsi, klonlaşma, trasgenlik) 
Cinsi  təmizlikdə  yetiĢdirmə  bir  cins  içərisində  eyni  tipli  homogen  və  müxtəlif  tipli  heterogen 
yetiĢdirmədir.Bunu elmi dildə inbridinq və autbridinq adlandırırlar. Bir cins daxilində qohum 
fərdlərin  çütləĢdirilməsinə  inbridinq  deyilir.  Qohum  olamayan  fərdlərin  cütrlədirilməsinə  isə 
autbridinq  deyilir. Təmizlikdə yetiĢdirmə zamanı ata və ana eyni cinslərin daxilində aparılır. 
Alınan  balalara  təmizqanlı  deyilir.  Bu  üsul  yüksək  məhsuldar  cinslər  arasında  aparılır.  Arzu 
olunan  yüksək  bioloji  xüsusiyyətini  saxlamaq  məqsədilə  seçmə  və  taylaĢdırma  iĢi  aparılır. 
Təmizlikdə  yetiĢdirmə  aparılmaqla  hər  hansı  böyük  bir  naxırda  yüksək  məhsuldarlığa  malik 
damazlıq nüvəsi yaratmaq olar. Məsələn: Krasnoyar vilayətində “Taejnıy”, ”Krasnıya mayak”, 
”Nazarov” təsərrüfatlarında illik hər inəkdən sağılan süd 6300-6700 kq olmuĢdur. Burada Qara-
ala, qırmızı-ala cinsləri üzərində təmizlikdə yetiĢdirmə tədbiq olunaraq 8656 kq-dan 10477 kq-
a  qədər  süd  verən  və  süddə  yağ  4,07  dən  4,65%-ə  qədər  olan  böyük  bir  naxırda  rekordçu 
heyvanlar yaradılmıĢdır. Nazarov damazlıq müəssəsində  7700-dən 10422 kq-a qədər süd verən 
və süddə yağ 3,86%-dən 4,50%-ə qədər olan  67 rekordçu inəklər yaradılmıĢdır.(2008) 
Təmizlikdə  yetiĢdirmə  tədbiq  olunmaqla  hər  inəkdən  sağılan  südə  görə  dünyada  birinci  yeri 
Ġsrail (9-12 min litr ) tutur. Hər hektardan pambıq yığımın  görədə dünyada Ġsrail ən qabaqcıl 
ölkədir.  Bir  çox  ölkələrdə  təmizlikdə  yetiĢdirmə  aparılmasına  xüsusi  fikir  verilir.  Məsələn: 
ABġ-da  HolĢtin,  Cerzey,  Hernzey,  cinslər  üzərində  dərin  seleksiya  əsasında  təmizlikdə 
yetiĢdirmə tədbiq olunur. Burada südlük qaramal üzərində aparılan seleksiya əlamətləri-yüksək 
məhsuldarlığı, uzunömürlük, asan sağım, mastitə tutulma qabiliyyəti götürülür.
  
1)
 
İnbridinq. Avropada 1200 yerli cins müayinədən keçib ki, bunun 200 cinsi xəstəliklərə 
bağlı  məhv  olmaq  təhlükəsi  var.70%  avropa  mənĢəli  heyvanlar  yox  olacaqları  haqqında 
məlumatlar dərc olunmuĢdur. Son illər Avropada 23 cins yaranmıĢ və 23 cinsdə yox olmuĢdur. 
Ġnbridinqin  xeyirli  və  zərərli  cəhəhətləri  haqqında  çox  yazılar  nəĢr  olunmuĢdur.  Ġnbridinq 
depresiya  haqqında  ilk  dəfə  Darvin  məlumat  və  təhlilər  etmiĢdir.  O  ümumi  bioloji  qanun 
yaratmlĢdır.  XVIII-əsrin  sonu  XIX  -əsrin  əvvəllərində  Ġngiltərədə  fermer  Bekverlom  yeni 
qoyun  cinsi,  donuz  və  qaramal  cinsləri  yaratmıĢlar.  Kollinq  qardaĢları  yaxın  qohumluqdan 
istifadə edərək ətlik ġorthorn cinsini  yaratmıĢlar. Bu dövürdə atçılıq zavodunda A.Q.Orlov və 
V.Ġ.ġiĢkin  Orlov  minik  atını  inbridinq  yolu  ilə  yaratmıĢlar.  Zavodçu  ġepkin  donuzçuluqda 
inbridinqin  tədbiqinin  məsləhət  bilmiĢdir.  Mixayil  Fedroviç  Ġvanov  iri  ağ  rus  donuz  cinsini 
yaxın qohumluq çarpazlaĢmasından istifadə edərək yaratmıĢdır. 
Qohumluq çarpazlaĢmada qohumluq dərəcəsinin qiymətləndirilməsi. 
1.Qohumluq yetiĢdirməni bir neçə nəsil davam etdirilməsinə -in-end-inbridinq deyilir. 
2.Qan qatma (yaxın qohumluqda yetiĢdirmə )-klozebridinq deyilir. 
3.Bir cins daxilində müxtəlif inbred xətlərin cütləĢdirilməsinə inbredlaynkrossinq deyilir. 
4.Yaxın qohum xətlərin cütləĢdirilməsinə strainpkrossinq deyilir. 
5.Ġnbred erkəklərin inbred olmayan diĢilərlə cütləĢdirilməsinə topkrossinq deyilir. 
6.Ġnbred erkəklərin baĢqa cinsin inbred olmayan diĢiləri ilə cütlədirilməsinə -topkrossbridinq 
adlanır. 
7.Bir cinsin inbred erkəyi ilə digər cinsin inbred diĢisi ilə cütləĢdirilməsinə -inkrossinq adlanır. 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə