Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 339,57 Kb.
səhifə16/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   51
704-converted

Problem situasiyanın aĢkara çıxarılması təhlili mərhələsi. Qərarın iĢlənib hazırlanmasının bu mərhələdə tədqiqat obyekti və xarici mühit haqqında ilkin informasiya təhlil edilir, həmçinin, qohum obyektlər və daha yüksək səviyyədə duran ob- yektlər arasında tədqiq olunan obyektin yeri və rolu müəyyən edi- lir, o cümlədən, problemin aĢkara çıxarılması, quruluĢunun müəy- yən edilməsi və vacibliyinə görə sıraya düzülməsi həyata keçirilir. Bu mərhələdə. həmçinin, konkret məqsədin formalaĢması üçün aĢkara çıxarılmıĢ problemin həllinin strateji istiqamətləri müəyyən edilir. AĢkara çıxarılmıĢ problemin həllinin starteji variantı ssenari üzrə ifadə oluna bilər.

Ssenari dedikdə, burada tədqiqat obyektinin mövcud və proqnozlaĢdıran vəziyyətinin verbal (sxem), analitik və ya proble- min həllinə prinsipial yanaĢmanın təsviri baĢa düĢülür. Ssenaridə müxtəlif strateji istiqamətlərdə problemin həlli üçün zəruri olan resursların ilkin hesablanması öz əksini tapır.
Qərarın iĢlənib hazırlanmasının birinci mərhələdə iĢin son nəticəsi həll edilməli olan köklü problemlərin aĢkara çıxarılması, bu problemlərin vacibliyinə görə sıraya düzülməsi və həlli üçün lazım olan resursların ilkin qiymətləndirilməsi yolu ilə onların həllinin strateji istiqamətinin seçilməsidir.

    1. Məqsədin formalaĢması mərhələsi. Bu mərhələdə prob- lemin həllinin konkret məqsədi müəyyənləĢdirilir. Təcrübədə məqsədin formalaĢması üsullarının sadə siyahısından tutmuĢ, qra- fiklərin qurulmasınadək (qərar ağaclarının) kifayət qədər geniĢ diapazondan istifadə edilir. Məqsədlər konkret formaya və kəmiy- yət xarakteristikasına malik olmalıdır. Məhz ikinci mərhələdə iĢin son nəticəsi konkret məqsədin müəyyənləĢdirilməsi və bu məqsə- din formasının kəmiyyət xarakterinin təyin edilməsi hesab olunur.

    2. Alternativlərin tam siyahısının müəyyən edilməsi mərhə- ləsi. Bu mərhələdə qarĢıya qoyulan məqsədə çatmağın alternativ

variantlarının (üsullarının, vasitələrinin) mümkün qədər daha tam məcmuu müəyyən olunur. Real Ģəraitdə qərarın iĢlənib hazır- lanmasının əsasən iki-üç variantına baxmaq mümkündür. Lakin bu variantları seçərkən nəzərə almaq lazımdır ki, onlardan hər biri az əmək tutumluluğu ilə fərqlənsin və kobud səhvlər buraxılması Ģansı aĢağı olsun. Bu mərhələdə iĢin son nəticəsi səhvsiz, yəni op- timal hesab edilən alternativ variantların tam siyahısının müəyyən edilməsidir.

    1. Həlli mümükün olan alternativin seçilməsi mərhələsi . Bu mərhələdə aĢkar edilmiĢ alternativləri müxtəlif məhdudlaĢdırıcı süzgəcdən, yəni ehtiyatların mövcudluğu, hü- quqi, sosial, iqtisadi, etik-əxlaqi və s. baxımından süzgəcdən keçirirlər. Bu mərhələdə iĢin son nəticəsi yuxarıda qeyd olun- muĢ məhdudlaĢdırıcı normalardan keçə bilən və həlli bütün al- ternativlərə nisbətən daha real olan optimal variantın müəyyən edilməsidir.

    2. Yax Ģı alternativin i lkin seçilməsi mərhələsi . Bu mərhələdə qarĢıya qoyulan məqsədə çatmaq, resursların məsrəfi, alternativin konkret Ģəraitə uyğun olması nöqteyi-nə- zərindən bütün alternativlərin mümkün olan hərtərəfli təhlili aparılır. Lakin yadda saxlamaq lazımdır ki, yalnız kəmiyyət mülahizələri əsasında bütün alternativlər içərisindən hansısa bi- rinin üstün olması barədə fikir söyləmək çox çətindir. Buna gö- rə də, alternativlərin sayı həddən artıq çox olduqda, istifadə et- mək daha məqsədəuyğundur, çünki alternativi seçməkdənsə, bu mərhələdən optimal olan alternativlər qrupunu müəyyən etmək daha asandır. Bu mərhələdə iĢin son nəticəsi daha yaxĢı hesab edilən alternativ və ya alternativlər toplusu haqqında konkret mülahizələrin yürüdülməsidir.

    3. SeçilmiĢ alternativlərin qərar qəbul edən Ģəxslər tərəfindən qiymətləndirilməsi mərhələsi . Bu mərhələdə əvvəlki mərhələlərdən alınmıĢ məlumatların və in- formasiyaların köməyilə konkret məqsədə nail olmağın daha yaxĢı üsulunun seçilməsinə baĢlanılır, yəni yaxĢı hesab edilən

alternativin qərar qəbul edən Ģəxslər tərəfindən qiymətləndirilməsi aparılır. Qərarın bu və ya digər variantının seçilməsi haqqında qənaətə gələrkən, qərar qəbul edən Ģəxslər analitiklər sisteminin nəzərə almadıqları əlavə faktları da hesaba ala bilərlər. Beləliklə, mütəxəssislərin malik olduqları intuisiyadan, rəhbərlərin təcrübəsindən və təhlil metodlarından birgə istifadə edilməsi həll ediləcək problemin bütün aspektlərini daha tam Ģəkildə nəzərə almağa imkan yaradır. Bu mərhələdə iĢin son nəticəsi qarĢıya qoyulan məqsədə nail olunmasına üstünlük verilən variant haqqında qərar qəbul edən Ģəxslər tərəfindən irəli sürülən mü- lahizələrin hazırlanmasıdır.

    1. SeçilmiĢ alternativin eksperimental qaydada yoxlanılması. Nə vaxt ki, qərar qəbul edən Ģəxslərin daha yaxĢı alternativi birdəfəlik seçməyə müvafiq imkanları olursa, onda iki-üç sayda daha yaxĢı hesab edilən alternativin eksperi- mental qaydada yoxlanılması həyata keçirilir. Məsələyə belə yanaĢılması, elmi-texniki fəaliyyət sahəsində qərarların qəbul edilməsi üçün xarakterikdir. Bu mərhələdə iĢin son nəticəsi qə- rar qəbul edən Ģəxslərdə qərarın müəyyən variantına üstünlük verilməsi haqqında son mülahizələrin formalaĢması üçün zəruri olan əlaqə eksperimental informasiyanın əldə olunmasıdır.

    2. Vahid qərarın seçilməsi mərhələsi. Bu mərhələ- də eksperimental yoxlama məlumatlarını və digər əlavə infor- masiyaları nəzərdən keçirərək yekun vahid qərarı qəbul edirlər. Bu isə, səkkizinci mərhələdə iĢin son nəticəsi hesab olunur. La- kin, yadda saxlamaq lazımdır ki, əgər eksperimental yoxlama keçirməyə ehtiyac yoxdursa, onda altıncı və səkkizinci mərhə- lələr birləĢdirilir.

    3. Qəbul edilən qərarın mərhələ, müddət və icraçıların müəyyən edilməsi mərhələsi. Qərarın qəbul edilməsinin bu mərhələsi konkret vaxt, ünvan və icraçı insan- larla bağlı olan tərkib komponentlərinə bölünür. Belə ki, bu mərhələdə qərar qəbul edən Ģəxs bu qərarın kimə ünvanlanaca- ğını, həmçinin qərarın icra müddətini və digər məsələləri diq-

qətlə nəzərdən keçirməlidir. Bu məsələlərin səmərəli yerinə ye- tirilməsi üçün qərar qəbul edən Ģəxs aşağıdakı suallara cavab tapmağa çalışmalıdır:

  1. Qərar hansı məqsədi güdür, yəni nə etməlidir?

  2. Harada etməlidir?

  3. Bütün bu iĢləri kim etməlidir? ç) Bu iĢlər nə vaxt icra olunmalıdır?

  4. Bütün bunlar necə icra olunmalıdır?

  5. Bu iĢlər kimlə birgə icra olunmalıdır?

ə) Bütün bu iĢlər hansı ardıcıllıqla icra olunmalıdır?
Bu mərhələdə iĢin son nəticəsi isə yuxarıda qeyd olunan suallara düzgün cavab tapılması qeyd olunur.

    1. Qərarın yerinə yetirilməsi üzrə vacib olan iĢlərin təmini mərhələsi. Bu mərhələdə tapĢırıqların icraçılara çatması, icraçıla- rın bütün zəruri Ģeylərlə təmin edilməsi, iĢin təĢkilinin səmərəli metodunun və lazımi kadrların seçilməsi, öyrədilməsi, qərarın konkret məqsədinin icraçılara izah edilməsi və bu məqsədə nail olunmasında hər bir icraçının konkret rolunun müəyyənləĢməsi, həmçinin qərarın səmərəli Ģəkildə yerinə yetirilməsi üçün vacib olan stimullaĢma metodlarının təyin edilməsi həyata keçirilir. Bu mərhələdə iĢin son nəticəsi icraçıların bütün zəruri vasitələrlə tə- min edilməsi, onların səmərəli iĢi üçün lazımi müvafiq Ģəraitin ya- radılması hesab olunur.

    2. Qərarın yerinə yetirilməsi və ona nəzarət mərhələsi. Bu mərhələdə qərarın reallaĢması üzərində nəzarət, qərarın reallaĢ- ması zamanı yaranan kənarlaĢmaların ləğv edilməsi, zəruri hallar- da reallaĢdırılan qərarlarda düzəliĢlər edilməsi və nəhayət, reallaĢ- dırılan qərarların nəticələrinin təhlili həyata keçirilir. Tamamlayıcı olan bu mərhələdə iĢin son nəticəsi qərarın iĢlənib hazırlanması, qəbul edilməsi və reallaĢması prosesi üçün də son nəticə hesab olunur və burada iĢin son nəticəsi mövcud ehtiyatlar çərçivəsində müəyyən edilmiĢ müddətdə qərarın konkret məqsədinə tam nail olunması hesab olunur.

Burada vacib məsələlərdən biri də odur ki, yuxarıda qeyd olunmuĢ mərhələdən ilki (yəni, problem, situasiyanın aĢkara çıxa- rılması və təhlili, konkret məqsədin formalaĢması, lazımi alterna- tivlərin tam situasiyasının müəyyən edilməsi, həlli mümkün olan alternativlərin seçilməsi, yaxĢı alternativlərin ilkin seçilməsi mər- hələsi) birlikdə qərarın iĢlənib hazırlanması prosesini əmələ gə- tirir. Digər 3 mərhələ (yəni, qərar qəbul edən Ģəxslər tərəfindən al- ternativin qiymətləndirilməsi, seçilmiĢ alternativin eksperimental qaydada yoxlanılması, vahid qərarın seçilməsi mərhələsi) isə qə- rarın qəbul edilməsi prosesini formalaĢdırır. Sonda olan 3 mərhələ (yəni, qəbul edilən qərarın müddəti mərhələsi, icraçıların müəy- yən edilməsi, qərarın yerinə yetirilməsi üzrə vacib olan iĢlərin tə- min olunması, qərarın yerinə yetirilməsinə nəzarət mərhələləri) isə birləĢmək, qərarın reallaĢması prosesini əmələ gətirirlər.
Qərarın iĢlənib hazırlanması, qəbul edilməsi və reallaĢması prosesində qeyd etdiyimiz mərhələlər arsaında ən vacibi birinci mərhələ, yəni problem situasiyanın aĢkara çıxarılması və təhlili mərhələsi hesab olunur. Çünki, bu mərhələdə qarĢıda duran prob- lem müəyyən olunur, bu problemə uyğun lazımi informasiya top- lanılır, həmçinin, modellərin qurulması və qiymət meyarının se- çilməsi iĢləri ardıcıllıqla yerinə yetirilir. Bütün bu iĢləri - qərarın iĢlənib hazırlanması, qəbul edilməsi, reallaĢdırılması prosesinin bütün mərhələlərində praktiki olaraq həyata keçirmək lazımdır. Məsələn, müəyyən qiymət meyarından problem və məqsədlərin sıraya düzülməsində, alternativ qərarların seçilməsində, həmçinin, qərarların yerinə yetirilmə dərəcəsinin müəyyən edilməsində isti- fadə olunur. Bunlar idarəetmə funksiyasının tərkibinə aiddir, yəni idarəetmə funksiyaları (planlaĢdırma, təĢkiletmə, motivasiya, nə- zarət) idarəetmə qərarlarının iĢlənib hazırlanması, qəbul edilməsi, reallaĢdırılmasının bütün mərhələlərində həyata keçirilir. Ümumi- yyətlə, qərarların iĢlənib hazırlanması, qəbul edilməsi və reallaĢ- dırılması prosesi mürəkkəb bir prosesdir. Buna görə də bu prosesi son dərəcə dəqiq və ardıcıl mərhələlərə bölmək və bu ardıcıllıqla həyata keçirmək bir qədər çətindir. Çünki bu mərhələlər bu və ya
digər dərəcə paralel qaydada həyata keçirilə bilər. Məsələn, ilk dəfədən problem situasiyanın aĢkara çıxarılması, həll edilməsi yollarının tapılmasına çox az hallarda nail olunur. Həmçinin, konkret məqsədi formalaĢdırmaq da bir qədər çətindir. Bunun üçün köhnə məqsədləri bir-bir götür-qoy etmək lazımdır. Çünki qərarın müvəffəqiyyətlə həll edilməsinin açarı son məqsədin seçilməsində, məqsədə nail olmaq yollarının iĢlənib hazırlan- masında düzgün, eksperimental yoxlamaların aparılmasında və son nəticələrin dəqiqləĢdirilməsindədir. BaĢqa sözlə, qərarın iĢ- lənib hazırlanması, qəbul edilməsi, reallaĢdırılması prosesində hər hansı bir mərhələyə çatdıqdan sonra, vəziyyətdən asılı ola- raq, əvvəlki mərhələlərə qayıtmaq lazım olur.
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, qərarın iĢ- lənib hazırlanması, qəbul edilməsi və reallaĢdırılması prosesi iterativ (çoxdəfəli) xarakter daĢıyır. Buna görə də, iĢin gediĢin- də yeni amillər meydana çıxarkən çeviklik göstərmək, alınmıĢ nəticələri yenidən qiymətləndirmək, bəzi hallarda isə qərarın əsasını təĢkil edən ideyaları dəyiĢmək zərurəti meydana çıxır. Lakin alınmıĢ nəticələri belə yenidən qiymətləndirilməsini, əmək və vaxtın hədər sərf etməsi kimi qəbul etmək də düzgün olmaz. Əlbəttə, məqsədlərin və onlara nail olmaq vasitələrinin daima dəyiĢməsi yolverilməzdir. Çünki bu, qərar qəbul edən Ģəxsin və icraçının dəqiq istiqamətləndirilməsinə mane olur. Lakin qarĢıya qoyulan məsələyə formal münasibət bəslənilmə- si, o cümlədən hadisələrin real gediĢinin əleyhinə olaraq, onu ciddi-cəhdlə həll etməyə çalıĢmaq da böyük təhlükələr yarada bilər. Bütün bunlar isə, qərarı qəbul edən rəhbərdən yüksək pe- Ģəkarlığa, savada, biliyə, təcrübəyə, çevikliyə və operativliyə malik olmağı tələb edir.

  1. Yüklə 339,57 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə