BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 
 
  
56
HAÇAQ                               1992/11/29 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Haçaq, gözlərimdən qaçır,  
                                        könlümdə yer açır 
.... və haçaq, gözlərimdə üçür 
                      bu yaban ürək, özündən qaçır. 


 
 
  
57
GÜNƏŞ GÖZLÜ                                    1992/07/05 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günəş, dikdi, gözlərini  
                           gözlərimdə, səni gördü! 
 ................. sən, günəşi! 
 o arada, ürəkdə öz həsrətini çəkdi gözə! 
............................. odunuza, dözə - dözə. 


 
 
  
58
GÜNƏŞ PAYI                                 1995/12/31 
 
 
 
 
 
Günəş tellərindən süzülən nura,          
eşqidən başqa söz, nə demək olar 
Bağrının közündən parlayan qora       
eşqidən başqa söz, nə demək olar 
 
dedilər o nədir? Dedim kamaldır          
ləzzətli ağrıdır, odlu ətəşdir 
həyatdır, hicrandır, vüsaldir, və...və            
hər nədir o, ancaq bir kəşmə kəşdir 
 
öpüşüm duyduqca, öpüşlərini                
eşqim dilə gəlir, can dilə gəlir 
gülüşün sırrına əl aparınca                      
ürək dilə gəlir, qan dilə gəlir 
 
şənliklər, tel bə tel səni yad edir               
sanıram tellərin günəş payıdır 
eşqsiz, yaşayış qara zəmidir                 
hamı gözəlliklər ona qayıdır. 


 
 
  
59
GECƏ İLAHƏSİ                                     1996/01/21 
 
 
 
 
 
 
 
 
Gülüşündə yaşamaqçın, göz yatırtdım butağına 
qucaq- qucaq, həvəslərim- istəklərim, 
ətək- ətək, xəzəl oldu, ayağında ...güllənmədin! 
                                      bir çağımı bəyənmədin! 
a....y gecələr ilahəsi.* 
dedim: bir an yorğun yuxum, yoxlar səni 
                                          Demter kimi, çağlarımda 
röyalarım gülüşünü, xəyallanıb saçanmadı yaxasına 
.........baxa, sına! 
........ gecəlikdən, qaçan gülüm 
       açacaqsan haçan, gülüm?! 
 
* Gecə ilahəsd : farsca, ilahə-i şəb gülüdür ki hər altı ildən bir, bir 
gecəlik gül açar.  yunan əfsa`nəsində glən perefson (gecə ilahəsi) neçə 
nargiləsi yeməklə həmişəlik qaranlıqda yaşamağa məhkum olur və 
demter peresfonun atasından ibarətdir                                                                              
 


 
 
  
60
DÜŞÜNCƏ YAYLAĞI                        1996/03/12 
 
 
 
 
 
 
 
 
 
......... Gəl, daha... ağlatma ağrılarımı 
gəl, qon düşüncələr yaylaqlarına  
gəl, yağ yağmur kimi; barlandır məni 
o ki var, öyrəndim tərənnümünü 
o ki var, becərdim böyük eşqində 
məni, kitab etdi; dərdin dövləti 
         bükdü qəzəl- qəzəl, söz ellərinə 
....- oxusunlar səni, məndə hər zaman 
bu, bir hekmətimiş ..... və bir iltizam! 
gərək, gəzeymişəm iç yollarını 
gərək, sağ - solunu, oxuyaymışam 
gərək, tapırmışam yol; öz içimdən, 
                    sizin içinizə 
           .... sizdən, dənizə! 


 
 
  
61
HƏSRƏT LƏPƏLƏRİ                             1995/07/05 
 
 
 
 
 
 
 
 
 
Baxışımı; gizlədirəm gözlərinin gözəsində 
Gülüşünü; yatırdıram dodağımın ətəyində, 
Azadlığım; əl- qol açır, çalır nəfəs 
....... sinə, qəfəs, ........ boğulur səs 
əmniyyətim, daldalanır sükutunda 
intizarla  dolğun, həsrət ləpələri 
               səpələnir, gözlərimin dənizindən 
...... bənizimdə, qəm əyləşir 
könlü alan, ağır ağrı 
                     ...... və ovcumda qalan qabar 
 ................. öyrənirəm azadlığı, adlığınca! 
                - bəzən, alçaq 
                  - bəzən, uca! 


 
 
  
62
SÖNÜK ŞAM                               1986/09/12 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
məndə xoşumuşam,  
                       bir neçə axşam!  
- gözlərim əmdikcə yaraşığından, işığın, 
                        yaşarmış heyrət gölündə. 
özümdə bilmədim, bu sönük şamın 
................................ və bu yaşamın 
                                 nəyinə xoşam? 
               səfil dolanıram, bayır çölündə. 


 
 
  
63
GƏLƏCƏYİM, GƏLİR ÖZÜ                            1991/10/30 
 
 
 
 
 
 
 
 
 
 
Dumanlığın gizlənmişəm qoltuğunda, 
                                                  Korluqula                   
xatırımda saxladığım, bir köhüldür! 
.......... gedirəmsə, keçmişlərdə yaşamağa, 
                                                bir icbardır!  
                                      ..... yoxsa, sikun?! 
bəlkədə o, gələcəkdir mənimiçin 
bəlkə......... 
        bəlkə,vəhy ocağı odlu oldu
                                  ürəyimə doldu közü 
gedirəmsə, elə doğru, 
                                 gələcəyim, gəlir özü .   


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə