Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


M əktəbəqədər tərbiyənin inkişaf tarixi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
PEDAQOGIKA-2

M
əktəbəqədər tərbiyənin inkişaf tarixi.
M
əktəbəqədər tərbiyənin elementləri hələ 
b
əşəriyyətin başlanğıc mərhələsi olan ibtidai icma quruluşu dövrünə təsadüf olunur.İbtidai icma 
c
əmiyyətində uşaqları həyata hazırlamaq ücün əmək və ovculuğu əks etdirən primitiv 
oyunlardan istifad
ə ediblər. Belə oyuncaqlarla oyun zamanı uşaqlar yaşlıları təqlid ediblər. 
M
ənəvi tərbiyənin güclü vasitələrindən biri folklor ( nağıllar,atalar sözü,zərb məsəllər və s.) 
nümunələri əsasında olublar. 


Q
ədim Yunanıstanda meydana gələn pedaqoji nəzəriyyələrdə məktəbəqədər yaşlı uşaqların 
ail
ə tərbiyəsindən də bəhs edilib. Afina və Sparta tərbiyə sistemindən daha geniş istifadə 
olunub.Sparta t
ərbiyəsində hərbiləşdirmə geniş yer tutur, qul sahiblərinin uçaqları kiçik yaşdan 
qullara qarşı amansızlıq,fiziki cəhətdən dözümlülük və s. ruhunda tərbiyə olunmasına ciddi fikir 
verilirdi. 
Dünyanın məhşur filosofları Platon və Aristotel də bu haqda öz fikirlərini söyləyiblər. 
Platon ( eramızdan əvvəl 427-347-ci illər ) mühüm pedaqoji anlayışları,xüsusilə dini 
t
ərbiyə,ictimai quruluşun təlim-tərbiyə ilə əlaqəsi vəs. anlayışları müəyyən edib. O,erkən yaşlı 
uşaqların vətəndaş kimi mövcud quruluş, ilə baglı olduğunu əsaslandırıb. Platon uşaq 
t
ərbiyəsində oyuna yüksək əhəmiyyət vermişdir. 
Aristotel ( eramızdan əvvəl 384-322-ci illər ) şəxsiyyətin hərtərəfli inkişafı anlayışı yaradır,bura 
fiziki,
əqli və əxlaq tərbiyəsini daxil edirdi. Təbiətə müvafiqlik tərbiyəsinə yüksək əhəmiyyət 
verm
əklə,məktəbəqədər tərbiyəni şəxsiyyətin inkişafında mühüm mərhələ hesab edirdi. O, 5 
yaşdan sonra uşağı nağıl və oyunla məktəbə hazırlamağı mümkün hesab etmişdir. 
Yan Amons Komenskinin ana m
əktəbi haqqında təlimi. Bö
yük slavyan pedaqoqu Y.A. 
Komenski ( 1592-
1670) elmi pedaqogikanın təməlini qoymuş, məktəbəqədər tərbiyəyə xüsusi 
əhəmiyyət vermişdir
.
Komenski insanı daim inkişaf edən,qabağa doğru gedən varlıq kimi 
qiym
ətləndirmiş və qeyd etmişdir ki,tərbiyənin köməyi ilə “ hər bir uşağı insan etmək olar.” 
Uşaqların yaş dövrlərini xarakterizə edərkən o, ( uşaqlıq,yeniyetməlik,gənclik,yetkinlik) 
m
əktəbəqədər yaş dövrünə xüsusi əhəmiyyət vermişdir. O, qeyd etmişdir ki, bu dövrdə uşağın 
fiziki inkişafı sürətlənir, buna görə uşaq ailədə-ana məktəbində uşaq tərbiyə etməyə qabil olan 
bacarıqlı anadan tərbiyə almalıdır. 
Komenskinin “ Ana qucağı məktəbi” əsəri dünyada məktəbəqədər tərbiyə ücün ilk proqram 
v
ə metodik vəsait olmuşdur. O , bu dövrdə uşaqların fiziki inkişafı qaygısına qalmağı təkidlə 
t
ələb etmişdir. Komenski hamilə qadınlar ücün bir sira məsləhətlər yazmış , xalq təcrübəsinə
əsaslanmağı məsləhət görmüş, uşaq rejimi, qidası və geyiminə müasir tibb elmi baxımından 
diqq
ət yetirməyi məsləhət görmüşdür. Komenski yazırdı ki, uşaqların fiziki inkişafına gündəlik 
n
əzarət qoymaq lazımdır: uşağın başını düz tutması, oturması,şey götürməsi,əyilməsi,fırlanması 
düzgün tənzim edilməlidir.Bütün bunlar oyun prosesində formalaşdırılmalıdır.oyun uşağın 
h
əyatıdır. 
Komenskiy
ə görə əxlaq tərbiyəsi dinlə əLaqələndirilməlidir,amma nəticədə uşaq allahın qulu 
kimi deyil , c
əmiyyət ücün tərbiyə olunmalıdır.Oyun uşağın fəaliyyətə sövq edilməsi,əməyi 
sevm
əsi,doğruçu və düzgün,nəzakətli və səliqəli olması haqqında fikirləri çox maraqlıdır. 
Komenski t
ərbiyəçinin nümunəsi əsasında uşağı intizamlı olmağa sövq etmək haqqında maraqlı 
fikirl
əri vardır. Komenskiyə görə fiziki tərbiyədən müstəsna hallarda istifadə etmək lazımdır. 


Komenski m
əktəbəqədər tərbiyəyə gələcəkdə məktəbə hazırlıq kimi baxmışdır. O hələ ana 
qucağında uşaqlara ilkin bilik, müəyyən elementar xarakter daşıyan anlayışlar verməyi irəli 
sürür. 
Komenskiy
ə ğörə 7 yaşlı uşaq bilməlidir ki,od, hava, su, torpaq, yağış, qar, buz, bina,dəmir, və 
s. n
ədir. 
Dahi pedaqoq dig
ər fikirlərində analara məsləhətində uşagın hafizəsinin,duyğularının və 
şüurunun inkişafı qayğısına qalmağını tövsiyə edir.Onlarla yaşlarına uyğun söhbətlər və 
m
əşğələlərdə bu yaşda uşaqlara tarix,iqtisadiyyat,siyasət,iştimai münasibətlər haqqında sadə 
şəkildə məlumat verməyi zəruri bilir.O,qeyd edirdi ki, uşağın hafizəsi inkişaf etdirilməli,başlıcası 
is
ə onlara ictimai həyat haqqında ilkin məlumat verilməlidir. 
Komenskinin 
bir 
çox 
fikirləri 
uşaqların 
fiziki 
tərbiyəsinə,nitq 
v
ə 
t
əfəkkürünün 
formalaşmasına,mədəni,əxlaqi vərdişlərə yiyələnməsinə aid olmuşdur.Bu böyük pedaqoqun “ 
Ana qucqğı məktəbi” 3 əsr əvvəl yazılsa da, məktəbəqədər tərbiyə haqqında nəzəriyyələrin 
yaranmasında mühüm rol oynamış,bu yaşda uşaqların təlim-tərbiyəsi ücün elmi sistem təşkil 
etmişdir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə