37
VARLIQDAN BİR ÜZV 1995/12/25
Görəsən, haraya gedir bu yollar....
harada, yığışır bu hönkürtülər!
payız çağlarının son addımları
harada dayanır!
.... yoxsa gedir o,
dansın yaşayışın etibarını?!
bəlkədə varlıqdan bir üzv olaraq
əl qatır ayrı bir cərəyanlara!
- ayrı yaranışa, olur başlanış
haray- a...y havar!
bu son addımların; sonudur, bahar.
............. gümanda yaşayıb, gümanda qalma
yəqinə əl tapıb,
olaylar ara, ara özlüyünü
saymazcasına, sovuşmaq içindən,
hərəkət deyil
.... hadır, a...y hadır
haradan duyarmı, səni övladım
özündə; özünü, oxuyanmadın!
38
ODLU QILIŞ 1995/12/28
Hadan*, Sağraq başı üstə and aparıb
qan, qanıla yuyulunca; qısas etsin.
.... gündüzlər öz höyüşnəsin,
gecələrdə ağlayırdı
gecələrin basqınlığı,
gündüzlərin qaşlarından daşlanırdı
daha, yaşam;
gecə - gündüz,
döyüşlərdə çırpınırdı
yorğun gözlər, intizarda yollanmada,
baxışları incidirdi
daha, həyat;
qazancını, ziyanından seçməyirdi!
..... Odlu qılış, od içindən birdən çaxıb
axıb, yadlar ordusuna....
Sağraq bəyin, qanın aldı
..... Hazem başın yerə saldı.
* Hadan : hədan, cavdan, cavidan (açıqlamalıyamki, qaradağ elatları
indidə uşaqlarına hədan adı qoyurlar)
39
AYDIN AYNA 1995/12/29
İradən - ilqarın; ağır, düşüncən
- tarixdə, mənimçin aydın aynadır
gözlərin, eşqimin yanar ocağı
ürəyin, ünsürlər gözəsi
... bu gün;
ayaqsızlarına, ələm- ayağam,
ayaqlaşmaq ıçın yoxuşlarında
səni, tanımağa yubanmışamsa,
indi, iliklərim sənlə tanışdır.
.......ən ağır çağımdır, mənimdə
- bu gün -
günəş tək; ətək aç, ürək dağında
..... yorğun vurğununla düşüb danışdır
aydındır; ürəklər, şövqü- şövkəti
yadındır; ürəklər bağının barı,
gəl ay günəş tellim,
............ ....... eşqim- niyyətim
sənsiz, hoviyyətim
yetimdir, yetim.
40
VARLIQ, VAR-IQ 1995/12/29
İllər boyu,
Xürrəmdinlər sükutunun hərəkəti,
uca dağlar zirvəsində,
əl- qol, açdı
Xəzər- Azər- Özbək- Tatar,
ürək- ürək, qatar- qatar
Bəzə doğru yollanırdı
yeni talaş,
yenidən bir başlanışa yol açmışdı
.... dəyişiklik, günü- gündən; durulurdu
yaşayışlar,
ən müqəddəs bir hədəfin
çevrəsindı, qurulurdu
ürəklərin yerişinin nizamından;
doğulan marş
var...ıq, var...lıq
...o hərəkət; qüruruydu
dözümüdü, birlikidi,
........ qalarğılıq.
41
QURUR BOYU 1988/10/25
Onlar;
onlar... kərən yoldan etdilər,
və, yol göstərdilər dönərgələrə
onlar; qeyrət üstə; ayaqlaşdılar
yaşadsınlar, məndə- səndə; izzəti.
onlar;
onlar... əsir ürəyimizdə,
əsdilər, silkili qalsın içimiz.
onlar; kərən- kərən, əllərimizdə
əkdilər qeyrəti, qürur boyunca
göyərsin, boy atsın günəşə doğru
sarılsın günəşin al tellərinə.
bəhe....y, əməkdaşım
bəhe........y, qardaşım
qoy sözüm hələlik ürəkdə qalsın
gəlim, ağlayıcı gözünə; qonaq
qonaq nisgilinə,
...................və ayaqlaşan
yarğanlar sovuşaq, dağlardan aşaq.
42
AXIN 1995/12/27
Bir il, tamam; qara qəyid,
Bəz qalanın ətəyində oturmuşdu
günü-gündən çağlanırdı
dumanlıqda, gözlərini qızardan köz,
ac- acıqlı, güz içində, ağır dehşət yaratmışdı
qara, dağlar, gül- çiçəyin, yanağını saratmışdı.
.... gözü közlü,
içi sözlü,
hadan bir gün, qaşlarını düyünləyib,
hər cibhədən neçə axın yola saldı
dağlar üstə qanad açan ıldırımla,
Əbdulləhın-( 10) ordusunu
kərən- kərən talan etdi
....əcəl əli, Əbudəlfi boğan kimi
Əcəlilər gözdən itdi
.......yenə vətən ürəyində, zəfər bitdi.
Dostları ilə paylaş: |