72
GÖRƏNƏ MİNNƏT 1985/11/09
Pərişanlıq geyib,
əyinlər..... başlar
kas güzgü dalında,
əmlik gözəlliklər,
- oturub ağrılar üstündə, ağrın.
çiçəklər... ürəklər,
düyünlü...... asılı,
zaman qaşından
...və qatbaqat bulud,
gözləri yaşlar
bir dəniz iradə üstə hamaşlar,
miniblər gecənin qaranlığında
uca dalğalara,
........ birgə gedirlər
gətirsinlər aydın gündüzü, əlbət
...................................... görənə, minnət!
73
ŞƏHADƏT GECƏSİ 1996/01/18
Bəz, o gecə, təklifini
Cavidanın yaralanan cınağından götürürdü
bir qurtum; hum, və bir tikə quru çörək
o təklifi, Babəkiçin tapşırırdı
.........ilqar deyə, ürək- ürək, döyünənlər
verirdilər söz eşqiçin:
( toprağımdan üzüm dönsə; ömür mənə, haram olsun
eldən- dildən, dilim dönsə; həyat, mənə tamam olsun)
o bir gecə, bütün Xürrəmdin-ləriçin,
şəhadətin gecəsiydi
o bir gecə, nəfəslərin ağırlığı, ürəkləri ağrıdırdı
.....və gedirdi, dalğalarda boğulduğu cərəyanlar,
- "on iki yüz ildən sonr" baxışımda qanad açsın
xatıralar gözəsində yorulduğu, öldürülmüş qürur,
bu gün; mənə doğru, sənə doğru, - durub qaçsın
bəhe...y, qardaş;
bu gününün nəticəsi, olmuşam; mən
daşı - daşı, kötücənçin, o qüruru
....... sabahda, sən.
74
DÖNMƏZİN İNAM 1996/01/25
Ürəkdən ürəyə, getdin, ...və getdin
gəzdin, zaman- zaman; ucalıqları
- durdun, tarixlərin üfüqlərində
aldın zamanları,...... yenə yeridin
verdi qaynarlığı, qanlara; şövqün
- canlarda, bir yeni yer açdı eşqin
volkanlı könüllər mülkünü aldın
.....sınmaz, iradəndə;
sönməzin od olaq, dönməzin inam
bitir...bitir..., itgin dərdini; məndə
açaraq qol- qanad, calanım səndə,
yetirim, paylayım ulduzlarına
.............onlar, atəş açsa; doğular səhər
deyərəm: zülmətsiz uğrumda, dur gəz
hər ulduz, bir günəş
- hər günəş, bir Bəz
75
UZUN SƏFƏR 1989/12/12
Gecə gözü hardayamsa:
bir qurtumluq nəfəs ara
- ayağımı dərə- dərə, uzun səfər başlamışam.
bu keçiddə, baxımım; bir dalayıdır
......istəklərim; dəniz- dəniz
mən; kiməmsə,
eşidirəm zaman səsin, körpələrin həvəsində!
izləyirəm gələcəyi, gedişlərdə
yaşayıram, ataların röyasında
qoçaqların qıyhasında
gecə gözü hardayamsa:
məzlumların, harayında görsənərək,
qocaların, ürəyində diksinirəm
daşıyıram gözlərimdə,
qazamatlar qoltuğunda, dəxil düşən
niyazları- arzuları
mən; kiməmsə, tam külilə, içi dolu qocalığam
qızışıram öz közümdə, səssiz .............. səssiz.
76
ALINMAZIN UCALIQ 1996/01/25
Onlar;
alınmazın ucalıqdılar!
onlar;
ürəkdilər, eşqə- niyyətə
inanın, .... inanın, bu həqiqətə.
ölümü; dananlar, o ölməzinlər
bu gün, oyaqdılar qeyrətimizdə
ölümü; öldürən, ürəyimizdə
onların; közüdür,
.... eşqin, atəşi
yaşamı güldürən həyatımızda,
onların səsidir
.... eşqin nəğməsi
inanın, ..... inanın, bu həqiqətə.
dünənlər;
bu günün addımlarıyla, döyünür
qonuşsun gələcəyizlə
kökünü istəsən aydınlayasan
bütün zamanlarda, özünü izlə.
77
ƏBRƏŞTƏVEYM 1996/02/24
Əyləşmişdi vüqarında Əbrəştəveym
Ucalığı;
gizlətmişdi öz içində dərinliyin
yad gözündə, oxunmasın
qaşqabağı, yayılmışdı ormanlara
bədnəzərlər gözlərinə toxunmasın
.... uduzmuşdu imanını, qarşısında, Əyon oğlu-( 14)
Əbrəştəveym: gecələri;
ulduz- ulduz yeriyərdi ürəklərin səmasında
- gündüzləri;
dodaqlarda, nəğmə- nəğmə; oynayırdı
..... gül- çiçəklər qanadıyla, ətək- ətək,
alırdı gül, satırdı gül
əyləşmişdi vüqarında, El namusu
kənarında; yaz ordusu, ehtişamlı qulluqçusu
Əbrəştəveym, ilham dağı
......................... el dayağı.
Dostları ilə paylaş: |