Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Mövzu 4. Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı və tərbiyəsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
PEDAQOGIKA-2

Mövzu 4. Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı və tərbiyəsi.
 
PLAN: 
1. İnsan şəxsiyyətinin sosial mahiyyəti haqqında 
2. Şəxsiyyətin formalaşmasında irsiyyətin mövqeyi 
3. Şəxsiyyətin formalaşmasında mühitin rolu 
4. Şəxsiyyətin formalaşmasında tərbiyənin rolu 
5. M
əktəbəqədər yaş dövründə tərbiyənin vəzifələri
1
. Şəxsiyyət anlayışı fəlsəfə, sosiologiya, estetika, etika və s. elmlərlə yanaşı 
pedaqogikanın da tədqiqat obyektinə daxildir. Bu problemi şəxs və fərd anlayışı ilə 
eynil
əşdirmək olmaz. Şəxs bioloji və sosioloji xüsusiyyətlərin birliyidir. Şəxsiyyət isə adamın 
malik olduğu yalnız sosioloji keyfiyyətlərin məcmusudur. Bu keyfiyyətlər təbii və ictimai amillərin, 
el
əcə də tərbiyəvi təsirlərin sayəsində təşəkkül tapır və inkişaf edir. Buna görə şəxsiyyətdən 
b
əhs edən elmlərin hər biri onun müəyyən cəhətlərini öyrənir. 
Adamlar malik olduqları fərdi xüsusiyyətləri və xarakter əlamətlərinə görə bir-birindən 
f
ərqlənirlər. Müxtəlif adamların, o cümlədən, uşaqların qabiliyyətlərini, maraq və meyllərini, 
əxlaqını müqayisə edərkən fərdi fərqlər daha aydın nəzərə çarpır. Bu xarici görünüşdə, daxili 
əlamətlərdə və dünyagörüşündə özünü daha qabarıq göstərir. Məsələn, uşaqların bəziləri hər 
ha
nsı məsələnin izahını, söhbətin məzmununu tez başa düşdükləri halda, başqaları bunu bir 
q
ədər gec başa düşürlər. Bəzilərində hafizə məktəbəqədər dövrdə iti olur, digərləri öyrəndiklərini 
tez unudurlar. B
əzi uşaqlar ailədə yaşlılara qayğı ilə yanaşır, yaşıdları ilə mehriban və səmimi 
davranır, davranış qaydalarını gözləyir, digərləri isə əksinə, şıltaq və ərköyün olurlar.
Uşaqlar fiziki inkişafı və sağlamlığına görə də fərqli xüsusiyyətlərə malik olurlar. Səmərəli 
yem
ək, yatmaq, oyaq qalmağın düzgün təşkil olunması, habelə təmiz havadan, sudan, 
günəşdən istifadə edilməsi bütün ailələrdə eyni səviyyədə olmadığına görə, bəzi uşaqların 
s
əhhətində qüsurlar da nəzərə çarpır. Buna görə məktəbəqədər dövrdən uşaqların yeməyi 
düzgün təşkil olunmalıdır.


Uşaqların fiziki və zehni inkişafında yuxunun da özünəməxsus əhəmiyyəti vardır. Erkən 
yaşlı uşaqların gec və çətin yatması onların narahatlığına səbəb olur. Bu çox zaman əlverişli 
olmayan xarici şəraitin və düzgün olmayan tərbiyənin nəticəsində baş verir.
Şəxsiyyətin normal inkişafı üç mühüm faktorun təsiri ilə müəyyənləşdirilir. Bunlar 
aşağıdakılardır: tərbiyə, sosial mühit və irsi əlamətlər. 
2. İrsiyyət nəzəriyyəsi orta əsrlərdə yaranmışdır. Bu dövrdə uşağın inkişafında irsiyyət 
əsas götürülür və belə hesab edilirdi ki, uşaq hər bir qabiliyyət və xasiyyəti hazır şəkildə ata və 
anasından irsən götürür. Bu nəzəriyyə orta əsrlərdə hakim olan dini əqidələrlə əsaslandırılırdı. 
Dini ehkamlara 
əsaslanaraq sübut etməyə çalışırdılar ki, hər hansı bir insan anadan olarkən 
taleyi alnına yazılır. Məsələn “Yazılanı pozmaq olmaz”, “Quyuya su tökməklə quyu sulu olmaz” 
v
ə s. Sonrakı illərdə insan xarakterini irsi əlamətlərlə izah edən alimlər meydana gəldi. ABŞ-da 
E.Torndayk, C.Dyun v
ə başqaları buna misal ola bilər. Torndayk yazır ki, orqanizmdəki genlər 
adamın həm fiziki, həm də əqli keyfiyyətlərini təyin edir.C.Dyunin əqidəsinə görə, uşağın inkişafı 
anadang
əlmə instinkt və qabiliyyətlər əsasında mümkün olur. 
Kapitalizmin inkişafı ilə əlaqədar irsiyyət nəzəriyyəsinə qarşı etirazlar gücləndi. XVII əsrdə 
böyük slavyan pedaqoqu Y.A.Komenski uşağın taleyində irsiyyətin rolunu şişirtməyə qarşı çıxır 
v
ə hamının təhsil almağa qadir olduğunu və bu işdə müəllimin, tərbiyəçinin rolunu yüksək 
qiym
ətləndirirdi. XVIII əsrdə isə ingilis pedaqoqu C.Lokk “Ağ lövhə” nəzəriyyəsini irəli sürərək, 
irsiyy
əti tamamilə inkar edir, tərbiyənin vəzifəsini həddindən artıq şişirdirdi. Lokka görə, uşaq 
doğolarkən onun beyni ağ lövhə kimi tərtəmiz olur. Rus mütəfəkkiri V.Q.Belinski Lokkun 
n
əzəriyyəsinə qarşı çıxaraq qeyd edirdi ki, uşaq doğularkən onun beyni “ağ lövhə” deyil, orada 
t
əbii imkanlar mövcud olur. Onu da qeyd etmək lazımdır ki, təbii imkanlar hələ hazır qabiliyyətlər 
deyil, qabiliyy
ətlərin əmələ gəlməsi və inkişafı üçün xüsusi qüvvəyə malik olan bir varlıqdır. 
M
əsələn, anadan doğulan uşaq nitq imkanı ilə doğulur. Yəni onun boğazının, dilinin, damağının 
quruluşu və eləcə də sinir sisteminin inkişaf səviyyəsi, danışmaq və danışılanı başa düşmək 
imkanına malikdir. Eləcə də uşaq yazı yazmaq imkanı ilə doğulur. Çünki onun xırda əl 
əzələlərinin vəziyyəti, ağlının inkişaf səviyyəsi sonralar yazmaq qabiliyyətinin yaranamsı üçün 
imkan verir. Şübhəsiz, bütün təbii imkanların hamısı irsi olaraq nəsildən-nəslə keçir. Lakin bu o 
dem
ək deyildir ki, hər şeyi həll edən irsiyyətdir. Uşaqlar doğularkən valideynlərindən zahiri 
fizioloji 
əlamətləri və psixoloji imkanları özləri ilə gətirirlər. Lakin bu keyfiyyətlərin şəxsiyyət 
s
əviyyəsində formalaşması üçün sosial amillər, ictimai mühit və tərbiyə prosesi xüsusi həlledici 
qüvvəyə malikdir. Deməli, irsiyyət vasitəsilə uşağa keçən hazır qabiliyyətlər deyil, hər uşağa 
m
əxsus olan ümumbəşəri təbii imkanlardır.Uşağın irsən gətirdiyi təbii fizioloji psixoloji imkanların 
qabiliyy
ətə çevrilməsi üçün şərait və tərbiyə həlledici əhəmiyyətə malikdir.


3. Şəxsiyyətin inkişafında mühitin də xeyli rolu vardır. Bu məfhum fərdin həyatı və inkişafın 
əlaqədar olduğu xarici şəraitin hamısını əhatə edir. Uşaq ictimai mühitdə doğulur, burada 
yaşayır, böyüyüb boya-başa çatır. İctimai mühitdə aparıcı yeri insanlar tutur. İctimai mühit 
analyışı insanların ictimai həyatını, cəmiyyətdəki ictimai münasibətləri, siyasi və mədəni həyatı 
v
ə s. əhatə edir. Əlbəttə, uşaq bu mühitin təsirinə məruz qalır. Lakin fərdi xüsusiyyətlərdən asılı 
olaraq mühitin təsirinə müxtəlif formada məruz qalırlar. Yəni eyni mühit ayrı-ayrı uşaqlara 
müxtəlif şəkildə təsir göstərir.
Mühitin şəxsiyyətə təsiri haqqında məşhur pedaqoqların fikirlərində müəyyən fərqlər də 
vardır. Məsələn, fransız pedaqoqu J.J.Russonun fikrinə görə uşaqla uzun-uzadı söhbət 
aparmağın, onu öyüd-nəsihətlə yormağın mənası yoxdur. İstənilən əxlaqi keyfiyyəti uşaqda 
görmək üçün onu müvafiq mühitə salmaq lazımdır. Həmin mühit özü istədiyini uşağa 
aşılayacaqdır. Azərbaycan filosofu Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi sübut edirdi ki, 
insanın xasiyyəti irsi deyil, həyatda formalaşır. O qeyd edirdi ki, “Atası xristian olan uşağı 
müsəlman tərbiyə etsə, müsəlman olar”.Bu pedaqoqların üstün cəhəti onda olmuşdur ki, onlar 
şəxsiyyətin formalaşmasında irsiyyətə, fatalizmə qarşı çıxaraq mühitin təsirinə üstünlük 
vermişlər.
Bütün bunlardan belə bir nəticə çıxarmaq olaq: madam ki, insan mühitin təsirinə məruz 
qalır, onda mühit elə qurulmalıdır ki, insan orada həqiqi insanlığını dərk etsin, oradakı nəcib 
keyfiyy
ətləri özündə birləşdirə bilsin. 
4. B
əşər tarixi praktik olaraq sübut etmişdir ki, şəxsiyyətin inkişafında tərbiyənin rolu 
əvəzsizdir. Əvvəlcədən düşünülmüş, planlaşdırılmış, məqsədyönlü təşkil edilmiş tərbiyə işi 
güclü təsir qüvvəsinə malikdir. Y.A.Komenski, K.A.Helvetsi, R.Ouen və bir çox başqaları 
şəxsiyyətin inkişafında tərbiyəyə üstünlük verdikləri kimi, fransız materalistləri Helvetsi, Didro, 
Russo t
ərbiyənin təsirinə daha çox aludə olmuş, hətta onu həddən artıq şişirtmişlər. Helvetsiyə 
görə, tərbiyədə elə təsir qüvvəsi vardır ki, o hər şeyi yaradır. Didro isə Helvetsiyə nöqsan 
tutaraq qeyd etmişdir ki, tərbiyə hər şey deyil, çox şeydir. 
M
əhəmməd Peyğəmbər Əleyhissəlam hədislərinin birində deyir: Heç bir ata övladına 
gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz. 
Müəyyən dövrlərdə şəxsiyyətin inkişafında gah tərbiyə və mühit əsas götürülmüş, irsi 
əlamətlər inkar edilmiş, gah da irsiyyətə və mühitə üstünlük verilmişdir. Onu da qeyd etmək 
lazımdır ki, tərbiyə daim eyni tərzdə həyata keçirilmir. Daim məzmunu zənginləşir və 
mürəkkəbləşir, forması dəyişir, rəngarəng yollarla uşaq şəxsiyyətinə təsir göstərir.
Uşaq şəxsiyyətinin inkişafı müxtəlif mərhələlərdən keçir. Hər bir mərhələ əvvəlki ilə sıx 
əlaqədə olub, sonrakı nailiyyətlər üçün əsas rolu oynayır. Tərbiyənin varisliyi əvvəlki zəmində 
t
ərbiyə keyfiyyətlərinin qazanılması ilə əlaqədardır. Eyni zamanda, tərbiyə heç də uşağın 


inkişafını süni formada sürətləndirməlidir. Buna görə də məktəbəqədər pedaqogika bu yaşlı 
uşaqların hərətərəfli inkişafını təmin etmək üçün yaş xüsusiyyətlərini nəzərə alır və onun həyat 
haqqında anlayışlarını tədricən zənginləşdirir.Uşaq şəxsiyyətinin inkişafında, xarakter 
xüsusiyyətlərinin formalaşmasında tərbiyə elmi aparıcı mövqeyə malikdir. 
5. T
ərbiyə bəşəriyyətin yaranma tarixindən mövcud olan bir prosesdir. Hələ bəşəriyyətdə 
dövlər quruluşu mövcud olmamışdan qabaq tərbiyə anlayışının məqsədyönlü məzmununu 
tayfaların, qəbilələrin başçıları, müdrik ağsaqqallar tərəfindən müəyyən edilən adət-ənənələr 
t
əşkil etmişdir. İctimai-iqtisadi münasibətlər inkişaf etdikcə dövlət quruluşunun yaranmasına 
s
əbəb olur. Dövlətçilik yaranandan sonra uşaqların tərbiyə olunması strateji əhəmiyyətli bir iş 
kimi dövlətin himayəsinə keçmişdir.
T
ərbiyənin məqsədi kimsə tərəfindən uydurulmur. O, xalqın, dövlətin və millətin obyektiv 
h
əyat şəraitindən və tələbatından asılıdır. Respublikamızda uşaq bağçalarında və məktəblərdə 
t
ərbiyənin məqsədi dövlətimizi qoruya bilən və onun gələcək inkişafını təmin edə biləcək yüksək 
milli m
ənəvi intellektə malik olan hərtərfli kamil nəsil yetişdirməkdir. Şübhəsiz şəxsiyyətin 
h
ərtərəfli inkişafını yalnız tərbiyənin tərkib hissələrindən ( əqli, fiziki, əxlaq, əmək, estetik, 
ekoloji) s
əmərəli istifadə etməklə həyata keçirmək olar.
Əqli tərbiyə insan intellektinin inkişafında ən mühüm əlamətdir.Onun vasitəsilə uşaqlar elmi 
bilikl
ərə yiyələnir, təbiəti, cəmiyyəti, əməyi, iqtisadiyyatın başlıca qanunlarını, ictimai və siyasi 
h
əyatı, bütövlükdə dünyanı dərk edir, yüksək mənəviyyata sahib olur.Əqli tərbiyə prosesində 
uşaq fantaziyasının inkişaf etdirilməsinə, hafizə və diqqətin formalaşdırılmasına, uşaqların söz 
ehtiyatının zənginləşməsinə,onların rabitəli,düzgün nitqə yiyələnmələrinə dəqayğıgöstərilməlidir. 
Fiziki t
ərbiyə hərtərəfli və ahəngdar inkişafın mühüm keyfiyyətlərindəndir. Fiziki tərbiyənin 
v
əzifəsi yetişən nəsli əməyə, Vətənin müdafiəsinə hazırlamaq, orqanizmin sağlamlığına, iradi 
keyfiyy
ətlərin və əqlin formalaşdırılmasına kömək etməkdir. Məktəbəqədər yaş dövründə 
uşaqların fiziki sağlamlığına xüsusi diqqət yetirilməlidir.
Uşaqları məktəbəqədər yaş dövründən başlayaraq sadə əxlaqi keyfiyyətlərə yiyələndirməyin 
çox mühüm əhəmiyyəti var. Uşaq dil açmağa başalayanda ona salam verməyi, əl ilə görüşməyi, 
n
əvazişlə sağ ol deməyi öyrədirlər. Bu cür nəvaziş, şən münasibət uşaqlarda sadə əxlaqi 
keyfiyy
ətlərin məhkəmlənməsinə səbəb olur. Uşaqlarda böyüklərə hörmət, nəzakətli münasibət, 
m
ədəni davranmaq vərdişləri tədricən tərbiyə edilir, doğruçuluq, sadəlik, mehribançılıq, dostluq, 
yoldaşlıq kimi əxlaqi keyfiyyətlər inkişaf etdirilir. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsini 
vaxtında başlayıb, pedaqoji yolla düzgün aparmaq lazımdır.
M
əktəbəqədər yaş dövründə əmək tərbiyəsi uşaqlarda əməyə, əmək adamlarına rəğbət hissi 
yaratmaq, 
əmək məhsullarından qənaətlə istifadə etmək, işgüzarlıq, çətinlikdən qorxmamaq, 


dözümlülük, qayğıkeşlik, özünə xidmət və faydalı işindən fərəhlənmək kimi nəcib əxlaqi 
keyfiyy
ətləri tərbiyə edir. Bu yaşlı uşaqlar sadə əməklə məşğul olmaq vərdişlərinə yiyələnirlər.
Uşaq bağçasında estetik tərbiyənin vəzifəsi uşaqlara cəmiyyətdə, təbiətdə gördüklərini, 
insanların yaratdıqları maddi nemətləri qiymətləndirməyi, onların başa düşə bildikləri incəsənət 
əsərlərindəki gözəlliyi duymağı və hiss etməyi öyrətməkdir. Bunun üçün uşaqları təbiətin 
qoynuna çıxarmaq, bədii əsərlərlə, musiqi və rəsm əsərləri ilə tanış etmək mühüm əhəmiyyət 
k
əsb edir. Estetik tərbiyə həm də uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirir, onlarda bədiii 
estetik zövqün formalaşmasında mühüm rol oynayır. 
Ekoloji t
ərbiyə insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi aşılayır. Gəhc 
n
əslin ekoloji tərbiyəsi müasir mərhələdə daha çox əhəmiyyət kəsb edir. Uşaqların ətraf mühiti 
qoruması, təbiətə qayğı və məhəbbət ruhunda tərbiyə edilməsi işini məktəbəqədər tərbiyə 
müəssisələrindən başlamaq əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Uşaqlar məktəbəqədər yaş 
dövründən başlayaraq, anlaq səviyyələrinə və güclərinə müvafiq təbiətin qorunması işlərinə cəlb 
olunmalıdırlar ki, məktəb illərində bu sahədə daha səmərəli iş görə bilsinlər. Bu məqsədlə 
m
əktəbəqədər yaş dövründə uşaqlara təbiət haqqında maraqlı söhbətlər etmək və torpağın, 
suyun, havanın insan həyatındakı əhəmiyyəti barədə maraqlı məlumatlar vermək lazımdır.
M
əktəbəqədər yaş dövründə uşaqların ekoloji tərbiyəsində valideynlərin qüvvəsindən də 
s
əmərəli istifadə etmək lazımdır.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə