Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ


Mövzu 3. Azərbaycan Respublikasının təhsil sistemi və məktəbəqədər tərbiyə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
PEDAQOGIKA-2

Mövzu 3. Azərbaycan Respublikasının təhsil sistemi və məktəbəqədər tərbiyə. 
PLAN:
1. T
əhsil sisteminin məzmunu 
2. T
əhsil müəssisələrinin formaları və tipləri 
3. M
əktəbəqədər təhsil 
4. Müəllim və uşaq bağçası tərbiyəçisinə verilən tələblər 
5. Müəllimlik və tərbiyəçilik işinin xüsusiyyətləri 
6. Uşaq bağçası tərbiyəçisinin və müəllimin hüquqları 
1.Az
ərbaycan Respublikasında təhsil sistemi dedikdə, ölkəmizdə insanı həyata hazırlayan təlim 
t
ərbiyə müəssisələrinin qarşılıqlı fəaliyyəti sayəsində meydana çıxan böyük bir qurum nəzərdə 
tutulur. Başqa sözlə, təhsil sistemi ölkə daxilində mövcud olan təlim tərbiyə müəssisələrinin 
m
əcmuyudur. Buraya dövlət və özəl statuslu məktəbəqədər tərbiyə müəssisələri, ümumtəhsil 
m
əktəbləri, kollec, peşə və ixtisas məktəbləri, gimnaziya, lisey, ali ixtisas məktəbləri, institutlar, 
universitetl
ər, məktəbdənkənar tərbiyə ocaqları və s. daxildir.
Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Qanunu 
əsasında idarə olunur. Qanunda qeyd olunur: təhsil sistemi müxtəlif pilləli təhsil proqramlarını 
ardıcıl həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsil idarəetmə orqanlarından, təlim 
t
ərbiyə prosesi ilə məşğul olan digər müəssisə və təşkilatlardan ibarətdir. Təhsil sisteminin əsas 
m
əqsədi dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa, praktik hazırlığa, mütərəqqi 
dünyagörüşünə malik olan, xalqın milli, mənəvi, mədəni dəyərlərinə dərindən yiyələnən, insan 
hüquqlarına hörmət edən vətənpərvər və yaradıcı düşünən şəxsiyyət tərbiyə etməkdir.
Ölkəmizdə təşkil edilən təlim tərbiyə müəssisələri arasında sıx əlaqə vardır. Məsələn, 
m
əktəbəqədər tərbiyə müəssisələrində uşaqların əqli inkişafına, əxlaqi cəhətdən 
formalaşmasına, fiziki cəhətdən gümrah böyüməsinə nə qədər çox diqqət verilsə, bu 
ümumtəhsil məktəblərinin işini bir o qədər asanlaşdırmış olar. Eləcə də, ümumtəhsil 
m
əktəblərində işin keyfiyyəti nə qədər yüksək olarsa, ali məktəblərin işi də bir o qədər yaxşı 
n
əticə verər və s. Buradan aydın olur ki, bu təhsil müəssisələri həqiqətən də sistem təşkil edir.
Respublikamızda təhsil sisteminin əsas prinsipləri dövlətimizin Konstitusiyasında və Təhsil 
Qanununda t
əsbit edilmişdir: irqi və milli mənsubiyyətindən, cinsindən, dinə münasibətindən və 
s. asılı olmayaraq bütün vətəndaşlar təhsil almaq hüququna malikdirlər; bütün uşaqlar üçün 
t
əhsil icbaridir və s.


T
əhsil sistemi vahiddir və bütün tədris müəssisələri arasında qarşılıqlı əlaqə, ardıcıllıq vardır ki, 
bu da t
əlimin aşağı pilləsindən yuxarı pilləyə keçməsini təmin edir. 
2. T
əhsil müəssisəsi bir və ya bir neçə təhsil proqramı əsasında təlim tərbiyə prosesini 
h
əyata keçirir. Respublika qanunvericiliyində müəyyən edilmiş qaydada dövlət və qeyri dövlət 
strukturlu t
əhsil müəssisələri fəaliyyət göstərir.Bu müəssisələrdə təhsil ödənişsiz və ödənişli 
əsaslarla həyata keçirilir. Eyni zamanda, özəl təhsil müəssisəsi müvafiq icra hakimiyyəti 
orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi status alır.
Az
ərbaycan Respublikasında təhsilalma prosesi aşağıdakı formalarda həyata keçirilir: əyani 
t
əhsil, qiyabi təhsil, evdə təhsil, məsafədən təhsil və s. Təhsil sistemində təhsilalma formalarının 
əlaqələndirilməsinə yol verilir.
Respublikamızda təhsil müəssisələrinin aşağıdakı tipləri vardır: məktəbəqədər təhsil, ümumi 
t
əhsil ( ibtidai, natamam orta, orta), ibtidai peşə - ixtisas, orta peşə - ixtisas, ali peşə - ixtisas, 
əqli və ya fiziki qüsurlu uşaqlar üçün xüsusi təhsil müəssisələri, əlavə təhsil ( məktəbdənkənar 
t
əhsil, ixtisasartırma və yenidənhazırlanma) müəssisələri.
3. M
əktəbəqədər təhsilin məqsədi uşaqların erkən yaşlarından fiziki, əqli, mənəvi və psixi 
inkişafını pedaqoji qanunlar əsasında ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması, özülün 
qoyulması və uşaqların gələcək normal inkişafının istiqamətini təmin etməkdir. Məktəbəqədər 
t
əhsil ailədə və məktəbəqədər tərbiyə müəssisələrində həyata keçirilir.
Az
ərbaycan Respublikasının “Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə”sinə 
görə məktəbəqədər tərbiyə müəssisələrinin strukturu, tipləri və fəaliyyətinin əsasları aşağıdakı 
qaydada müəyyən edilmişdir. Məktəbəqədər tərbiyə müəssisələri dövlət və qeyri dövlət 
müəssisəsi ola bilər. Məktəbəqədər tərbiyə müəssisələrinin tipləri bunlardır: körpələr evi; 
körpələr evi-uşaq bağçası;uşaq bağçası; əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün 
m
əktəbəqədər tərbiyə müəssisələri; məktəb uşaq bağçası. 
Bu t
ərbiyə müəssisələrində uşaqların yaşından asılı olaraq qruplar aşağıdakı qaydada təşkil 
olunur: 
-
kiçik yaşlı körpələr qrupu – 2 aylıqdan 1 yaşadək; 
-
orta yaşlı körpələr qrupu – 1 yaşdan 2 yaşadək; 
-
böyük yaşlı körpələr ürupu – 2 yaşdan 3 yaşadək. 
Uşaq bağçasında və körpələr evi - uşaq bağçasında məktəbəqədər qruplar belə təşkil olunur:
-
bağçada kiçik yaş qrupu – 3 yaşdan 4 yaşadək; 
-
bağçada orta yaş qrupu – 4 yaşdan 5 yaşadək; 
-
bağçada böyük yaş qrupu – 5 yaşdan 6 yaşadək 
-
m
əktəbə hazırlıq qrupu. 


Əsasnaməyə görə əqli və fiziki inkişafında qüsurlar olan uşaqlar üçün aşağıdakı 
müəssisələr təşkil olunur: nitqi qüsurlu uşaqlar üçün, eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün, 
görmə qabiliyyəti pozulmuş uşaqlar üçün, dayaq hərəkət orqanları qüsurlu uşaqlar üçün, zehni 
inkişafı geri qalan uşaqlar üçün, tez-tez xəstələnən uşaqlar üçün məktəbəqədər müəssisələr və 
qruplar. 
M
əktəbəqədər tərbiyə müəssisəsi ailənin və cəmiyyətin mənafeyinə uyğun olaraq uşaqların 
h
ərtərəfli inkişafına nail olmaq, təhsilə hazırlamaq, fiziki və psixi sağlamlıqlarını mühafizə etmək 
v
ə möhkəmləndirmək kimi vəzifələri yerinə yetirir. 
4. Müəllim və tərbiyəçinin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, 
z
əkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır. Şübhəsiz ki, birinci növbədə müəllim və 
t
ərbiyəçiözü bu xüsusiyyətlərə malik olmalı, pedaqoji səviyyəsini daim təkmilləşdirməli, öz 
üzərində müntəzəm işləməlidir. Müəllim tərbiyəçi təlim tərbiyə işində başlıca simadır. Bəs əsl 
müəllim və tərbiyəçi necə olmalıdır? Müasir müəllimə və tərbiyəçiyə hansı tələblər verilir? 
Müasir müəllimə və tərbiyəçiyə tətbiq edilən bir sıra aparıcı tələblər vardır. Bu tələblərə 
konstruktiv, kommunikativ, qnostik v
ə təşkilatçılıq bacarığı daxildir.
Konstruktiv t
ələb aşağıdakıları əhatə edir: təlim tərbiyə materialını qarşıya qoyulmuş 
m
əqsədin tələblərinə uyğun seçə bilmək, sistemləşdirmək, məktəbdə şagirdlərin, uşaq 
bağçasında uşaqların imkanlarına uyğunlaşdırmaq, şagird və ya uşaq tərəfindən yol verilə 
bil
əcək səhvləri, uşağın müəyyən situasiyada özünü necə aparacağını əvvəlcədən görə bilmək 
bacarığı; şagirdin və uşağın inkişaf layihəsini hazırlaya bilmək, yaranmış vəziyyətdən çıxmaq, işi 
planlaşdırmaq, maddi bazanı möhkəmləndirmək bacarıqları və s. 
Kommunikativ 
bacarığa aşağıdakılar daxildir: uşaqların qəlbinə yol tapa bilmək, özünü onlara 
sevdirm
ək, uşaqlar arasında düzgün münasibətləri tənzim edə bilmək, valideyn və ictimaiyyətlə 
ümumi dil tapa bilmək, pedaqoji mərifətə malik olmaq, yeri gələndə gülməyi, hirslənməyi 
bacarmaq, ağır vəziyyətə düşdükdə ani müddətdə düşünüb düzgün tərbiyə yolu seçmək, bir 
sözlə münasibətlərin nizama salınması və s. 
Qnostik 
bacarığa aşağıdakılar daxildir. Qnostik yunanca qnozis sözündən götürülüb, mənası 
idrak dem
əkdir. Qnostik bacarıqlara pedaqoji nəzəriyyəni bilmək və ondan yaradıcı şəkildə 
istifad
ə etmək, özünün və yoldaşlarının təcrübəsini ümumiləşdirə bilmək, elmi tədqiqat işlərində 
iştirak edə bilmək, psixologiyanı bilmək və ondan istifadə etməyi bacarmaq, bir sözlə pedaqoji 
prosesin n
əzəri əsaslarını
bilm
ək bacarığıdır.
T
əşkilatçılıq bacarıqlarına aşağıdakılar daxildir: uşaqları ictimai işlərə cəlb edə bilmək, 
bağçada uşaqları yaşlarına uyğun ictimai işlərə cəlb etmək, uşaqlar arasında düzgün vəzifə 


bölgüsü aparmaq, onların boş vaxtını günün tələbləri səviyyəsində düzgün təşkil etmək bir sözlə 
uşaqların fəaliyyətinə rəhbərlik etməyi bacarmaq və s.
5. Müəllimlik və tərbiyəçilik işinin özünəməxsus xüsusiyyətləri vardır. Müəllim tərbiyəçi 
m
əhdud görüş dairəsinə malik uşaqların gözünü dünyaya aşır, onlara bilik, bacarıq və faydalı 
v
ərdişlər aşılayır, Vətənin sabahı üçün ləyaqətli vətəndaş formalaşdırır. Müəllim və tərbiyəçidən 
yüksək yaradıcılıq, təşəbbüskarlıq, pedaqoji bacarıq və dözümlülük tələb olunur, çünki müəllim 
v
ə tərbiyəçi müxtəlif xarakterə, fərdi xüsusiyyətlərə malik uşaqlarla işləyir. Bu işdə müvəffəqiyyət 
qazanmaq üçün müəllim və tərbiyəçidən uşaq psixologiyasının fərdi əlamətlərini məharətlə 
öyrənmək, fəalyyətdə onları nəzərə almaq qabiliyyəti tələb olunur. Bunun üçün müəllim və 
t
ərbiyəçi bir sıra mühüm fərdi keyfiyyətlərə malik olmalıdır. 1. Müəllim və tərbiyəçi dərin elmə, 
siyasi v
ə pedaqoji nəzəriyyəyə yiyələnməli, sarsılmaz əqidəyə malik olmalıdır. Müəllim və 
t
ərbiyəçi Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə çatmaq üçün, xüsusilə, dövlət 
quruculuğu işində, müstəqillik, demokratiya uğrunda aparılan mübarizədə qabaqcıl olmalıdır. 
2.Müəllim və tərbiyəçi geniş məlumata, yüksək mədəniyyətə malik olmalı, ölkəmizdə gedən 
iqtisadi v
ə siyasi dəyişiklikləri, onların başvermə səbəblərini bilməli, meydana gələn elmi 
pedaqoji yenilikl
əri müntəzəm öyrənməlidir. 3. Müəllim və tərbiyəçi öz sənətinin peşəkar ustası 
olmalı, uşaqları təşkil və tərbiyə etmək texnikasına dərindən yiyələnməlidir. Bunun üçün o, 
pedaqogikanı, psixologiyanı, metodikanı və öz ixtisasını dərindən bilməli, bu sahədəki biliyini 
artırmalıdır. 4. Müəllim və tərbiyəçi pedaqoji fəaliyyətdə ancaq bilik verməklə kifayətlənməməli, 
eyni zamanda uşaqları sevməlidir. Bu məqsədlə müəllim və tərbiyəçi uşaq şəxsiyyətinə hörməti 
güzəştsiz pedaqoji tələbkarlıqla əlaqələndirməlidir. 5. Müəllim və tərbiyəçi öz üzərində 
müntəzəm çalışmalı, nöqsanlarını görməyi və onları tədricən aradan qaldırmağı bacarmalıdır.
6. Az
ərbaycan Respublikasının Təhsil haqqında Qanununda uşaq bağçası tərbiyəçilərinə 
v
ə müəllimlərə bir sıra hüquqlar verilir ki, bunlar Azərbaycan Respublikası Konstitusiyasının 
t
ələblərinə uyğun olmaqla dövlət tərəfindən qorunur. Bu hüquqlar aşağıdakı sahələri əhatə edir: 
peşə şərəfinin və ləyaqətinin qorunması, normal iş şəraitinin yaradılması, təlimin forma, metod 
v
ə vasitələırini sərbəst seçmək, təhsil müəssisələrinin nizamnaməsinə uyğun, onun idarə 
olunmasında iştirak etmək, təhsil sistemində seçkili vəzifələrə seçmək və seçilmək, ixtisasını 
artırmaq və yeni ixtisas almaq, qanunvericilikdə nəzərdə tutulmuş əlavə məzuniyyətə çıxmaq.
Ölkəmizdə müəıllim və uşaq bağçası tərbiyəçilərinin fəxri adları onlara ömür boyu məxsus 
edilir. Onlar yalnız məhkəmənin qərarına görə bu adlardan məhrum edilə bilərlər. Müvafiq 
q
ərarlara görə uzun müddət işləyən bağça tərbiyəçiləri və müəllimlər üçün təltiflər, əmək haqqı 
v
ə təqaüdlərin artırılması müəyyən edilir.


Özünün elmi, ideya-siyasi biliyini artırmağa cəhd edən, yüksək mədəniyyətə, dərin biliyə, 
pedaqoji ustalığa malik olan hər bir bağça işçisi və müəllim yüksək nüfuza malik olur, uşaqların, 
valideynl
ərin və ictimaiyyətin dərin hörmətini qazanır.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə