Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.

səhifə30/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

18. AZƏRBAYCAN TORPAQLARININ 
BİRLƏŞDİRİLMƏSİNDƏ SON TƏŞƏBBÜS
I. AĞA MƏHƏMMƏD XAN QACARIN ŞİMALA DOĞRU 
BİRİNCİ YÜRÜŞÜ
Qarabağ xanını buna nə vadar 
etdi?
Sizcə, Ağa Məhəmməd xan
Qacar nə üçün ilk növbədə,
işğallar üçün silaha əl
atmadı?
Azərbaycanın qacar türk tayfasından olan Ağa Məhəmməd xan Səfəvi dövlətinin
bütün sərhədlərini bərpa etmək və çar Rusiyasının Cənubi Qafqazı işğal etmək
planlarını qabaqlamaq məqsədilə mübarizəyə başlamışdı. XVIII əsrin sonlarından
başlayaraq Ağa Məhəmməd xan Qacar, ilk növbədə, diplomatik yola əl atdı. O,
Cənubi və Şimali Azərbaycan xanlıql arına, Kartli-Kaxetiya çarlığına ona tabe olmaları
üçün fərmanlar göndərdi. Lakin fərmanı Azərbaycan xanlıqları, eləcə də Kartli-
Kaxetiya çarı rədd etdi. Buna baxmayaraq, 1795-ci ildə o, yenidən Azərbaycan
xanlıqlarından tabe olmağı tələb etdi.
Qarabağ xanı İbrahimxəlil xan və Lənkəran xanı Mir Mustafa xan Ağa Məhəmməd
xana qarşı birlikdə müqavimət göstərməyi qərara aldılar. Tezliklə onların ittifaqına
Kartli-Kaxetiya çarı II İrakli və İrəvan xanı Məhəmməd xan da qoşuldular. Lakin bu
ittifaq möhkəm deyildi.
Qarabağlı İbrahimxəlil xanın əmri ilə Araz çayı üzərində tikilmiş Xudafərin
körpüsü uçurduldu. Bəs, görəsən, bu qədim abidənin uçurulması əmri nədən
ötrü idi?


Xanlıqların təkbaşına
müdafiə olunmasını
Azərbaycan torpaqları
üçün təhlükəli hesab
etmək olarmı?
Gəncə və Şəki xanlıqları isə öz elçilərini Ağa Məhəmməd xanın yanına göndərərək
onun çağırışına müsbət yanaşdıqlarını bildirdilər. Ağa Məhəmməd xan belə bir
şəraitdən istifadə edib yürüşə başlamağı planlaşdırdı. Şimal xanlıqları müqavimət
üçün vahid cəbhə yaratmasalar da, Şamaxı, Lənkəran, Bakı və Naxçıvan xanlıqları
ayrı-ayrılıqda müdafiə hazırlıqlarına başladı. Qalalar möhkəmləndirildi, ərzaq
ehtiyatı toplanıldı. Bəzi xanlıqlar hərbi kömək üçün Azərbaycanı işğal etməyə
hazırlaşan Rusiyaya, II Yekaterina hökumətinə müraciət etdilər.
Xanlıqların kömək üçün
Rusiyaya müraciət
etməsinin mənfi tərəfi nə
idi?
Belə bir vaxtda Ağa Məhəmməd xan Qacar Azərbaycanın şimal torpaqlarına üç
istiqamətdə yürüş etdi: qoşunun kiçik bir hissəsi Dağıstan üzərinə yürümək üçün
Muğana, böyük hissəsi Ağa Məhəmməd xanın öz başçılığı altında Qarabağa, üçüncü
hissəsi isə Əliqulu xan Qacarın rəhbərliyi altında İrəvan xanlığına doğru hərəkətə
başladı.
İrəvan istiqamətinə hücum edən dəstə Naxçıvanda müqavimətə rast gəldi. Ağa
Məhəmməd xan Qacarın təslim olmaq haqqında göndərilən fərmanı qəbul
edilmədi. Əliqulu xan Qacar İrəvana hərəkət etdi. İrəvan qalası ələ keçirildi.
Xatırlayın, Şuşa qalası kim
tərəfindən tikdirilmişdi? Bu
qalanın strateji əhəmiyyətli
olduğunu əsaslandırın.
Əsas hədəf olan Qarabağ xanlığı 1795-ci ildə hücuma məruz qaldı. Şuşa qalası
mühasirəyə alındı. Lakin qala müdafiəçiləri mübarizə əzmini itirmədi. Uğursuz
mühasirə şəraitinə və ərzaq çətinliyinə davam gətirməyən Qacar ordusu Şuşanı tuta
bilmədi. Şuşa qalası 33 gün müdafiə olundu.
Vəziyyətin çətinliyini görən Qacar planını dəyişməyə məcbur oldu. O, Şuşanın
mühasirəsini dayandırıb Tiflisə doğru hərəkət etdi. Tiflisi tutan Qacar ordusu çoxlu
qənimət və əsir ələ keçirdi.


 
Ağa Məhəmməd xan Qacar Şuşa qalasını mühasirəyə alır
1795-ci ilin payızında Ağa Məhəmməd xanın ordusu Gəncəyə çəkildi. Burada olarkən
Şuşaya yenidən qasid göndərib tabe olmağı tələb etdi. Bu dəfə də Qarabağ xanlığı
rədd cavabı verdi. Ağa Məhəmməd xan Qacar feodal ara müharibəsinin
kəskinləşməsindən istifadə edərək bəzi xanlıqları öz tərəfinə çəkməyə başladı. Şəki
xanı ilə Şamaxı xanı arasındakı münaqişədən istifadə edərək Şamaxıya hərəkət etdi.
Şamaxılı Mustafa xan əhalinin şəhəri tərk etməsini əmr etdi. Qacar ordusu boş
qalmış şəhəri tutdu. 1795-ci ilin noyabrında Cənubi Qafqaza rus ordusunun
göndərilməsi barədə xəbər alındı. Ağa Məhəmməd xan Qacar geri çəkilməyə
məcbur oldu. O, Şimali Azərbaycanı tərk etdi.
Sual və tapşırıqlar
1. Ağa Məhəmməd xan Qacarın məqsədi nə idi?
2. Ağa Məhəmməd xan Qacarın dövlətçilik fəaliyyətini necə qiymətləndirirsiniz?
3. Sizcə, nə üçün Ağa Məhəmməd xan Qacar Qarabağa xüsusi əhəmiyyət verirdi?
4. Ağa Məhəmməd xan Qacarın yürüşlərini necə qiymətləndirirsiniz? Bu, işğalçı,
yoxsa birləşdirmə siyasəti idi?


Ağa Məhəmməd xan Qacar tacının layihəsini öz əli ilə çəkdi. İsfahan və Kirmanşah
zərgərlərini Tehrana çağırtdırdı. Zərgərlər onun çəkdiyi layihəni görəndə dedilər ki, bu
taca qırx beş kiloqram qızıl lazımdır. Ağa Məhəmməd xan üç mərtəbə bir tacın şəklini
çəkmişdi. Dedilər bu tac o qədər ağır olacaq ki, onu başa qoymaq mümkün olmayacaq.
Qacar xan məcbur oldu tacın formasını dəyişsin. Bu dəfə birmərtəbəli tac çəkdi. Tac
yarısına kimi cəvahirlə bəzənəcəkdi, yarısı bəzəksiz qaldığına görə yenə də ikimərtəbəli
görünəcəkdi. O, dairəvi olub, yuxarı hissəsi aşağısına nisbətən enli düzəldilməliydi.
Çəkisi qızıl və cəvahirlərlə bir yerdə on bir girvənkədən artıq gələcəkdi (bu tacın çəkisi
4,5 kq olmuşdur). Ağa Məhəmməd xan Qacar onun ağır olacağını bilirdi, tac hazır
olana qədər hər gün həmin çəkidə bir papağı başına qoyub özünü öyrəşdirdi ki,
tacqoyma mərasimində başı yorulmasın
Zərgərlər və cəvahir ustaları tacın düzəldilməsi işi ilə məşğul olduqları vaxtda dərzilər
də onun üçün qəba (üst geyimi — red.) tikməyə başladılar. Qəbanın üstü qatlanmış
yaxalıq formasında daş-qaşla bəzədilmişdi. Çiyinlərinə iri zümrüdlər düzülmüşdü.
Düymə əvəzinə almaz, mirvari işlənmişdi. Qəbanın başqa hissələrinə də mirvari
tikilmişdi.
Ağa Məhəmməd xan Qacar 1210-cu hicri-qəməri ilinin (miladi təqvimi ilə 1796-cı il)
Novruz bayramında başına tac qoydu və özünü rəsmən padşah elan etdi. Bu tarixdən
də Ağa Məhəmməd şah Qacar adlandı.
Fransız yazıçısı Jan Gevrin 




Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə