Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə29/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

17. CAMAATLIQ, SULTANLIQLAR VƏ MƏLİKLİKLƏR
Azərbaycanda mövcud olmuş bu dövlət qurumları necə idarə olunurdu?
CAR-BALAKƏN CAMAATLIĞI.
 XVIII əsrin ikinci yarısında Azərbaycanda mövcud
olmuş dövlət qurumlarından biri də özünəməxsus idarə quruluşu olan Car-Balakən
camaatlığı idi. Camaatlıq* Qanıx (Alazan) çayının aşağı boyunu əhatə edən
Azərbaycan torpaqlarında yerləşirdi. Azərbaycanın şimal-qərbində yaranmış Car-
Balakən camaatlığı — Car, Balakən, Tala, Katex, Muxax və Cənik camaatlarını
birləşdirirdi. Camaatlığın əhalisi, əsasən, bu yerlərin ən qədim sakinləri olan
kimmer, iskit, sak tayfalarının, habelə digər oğuz və qıpçaq türklərinin nəsilləri olan
Azərbaycan türkləri (muğallar) idi. Camaatlıqda Azərbaycan türkləri ilə yanaşı,
Azərbaycan Albaniyasının digər qədim xalqlarından olan ingiloylar, avarlar və
saxurlar da yaşayırdılar. Avarlar qədim avar türklərinin, saxurlar isə sak türklərinin
nəsilləri idilər. Avarların və sakların böyük hissəsi XVI əsrin sonu — XVII əsrin
əvvəllərində Böyük Qafqazın uca dağlıq ərazilərindən — Dağıstandan* köçüb
gəlmişdilər. Onların köçməsi iqtisadi səbəblə, yaşadıqları dağlıq ərazidə yararlı
torpaqların azlığı ilə bağlı idi. Zəngin otlaqların, əkinə yararlı torpaqların və əlverişli
təbii şəraitin olması bu əhalinin Qanıx boyundakı Azərbaycan torpaqlarında
məskunlaşmasına səbəb oldu. Burada xarici hücumlardan qorunmaq üçün
icmalarda birləşmişdilər.
Camaatlıq (ərəbcə) — ayrıca icma 
* Dağıstan qədim Azərbaycan Albaniya dövlətinin tərkib hissəsi idi
XVIII əsrin ikinci yarısında Azərbaycanda xanlıqlardan başqa da dövlət qurumları
var idi. Bu qurumlar xanlıqlar qədər güclü deyildi və hansısa bir xanlığın
tabeliyində idi.


 
Car-Balakən camaatlığı və sultanlıqlar
Hər bir icma kəndxuda və qazı tərəfindən idarə olunurdu. İdarəetmə şəriət
qaydalarına əsaslanırdı. Bütün mühüm məsələlər xalq yığıncaqlarında həll edilirdi.
Camaatlığın əhalisi maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olurdu. Maldarlıq
yaylaq-qışlaq maldarlığı xarakteri daşıyırdı. Otlaqlar camaatlığın ümumi
istifadəsində idi.
Cəmiyyətdə ruhanilərin də nüfuzu böyük idi. Onlar məhkəmə işlərində şəriət
qanunlarına əsaslanırdılar. Camaatlığın ali orqanı xalq yığıncağı idi. Burada
yaşlılarla bərabər, yalnız yetkinlik yaşına çatmış kişilər iştirak edə bilərdilər. Xalq
yığıncağında daxili məsələlər, həmçinin müharibə və sülh məsələləri müzakirə
olunur, mühüm qərarlar qəbul edilirdi.
Hansı sultanlıqlar Şəki
xanlığından asılı idi?
Azərbaycanın ucqarında yerləşən Car-Balakən camaatlığı Şəki xanlığı və İlisu
sultanlığı ilə birləşərək bu diyarı yadelli hücumlarından qoruyub saxlamaqda
mühüm rol oynamışdır. Camaatlıq XVIII əsrin 50-ci illərində Şəki xanlığından asılı
vəziyyətə düşmüş, yalnız XVIII əsrin sonlarında müəyyən müstəqillik əldə edə
bilmişdi.


Azərbaycanın şimal-qərb torpaqlarında Car-Balakən camaatlığından başqa Qazax,_Borçalı,_Şəmşəddil,_Ərəş,_Qəbələ_və_İlisu_sultanlıqları'>Qazax,
Borçalı, Şəmşəddil, Ərəş, Qəbələ və İlisu sultanlıqları kimi kiçik dövlət qurumları
da yaranmışdı.
SULTANLIQLAR.
 İlisu sultanlığı hələ Səfəvilər dövründə — XVI əsrin ikinci yarısında
yaranmışdır. İlisu sultanlığı şimal- şərqdən Qafqaz dağları, şimal-qərbdən Car-
Balakən camaatlığı, qərbdən Qanıx çayı ilə hüdudlanırdı. Cənub-şərqdən isə Şəki
xanlığı ilə həmsərhəd idi. Əvvəllər sultan əhali tərəfindən seçilirdi. XVIII əsrin
sonlarından sultan hakimiyyəti irsən keçməyə başladı. İlisu sultanlığı Şəki xanlığı və
Car-Balakən camaatlığı ilə birlikdə ölkənin şimal-qərb torpaqlarının yadelli
basqınlarından qorunmasında mühüm rol oynamışdır
XVIII əsrin ikinci yarısında mövcud sultanlıqlardan biri Qazax sultanlığı idi. Burada
Qazax tayfası* yaşayırdı. Şəmşəddil sultanlığının adı isə qədim Azərbaycan tayfası
zülqədərlərin bir qolu olan şəmşəddillə bağlı idi. Hakimləri sultan titulu daşıyırdı.
Onlar irsi hakimiyyətə malik idilər.
Qəbələ sultanlığı müəyyən imtiyaza malik olmaqla, bilavasitə Şəki xanlığına tabe
idi. Əhali əkinçiliklə məşğul idi — buğda, arpa, çəltik becərilirdi. İpəkçiliklə də
məşğul olurdular. Azərbaycanın bir sıra şəhərlərinə gedən ticarət yolları buradan
keçirdi.
Ərəş sultanlığı Səfəvilər dövründə yaranmışdı. Əhali ipəkçilik, əkinçilik,
maldarlıq və bağçılıqla məşğul olurdu. Buradan bir çox ölkələrə xam ipək ixrac
edilirdi. Sultanlıq Şəki xanlığından asılı idi. 1795-ci ildə sultanlıq ləğv edildi və mahal
kimi Şəki xanlığına qatıldı.
MƏLİKLİKLƏR.
 Əhalisi xristianlığı qəbul etmiş albanlardan ibarət olan Xaçın,
Vərəndə, Dizaq, Gülüstan (Talış), Çiləbörd məliklikləri Qarabağ xanlığı
ərazisində yerləşirdi. Məliklər xandan asılı idilər. Lakin Pənahəli xan gücləndikcə
məlikliklərin separatçılıq fəaliyyəti də artırdı. Bunun qarşısının alınması vacib idi.
* Qazax tayfası — Azərbaycan-türk tayfası. Azərbaycanın şimal-qərb torpaqlarında
məskunlaşmışdı. XVIII əsrin əvvəllərində bir hissəsi Qarabağa köçmüşdü


Xanlığın güclənməsi ilə
məlikliklərin
bölüşdürücülük fəaliyyəti
arasında əlaqəni
müəyyənləşdirin.
Məlikliklərin fəaliyyətində
diqqəti cəlb edən cəhət
nədir?
Mənbələrin və «Qarabağnamə» müəlliflərinin verdikləri məlumatlara görə,
məlikliklərin əhalisi mənşəcə Qarabağdan deyildi. Onlar bu əraziyə Azərbaycanın
başqa yerlərindən köçüb gəlmişdilər və Qarabağın beş mahalının adı ilə
adlandırılmışdı. Yalnız Xaçın mahalının əhalisi yerli xristian albanlar idilər. Digər
məliklər Qarabağa gəlmə idi. Məsələn, Dizaq məliyi Qarabağa Loridən* qaçıb
gəlmişdi. Nadir şah Dizaqda ona məliklik vermişdi. Vərəndə məliyi Şahnəzər
Göyçədən, Çiləbörd məliyi Allahqulu Mağavizdən*, Talış məliyi Usub Şirvandan
qaçaraq Qarabağda özünə sığınacaq tapmış və Nadir şaha itaətə görə müvafiq
ərazilərə məlik təyin edilmişdi. Onlar Qarabağda heç bir dövlət birləşməsi yarada
bilməmişdilər. Çünki onlar bölgədə sosial dayağa malik deyildilər. Məliklər bir-
birindən ayrı olan, çox zaman bir-biri ilə didişən mahal başçıları idilər. Onlar
səlahiyyətlərinin məhdudlaşdırılmasından qorxurdular. Ona görə də Qarabağda
mərkəzləşdirilmiş hakimiyyətin yaranmasını istəmir, xarici qüvvələrlə gizli əlaqələr
saxlayırdılar. Məliklərin separatçılıq* meyilləri mərkəzləşdirmə işinə mane olur,
xanlığın daxili vəziyyətini mürəkkəbləşdirirdi. Buna görə də məlikl ərin müqavimətini
qırmaq üçün görülən tədbirlər Qarabağ xanlığının müstəqilliyinin
möhkəmləndirilməsi demək idi.
Sual və tapşırıqlar
1. Car-Balakən camaatlığının idarəetməsinin özünəməxsus cəhəti nə idi? 
2. Hansı sultanlıqlar Səfəvilər dövründə yaranmışdır? 
3. Hansı məlikliyin əhalisi yerli xristian-albanlar idi? 
4. Məlikliklərin mövcudluğu nə üçün mərkəzləşdirmə siyasətinə mane olurdu? 
5. Camaatlıq, sultanlıq və məlikliklərə aid cədvəl tərtib edin.
Lori — Azərbaycanın yaşayış məskənlərindən biri. XIV əsrdə dağıdılmışdır
Mağaviz — XVII əsrdə Maku bölgəsindən gələnlər tərəfindən İrəvan əyalətində
salınmış yaşayış məskəni
Separatçılıq — bölüşdürücülük, parçalama meyli


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə