Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

 

34 




Qorqan Horizonu 

 

Kürün Terrası 

10 

Bakı Mərhələsi  

Diluvium, Proluvium, Alluvium 

11 

Bakı Mərhələsi 

 

Qeyri Sabit Kontinental-

Dəniz Çöküntüləri 

12 

Bakı Mərhələsi 

 

Kürün Terrası 

13 

Abşeron Mərhələsi  

Kontinental-

Dəniz Çöküntüləri 

14 

Ağcagil Mərhələsi  

Dəniz Çöküntüləri

 

15 

Bölmələri Olmayan Miosen Dövrü 

Dəniz Çöküntüləri

 

16 

Oliqosen,  Orta  Miosenin  Aşağı  Hissələri 

Dövrü 

Maykop Lay Dəstəsi, Gil Və Qumdaşları 

17 

Eosen Dövrü Dövrü 

Foraminifer

al  Laylar,  Gillər,  Mergel  (Gil  Və 

Əhəngdən Ibarət Çöküntü Süxur), Qumdaşları 

18 

Yuxarı Təbaşir, Maastrixt Dövrü 

Əhəngdaşı 

19 

Yuxarı Təbaşir Dövrü 

Əhəngdaşı,  Mergel  (Gil  Və  Əhəngdən  Ibarət 

Çöküntü Süxur) 

20 

Yuxarı Təbaşir, Yuxarı Turoniyan Dövrü 

Torf, Qu

mdaşları, Gillər 

21 

Yuxarı Təbaşir, Aşağı Turoniyan Dövrü 

Vulkanoloji Seriyalar 

22 

Yuxarı Təbaşir, Senoman Dövrü 

Qumdaşları, Gillər, Əhəngdaşı 

23 

Yuxarı Və Aşağı Təbaşir, Senoman Dövrü 

Albukerk

Vulkanoloji Çöküntü Seriyaları 

24 

Orta Yura, Batoniyan Dövrü 

Vulkanoloji Seriyalar 

25 

Orta Yura, Bayos Dövrü 

Kvarslı  Porfirlər  (Tikinti  Işlərində  Işlədilən 

Vulkanik Süxurlar) Və Tuflar 

26 

Orta Yura, Orta Və Aşağı Bayos Dövrü 

Vulkanoloji Seriyalar 

27 

Mezozoy Dövrü  

Parçalara ayrılmamış 

28 

Kembri Və Kembridən Öncəki Dövr 

Qarantlar, Qarandroidlər və Droitlər 

 

1.3.3.3 Hidrogeoloji Şərait 



 

       


Düzənlik  ərazisində  300-400  metr  dərinliyə  qədər  5  sulu  horizont  (qrunt  və  4  təzyiqli  sulu 

horizont) aşkar edilmiş və öyrənilmişdir. 



       

Qrunt suları horizontu ərazinin hər sahəsində inkişaf tapıb və onun yatma dərinliyi dağətəyi 

bölgədə 70-98m arasında olmaqla Kür çayına doğru və bəzi yerlərdə bulaqlar şəklində yer səthinə 

çıxırlar. Qrunt su səviyyəsinin mütləq qiyməti 713-37 m, mailliyi 0,050,04, adətən 0,05-0,013-dür. 

Sulu süxurlar araları qumla və çaydaşları ilə dolmuş çaqıllardan təşkil olunmuş, süzülmə əmsalları 

49,9  m/günə  çatır,  effektiv  qalınlıqları  isə  5,5-185,2 m-dir.  Onlara  çoxlu  kəhrizlər  qazılmış  və 

bəzilərinin sərfi 10-50 l/s-yə çatır, bir çoxu indi də su təchizatı mənbəyidir. Quyular vasitəsilə bir 

neçə litrdən 32,7l/s qədər su alınıb. 

      

Birinci  təzyiqli  sulu  horizont  kontinental  dördüncü  dövr  çöküntülərinin  orta  hissəsinə  aid 

olmaqla,  ərazinin  şimali-şərqində  gətirmə  konuslarının  orta  və  kənar  hissələrində,  Ağstafaçay  və 

Tovuzçayın gətirmə konuslarının yuxarı hissələrində, hətda dağətəyi bölgədə də aşkar edilib. Digər 

tərəfdən Gorançay və İncəçayın gətirmə konuslarının orta hissələrində ona rast gəlinir. 

Horizontun  tavanı  19,3-218  m  dərinliklərində  açılıb  və  ən  böyük  dərinlik  gətirmə  konuslarının 

yuxarı, ən kiçik isə kənar hissələrini təvafüq edir. Onların pyezometrik səviyyəsi çox yerlərdə yer 

səthinə 80 m dərinlikdə, bəzi sahələrdə isə 6-14 m, bəzən +32 m yuxarıda yerləşərək, özüaxar olur. 

Pyezometrik 

səviyyənin  mütləq  qiyməti  ilkin  kəşfiyyat  məlumatlərına  görə  441-33,8  m  arasında 

Kürə doğru azalır,maillik isə 0,05-0,04 arasında dəyişir. Sulu süxurlar qrunt suları ilə eynilik təşkil 

edir  və  onların  effektiv  qalınlığı  2,6-97,3  m,  süzülmə  əmsalı  0,04-105,9 m/gündür. Quyular 

vasitəsilə 0,04-57 l/s (özüaxar da) su alınmış və xüsusi sərf 0,02-8,7 l/s.m olmuşdur. 



     

İkinci  təzyiqli  sulu  horizont  dördüncü  dövrün  kontinental  təbəqəsinin  aşağı  hissəsinə 

məxsusdur  və  gətirmə  konuslarının  ancaq  orta  kənar  hissələrində,  birinci  horizonta  nisbətən  az 

sahədə  yayılıb. Horizontun tavanı 68,5-192 m dərinliklərdə açılıb. Onun dərinliyi ərazinin şimali-

qərbində cənubdan şimala doğru artır və ən böyük Kürün solunda, Qarayağı düzündə aşkar edilib. 

Düzənliyin  orta  hissəsində  Tovuzçay-Qoşqarçay  çayarası  sahədə  horizontun  tavanının  açılması 



 

35 


dərinliyinin müəyyən qanunauyğunluğu müşahidə edilmir. Qalan sahələrdə dərinlik  yeraltı suların 

hərəkəti istiqamətində kürə doğru azalır. Quyularda su səviyyəsi yer səthindən aşağı -80,7 m-ə qədər 

və +13,7 m-ə qədər  yuxarı olur. Mütləq səviyyə qiyməti -373,7-33,8 m, mailliyi 0,028-0,002-dir. 

Sulu süxurlar qumlu 

çaqıllardan  (gətirmə  konuslarının  orta  hissələrində)  və  qumlardan  ibarətdir, 

effektiv qalınlıqları 3-200 m, süxurların süzülmə əmsalı 0,5-55,6 m/gündür. 

     Quyulardan 0,28-

25 l/s, ən yüksək sərf özüaxar vaxt alınmışdır. Xüsusi sərf  0,04-3,13 l/s.m-dir. 



      

Üçüncü  (Abşeron)  təzyiqli  sulu  horizont  ikinci  sulu  horizontun  inkişaf  etdiyi  sahələrdə 

formalaşır (Kürün sol sahili və İncəçayın gətirmə konusu istisna olmaqla) bu horizontu təşkil edən 

süxurlar da kontinental mənşəllidirlər və onun tavanı 120-283 m dərinliklərdə açılıb. Pyezometrik 

səviyyəsi  yer  səthindən  23,9  m-ə  qədər  aşağı    2,2  m-ə  qədər  yuxarıda  yerləşir.  Mütləq  səviyyəsi 

357-38,5 m, mailliyi 0,014-0,005-

dir. Sulu süxurlar əsasən qumlardır. Bəzi sahələrdə çaqıl-çınqıllar 

da mövcuddur. Onların effektiv qalınlığı 4,5-44,7 m, süzülmə əmsalı 0,5-16,2 m/gündür. 

      

Dördüncü  (ağcalıq)  təzyiqli  sulu  horizont  yuxarıdakı  horizontlara  nisbətən  az  sahəni  əhatə 

edir.  Düzənliyin  şimali-qərbində  bu  horizont  təkcə  Kür  ətrafı  sahədə  quyularda  açılıb  və  dəniz 

mənşəli süxurlara məxsusdur. Onların üzərində kontinental mənşəli süxurlar yatır. Ərazinin cənubi-

şərqində kontinental mənşəli süxurların aşağı hissələri də ağcaqıla aid edilir. Burada sulu hprizontun 

yayıldığı  sahə  genişlənir  və  Gorançayın  bütün  gətirmə  konusunu  əhatə  edir.  Həmin  yerdə  bu 

horizont qrunt sularından sonra rast gəlinən birinci təzyiqli əsas sulu horizont olur. Onun tavanı 36-

284 m dərinliklərində açılır, pyezometrik səviyyəsi yer səthindən 32,2 m aşağıda və bəzi sahələrdə 

+24,  m  yuxarıda  qərarlaşır,  mailliyi  0,02-0,006,  mütləq  səviyyəsi  isə  446-63,4  m  arasında 

dəyişməklə  Kür  çayına  doğru  azalır.  Sulu  süxurlar  ərazinin  şimali-qərbi  və  mərkəzi  hissəsində 

qumlardan,  cənubi-şərqində  isə  -  araları  qumla  dolmuş  çaqıl-çınqıllardan  və  qumlardan  ibarətdir. 

Horizontun effektiv qalınlığı düzənliyi şimali-qərbində 87 m-ə çatır. Buruq quyularında suyun sərfi 

0,48-


36,8 l/s, xüsusi sərfi – 0,04-3,06 l/s.m-dir. Sulu süxurların su keçirmə əmsalı ərazinin şimali-

qərbində 10 m/günə qədər, cənubi şərqində isə 0,9-36,7 m/gün təşkil edir. 

       

Qeyd etmək lazımdır ki, ərazi boyu yuxarıda təsvir edilən sulu horizontlar arasında regional su 



keçirməyən  təbəqənin  hər  yerdə  böyük  qalınlığa  malik  olması  və  bəzi  yerlərdə  onların  yuyulub 

aradan çıxması  

      

Sulu  horizontlar  arasındakı  sıxı  hidrodinamiki  və  hidrovliki  əlaqənin  olmasına  zəmin 



yaratmışdır.  Elə  bu  səbəbdən  də  bütün  bu  horizontlara  birləşmiş  sulu horizontlar kompleksi kimi 

baxmaq  məqsədyönlüdür.  Bu  kompleksin  effektiv  qalınlığı  3-179  m,  çox  sahədə  isə  50-100 m 

arasındadır.  Süxurların  sukeçiriciliyi  bir  neçədən  2550  m

2

/gün daha tez-tez 20-1700 m



2

/gündür. 

Dağətəyi  bölgədə  sukeçiricilik  əmsalı  adətən  100-200 m

2

gün,  yeraltı  su  axını  istiqamətində 



artaraq,gətirmə konsullarının orta hissələrində 1000-2000 m

2

/gün və konuslar arası çökəkliklərdə isə 



100-1000 m

2

/günə qədər olur. Ən böyük sukeçiriciliyi kiçik ərazilərdə Cəyirçayın, İncəçayın  və s. 



gətirmə konuslarında rast gəlinir. 

Yeraltı sular ərazinin əksər hissəsində şirin və az minerallaşaya (0,2-4,8 q/l) malikdir, lakin 

cənubi-şərqdə  doğru  minerallaşma  artaraq  10-20  q/l  və  daha  çox  olur.  Minerrallaşmanın  artması 

suyun kimyəvi tərkibinə görə tipinin də dəyişməsinə səbəb olur və o, hidrokarbonatlı kalsiumdan 

sulfatlı-hidrokarbonatlı,  hidrokarbonatlı-sulfatlı,  sulfatlı,  sulfatlı-xlorlu kalsiumlu-maqneziumlu  və 

natriumlu tipə qədər dəyişir. Bu istiqamətdə suyun codluğu da artir (21,6 mq ekv/l) və hətda Gəncə 

şəhəri ərazisində də o bir qədər normadan artıqdır. 

 

 

1.3.3. 4  Yeraltı su horizontu və komplekslərinin mühafizə dərəcəsi 

 

    



Azərbaycan  Respublikası  ərazisində  yeraltı  sulu  horizontların  və  komplekslərin  “  çirklənmə 

şəraiti ’’ və “ təbii mühafizə ’’ dərəcəsi regional hidrogeoloji tədqiqatlar zamanı zəif öyrənilmişdir. 

Həmin  istiqamətdə  problemlərin  araşdırılması  1980-ci  illərdə  Milli  Geoloji  Kəşfiyyat  Xidməti 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə