Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə78/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   73   74   75   76   77   78   79   80   81

kosmonavtlarla görüşdüyüm unikal məkanı göstərdim. Ancaq Leo-
nov özü bildiyi üsulla həmişə gəlişimdən xəbər tutur, digər kosmo-
navtlar da peyda olur: Volodya Lyaxov həyat yoldaşı Zina ilə, Tolya 
Berezovoy, Tolqat Musabayev, kosmonavtların yaşadığı digər qəsə-
bədə tez-tez qonaq getdiyimiz dostlarım Yeqorov, Strekalov, Titov, 
Kovalyonok,  Avdeyev  –  hamısının  adını  çəkmək  mümkün  deyil. 
ONLAR- kosmonavtlar mənim ikinci ailəmdir.


YEDDİNCİ
HİSSƏ
Bəşəriyyət Yer kürəsində əbədi qalmayacaq
 
Bəşəriyyət Yer kürəsində əbədi qalmaya-
caq, lakin işıq və məkanı təqib edərək, əv-
vəl qorxa-qorxa atmosferin xaricinə çıxa-
caq, sonra isə günəş sistemini bütövlüklə 
fəth edəcək.
K. Siolkovski



KOSMOSUN QOXUSU
O
nlarla görüşlərdən birində bir nəfər məndən  soruşdu: “Kos-
mosun qoxusu necədir?” Əvvəlcə sualı yersiz saydım.  Dü-
şündükcə xatırladım ki, Kosmosda xüsusi  iylər qammasına rast gəl-
dim. Müxtəlif iylər hər birimizi müşayiət edir, lakin, adətən, biz buna 
elə də böyük əhəmiyyət vermirik. Həyatımızı iylərlə təsvir etmək olar. 
Hər yaşanmış vəziyyət, hər hərəkət, peşə şəxsi qoxuya malikdir.
Kosmosun qoxusu məni ora aparan uzun yolun tacıdır. Hətta indi, 
neçə illər keçdikdən sonra, ulduzlu səmaya baxıb dərin nəfəs alaraq, 
məkanın ətrini hiss edirəm. Burada hər şey var: uşaqlığım, arzularım, 
sevinclərim, şübhələrim və qorxularım – Kosmosa aparan bütün yo-
lum.    
Bu yoldakı ilk qoxu birinci təyyarələrimi düzəltdiyim yapışqan və 
kağızın iyidir. Sonralar yeni başlanğıc mərhələsinin – uçan təyyarə mo-
delinin  düzəldilməsi  -  cökə  və  küknarın  xoş  ətri,  sümük  yapışqanın 
iyrənc qoxusu, aseton və lakın iyi var idi. Və əlbəttə ki, bütün digər 
modellərdə ötürücü rezinin qoxusu da mövcud idi. Gənəgərçək yağı 
və efir iyi isə daxili yanma mühərrikli modellərlə öz bacarığımı sınama-
ğım deməkdir. Həmin iylər hava limanım olan otların, çəmənliklərdəki 
saman və torfluğun xoş ətri ilə qarışırdı.    
Unudulmaz qoxunu tərəfimdən inşa edilmiş və quraşdırılmış, əllə 
işə salınan raket yaradırdı. İlk nüsxələr o zamanlar yandırıla bilə-
cək  şəkil  lent  rulonları  ilə  doldurulurdu  və  yanmış  sellüloid  iyi 
verirdi. Tanış fotoqrafdan aldığım bütün ehtiyatı istifadə etdikdən 
sonra  qara  tozu  yaratmağı  öyrəndim.  Bu  zaman  start  emosiyala-
rı  ilə  hidrogen-sulfidin  iyi  bir-birinə  qarışırdı.  Raket  qara  zolaq-
la iz qoyurdu və səmanın maviliyində itirdi. Son, artıq metaldan 
düzəltdiyim üçüncü nəsil raketlərimin ötürücüsü üçün xüsusi ma-
zut əsasında möhkəm qatışıqdan istifadə etdim. Əməlli-başlı part-
layış  məni  dəhşətə  gətirdi  və  iy  yadda  saxlama  qabiliyyətindən 
mərhum etdi, xoşbəxtlikdən ağlımı başımdan almadı. Bununla da 
raket modelləri ilə macəram bitdi.
Aviasiya  xəyalları  da  ətir  verirdi.  Sevimli  jurnalım  ”Qanadlar 
və mühərrik”, ”Qanadlı Polşa” və ”Cavan texnik” öz güclü çap bo-


220
YEDDINCI  HISSƏ
yasının  iyi  ilə  təxəyyülümü  oyadırdılar.  Yeni  nömrədə,  görəsən, 
hansı maraqlı məqalələr olacaq?
On üç yaşım olanda, ilk dəfə Varşavaya gəldim. Qardaşım Vladis-
lav Babitse hava limanında reaktiv təyyarələrinin qırıcı dəstəsində pilot 
və başçı idi. Onun mənzilinin iyi bizim Volovdakı evin qoxusundan 
fərqlənirdi. Bu günədək unudulmaz aviasiya ətrinə malik idi. Sanki gül 
dəstəsi idi – pilotun qara dəri gödəkçəsi, əlcəklər və şlem ətri verirdi. 
Bu,  məni  bütövlüklə  əhatə  edən  xəyallar  ətri  idi.  Maraqdan  parılda-
yan gözlərimi görən Vladek məni hava limanına dəvət etdi və orada 
təzahür, texniki möcüzə, həsrətində olduğum gümüşü reaktiv təyyarə, 
gerçək ”Miq 15” gördüm. Dilim tutuldu. Ona toxuna və ya heç olma-
sa bir az yaxın dura biləcəyimdən əmin deyildim. Bu, heyranedici idi. 
Özümü qeyri-adi hiss etdim. Vaxt keçdikdə, artıq pilot olandan sonra, 
təyyarəyə hər dəfə yaxınlaşdıqda həmişə bu xatirələr oyanırdı və bə-
dənimdə titrəmə olurdu. Kimsə kabinəyə daxil olmağı təklif etdi. Elə 
bildim ki, yuxudayam. Məhz bu zaman tayı-bərabəri olmayan sirli bir 
qoxu hiss etdim. Anladım ki, bu mənim həyatımın ətridir. Sanki ov-
sunlanmış kimi oturmuşdum, orada çoxlu alətlər, açarlar və dəstəklər 
var idi. Kimsə - artıq yadımda deyil kim – onların nə üçün lazım ol-
duğunu izah etmək istəyirdi, lakin sözlərin mənasını tuta bilmirdim. 
Aydın eşitdim: ”Bax, bu, xüsusi oksigen borusudur, yoxla”. Oksigen 
mənim üçün həyatverici nəyinsə təcəssümü idi. Qeyri-adi macəralara 
hazır idim. Təxəyyülüm mənə deyirdi ki, bu ”nə isə” badam, alma və 
ya gül ətri verəcəkdir. Borunu ağzıma tutdum. Birdən nə isə fısılda-
dı, çıkkıldadı və... rezin iyi hiss etdim. Çox məyus oldum. Həmin an 
heç təsəvvür də edə bilməzdim ki, bir neçə il sonra pilot olacağam və 
həmin iy məni daim müşayiət edəcək. İllər sonra uçuşa hazırlanaraq, 
maskanı  taxmamışdan  əvvəl  həmin  borudan  bir  udum  oksigen  alır-
dım. Bu üsulla pilot olduğuma görə taleyimə təşəkkür edirdim. Bu, çin 
olmuş cavanlıq arzumun ətri idi.    
Əminliklə deyə bilərəm ki, hətta indi, illər keçdikdən sonra gözü-
yumulu  maşınların  növünü  iylə  tanıya  bilərəm:  planer  lak,  ağac  və 
ağac  iyindən  ibarətdir,  porşenli  mühərriklə  işə  salınan  təyyarə  ben-
zin,  yağ,  lak,  rezin  və  pnevmatik  qurğudan  gələn  sıxılmış  havanın 
qeyri-aydın  şirintəhər  iylərinin  qatışığıdır.  Reaktiv  təyyarə  tamamilə 
fərqli iyə malikdir – metal, lak, neft, hidrol və... spirt, bəli, təyyarəni 
buzlamadan qoruyan və digər funksiyaları yerinə yetirən həqiqi spirt 
iyi var. Bu iybilmə üsulu ilə hətta kosmik gəmini də tanıya bilərəm. 
Lakin kimsə onun içinə biranlıq daxil olsa, heç bir qoxunu yadda sax-
lamayacaq, çünki bununla təəssüratlar, yaşananlar, sevinc və qorxular 
assosiasiya  edilməlidir.  Buna  inanmaq  çətindir,  çünki  Yer  kürəsində 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə