Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   2   3   4   5   6   7   8   9   ...   19

7

  

  №4  |  OKTYABR 



2013

göstərməyən müəssisə” əsasında zərərləri ödəyə bilən 

kapitaldır. II dərəcəli kapital ilk öncə zərərləri ödəyəcək 

əlavə kapitaldır, lakin çətin vaxtlarda bankı fəaliyyətdə 

saxlamağa qadir deyil. 

Leverec əmsalı bankda mövcud olan kapital məbləği 

üçün bankın balansının həddən artıq borclu olması ris-

kini azaltmaqdan ötrü tətbiq olunan vasitədir. Leverec 

əmsalı bankın I dərəcəli kapitalının balans aktivlərinə 

və  balansdankənar  öhdəliklərə  nisbətini  təmsil  edir. 

Leverec  əmsalı  8%  kimi  müəyyən  edilib,  lakin  Bazel 

III qaydalarına müvafiq şəkildə cari olaraq o, 3% kimi 

qiymətləndirilir. 

Aktivlər mümkün zərərlərə müvafiq olaraq ölçülür. 

Bank aktivlərinin bu formada ölçülməsi banklara kredit 

risklərinin  idarə  edilməsində  yardım  edir.  Həqiqətən 

də,  bankların  kredit  riskləri  mümkün  zərərləri  və 

gözlənilməyən  zərərləri  müəyyən  etməklə  hesablanır. 

ARMB-ın “Bank aktivlərinin təsnifləşdirilməsinə dair” 

qaydaları banklar üzərində bu qaydalar əsasında təmin 

edilmiş  təsnifləşdirməyə  əsasən  müvafiq  müddəalar 

vasitəsilə bank kreditlərinin gözlənilən zərərlərini əhatə 

edən tələblər qoyur. 

TЯШk

İlaTı sTrukTur TЯdBİrlЯrİ

Bankın  treydinq  fəaliyyətinin  tənzimləyici  bir 

məqam  olaraq,  kommersiya  və  investisiya  banklarını 

ayırmaq  kimi  təşkilati  struktur  məhdudiyyətlər  və 

bankın əmlakı ilə treydinq fəaliyyətini həyata keçirmə 

və  müştərilərin  aktivlərinin  treydinq  fəaliyyəti  üzrə 

tənzimləyici  və  məhdudlaşdırıcı  tədbirlərinin  tətbiq 

olunması qlobal arenada müzakirə olunur (misal üçün, 

Bazel  III  çərçivəsi,  Maliyyə  Sabitliyi  üzrə  Şuranın 

hesabatları). 

Azərbaycan  Respublikasında  belə  tənzimləyici 

tədbirlər  çox  da  diqqət  mərkəzində  deyil,  bu,  əsasən, 

bazarda  investisiya  banklarının  fəaliyyətlərinin  və  ya 

mürəkkəb maliyyə vasitələrinin olmaması səbəbindən 

irəli gəlir. Buna baxmayaraq, belə fəaliyyətlərin çərçivəsi 

təhlil edilməlidir. 



Bankın Treyd

İnQ fЯalİyyЯTİ

Treydinq  fəaliyyəti  o  məqamda  maraqlıdır,  ki 

o,  bankı  likvidlik  ilə  təmin  etmək,  ya  kredit  riskini 

ötürmək,  ya  da  hər  ikisi  üçün  bir  vasitə  kimi  istifadə 

edilir.  “Banklar  haqqında”  Azərbaycan  Respublikası 

Qanunu  Azərbaycanda  banklara  əmlak  və  ya 

əmanətçinin  (müştərinin  aktivləri)  qiymətli  kağızlar 

və  ya  digər  maliyyə  vasitələri  ilə  sövdə  etməsinə  im-

kan  verir.  Sövdələşən  maliyyə  vasitələrinin  siyahısına 

səhmlər,  istiqrazlar,  digər  borc  öhdəlikləri,  notlar  və 

repo  əməliyyatlar,  törəmə  qiymətli  kağızlar  və  digər 

qiymətli  kağızlar  daxildir.  “Banklar  haqqında”  Qa-

nun  çərçivəsində  banklara  törəmə  qiymətli  kağızlarla 

əməliyyatların  həyata  keçirilməsinə  icazə  verilir. 

Banklar  qiymətli  kağızlar  bazarı  çərçivəsində  broker 

fəaliyyəti ilə məşğul ola bilərlər. 

Öz  əmlakı  ilə  treydinq  fəaliyyətinə  əsasən  hecinq 

və  ya  möhtəkir  məqsədləri  üçün  öz  kapitalından  və 

balansından  istifadə  etməklə  bankların  alqı-satqı 

fəaliyyətinin həyata keçirilməsidir. Bununla yanaşı, trey-

dinq fəaliyyəti banklara likvidliyinin idarə olunmasında 

yardım  edir.  ARMB-ın  “Risklərin  idarə  olunmasına 

dair”  Qaydalar  çərçivəsində  hecinq  risklərin  idarə 

olunması vasitələrindən biri kimi təqdim olunur. Buna 

baxmayaraq,  hecinq  və  likvidlik  məqsədləri  ilə  trey-

dinq arasında fərq qoyulmalıdır. Öz mülkiyyəti ilə trey-

dinq fəaliyyəti daha çox likvid aktivlərin əldə edilməsi 

məqsədini daşıyır. 



Hec

İnQ

Balansda  həddən  çox  kreditlərin  saxlanılması 

banklar üçün həmin kreditlər üzrə öz vəsaiti hesabına 

mümkün  zərərlərin  ödənilməsi  üçün  məqsədli 

ehtiyatların  yaradılmasına  görə  yüklü  gəlir.  Bundan 

başqa,  ARMB-ın  “Kapitalın  adekvatlığı”  Qaydaları 

çərçivəsində  bankın  aktivləri  risk  dərəcələrinə  uyğun 

ölçülür və beləliklə də, banklara balansda həddən çox 

kreditlərin  saxlanmasına  imkan  verilmir.  Bundan  irəli 

gələn bankların ixtiralarından biri hecinq kimi risklərin 

idarə edilməsi vasitəsinin icra edilməsi idi. 

Risklərin hecinqi həmin riskin mənbəyinin satılması 

ilə  icra  olunur  və  riskin  aradan  qaldırması  ilə  yox, 

risklərin ötürülməsi ilə nəticələnir. Hecinq kimi vasitə 

sadəcə  risk  mənbəyinin  satılması  ilə  deyil,  həmçinin 

həmin  riski  digər  bazar  iştirakçısına  ötürməklə  riski 

bazar  daxilində  saxlamaqla  nəticələnir.  Bunun  üçün 

də  fərqli  ödəmə  tarixli  istiqrazlar  üzrə  qiymətlər  və 

ya  indekslərdə  hərəkətlər  nəticəsində  qarşı  tərəf  üzrə 

risk  daşıyan  hecinq  əməliyyatları  həmin  riski  özündə 

əks  etdirir.  Hətta  hər  hansı  səciyyəvi  və  mümkün 

olan  zərərlərə  dair  sığorta  vasitəsi  qarşı  tərəfin  ris-

kini  özündə  daşıyır.  Beləliklə,  bankların  treydinq  və 

ya  hecinq  əməliyyatları,  hətta  likvid  aktivlərinin  cəlb 

edilməsi  ilə  nəticələnərsə,  digər  risk  növlərinin  əmələ 

gəlməsi labüddür. 

Bankların  ixtiralarından  biri  da  kreditlərin 

balansdankənar  saxlanması  ilə  nəticələnən  qeyri-

işlək  və  ya  təhlükəli  kreditlərin  qiymətli  kağızlara 

çevrilməsi  (sekyuritizasiya)  idi.    Qeyri-işlək  və  ya 

təhlükəli  kreditlərin  qiymətli  kağızlara  çevrilməsi 

modelində  həmin  kreditlər  paket  halına  salınır  və  is-

tiqrazlar və ya digər qiymətli kağızlar şəklində satılır. 

İstiqrazlar borc vasitələridir və bankın öhdəliyi sayılır. 

Nəticədə  banklar  kredit  risklərinin  nəticəsi  olan,  bal-

ansda saxlanılan mümkün zərərlərin ödənilməsi üçün 

yaradılan  ehtiyatları  balansdankənar  saxlanılan  qarşı 

tərəf üzrə risklərin nəticəsi olan şərti öhdəliklər ilə əvəz 

edir.  Qarşı  tərəfin  ödənişləri  həyata  keçirməməsi  riski 

həmişə belə vasitələr daxilində öz əksini tapır. 

Banklar  öhdəliklərini  belə  öhdəliklər  Beynəlxalq 

Maliyyə  Hesabatları  Standartları  altında  onların 

həyata  keçirilmə  mümkünlüyü  məlum  deyilsə  və  ya 



Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə