Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   2   3   4   5   6   7   8   9   ...   30

qaydada  qarşılıqlı  əməkdaşlıq  əsasında  müvafiq  filialın  və  ya  nümayəndəliyin  fəaliyyəti  üzərində 

nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.  

11.7.  Xarici  filialını  və  ya  nümayəndəliyini  açan  yerli  bank  onların  yerləşdiyi  ölkədə  müvafiq 

icazə  aldıqdan  sonra  bu  barədə  maliyyə  bazarlarına  nəzarət  orqanına  5  təqvim  günü  müddətində 

yazılı bildiriş göndərməlidir.  

 

Maddə 12. Xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazənin alınması  

12.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  icazəsi  olmadan  xarici  bank  Azərbaycan 

Respublikasında nümayəndəliyini aça bilməz.  

12.2.  Xarici  bank  yerli  nümayəndəliyini  açmağa  icazə  almaq  üçün  maliyyə  bazarlarına  nəzarət 

orqanına  ərizə  ilə  müraciət  etməlidir.  Müraciətə  leqallaşdırılmış  aşağıdakı  sənədlər  əlavə 

edilməlidir:  

12.2.1.  bankın  nizamnaməsinin  və  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  orqanının 

qərarının surəti;  

12.2.2.  nümayəndəliyin  yaradılması  və  ləğv  edilməsi  haqqında  qərarı  qəbul  edən  səlahiyyətli 

idarəetmə  orqanı  göstərilməklə,  bank,  onun  təşkilati  strukturu  və  idarəetmə  orqanları  haqqında 

məlumat;  

12.2.3.  bankın  mühüm  iştirak  paylarının  sahiblərinin  onlara  məxsus  səsli  səhmlər  payı 

göstərilməklə siyahısı;  

12.2.4. bankın son  maliyyə  ili üçün auditor  yoxlamasından keçmiş  maliyyə  hesabatı  və auditor 

rəyi;  

12.2.5. nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi;  



12.2.6. 

nümayəndəliyin 

inzibatçılarının 

peşəkar 


keyfiyyətləri 

və 


təcrübəsi, 

habelə 


məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış;  

12.2.7. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər.  

12.3. Maliyyə bazarlarına nəzarət orqanı müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və ya 

çatışmazlıqlar  müəyyən  etdikdə,  onlar  haqqında  banka  10  təqvim  günü  müddətində  yazılı  bildiriş 

göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları  aradan  qaldırmağı  təklif  edir.  Maliyyə  bazarlarına 

nəzarət  orqanı  müraciətdə  və  ya  ona  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar 

olmadığını  müəyyən  etdikdə,  banka  onun  müraciətinin  qəbul  edildiyi  barədə  10  təqvim  günü 

müddətində  yazılı  bildiriş  göndərməlidir.  Həmin  müddətdə  maliyyə  bazarlarına  nəzarət  orqanı 

müraciət edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.  

12.4.  Xarici  bankın  nümayəndəliyin  açılmasına  icazə  alınması  üçün  təqdim  edilmiş  müraciətin 

qəbul edilməsi  barədə  bildirişin göndərildiyi gündən ən geci 60 təqvim günü  müddətində  maliyyə 

bazarlarına nəzarət orqanı bu Qanuna müvafiq olaraq, müraciətə baxır və müvafiq qərar qəbul edir. 

Hər  bir  halda  maliyyə  bazarlarına  nəzarət  orqanı  öz  qərarının  surətini  müvafiq  xarici  banka 

göndərir.  

12.5.  Xarici  bankın  nümayəndəliyi  dövlət  qeydiyyatına  alındıqdan  sonra  dövlət  qeydiyyatı 

haqqında  sənədin  surətini  və  ilkin  olaraq  təqdim  etdiyi  məlumatlarda  əhəmiyyətli  dəyişikliklərin 

olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra maliyyə bazarlarına nəzarət orqanı ona icazə 

verir.  


12.6. Xarici bankın yerli nümayəndəliyinə verilən icazədə nümayəndəliyin həyata keçirə biləcəyi 

işlərin xarakteri, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə 

alınması  üçün  müraciətin  rədd  edilməsi  və  ya  icazəyə  məhdudiyyətlər  daxil  edilməsi  haqqında 

qərarda bunun səbəbləri göstərilməlidir.  



 

Maddə  13.  Xarici  bankın  və  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  banklarına,  xarici 

bankın  yerli  filiallarına  lisenziya  verilməsi  üçün  və  xarici  bankın  yerli  nümayəndəliklərinin 

açılmasına icazə alınması üçün əlavə tələblər  

13.1.  Xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  banklarına,  xarici  bankın 

yerli  filiallarına  bank  lisenziyaları  və  xarici  bankın  yerli  nümayəndəliklərinin  açılmasına  icazələr 

yalnız maliyyə bazarlarına nəzarət orqanı ilə xarici bankın və ya xarici bank holdinq şirkətinin bank 




fəaliyyətini tənzimləyən və ona nəzarət edən xarici səlahiyyətli orqanlar arasında məsləhətləşmələr 

keçirildikdən  və  həmin  orqanlar  tərəfindən  banka  və  ya  bank  holdinq  şirkətinə  konsolidasiya 

edilmiş əsasda lazımi nəzarətin həyata keçirilməsi müəyyən edildikdən sonra verilir.  

13.2. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə bankına, xarici bankın filialına 

bank  lisenziyası  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  açılmasına  icazə  alınması  üçün 

müraciətə bu Qanunun 8-ci  və 9-cu  maddələrində göstərilən sənədlərdən  başqa  aşağıdakı  sənədlər 

də əlavə edilir:  

13.2.1.  xarici  bankın  törəmə  bankı,  filialı  və  ya  nümayəndəliyi  üçün  -  təsisçi  xarici  bankın 

yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanının  bankın  həmin  ölkədə  fiziki  və  hüquqi 

şəxslərdən  depozitlər  və  digər  qaytarılan  vəsait  cəlb  etmək  üçün  icazəsinin  olması,  habelə  həmin 

tənzimləmə  və  nəzarət  orqanının  banka  nəzarəti  həyata  keçirməsi  barədə  yazılı  bildirişi  və  bu 

orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, nümayəndəliyin açılmasına yazılı icazəsi;  

13.2.2.  xarici  bank  holdinq  şirkətinin  törəmə  bankı  üçün  -  bank  holdinq  şirkətinin  yerləşdiyi 

ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanının  bu  şirkətə  nəzarəti  həyata  keçirməsi,  bu  şirkətin 

fiziki  və  hüquqi  şəxslərdən  depozitlər  və  digər  qaytarılan  vəsait  cəlb  etməsi  üçün  həmin  ölkədə 

lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları idarə etməsi barədə yazılı bildirişi və 

bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi.  

13.3.  Xarici  bankların  və  xarici  bank  holdinq  şirkətlərinin  törəmə  banklarında  İdarə  Heyəti 

üzvlərinin,  xarici  bankların  yerli  filiallarında  isə  inzibatçılarının  ən  azı  biri  Azərbaycan 

Respublikasının vətəndaşları olmalıdırlar.  



Maddə 14. Bank lisenziyasının və ya icazənin verilməsi şərtləri  

14.1. Bankların və xarici bankların yerli filiallarının etibarlı və prudensial idarə olunmasını təmin 

etmək zərurəti nəzərə alınmaqla, bank lisenziyası bu Qanuna uyğun olaraq, yalnız aşağıdakı şərtlər 

gözlənildikdə verilir:  

14.1.1.  bankın  ilkin  nizamnamə  kapitalı  və  ya  xarici  bankın  yerli  filialının  ilkin  nizamnamə 

kapitalına  bərabər  tutulmuş  vəsaiti  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  ilkin  müraciətin 

təsdiq edildiyi zaman müəyyən edilmiş miqdardan az deyildir;  

14.1.2. mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin banka təsirinin onun 

etibarlı  və  prudensial  idarə  olunması  üçün  təhlükə  törədəcəyinə  əsaslar  verən  faktlar  məlum 

deyildir;  

14.1.3. bank  ilə  mühüm  iştirak payı olan  xarici  bank  və  ya  xarici  bank  holdinq şirkəti arasında 

münasibətlər  Maliyyə  bazarlarına  nəzarət  orqanının  və  Mərkəzi  Bankın  nəzarət  funksiyalarını 

həyata  keçirməsinə  mane  olmayacaqdır,  təsisçi  bankın  və  ya  bank  holdinq  şirkətinin  yerləşdiyi 

ölkədə  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  onlara  səmərəli  nəzarət  həyata  keçirilir, 

həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları maliyyə bazarlarına nəzarət orqanı ilə 

əməkdaşlıq edəcəkdir;  

14.1.4.  mühüm  iştirak  paylarının  sahibləri  olan  fiziki  şəxslər  və  hüquqi  şəxslərin  icra 

orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olduqda;  

14.1.5.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  inzibatçıları  bu  Qanunun  10-cu  və  müvafiq 

hallarda 13.3-cü maddəsinin tələblərinə cavab verir;  

14.1.6.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  daxili  idarəetmə  və  nəzarət  prosedurları 

adekvatdır;  

14.1.7. bankın  və  ya xarici  bankın  yerli  filialının  biznes-planı, o cümlədən  maliyyə proqnozları 

adekvatdır;  

14.1.8.  yerli  törəmə  bank  xarici  hüquqi  şəxsin  (xarici  bank  və  ya  bank  holdinq  şirkəti  istisna 

olmaqla) törəmə strukturu deyildir; 

14.1.9. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici bank və 

ya  xarici  bank  holdinq  şirkəti  törəmə  bankın  gələcək  öhdəliklərinin  ödəniləcəyinə  Azərbaycan 

Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;  

14.1.10.  xarici  bank  yerli  filialının  gələcək  öhdəliklərinin  lazımınca  və  vaxtında  ödəniləcəyinə 

təminat verir;  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə