Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə26/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

idi. Bunu o dövrə aid yer adları, o zaman İrəvanda olmuş Avropa səyyahlarının,
hətta erməni tarixçilərinin məlumatları sübut edir.
«Mənbələrin məlumatına görə, XVIII əsrdə ermənilər İrəvanda əhalinin cüzi bir
hissəsini, azərbaycanlılar isə böyük əksəriyyətini təşkil edirdi».
Erməni tarixçisi A.İoannisyan
Əhalinin cüzi bir hissəsi xristianlardan ibarət idi. Onların bu bölgəyə ilk gəlişi 1441-ci
ildə erməni katalikosluğunun Kilikiyadan* Azərbaycan Qaraqoyunlu dövlətinin
ərazisinə — Üçkilsəyə (Üçmüədzin) köçürülməsi ilə bağlı olmuşdu.
Katalikosluğun köçürülməsinə qədər bölgədə ermənilərə məxsus heç bir yaşayış
məntəqəsi, torpaq sahəsi olmamışdı. Sonralar erməni katalikosları yerli
azərbaycanlıların torpaqlarını müxtəlif yollarla ələ keçirərək öz ərazilərini
genişləndirdilər. Bunu indiki Ermənistanda — Matenadaranda saxlanılan alqı-satqı
sənədləri də sübut edir.
«Biz (yəni ermənilər) türklərə məxsus torpaqları ya satın alır, ya zəbt edir, ya bəxşiş
kimi əldə edir və yaxud da zorla ələ keçiririk».
Matenadaranda saxlanılan 
1687-ci il tarixli sənəd
İrəvan xanlığının
bayrağı
Əhalinin məşğuliyyəti. Sənətkarlıq və ticarət. Azərbaycanın digər xanlıqları kimi,
İrəvan xanlığının da əhalisi, əsasən, əkinçilik və maldarlıqla məşğul olurdu. İrəvan
şəhəri isə Azərbaycanın mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri idi.
İrəvan xanlığının ərazisi müxtəlif ölkələrə gedən ticarət yollarının qovuşuğunda
yerləşirdi. Ona görə də Azərbaycan beynəlxalq ticarət əlaqələrində mühüm rol


oynayırdı. Məhz bu səbəbdən İrəvan xanlığı ərazisində çoxsaylı körpülər,
* Kilikiya — Kiçik Asiyada tarixi vilayət


İrəvan xanlığında
sənətkarlıq və ticarətin
inkişafının səbəbi nə
olmuşdur?
Səfəvilər dövlətində Qərbi
Azərbaycan torpaqları
hansı bəylər- bəyiliyin
tərkibində idi?
Müxtəlif pullardan istifadə
edilməsi nəyi göstərirdi?
karvansaralar, bazarlar və zərbxanalar (metal pul kəsilən yerlər) var idi. Xanlıqda
qara pul adlanan yerli mis pullar kəsilirdi. Bundan başqa, Səfəvilər dövləti
dövründən qalma pullardan, Azərbaycanın digər xanlıqlarında kəsilmiş pullardan və
həmçinin xarici pullardan da istifadə olunurdu.
İrəvan xanlığına hücumlar. İrəvan xanlığı strateji-coğrafi mövqeyə malik olduğu
üçün qonşu dövlətlərin hücumlarına məruz qalırdı. Gürcü çarının İrəvana qarşı
təcavüzkarlıq siyasəti xüsusilə fərqlənirdi. 1779-cu ildə gürcü çarı II İrakli İrəvan
xanlığına hücum edərək onun ərazisinin bir hissəsini — Şörəyeli işğal etmişdir.
«İrəvan şəhəri Azərbaycana məxsus olduğundan Osmanlı sultanı onun heç zaman
Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaqdır. Sultan Ərzurum paşasına və
digər həmsərhəd paşalara rus qoşunlarına qarşı çıxmağı əmr etmişdir. Qarabağlı
İbrahimxəlil xan və digər Azərbaycan xanları İrəvanı gürcülərin işğalından xilas etmək
üçün birləşmişlər».
Polkovnik S.Burnaşevin general 
P.S.Potyomkinə məktubu. RDHTA, 
f.52, sənəd 416
İrəvan xanlığını Osmanlı
dövlətinə nə
yaxınlaşdırırdı?
İrəvan xanlığı müxtəlif dövrlərdə Kartli çarından, Qarabağ və Xoy xanlıqlarından asılı
vəziyyətə düşmüşdü. 1783-cü ildə gürcü çarı Rusiyanın himayəsini qəbul etdi.
Bundan sonra gürcü çarının İrəvana və digər Azərbaycan torpaqlarına qarşı
işğalçılıq siyasəti fəallaşdı. Bu isə İrəvan xanlığını Osmanlı dövləti ilə yaxınlaşdırırdı.
1795-ci ildə Ağa Məhəmməd xan Qacarın yürüşündən sonra İrəvan xanlığı ondan
asılı vəziyyətə düşdü.


NAXÇIVAN XANLIĞI.
 XVIII əsrin ortalarında Azərbaycanda yaranmış xanlıqlardan
biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın əsasını yerli kəngərli tayfasının başçısı
Heydərqulu xan 
(1747—1763) qoymuşdu.
Mənbə əsasında
cavablandırın. Naxçıvanın
təbii-coğrafi şəraiti
təsərrüfata necə təsir
göstərə bilərdi?
Ərazi və təsərrüfat. Xanlıq Zəngəzurdan Araz çayı vadisinə qədər olan əraziləri
əhatə edirdi. Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edən Naxçıvan xanlığı
İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi.
«Susuz şoran çöllər, müxtəlif formada olan dağ qayalıqları, dərə-təpəli sahələr, gözəl
otlaq yerləri, düzənliklər, saysız-hesabsız vadilər və dərələrdən axan və yayda
tamamilə quruyan dağ çayları Naxçıvanın xarici aləmini özündə əks etdirir».
Rus tarixçisi S.Zelinski
Naxçıvan xanlığı
Naxçıvan xanlığının təbii-coğrafi şəraiti təsərrüfata, əhalinin məşğuliyyətinə və
ictimai həyata mühüm təsir göstərirdi. Xanlığın ərazisinin müəyyən hissəsi dağlıq
olduğu üçün təsərrüfatda maldarlıq mühüm rol oynayırdı. Su çatışmazlığı əkinçiliyin
inkişafına mane olurdu. Buna baxmayaraq, əkinçilik bölgənin ənənəvi təsərrüfat


sahəsi olaraq qalırdı.
Siyasi vəziyyət. Feodal ara müharibələri, xarici işğallara qarşı mübarizə, daxili saray
çəkişmələri


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə