Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


İnsan anatomiyası və fiziologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   44
PEDAQOGIKA-2

İnsan anatomiyası və fiziologiyası 
müxtəlif yaş dövrlərində uşaq orqanizminin müxtəlif 
üzvlərinin quruluşu və inkişafxüsusiyyətləri haqqında müvafiq məlumat verməklə, pedaqogika 
ücün əlverişli şərait yaradir.Pedaqogika həmin məlumata istinad etməklə,uşaqların və fiziki və 
fizioloji c
əhətdən normal inkişaf yollarını müəyyən edir.Məsələn,İ.P.Pavlovun ali əsəb 
f
əaliyyəti.birinci və ikinci siqnal sisteminin qarçılıqlı əlaqəsi haqqında nəzəriyyələrə əsasən 
t
əsəvvür və qavrayışların necə formalaşmasını fizioloji cəhətdən aydınlaşır.Eləcə də dinamik 
stereotip ha
qqında Pavlov təlimi tərbiyədə rejimin rolu,adər və vərdişlərin fizioloji mexanizmi 
haqqında ətraflı məlumat verir. 
Daxili üzvlərin fəaliyyət dinamikasını,əsəb sisteminin fəaliyyətində ürəyin, qan dövranının işini 
yaxşı öyrənmədən uşaqlara yanaşma,onlara tərbiyəvi cəhətdən təsir göstərmək çox çətin olur. 
Etika-
f
əlsəfi elm kimi əxlaq nəzəriyyəsindən bəhs edir.pedaqogika əxlaq tərbiyəsinin 
n
əzəriyyəsini,onun tarixini,üstqurum kimi rolunu.ayri-ayri formasiyalarda xarakterini öyrənərkən
bu elmin müddüalarından istifadə edir. 
M
əktəb gigiyenası- 
şagirdlərin təlim-tərbiyə prosesi ilə əlaqədar olaraq fiziki inkişafının 
qanunauyğunluqlarını,məktəb binası,avadanlıq,kabinə,labaratoriya və emalatxanalara,təlim 
əməyinə verilən ,səhiyyə tələbləırini,idman və bədən tərbiyəsinin səhiyyəsini,habelətəlim-
t
ərbiyənin diğər tibbi məsələlərini öyrənir.Bütün bunlardan pedaqogika təlim-tərbiyəişlərini daha 
yaxşı və səmərəli qurmaq üçün istifadə edir. 
H
ər bir müəllim və tərbiyəci müstəqil respublikamızın xöşbəxt gələcəyi naminə ləyaqətli 
v
ətəndaşlar yetişdirmək üçün bu elementləri də mükəmməl bilməlidir. 
M
əktəbəqədər pedaqogika ona yaxın olan və tamamlayan digər elmlərlə də sıx surətdə 
bağlıdır.Məsələn, uşaqlara ana dilinin öyrədilməsi metodikasının əsasını dilçilik təşkil edir. 


Uşaqları təbiətlə tanış etmək metodikasını işləyib hazırlamaq ücün kənd təsərrüfatının 
əsaslarını bilmək lazımdır. 
Uşaq şəxsiyyətinin formalaşmasında incəsənət və ədəbiyyat da mühüm yer tutur.Təsviri
s
ənət,musiqi sənəti sahəsindəki bilikləri,bədii ədəbiyyatı, xüsusən uşaq ədəbiyyatını,bədii 
qira
əti və nağıl etməni uşaqlara öyrətmək təlim-tərbiyə prosesində zəruri şərtlərdən biridir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə