Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

paltarlar, yuvadakı yumurtaların zığı-pılçığı anamın isti-ilıq nəfəsinin evdən çəkilməsinin 
dəhşətini bizə anladardı. Evin arxasına çəkilib uşaqlığımın kövrək-göyçək xatirələrini bətnində 
saxlayan yepyekə çay daşının üstündə oturar, siqaret tüstülədərdim. Atam görəndə özünü o yerə 
qoymazdı, şaftalı ağacının altına çəkilib ağlayar, yanağının nəmini oğlanlarından gizlədə 
bilməyəndə barmağının ucunacan utanardı. Anamın ili çıxmamış kişinin bədənində ağrılar 
başladı; dava-dərman, tükəçarə, sanatoriyalarda kurs-kurs müalicələr hədər getdi. Həkimlər kəsə 
demişdilər: evlənsən, yaxşı olar! İli yola salandan altı ay sonra bacım gəldi ki, yalan-gerçək, 
anamı yuxumda görmüşəm, deyir, Pənah tək qalmasın, halallığın verirəm. Altı ay lazım oldu 
kişini yola gətirək. Böyük bacım diribaş çıxdı. Qonşularındakı qarımış qızın əlindən tutub 
evimizə gətirdi: atama həyan olsun. O çağdan neçə il keçib, amma mən qulluğumu kəniz kimi 
tutan bu zavallı və bədbaxt Allah bəndəsinə bircə xoş söz deyə bilməmişəm; adını çağıranda 
səsimdə həmişə bir hikkə, kin-küdurət olub: Səlminaazzzz!!!  
Əsmərin toxuduğu köynəyi geyib güzgünün qabağına keçdim. Əlaydı, vallah, lap eşşəyə palan 
yaraşan kimi. Qolları, çiyinləri, ətəyi... elə bil əynimə biçilmişdi. Köynək var adamı cüllütə 
oxşadır, bu eləsindən deyildi; sinəmin, çiyinlərimin əzələləri gendən çağırırdı. Saçıma daraq 
çəkib şeşələndim: yox, göz dəyməsin, pis deyiləm, boy-buxun, yar-yaraşıq məndə; özüm də 
ölkənin adlı-sanlı, məşhur müğənnisiylə sevişməyə iddialı... Və comərdtəki boynuma almaqdan 
çəkinmirəm, beynimi məşğul edən tək fikir buydu: görən, kişi kimi Leylanın qəlbinə xoş 
gəldiyimdən mənimlə yatağa girməyə razılıq verdi, yoxsa əlacsızlıqdan?!  
Nigaranlıq kürkümə birə salmışdı. Otaqda nə qədər ora-bura getmək, siqaret tüstülətmək olar?! 
Birbaş Leylanın evinə yollanıb qapını döyəcəm ki, bağışla, səbrimi basa bilmədim. Evdən 
çıxmaq istəyəndə üzbəüzdəki binanın tininə bərkidilən projektorun gur işığında daxmama sarı 
gələn qaraltını gözüm aldı. Kölgəsini qabağına qatıb yeyin addımlarla irəliləyirdi. Gözüm məni 
aldatmırdısa, əlində telefon vardı, nəsə qurcalanırdı. Ürəyimə damdı: bəlkə Leyla ola?! İsmayıl 
dayıya demişdi məni axtarmasın, özüm zəng vuracam. Amma çətin ağlım kəsir ki, zəngsiz-
filansız durub yanıma gələ. Çıraq yanan vaxt olsa da, çöl-bayırdan əl-ayaq tam kəsilməmişdi, 
işdən gec çıxan, yolda yubananlar acqarına şam yeməyinə tələsirdilər. Bu çağda tək başına yolun 
ağına düşüb gələrdimi, yəni?!  
Telefonuma sms gəldi. Oxudum. Dəhşət. İçimi çəkə-çəkə qalmışdım. “Mən sənə demişdim, axı, 
indi heç kimə güvənmək olmur. Riyakarlıq etməyin kimə lazımıydı? Siqareti halal edirəm, amma 
məsələ bunda deyil. Nə isə... ”. Bir göz qırpımında beynimdən min cür fikir keçdi. Lənətə 
gələsən, bu siqaret hardan çıxdı? Evə girən kimi qutunun üstünə cummuşdu? Lap tutaq ki 
belədir, içi acı tüstüyə tamarzı qalıb yanırmış. Yaxşı, sayını hardan bilirdi? Demək, siqaret 
çəkdiyimdən xəbər tutandan sonra tapançanın yerində olub-olmadığını yoxlamışdı. Sonra topa 
açarları incələmək gəlirdi...  
Qapı döyüldü. Aramla, incə-incə, ustufca... Bu, qadın əliydi. Taxta, sarımtıl boyası qabıq verib 
tökülən qapı cırıltıyla açıldı. Uzaqdan gələndə gözüm məni aldatmamışdı... Leylaydı! Qara 
eynək, başında papaq, tünd göy köynək geymişdi. Eynəyini alnına qaldırdı. Qaşlarını qadına 
yaraşmayan tərzdə düyünləmişdi. Üz-gözündəki zabitəli, zəhmli ifadədən hürkdüm. Bir-birimizi 
birinci dəfə görürmüş kimi başdan-ayağa süzdük. Oktyabr səması kimi qapqara, qaşqabaqlı idi. 
Nə olub görən? Beynimdən keçirdim. Onun bu acıqlı, ədabaz görkəmi ürəyimə hədsiz qorxu 
salmışdı.  
- Bəlkə, içəri dəvət edəsən? - Kirpik qırpmadan gözümün içinə uzun-uzadı baxdı. Elə bil 
yuxudan ayıldım, diksinib gülümsəməyə çalışdım. 
- Buyur, gəlişinə şad oldum. 
- Yenə yalan danışırsan, başa düşmürəm, axı, bu əclaflıq nə üçündür?  
“Əclaflıq?” - Udqunub dillənmədim. Daha doğrusu, nədən başlayacağımı kəsdirə bilməmişdim. 
Bircə “xoşgəldin” deməyə cəsarətim çatmışdı, onda da səsimi içimə qısmışdım, elə bil quyudan 
eşidilirdi. Leylanın gözümün içinə baxa-baxa məni təhqir etməsi qüruruma toxunmuşdu. Hiss 
edirdim, əzalarıma hərarət yayılır.  
- Niyə qanın qaradır, elə bil acıqlısan?  
- Bəlkə, atılıb boynuna sarılmalıyam? 
- İsmayıl dayı dedi, Leylanın kefi kökdür. Sevindim ki, demək, hər şey yaxşılığa doğrudur.  


- Bekara, sevinməli heç nə yoxdur. Sənə ürək qızdırmışdım, əvəzində evimdən oğurluq etdin. 
Daha doğrusu, bu oğraşlıqdır. Başa düşdün? - Qız gözlənilmədən üstümə səsi çatan qədər 
bağırdı. Boğazının damarları gərilib pırtlamışdı. Hirsdən dil-dodağı əsim-əsim əsirdi.  
Bir ağlıma gəldi ki, ona deyim sakit, təmkinli olsun. Fikrimdən daşındım. Belə hallarda ağlı 
başında olmayan adamlar daha da coşur, onları sakitləşdirmək əsl məşəqqətə çevrilir. Ortalığa 
sərin su səpmək üçün daha münasib yollar tapmaq olardı. Bunun ən yaxşısı etiraz etmədən, hər 
şeyi günahkarcasına öz boynuna götürməkdi. Dəfələrlə sınamışam, sonrakı gedişatda hər şey 
adamın ürəyincə olur. Sanki ovsunçusan, qarşındakı insanın hisslərini istədiyin sayaq idarə 
etmək su içmək qədər asan olur.  
- Razıyam, - dedim, - belə etməməliydim. Düzünü deyim ki, qarşında vicdan əzabı çəkirəm.  
- Yaxşı ki, səhvini boynuna götürürsən. Amma bilmək olmaz, səninlə çox ehtiyatlı olmaq 
lazımdır.  
- Mən verdiyim sözün üstündə durdum. - Yazını nəzərdə tuturdum.  
- Elə bilirsən, - səsini yenidən qaldırdı. Bu dəfə hirsi-hikkəsi açıq-açığına adamın əsəblərinə 
toxunurdu, - sənin üçün hər şey yaxşı olacaq? Sənə xəbərdarlığımı etmişəm. Başın bəla çəkəndə 
məndə günah görmə. - Oğrun-oğrun evin künc-bucağına göz gəzdirdi. Güman ki, tapançanın 
yerini öyrənməyə çalışırdı.  
- Bir sağ ol düşmür? - Ortadakı ağır ab-havanı mülayimləşdirmək üçün səsimə həlimlik qatıb 
gülümsədim.  
Dillənmədi. Köks ötürüb pəncərədən bayıra boylandı. Üzbəüzdəki binanın tininə bərkidilən 
projektorun işığında çəpəki yağış damlaları oynaşırdı. Yasamalın səs-küylü küçələrinə sakitlik 
çökmüşdü. Külək qıy çəkib coşur, bir-birinin üstünə dartınan ağacların, ulayan yiyəsiz itlərin səsi 
eşidilirdi.  
 
- Düzünü bilmək istəyirsənsə, sənin yanına iki şey üçün gəlmişəm.  
- Maraqlıdır! - Gözümü ağzına zillədim. 
- Əvvəla, axşam götürdüyünü bu dəqiqə qaytar özümə. 
Uzun-uzadı gözümün içinə baxıb deyəsən, məndən hərəkət gözləyirdi. 
Tərpənmədiyimi görəndə köynəyinin sağ cibindən “kent”, alışqan çıxarıb arın-arxayın siqareti 
odladı. Qəsdən dillənmədim ki, danışmağına ara verməsin. Bu, həm də Leylanın mənimlə hansı 
şəkildə raftar edəcəyini öyrənmək məqsədi güdürdü. Amma hiss edirdim, içinə yığılan qəzəb 
vulkan kimi püskürməyə bəhanə gəzir.  
- Başa düşmədin? Təkrar edirəm, axşam götürdüyünü qaytar özümə! 
Hikkəylə üstümə çəmkirdi. Gözlərində yalquzaq vahiməsi vardı. 
Boynuma alım ki, üşəndim, çox üşəndim.  
- Qaytaracam, Leyla... 
- Qaytaracam yox, bu dəqiqə, elə bu dəqiqə qaytar!- Stolun üstündəki çay fincanını qapıb üstümə 
tolazladı. Bu qəfil, ağılsız hərəkətini gözləmədiyimdən üstümə şığıyan fincandan yayınmağa 
ləngidim. Xoşbəxtlikdən zərbə başımı yox, çiynimi tutdu. Fincan yerə düşüb dörd bölündü. 
- Qaytaaaarr!!!... - Siqareti yerə atıb vəhşi bağırtıyla üstümə yeridi. Təngnəfəs adamlar kimi 
tövşəyirdi. Rəngi qapqaraydı. İki addımlığımda dayanıb gözlərini üstümə bərəltdi.  
- Qonşular var, ayıbdır. Sakit ol, eşitsələr, sənə ziyan gətirər.  
- Tfu sənin üzünə, şərəfsiz! - Üz-gözümə yayılan tüpürcək damcılarından iyrənsəm də, səbrimi 
basdım. Hardasa möhkəmcə içmişdi, ağzı alkoqol qoxurdu. 
- Leyla, dedim ki, səhvimi boynuma alıram. Götürdüyümü də qaytaracam. Səbrin olsun! İkincini 
de, sakitcə söhbət edək - Əlindən tutmağa cəhd etsəm də, qolunu ikrahla geri çəkib dişlərini 
yenidən üstümə qıcıdı.  
- Sən, deyəsən, mənimlə oyun oynayırsan, hə? Sənə göstərərəm başqasının evindən oğurluq 
etmək nə deməkdi.  
- Özün bilirsən, bu oğurluq deyil. Sənin xeyrinədir. 
- Mənim dərdimi çəkməyin lazım deyil, başa düşdün? - Sifətimdə şillə açıldı. 
Ardınca çiynimi yumruqlamağa başladı. Qolundan tutub az qala yalvara-yalvara sakitləşməyini 
istəyəndə bir az da coşurdu. Boyun-boğazımda uzun dırnaqlarının ağrısını hiss etdim. Başqa 
yolum yoxuydu. Qolumun qüvvəsini işə salıb qızı özümdən kənara itələdim. Yüngülcə həmləylə 
stula yıxılıb zarıdı. Zibilə qalsın, stul elə bil amana bəndmiş, döşəmənin çürük taxtasının 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə