Beznazwy-1



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix28.06.2018
ölçüsü1,83 Mb.
#52283
1   2   3   4   5   6   7   8   9   ...   18

Füzuli  Qəzəllər 
16 
böyük  nemətlərdəndir.  Şair  dərin  və  orijinal  məcaz  yolu 
ilə  aşiqin  həqiqi  və  səmimi  məhəbbətini,  məşuqəyə  həs-
rətlə  can  atmasını,  sevgilisinin  etinasızlığı  ucbatından, 
cəfasından, hicran dərdindən əzab, iztirab çəkməsini təsvir 
edir.  Füzuli  qəhrəmanı  eşq  arzusu  ilə  yaşasa  da  yolunda 
ahlar  və  əfğanlar  çəkdiyi  sevgilisi  ilə  cismani  əlaqəyə  can 
atmır,  yara  qovuşma  vüsal  həsrətini  sakitləşdirsə  də, 
gözəlliyin, idealın vəsfindən, arzusundan əldə edilən zövqü 
yox  edir  və  nəticədə  məhəbbəti  məhv  edir.  Bu  səciyyə 
Füzuli  lirikasında  pərvanə  və  şam  metaforunda  aydın  şə-
kildə  görünür:  pərvanə  daima  şama  can  atır,  ətrafında 
fırlanır,  onun  işığı  ilə  yaşayır,  lakin  yaxınlaşdıqda  yanıb 
külə dönür.  
Füzuli  orta əsr intibah dövrünün mütəfəkkir, humanist 
ziyalısının  səciyyəvi  xüsusiyyətlərini  özündə  əks  etdirir, 
mövhümata qarşı müxalif mövqe tutur. Zəmanəsinin cahil-
liyi,  zülmü  və  digər  eybəcərlikləri  fonunda  Füzuli  haqqa 
can atan, var-dövlətə etinasız mütəfəkkir kamil insana səcdə 
edir.  Şairin  aşiqin  cəfa  və  əzabla  dolu  taleyindən  şikayət-
lənməsi şərq lirikası üçün səciyyəvidir. Lakin Füzuli qəhrə-
manını fərqləndirən xüsusiyyətlərdən biri odur ki, iztirab-
lardan, kədərdən qurtulmaq istəmir, əksinə bu dərdə daha 
artıq mübtəla olmağı arzu edir. Bu səciyyənin ədəbi inika-
sını şamın məcazında görürük: şam yalnız yanaraq işıq və 
istilik  verə  bilər.  Füzuli  qəzəlləri  gərgin  emosional  spiral 
üzərində qurulmuşdur: aşiqin əzabı nə qədər şiddətlidirsə, 
məhəbbəti də o qədər dərindir. Aşiqin eşq iztirabları onun 
duyğularının sadiqliyinə dəlalət edir. 
 


Fuzuli  Gazele 
17 
Gazele  Fuzuliego  są  poświęcone  przede  wszystkim  mi-
łości, która jest według niego podstawową wartością życia  
i  dążeniem  człowieka.  W  głębokich  i  często  nowatorskich 
przenośniach poeta opisuje prawdziwą i szczerą miłość uko-
chanego,  który  ciągle  pragnie  ukochanej,  cierpi  z  powodu 
jej obojętności, czy rozłąki z nią. Spragniony miłości nie dąży 
jednak  do  cielesnego  kontaktu  z  obiektem  swoich  wes-
tchnień, gdyż takie spotkanie zaspokaja, co prawda, poczu-
cie  niedosytu,  ale  nie  marzenia  o  ideale,  i  w  efekcie  zabija 
miłość. W poezji Fuzuliego dobrze widać to w metaforze ćmy 
i świecy: ćma ciągle krąży wokół świecy, żyje jej światłem, 
jednak jeśli się przybliży, to się spali.  
Fuzuli jest wyrazistym uosobieniem intelektualisty wcze-
snego  renesansu,  jest  humanistą.  Na  tle  ciemnoty,  tyranii  
i innych patologii ówczesnego społeczeństwa, Fuzuli nad-
zwyczaj  ceni  oświeconego  doskonałego  człowieka,  który 
dąży  do  poznania  prawdy  i  jest  wolny  od  pokus  mate-
rialnego świata. Narzekanie poety na okrutny i pełen cier-
pień  los  kochanka  jest  typowe  dla  wschodniej  literatury. 
Jednak  charakterystyczną  cechą  bohatera  Fuzuliego  jest 
to,  że  nie  ma  dosyć  smutku,  cierpienia,  wręcz  przeciwnie 
chce  pozostać  w  takim  stanie.  Literacką  oprawę  tego 
zjawiska  dobrze  widać  w  metaforze  świecy,  która  daje 
światło  i  ciepło  poprzez  spalanie  się.  Gazele  Fuzuliego  są 
zbudowane według napiętej emocjonalnej  spirali: im  bar-
dziej miłujący cierpi, tym bardziej kocha. O wierności uczuć 
zakochanego  świadczy  doznawany  przez  niego  ból  mi-
łosny.  
 


Füzuli  Qəzəllər 
18 
Füzuli  lirikasını  onun  fəlsəfi  və  mistik  baxışları  nöq-
teyinəzərindən  təhlil  etmək  lazımdır.  Şairin  hər  hansısa 
təriqətlə  bağlı  olması  elmə  məlum  deyil,  lakin  orta  əsr-
lərdə  şərq  ədəbiyyatında  mühüm  yer  tutan  sufi  fəlsəfəsi 
təsirindən  uzaq  qalmamışdır.  Zülmə,  haqsızlığa,  cahilliyə, 
zahiri  dindarliğa,  ehkamçılığa,  riyakarlığa,  rüşvətxorluğa, 
dövrünün  digər  eybəcərliklərinə  etiraz  edərək  şair  insanı 
mühitlə  əlaqəni  kəsməyə  ("mülki-təcrid"),  dünya  nemət-
lərindən,  xudbin  tamahdan  əl  çəkməyə  çağırır.  Şair  öz 
daxili aləminə qapanmağı üstün tutur, bu səbəbdən Füzuli 
lirikasında  dərin  tənhalıq  hissi  duyulur.  Şairə  görə  insan 
həyatda  yalnız  məhəbbət  üçün  yaşamalıdır.  Məhəbbət  və 
onun yolunda çəkilən əzablar insanı xilas edir, onu tanrıya 
yaxınlaşdırır. Lakin bu məhəbbət sufi – panteist xarakteri 
daşıyır. Füzuli qəzəllərində bəzən real həyatı duyğuları sufi 
fəlsəfəsi müddəalarından ayırmaq çətin olur. Şair bir çox hal-
larda həqiqi hisslər, obrazlar vasitəsi ilə fəlsəfi məzmunu ifadə 
edir, insani məhəbbəti panteist, ilahi yüksəkliyə qaldırır.  
Füzulinin  məşhur  "Məni  candan  usandırdı"  qəzəlində 
aşiq  ona  qarşı  duyğusuz,  etinasız  davranan  məşuqəsindən 
şikayət edir. Hamıya yardım edən, bütün xəstələri sağaldan 
canan  yalnız  aşiqin  yaralarını  məlhəmsiz  qoyur,  dərman 
etmir,  onun  əzablarını  görmür.
10
  Tədqiqatçılara  görə  bu 
gözəl canan mühitdir, orta əsr reallığıdır, zəmanədir. Nəcib 
insan  olan  aşiqə  zülm  edən,  onu  nakam  qoyan  həyatdır,  
 
 
10
  Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.  
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? 


Fuzuli  Gazele 
19 
Twórczość Fuzuliego warto rozpatrywać pod kątem jego 
filozoficznych  i  mistycznych  poglądów.  Nie  ma  informacji 
o tym, żeby należał do jakiegoś bractwa czy sekty muzułmań-
skiej,  jednak  nie  uniknął  panującego  w  ówczesnej  wschod-
niej  literaturze  mistycznego  nurtu  –  sufizmu.  Krytykując 
panujące: ucisk, ciemnotę, niesprawiedliwość, dwulicowość, 
fanatyzm, łapówkarstwo i inne wady współczesnego świata, 
nawołuje  do  wyrzeczenia  się  życia  doczesnego,  własnych 
egoistycznych  pragnień.  Poeta  woli  zamykać  się  w  sobie, 
stąd widoczne w jego wierszach silne uczucie osamotnienia. 
Jedyną rzeczą, której warto poświęcić życie jest miłość. Miłość 
i  cierpienia  na  jej  drodze  wyzwalają  człowieka,  pozwalają 
mu  zbliżyć  się  do  absolutu,  czyli  Stwórcy.  Jednak  ta  miłość 
ma suficko-panteistyczny charakter. U Fuzuliego trudno cza-
sami rozgraniczyć realne doczesne uczucia od treści suficko-
filozoficznych.  Poeta  nieraz  przez  prawdziwe  uczucia  i  po-
stacie  przekazuje  treści  filozoficzne,  podnosi  ludzką  miłość 
do rangi ponad ludzkiej, panteistycznej i boskiej.  
W słynnym gazelu Fuzuliego Məni candan usandırdı (Przez 
nią już mam dość  życia)  zakochany  narzeka  na  ukochaną, 
która jest niewrażliwa, obojętna wobec niego. Uwielbiana po-
maga i leczy wszystkich „chorych”, tylko zakochanego nie chce 
opatrzyć, uzdrowić, nie widzi jego cierpień.
10
 Według badaczy 
tą  piękną  ukochaną  jest  środowisko,  średniowieczna  rzeczy-
wistość, współczesne poecie czasy. To życie jest okrutne wobec  
 
 
10
  Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.  
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə