Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

 

32 


Çayda  maksimal  sərflər  yüksək  dağlıq  zonalarında  qar  əriməsindən  və  intensiv  yaz-yay 

yağışlarından sonra formalaşır. 

    Kü

r çayının sağ qollarından Ağstafaçayın orta çoxillik sərfi -8,54; Tovuzçayın -050; Zəyəmçayın 



-

5,05;Şəmkirçayın -8,38; Gəncəçayın -4,06 m

3

/s təşkil edir. Bu çayların suyu, düzənlik ərazilərdə 



suvarmaya istifadə olunur. 

 

 



1.3.3.2  Ərazinin qısa geoloji xarakteriktikası 

    


Gəncə-Qazax  dağətəyi  düzənliyin  geoloji  quruluşunda  Yura,  Təbaşir,  Paleogen,  Neogen  və 

Dördüncü dövr yaşlı çöküntülər iştirak edir. Mezozoy yaşlı süxürlar Kiçik Qafqaz dağ sistemində 

yayılaraq dağətəyi ərazidə bəzi lokal sahələrdə yer səthinə çıxır və düzənliyin əsas hissəsində  yer 

səthindən  1000-1250m  dərinlikdə  rast  gəlinir.  Düzənliyin  cənubi-şərq  hissəsində  yer  səthinə 

Paleogen  və  Neogen  yaşlı  süxurların  çıxışları  var.  Bütün  bu  süxurlar  düzənlik  boyu  daha  cavan 

Dördüncü dövr yaşlı süxurlarla örtülmüşdür. 



 

    Yura sistemi 

tədqiqat sahəsində orta Yura ilə təmsil olunur və bu yaşlı süxurların litoloji tərkibi 

vulkanik  porfirit,  onların  tufları,  tufobrekçiyaları,  tuflu  qum  daşları,  kvarslı  porfiritlər  və  onların 

tuflarından ibarətdir. Yura çöküntülərinin qalınlığı 1500-2000 m-ə çatır. 



 

    

Təbaşir sistemi alt və üst şöbələri ilə təmsil olunaraq əsasən Kiçik Qafqazın dağətəyi zonasında 

geniş yayılmışdır. Alt Təbaşirin bat və bayos yaşlı süxurları boz qumdaşlı əhəngdaşlarından təşkil 

olunmuşdur. Üst Təbaşir Senoman, Turan, Konyak, Santon, Kampan və  Maastrixt mərtəbələri ilə 

təmsil  olunur.  Süxurların  litoloji  tərkibi,  qumdaşları,  əhəngdaşları,  tuflar,  tuflu  brekçiyalar, 

porfiritlər, tufoqravellitlər, tufoalevrotitlər, konglamerat, merqeller və s. ibarətdir. Süxurlar müxtəlif 

dərəcəli çatlılığa malikdir. Dərinliyə getdikcə çatlılığ dərəcəsi azalır. 

 

    Paleogen sistemi 

eosen və olivgesen-alt miosen şöbələri ilə təmsil olunur. 

 

    


Orta  eosen  çöküntülərinin  litoloji  tərkibi  əhəngdaşlı  qumdaşlarından  və  gillərdən  ibarət  olaraq 

qalınlığları  150  metrdir.  Gəncə  şəhəri  və  Şəmkir  rayonunun  Könüllü  kəndi  yaxınlığında  quyu 

vasitəsi  ilə  275  m  qalınlığında  Eosen  süxurları  açılmışdır.  Ağstafaçayın  dərəsində  aşkar  edilmiş 

eosen çöküntüləri litolji tərkibcə porfirit, tuf, tuflu brekçiya və tuflu qumdaşlarından ibarətdir. 

 

    Oligosen-



alt  Miosenin  (Maykop  Svitasi)  yer  səthinə  çıxışı  qeydə  alınmamışdır.  Neft  quyuları 

vasitəsi  ilə  Gəncəçayın  qərbində  155-520m  dərinlikdə  açılmış  oligasen-alt  Miosen  çöküntüləri 

əsasən qara-boz rəngli gil, qumdaşı laycıqları və mergellərdən ibarətdir. 

 

    Neogen sistemi 

Ağcagil  və  Abşeron  mərtəbələri  ilə  təmsil  olunur.  Gəncə-Qazax  düzənliyində 

demək olarki, bütün ərazi boyunca yayılan Ağcagil çöküntüləri 100m-dən çox qalınlığa malik bazalt 

konglomerat, qumdaşları, gil, çaqıl və çınqıllardan ibarətdir. Ərazidə dəniz və kontinental mənşəli 

Ağcagil çöküntülərinə rast gəlinir. 

 

    


Abşeron mərtəbəsinin süxurlarına Ağcagil mərtəbəsinin süxurları yayılan ərazilərdə rast gəlinir. 

 

    



Abşeron  mərtəbəsinin  süxurları  da  dəniz  və  kontinental  mənşəlidir.  Nisbətən  zəif  sululuğu  ilə 

səciyyələnən Abşeron mərtəbəsinin çöküntülərinin litoloji tərkibi, əhəngdaşları, boz və boz-yaşımtıl  

gil və qum laycıqlarından ibarətdir. 

 



 

33 


    

Dördüncü  dövr  yaşlı  çöküntüləri  Gəncə-Qazax  düzənliyində  bütün  ərazi  boyunca  yayılaraq 

allüvial, allüvial-

prolüvial və allüvial-prolüvial-delüvial mənşəli kontinental çöküntülərdən ibarətdir. 

Ərazidən  axan  çayların  gətirmə  konuslarının  yuxarı  hissələrində  araları  qumla  və  çay  daşları  ilə 

dolmuş  çağıllar,  orta  hissələrdə  iri  dənəli  süxurların  nisbəti  azalır,  gilli  təbəqələr  əmələ  gəlir  və 

vahid sulu horizont kompleksini grunt və dörd təzyiqli sulu horizontlara ayırırlar. 

 

    Tektonik 

cəhətdən Gəncə-Qazax dağətəyi düzənliyi Kür meqasinklinoruyasinin tərkib hissəsidir. 

Kür meqasinklinorıyası öz növbəsində Böyük və Kiçik Qafqaz meqaantiklinoriyaları arası ərazidə 

yerləşir.  Düzənlik  Kür  meqasinklinoriyasının  şimali-qərb  hissəsində  yerləşir.  Bu  vilayət  Somxit-

Qarabağ  antiklinoriy  sisteminə  daxil  olur  və  çoxsaylı  antiklinal  və  sinklinal  qırışıqlardan  təşkil 

olunmuşdur  

    

Bu qırışıqların səciyyəvi xüsusiyyətləri onların kifayət qədər (100 km-ə qədər) uzanmasıdır. 



 

    


Belə  uzanma  onların  çox  hissəsində  lokal  qalxımların  əmələ  gəlməsinə  səbəb  olur.  Belə 

qırışıqlardan Bozdağ və Duzdağ antiklinal qalximları əmələ gəlir. 

 

 

Şəkil 1.6 Qazax- Gəncə regionunun geoloji xəritəsi   (legenda Cədvəl 1.12-də verilir) 

 

Cədvəl  1.12 

Qazax- 


Gəncə regionunun geoloji xəritəsnin legendası 

(Şəkil 1.6) 



Müassir Dövr 

Alluvium 



Yuxarı Rüb 

Diluvium, Proluvium 



Xvalin Dövrü 

Kürün Terrası 



Xvalin, Xəzər Mərhələsi  

Diluvium-Proluvium- Alluvium 



Xəzər Mərhələsi  

Kürün Terrası 



Qorqan Horizonu  

Diluvium, Proluvium, Alluvium 



Qorqan Horizonu 

 

Göl Çöküntüləri 



Qorqan Horizonu 

 

Qeyri Sabit Kontinental-

Dəniz Çöküntüləri 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə