64
DÖYÜNTÜ 1993/12/01
Sükut sarayında, gəzəndə fikir
sınırsız, daşınır kəlmələr içrə
sükut, yerişini ravanladıqca
- içimdə -
qaçırdır məni, özündə
........... məndə, qanad açıb; uçuram onda
açanda gözümü,
mə`nalanıram
yumanda gözümü, dünyalanıram
kəlmə- kəlmə; itib, yetilirəm mən
- onda -
doğuluram, şe`rimlə birgə
...... içimdə döyüntü, çevriliş, axış
yenə; ayaq tutur, məndə
başlanış .
65
TELLƏR ŞÜA`SI 1994/11/17
Sən, Günəşdən baş qalxızdın!
Mən, Açından!
.... Şimşəyiydim,
tellərinin şüa`sıyla, yola düşdüm
yaxınlaşdın mənə; məndən
könül verdik, yaşayışa
....................... həyatımız, düşdü qışa!.
66
AĞRI 1986/12/20
Sağım; bir ağrının
solum; bir sancının
......... Ə`zamın hər bəndi,
yüz qəmlə, tanış
..... yarış, kədərinlə!
- danış dərdlərindən,
qadalı ölkənin, qadalı oğlu
danış; ağrı- ağrı, sancılarınla!
- çalış, el- obanın düşmə dilindən
...... gör, nələr çəkibdir və, nələr çəkir
yazıq toprağımız, ağrı əlindən.
67
QOCA QARTAL 1996/01/01
Altı ilin amanlığın
yenə, yolsuz bir gecəlik,
- diskindirib, qan üstündə yola saldı.
Ay orağı, baxışını yarğanlarda itirmişdi,
səfil- səfil, bulud içrə dolanırdı.
tufanlara çönən zümrüd quşlarının ürəyində,
yaşayan köz, nəfəs- nəfəs, yetilirdi
Yəzid ilə Əbülsəra-( 12) qoşununun, boğazında
qılış kimi itilirdi
qoca qartal, kölgəsinin üstə durub
qürurunu, öz cavidan yaşamında, oturdmuşdu
Şindan,* şirin döyüşündə alnı açıq, dayanmışdı
Xəş, öz xəşin vuruşunda,
Bababəyçın, Babək adı qazanmışdı.
* Şindan : şidan qalası quzey azərbaycanda heyran gədiyinin üstündə
yer tutmuşdur, və xəş Ərdəbilin şumalında bir mahal adı olurmuş
68
SUYACAQ 1991/11/20
Söykəşib, daş- daşa, baş- başa,
məndə, fikir suyacağı,
ağır oturub
sükut şəlaləsi, sürəkli...sərbəst!
giləmdən daşlanır, içimdən axır
damla- damla, oyur,
için- için içir, yuyur içimi
..... sükut dünyasında, aydınlaşıram
haqqım - həqiqətim boyda, yaşıram
yeyildikcə içim, dərinlik alır
qocaldıqca, olur zirvəm ucalıq
yaşa, qocalıq.
69
QUZĞUN KÜLƏK 1996/01/01
Qarasuyun çaylağında, çağlanan, qış
qılış- qılış, yal- yolunu, doğramışdı
nəfəsləri yoran; boran,
baxışların yerişini itirmişdi
qoca aslan; qaşlarının sırsırası,
ürəyindən aslanmışdı
.... sankı; qılış paslanmışdı!
quzğun külək, kürsəkdəydi
ürəyində küşültüyən kor axışlar; zamanına, qəribidi
..... o gün, hər şey əcibidi!
Kim deyərdi o, qar- qışda,
- o yal - yolun baxışında, körpü salan; Cavidandır?!
kim bilirdi, o daş körpü daldasında
pusqu tutan, Buimrandır- ( 13)
......o gün hər şey, zamanına qəribidi!
kim deyərdi, xəlifələr ürəyini, otuz il öz dözümüylə
yoran, vüqar yorulacaq yarğanlarda!
...... bürünəcək öz qanına; sürünməsin, yorğanlarda!
70
YORĞUN YOLCU 1995/05/10
Uzun yol gəlmişəm; bugünədək, mən
bir yorğun yolcuyam, bir tanış qərib
yıxılıb durmuşam;
....yenədə, məğlub
durub yıxılmışam;
......yenədə, qa`lib
min cür, törəniş var, iliklərimdə
min cür, qan qaynayır, damarlarımda
min cür, doğuluş var, diləklərimdə
çıxışım; batışdır,
batışım; çıxış.
günəş tək; gəkləcək, görüşümdədir.
.....mənim dincəlişim, yerişimdədir.
71
ÜRƏKLƏR QONŞULUĞU 1994/11/17
Gecə gözü, süd yolunu,
- gözlərimin çanağına, sağmaqdayam,
içəcəyəm, səhər çağı ürəyinlə,
..... gecəm, belə gecən ilə danışmışdır.
qəribliyin, başın, qoyub cınağıma
yaşayışım, ağırlığın çəkənməyir
- nəfəsinin dərinliyi,
dayandırır məni, məndə
gözlərinin yorğunluğu, ürəyimi acışdırır
....... nə çətindir!
il gecəylə, ürəklərin qonşuluğu!
ağırlıqlar, dörd bir yandan
hüzurumu, salmaqdadır cərəyandan
süd yolunu;
gözlərimin çanağına, sağmaqdayam
..... içəcəyəm səhər çağı ürəyinlə.
Dostları ilə paylaş: |