Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Az ərbaycanda ilk məktəbəqədər tərbiyə müəssələrinin fəaliyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
PEDAQOGIKA-2

Az
ərbaycanda ilk məktəbəqədər tərbiyə müəssələrinin fəaliyyəti. 
Az
ərbaycanda
m
əktəbəqədər tərbiyənin praktik tarixi 1907-ci ildən başlanır.1907-ci ilə kimi Azərbaycanda heç 
bir m
əktəbəqədər tərbiyə müəssisəsi olmamışdır.Yalnız həmin ildə birinci dəfə olaraq Bakının 
Bayıl qəsəbəsində Alisa İvanova Radçenko tərəfindən tərbiyə müəssiəsi edilmişdir. Bu, “ 
De
əcəllər” məktəbi adlanan uşaq bağçası olmuşdur. İkincisi, Sumarukova Zinaida Alekseyevna 
t
ərəfindən 1914-cü ildə, ücüncü uşaq bağçası Baranova tərəfindən 1914-cü ildə, dördüncüsu 
1916-
cı ildə Bakı şəhər xalq məktəbləri müdiriyyətinin qadın gimnaziyası nəzdində açılmış uşaq 
bağçası və nəhayət beşinci Kələntərova tərəfindən açılan uşaq bağçası olmuşdur.
 
Bu uşaq bağçaları təsadüfi vəsaitlərla təmin olmuşdur. “Dəcəllər məktəbi” adlı uşaq 
bağçasının tərbiyəvi işlərinin məzmununu və uşaqların ailə tərbiyəsi etibarı ilə o birilərindən 
əsalı surətdə fərqli idi. 
A.İ.Radçenko özü hələ gənc ikən T.F.Leqaft tərəfindən təşkil edilmiş pedaqoji kursu bitirmiş, 
inqilabçı əhval-ruhiyyədə olmuşdur. Bakıda inqilabçı İ.İ.Radçenko ilə ailə qurduqdan sonra bu 
familyanı qəbul etmişdi. O, Bakı komitəsinin göstərişi ilə “Bazar günü məktəblərində və Bibi-
heyb
ətdə axşam fəhlə kurslarında müəllimlik etməklə yanaşı, “Dəcəllər məktəbi” adlanan uşaq 
bağçasını da açmışdı. 
A.N.Rad
çenko uşaqların fiiki, bədii, əxlaqi və əqli inkişafı üçün rəngarəng tədbirlər keçirirdi. 
M
əşğələlərdə o, oyundan, söhbət və nağıllardan, kitab oxumaqdan, gəzintilərdən geniş istifadə 
ed
ərək, uşaqların əxlaq tərbiyəsinə, onlarda yoldaşlıq, dostluq, qayğıkeşlik və insanpərvərlik 
kimi keyfiyy
ətlərin tərbiyə edilməsinə xüsusi fikir verirdi. 
“Dəcəllər məktəbi” A.İ.Radçenkonun köməyi ilə M.Qorki ilə də məktublaşmışdır. M.Qorki 
uşaqlara məktub və hədiyyələr göndərirdi.O,uşaqlara ikinci məktubunda yazmışdı: 
“...Sizin məktublarınızı alarkən sevincimdən elə gülürdüm ki, balıqlar belə başlarını sudan 
çıxarıb maraqlanırdılar, nə olub? ...Mən onları başa saldım ki,dənizin obiri sahilində şanlı 
insanlar yaşayır. Onlar hələ balacadırlar. Mən əminəm ki,onlar böyüyəndə də yaxşı adamlar 
olacaqlar...” 
1910-cu ild
ə Bakıda qadın gimnaziyası yanında uşaq bağçası açılır.Bu uşaq bağçası 4 
yaşından 7 yaşına kimi 20 uşağı əhatə edirdi. Burada uşaqlara maraqlı hərəkətli oyunlar və 
idman m
əşğələləri keçirilir,əl işləri vərdişləri öyrədilir.Uşaqlar rəngli saplar ilə toxuma, rəngli 
kağızlardan kəsib yapışdırma,şəkillərin rənglənməsi ilə məşğul olur,rəngli kağız zolaqlardan “ 
s
əbət” və “ xalça” toxuyurdular. 
1918-ci ild
ə uşaq tərbiyə ocaqlarının,o cümlədən,uşaq bağçalarının təşkili genişlənir.Bu sahədə 
N.N
ərimanovun böyük köməkliyi olub.Xalq Maarif Komissarlığında işləyən Nadeyda 
Nikalayevna Kolensikova bu vaxt yazırdı ki,tərbiyəçilər hazırlayan kursların təşkilində.tərbiyə 
ocaqlarının avadanlıqlarla təchiz olunmasında N.Nərimanovu bizə çox köməklik edirdi. Onun 


vasit
əsilə biz bina,lazımi avadanlıq və ərzaq malları alırdıq....yoldaş nərimanov bizim işimizə çox 
diqq
ətlə yanaşırdı. O.bizim uşaq oşaqlarımızı tanıyırdı,tez-tez bu və ya digər uşaq oşağına 
g
əlirdi. Uşaqlar tərbiyəcilər və eləcə də,valideynlərlə söhbət aparırdı. 
Bu dövrdə bütün çətinliklərə baxmayaraq məktəbəqədər tərbiyə gündən –günə inkişaf 
edirdi.Uşaq bağcası şəbəkələri xeyli artmışdı.1920-ci il may ayının 27-də N.Nərimanovun
adından XMK-ə göndərilən məktubda qeyd olunurdu.” Təklif edirəm ki,bir həftə müddətində 
şəhərin müsəlman məhəlləsində uşaq bağçasıtəşkil edilsin.Bu məqsədlə də şəhərin bütün 
müəllim və müəllimlərini səfərbərliyə almaq lazımdır.” 
N.N
ərimanovun verdiyi bu sərəncamdan sonra həm respublikanın qəzalarında,həm də Bakı 
şəhərində,xüsusən Azərbaycanlılar yaşayan məhəllələrdə uşaq bağçalarının təşkili işi getdikcə 
sürətlənir.Uşaq bağçalarının təşkili işində yerli fəallar uşaq bağçası üçün binaların 
müəyyənləşdirilməsində və uşaqların oraya cəlb olunması işinə yaxından kömək edirlər.1920-ci 
il iyun ayından bütün məktəbəqədər tərbiyə müəssələri dövlətin ixtiyarına keçirildi. 
1920-
ci il iyun ayının 28-nə kimi Baki şəhərində, xüsusən azərbaycanlılar yaşayan məhəllələrdə 
uşaq bağçalarının təşkili işi getdikcə sürətlənir. Uşaq bağçalarının təşkili işində yerli fəallar uşaq 
bağçası ücün binaların müəyyənləşdirilməsində və uşaqların oraya cəlb olunması işinə 
yaxından kömək edirlər.1920-ci il iyun ayından bütün məktəbəqədər tərbiyə müəssisələri 
dövlətin ixtiyarına keçirildi. 
1920-
ci il iyun ayının 28-nə kimi Bakıda “Yuva”, “Svetlayaçok”, “Xutarok”, “Sünbül”, Suraxanı 
rayonunda “Krasnaya solnuşka”, “Aydınlıq”, “Krasnıy uqoloq”, “Kolokolçink” kimi uşaq bağçaları 
t
əşkil edilmişdi. Bu dövrdə uşaq bağçaları indiki Gəncə, Kürdəmir və s. qəza mərkəzlərində də 
açılırdı. Bakıda və onun sənaye rayonlarında 35uşaq bağçası açılmışdı ki, bunun 29-u Bakı 
şəhərində yerləşirdi. 6 uşaq bağçasə isə digər sənaye rayonlarında təşkil olunmuşdu. Bundan 
əlavə, Gəncə qəzasında 8, Nuxa qəzasında 6, Şuşada 5, Qubada 1, Qazaxda 3, Göyçayda 3, 
L
ənkəranda 2 və Şamaxıda 1 uşaq bağçası acılmışdı. 
1920-1922-ci ill
ərdə Azərbaycanda olan məktəbəqədər tərbiyə müəssisələrinin sayı 76-ya 
çatır. Bunu aşağıdakı cədvəldə aydın görmək olar. 
Uşaq 
bağcalarında 
təlim-tərbiyə 
işi 
əsasən 
Az
ərbaycan 
dilind
ə 
aparılsa 
da 
rus,gürcü,tatar,yəhudi və s. millətlərdən olan uşaqlar ücün ayrıca qruplar da təşkil edilirdi.Bəzi 
yerl
ərdə müxtəlif millətdən olan uşaqlar üçün uşaq bağçalarında təşkil olunurdu.Təlim-tərbiyə 
işləri Y.İ.Tixiyevanın rəhbərliyi altında tərtib olunmuş uşaq bağçası əsasında aparılırdı. 
1921-ci ild
ə Moskvada çağrılan məktəbəqədər tərbiyə üzrə IIÜmumrusiya qurultayında Frebal 
v
ə Montessari sisteminin “ Sərbəst tərbiyə” və “ Tərbiyəcinin siyasətdən kənar 
olması”nəzəriyyələri tənqid olunmuşdur. 


1920-ci ild
ə azərbaycanda “ Məktəbəqədər tərbiyə şöbəsinin ümumi təlimatnaməsi ” qəbul 
olunur.Bu t
əlimatın o dövr ücün böyük tyarixi və siyasi əhəmiyyəti vardı.Təlimatda 
m
əktəbəqədər tərbiyə müəssələrinin ümumi prinsip əsasında təşkil olunması nəzərdə 
tutulurdu.Bu prinsip
ə görə uşaq bağçaları xalqın bütün təbəqələrinə xidmət etməli idi. 
1920-ci ild
ə Azərbaycanda uşaq bağçaları ücün kadr hazırlığı mühüm problemlərdən biri kimi 
qarşıda dururdu. 
1921-
ci il yanvar ayının 11-də N.Nərimanovun göstərişi əsasında Azərbaycanda birinci 
M
əktəbəqədər Tərbiyə Pedaqoji İnstitutunun açılması haqqında dekret verildi. Azərbaycan 
İnqilab Komitəsinin bu barədə dekretində deyilirdi: “ Məktəbəqədər tərbiyə sahəsində təcrübəli 
kadrlar v
ə rəhbər işciləri hazırlamaq və həmçinin qadınlar arasında tərbiyə müəssələrini 
yaamaqdan ötrü Azərbaycan İnqilab Komitəsi qərara alır ki,1921-ci ilin mart ayının 1-dən 
etibar
ən bakı şəhərində birinci Azərbaycan tərbiyə İnistutu açılsın.” 
Bu dekret
ə əsasən bu müəssisə 1921-ci il mart ayının 4-də təşkil edilmişdi. İlk inistituta 30 nəfər 
qadın qəbul olunmuşdu.
Bu kadrların daha səmərəli məşğələlər kecməsi ücün 1920-1921-ci illərdə “ Məktəbəqədər 
uşaqlar ücün nağıllar məcmuəsi”,” Tərbiyə prinsipləri”,” Uşaq bağcalarını necə təşkil etməli və 
onun işini aparmaq qaydaları” adlı kitabçalar da nəşr olundu. 
1924-1925-ci d
ərs ilində respublikada fəaliyyət göstərən 19 uşaq bağcasında 1096 uşaq tərbiyə 
alırdısa,1930-1931-ci dərs ilində 463 uşaq bağçasında 13549 uşaq tərbiyə almışdı.Bu illərdə 
uşaq bağcalarında aparılan tərbiyənin qarşısında belə bir vəzifə qoyulmuşdur: uşaq kollektivinin 
t
əşkil və onun tərbiyədə rolu, uşaqların təşkilatçılıq qabiliyyətinə inkişaf etdirmək, təbiətlə 
tanışlıq, yoldaşlıq, dostluq və s. keyfiyyətlərin aşılanması. 
1926-
cı ildə Dövlət Elm Şurası “Uşaq bağçaları ücün Nizamnamə” ni təsdiq edir. 
Nizamnam
ənin birinci bölməsində məqsəd və vəzifələrdən, məktəbəqədər yaşlə uşaqlara 
aparılan işin məzmunundan, içtimai tərbiyənin məqsədindən, uşaq bağçasında işlərin ana 
dilind
ə aparılmasından və qəbul qaydalarından danışılırdı. Daha sonra bu bölmədə 
bağçalarında yetimlərin, anası işdə olan uşaqların, qızıl əsgər və yoxsul kəndli uşaqlarının 
birinci növbədə qəbul komissiyaları vasitəsi ilə qəbul edilməsi xüsusi qeyd edilirdi. 
Nizamnam
ənin uşaq bağçalarının iş müddətindən, bağçada uşaqların qidalanmasından, bir 
bağçada tərbiyə ala bilən uşaqların minimum və maksimum miqdardan, bağçada məsul şəxs 
olan müdirin, tərbiyəçininvəzifəsindən ətraflı danışılırdı. 
Üçüncü bölmədə uşaq bağşası kollektivinin bəhs edilərkən göstərilirdi ki, uşaq bağçasının 
bütün pedaqoji işləri müdir və kollektivin birgə fəaliyyəti ilə idarə olunur. Kollektivin müəssisənin 
ümumi planı nı və hesabatını nəzərdən keçirir, həmçinin, pedaqoji məsələləri müzakirə edir. Bu 


bölmədə daha sonra göstərilirdi ki, uşaq bağçasının həyatı və məktəbəqədər tərbiyə məsələri 
üzrə ayda bir dəfədən gec olmayaraq, valideynlərlə birlikdə iclas çağırmaq lazımdır. 
“Uşaq bağçasının şurası” adlı dördüncü bölmədə şura üzvlərinin miqdarından, tərkibindən, 
onun çağrılması müddətindən, həll edəcəyi məsələlərdən danışılırdı.
1965-ci ild
ə ilk dəfə olaraq məktəbəqədər tərbiyə tarixində 2 aylıqdan 7 yaşa qədər uşaqların 
t
əlim-tərbiyəsinin məzmununu müəyyən edən “ Uşaq bağcalarının tərbiyə proqramı ” 
hazırlandı.Proqramda müxtəlif yaş dövrlərində uşaqların mənimsədikləri bilik, bacarıq və 
v
ərdişlərin həcmi müəyyən edildi. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə