Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə17/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   13   14   15   16   17   18   19   20   ...   40

 

36 


tərəfindən  tematik  işlərdə  aparılmışdır.  Aparılmış  araşdırmalar  zamanı  məlum  olmuşdur  ki, 

Respublikanın  dağətəyi  düzənliklərində  (  o  cümlədən  Gəncə-Qazax  düzənliyində  )  yeraltı  sular 

çökmə  süxurlarında  intişar  tapmışlar  və  kəsilişdə  olan  süxurlar,  xüsusən  də,  qrunt  suları  olanlar 

yaxşı  sukeçiriciliyə  malikdirlər.  Digər  tərəfdən  qrunt  suları  əksər  sahələrdə  yer  səthindən  0-3 m 

dərinlikdə  qərarlaşdığından  onların  kimyəvi  çirklənmədən  təbii  mühafizə  şəraiti  yoxdur.  Təbii 

mühafizə şəraitini oynayan - “ ekran ” gil  və gilcələrin qalınlığı əksər sahələrdə 1-2 m təşkil edir və 

qrunt  sularının  çox  dərində  yerləşdiyi  (10-7m  və  çox)  dağətəyi  şleyfdə  və  çayların  gətirmə 

konuslarının  yuxarı  hissələrində  aerasiya  zonalarındakı  süxurlar  yüksək  sukeçiricilikli  çaydaşları, 

çağıl və qumlardan ibarətdirlər. Ona görə hər hansı çirkləndiricinin şaquli miqrasiyası və horizontal-

yəni sulu horizontla hərəkəti onun üçün ideal şəraiti yaradır. 

 

     


Ümumiyyətlə  Respublikanın  dağətəyi  düzənliklərində  yayılmış  qrunt  suları  çirklənmədən  təbii 

mühafizə  şəraitinə  malik  deyillər.  Təzyiqli  yeraltı  sular,  onların  sərbəst  yayıldığı  yerlərdə 

çirklənmədən şərti mühafizə şəraitinə malikdirlər. 

 

    Qazax- 



Gəncə regionunun hidrogeoloji xəritəsi şəkil 1.7 –də  yeraltı suların axım modulu   Şəkil 

1.8-


də və regionda yeraltı suların yerləşməsi şəkil 1.9-da verilir.  

 

 

Şəkil  1.7 Gəncə-Qazax regionunun hidrogeoloji xəritəsi 

 

 

 

 


 

37 


 

 

 

 

Şəkil 1.8 Yeraltı suların axım modulu:

 

 (1)  0,1 l/s/ km

2

-

dək 

 

 (2)  0,1-1,0 l/s/ km

2

-

arasında  

 

(3)1,0-10,0 l/s/ km

2

-

arasında

 

(4)  10,0 l/s/ km

2



dən yüksək

 

(5) yeraltı su izoxətlərinin sərhəddi.

 

 

 

Şəkil 1.9 Gəncə-Qazax regionunda yeraltı suların yerləşməsi və dərinliyi   



 

    Allüvial-

prolüvial  düzənlik  şəraitində  yeraltı  və  yerüstü  sular  arasındakı  qarşılığlı  əlaqənin 

öyrənilməsi  su  təchizatı  və  suvarma  məqsədləri  üçün  onlardan  kompleks  istifadə  olunması  istər 

pozulmuş istərsədə pozulmamış (təbii) şəraitdə problemli məsələdir. 

 

    



Belə düzənliklərdə o cümlədən Gəncə-Qazax dağətəyi düzənliyində yeraltı suların formalaşması 

əsasən  çay  sularının  hesabına  baş  verir.  Bu  çaylar  düzənliyin  yuxarı  hissəsində  öz  suyunun bir 

hissəsini itirir və ya hamısını itirərək quruyur.  

 



 

38 


    

Dağ çayları (Ağstafaçay, Tovuzçay, Şəmkirçay, Gəncəçay və s.) öz axımlarının 46%-ə qədərini 

infiltrasiyada itirir. Yeraltı suların axını istiqamətində düzənliyin mərkəz hissələrində çay sularının 

filtrasiyası nisbətən azalsa da burada da yeraltı suların əsas qidalanma mənbəyi olaraq qalır. 

 

    


Azərbaycan  Respublikasının  dağətəyi  düzənliklərində  yeraltı  su  ehtiyyatlarının  orta  hesabla 

27,2%  çay  sularının  infiltrasiyası  hesabına  formalaşır.  İntensiv  suvarma  aparılan    sahələrdə 

magistral  kanallardan  sızmalar,  suvarma  sularının  infiltrasiyası  hesabına  23,2%  yeraltı  su  ehtiyatı 

formalaşır.  Bütövlükdə  Gəncə-Qazax  düzənliyində  yeraltı  su  ehtiyyatlarının  60%-ə  qədəri  çay 

sularının infiltrasiyası nəticəsində əmələ gəlir. 

 

     



Düzənlik  ərazisində  çay  sularından  suvarmaya  istifadə  prinsiplərindən  asılı  olaraq  yeraltı  su 

ehtiyyatlarının formalaşmasının 3 vəziyyətini qeyd etmək olar. 

 



Suvarmada  istifadə  olunan  çay  suyu  düzənlikdən  kənarda  axan  çaydan  və  yaxud da 



düzənlikdə yeraltı suların qidalanmasında rol oynamayan tranzit çaydan götürülür. 

 



Suvarmada istifadə olunan çay suyu təbii şəraiti pozulmamış ərazidə buradan axan çayın 

suyu hesabına kifayət qədər yeraltı su ehtiyyatı əmələ gətirir. 

 

-  Suvarmad



a  istifadə  olunan  çay  suyu  düzənlik  ərazisində  yeraltı  suların  formalaşmasında 

iştirak  edən  çaydan  kanal  vasitəsi  ilə  düzənlikdən  kənarda  götürülür.  Hər  üç  hal  düzənlik  üçün 

mövcuddur və hidrogeoloji şəraitdə aşağıdakılar baş verir. 

Birinci halda yeraltı suların qidalanma ölçüləri kifayət qədər artır, onların səviyyəsi sürətlə qalxır və 

kritik dərinliyə yaxınlaşır. 

 

 



    

İkinci halda yeraltı suların qidalanma sahələri dəyişir. Düzənliyin yuxarı hissəsində yerüstü sular 

kanallar  vasitəsi  ilə  götürülərək  onun  mərkəzi  və  periferiya  hissələrinə  verilir.  Burada  zəif  su 

keçiriciliyə malik gilli süxurlar daha çox inkişaf etmişdir. Ona görə də buxarlanma və transpirasiya 

proseslərinə suyun miqdarı çoxalır. Digər tərəfdən çay suyunun demək olar ki, hamısı suvarmaya 

s

ərf  olunur.  Belə  hallarda  konkret  sahələrdə  şəraitdən  asılı  olaraq  yeraltı  su  ehtiyatları  çoxalada 



bilər, azala da bilər. Üçüncü halda yeraltı su ehtiyatlarının qidalanması azalır. 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə