Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə33/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

Bakı. İçərişəhər
yolları bu dövrdə də böyük iqtisadi əhəmiyyətə malik idi.
XVIII əsrin ikinci yarısında müstəqil xanlığın mərkəzinə çevrildikdən sonra Təbriz bir
neçə dəfə qonşu xanlıqlar tərəfindən hücumlara məruz qalmışdır. Bu isə təsərrüfata
və əhalinin sayına mənfi təsir göstərmişdir.
Bu dövrdə qədim Azərbaycan şəhəri İrəvanda nadir memarlıq inciləri hesab edilən
məscidlər, karvansaralar, hamamlar inşa edilmişdi. Şəhərə Qırxbulaq yaylasından
içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına
çevrilmişdi.
İrəvan şəhəri Qala, Şəhri (Köhnə şəhər), Təpəbaşı və Dəmirbulaq adlanan dörd
hissədən ibarət idi.
XVIII əsrdə Azərbaycan
şəhərlərinin inkişafına
müsbət və mənfi təsir
edən amilləri qeyd edin.
XVIII əsrin ikinci yarısında yaranıb inkişaf edən şəhərlər sırasında siyasi və iqtisadi
mərkəz kimi Şuşa şəhəri xüsusi yer tutur. Şuşa qalası bir tərəfdən uçurum, digər
tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş təbii bir qala idi. Pənahəli xan
istinadgah kimi həmin yeri seçdikdən sonra burada qala divarları, sonra isə evlər və
imarətlər tikdirmişdir. İnşaat işləri bitdikdən sonra Pənahəli xan və Qarabağın bir
çox zadəgan və sənətkarları qalaya köçmüşlər. «Pənahabad» adı ilə məşhurlaşan
yeni paytaxta başqa şəhərlərdən köçənlər məhəllə-məhəllə yerləşdirilirdilər. Bunu
Pənahabad şəhərindəki məhəllə adları (Təb-


Şuşa şəhərindəki
məhəllələrin adları nəyi
sübut edir?
Şuşa şəhərinin qala-şəhər
kimi xüsusiyyətlərini
sadalayın.
rizli, Əylisli, Qazançalı, Köçərli, Qurdlar, Culfalar və s.) təsdiq edir.
Şuşa qalasında xan sarayı, Şuşadan bir qədər uzaqda «Əsgəran» qalası tikildi. Bu
qalada, əsasən, Şuşa qalasına gedən yolu qoruyan əsgərlər yerləşdirilmişdi.
Xanlıqların idarə edilməsi. Xanlıq hakimiyyətinin siyasi quruluşu
təkhakimiyyətliliyə əsaslanırdı. Onu qeyri-məhdud qanunverici, məhkəmə və icra
hakimiyyətinə malik olan xan idarə edirdi. Bir sıra xanlıqlarda xanın yanında
məşvərətçi divan — xan şurası fəaliyyət göstərirdi. Xanlıqlar inzibati cəhətdən
mahallara, mahallar isə kəndlərə bölünürdü. Mahalları naiblər idarə edirdilər.
Şəhərləri məhəllələrə bölürdülər. Hər bir məhəllənin şəhər ağsaqqalı — başçısı var
idi. Onlar vergi toplayır, naiblərin, xanların sərəncamını yerinə yetirirdilər.
Şəhər idarəsində polis vəzifəsini icra edən darğalar, eyni zamanda şəhər və bazarda
qayda-qanun yaratmalı idilər. Darğaya böyük səlahiyyətlər verilmişdi. Darğaları öz
vəzifələrini layiqincə
 
İrəvan qalası. 1796-cı il


Şuşada məhəllə
yerinə yetirməyə həvəsləndirmək məqsədilə xanlar xüsusi olaraq darğalıq adı ilə
vergi də müəyyən etmişdilər.
Əhali növbə ilə gecələr şəhərin keşiyində durmalı idi. Lakin xanlar gecə keşikçiliyi
əvəzinə əhalidən müəyyən miqdarda pul toplayırdılar. Şəhərlilərdən bu məqsədlə
toplanılan pulla axşamlar şəhərin keşiyini çəkən xüsusi dəstələr təşkil edilirdi.
Şəhər idarəsində sənətkar təşkilatlarının (əsnafların) başçılıq etdiyi ustabaşılar da
müəyyən rol oynayırdılar. Onlar sənətkarların inzibati, maliyyə, mülki məhkəmə
məsələlərinə baxırdılar.
Xanlıqların idarə sistemində çalışanlar maaş almırdılar. Onların xidməti xəzinə üçün
toplanan vergilər hesabına ödənilirdi.
Orta əsrdə Avropa
ölkələrində şəhərlərin və
XVIII əsrdə Azərbaycanda
şəhərlərin inkişafı və
idarəetməsini müqayisə
edin.
Sual və tapşırıqlar
1. Xanlıqlar dövründə torpaq mülkiyyəti formalarında nə kimi dəyişikliklər baş
vermişdi?
2. Xanlıqlar dövründə sosial zümrələri xarakterizə edin.
3. Azərbaycan şəhərlərinin ümumi və fərqli cəhətlərini şərh edin.
4. Azərbaycanın qədim və yeni yaranmış şəhərlərinin biri haqqında əlavə məlumat
toplayın və təqdimat hazırlayın.
5. XVIII əsrdə xanlıqların və şəhərlərin idarə edilməsinin səciyyəvi cəhətlərini şərh
edin.


20. İQTİSADİ VƏZİYYƏT. SƏNƏTKARLIQ. TİCARƏT
XVIII əsrin ikinci yarısında Azərbaycanda hansı təsərrüfat sa - hələri inkişaf edirdi?
XVIII əsrdə sənətkarlıqda hansı nailiyyətlər olmuşdur?
Zəfəran
Kənd təsərrüfatı. Əlverişli iqlim və münbit torpaqlar Azərbaycanda müxtəlif
bitkilər, o cümlədən kətan, küncüd, buğda, arpa, çəltik və s. yetişdirmək üçün yararlı
şərait yaradırdı.
Kənd təsərrüfatında arıçılıq, üzümçülük, bostançılıq, xüsusilə bağçılıq da müəyyən
rol oynayırdı. XVIII əsrin ikinci yarısında ayrı-ayrı bölgələr bəzi təsərrüfat sahələri
üzrə ixtisaslaşırdı.
Ölkə iqtisadiyyatında mühüm yer tutan ipəkçilik Şamaxı, Şəki, Qarabağ, Naxçıvanda
inkişaf etmişdi.
Zəfəranın müasir dövrdə
dünyada istifadəsi
haqqında məlumat
toplayın. Zəfəran müasir
dövrdə hansı ölkələrin
iqtisadiyyatında mühüm
yer tutur?
Quba və Bakıda əhali əkinçiliklə məşğul olurdu. Abşeron özünün ətirli zəfəranı ilə
məşhur idi.
Lənkəran (Talış) xanlığında çəltik* və şəkər çuğunduru yetişdiri-
Zəngin təbii sərvətlərə malik Azərbaycan torpağında tarix boyu kənd
təsərrüfatının, sənətkarlığın, demək olar ki, bütün sahələrinin inkişafı üçün
əlverişli şərait olmuşdur. Lakin siyasi hadisələr, qonşu dövlətlərin
arasıkəsilməyən basqınları ölkədə sənətkarlığın tam gücü ilə inkişafına maneçilik
törədirdi. XVIII əsrin ikinci yarısında ölkənin iqtisadi və siyasi pərakəndəliyi, tez-
tez baş verən feodal ara müharibələri onlarla şəhərin xarabalığa çevrilməsinə,
sənətkarların, tacirlərin, ümumiyyətlə, şəhər əhalisinin yurd-yuvasını tərk
etməsinə səbəb oldu


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə