Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə19/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

üstündən çəkilən DSP-dən dəhşətli gurultu qopdu; elə bil bu xaraba daxma bombardman 
olunmuşdu. İkinci peşmançılıq bu tərəfdən başımın üstünü aldı - Leylanın qolu divara dəyib 
sıyrılmışdı. Yaranı ovcunun içinə alıb, üz-gözündə qorxunc, dəhşətli ifadələr, elə hey zarıyır, 
ağlayır, durmadan ufuldayırdı. Qorxdum ki, qonşu-bacadan kimsə səs-küyə gələ, bu həngaməni 
görəndə el-aləmə car çəkə, məzhəkə üçün sino gedən millət içəri doluşub Leylanı görəndə 
ayaqlarından yerə mıxlanıb qalalar.  
Bu çılğın, ağılsız hərəkətimdən peşman olub bilmirdim nə edəm. Qorxudan ürəyim şiddətlə 
döyünürdü, elə bil bu dəqiqə sinəmi parçalayıb ayağımın altına düşəcəkdi. Üzr istəmək, 
yalvarmaq bahasına olsa da, şirin dilimə salıb Leylanı sakitləşdirməliydim. Çarə yoxdu, ən 
alçaldıcı sözlərlə qabırğalarımı yağlasa da, dözməliydim. Qolundan tutub yerdən qaldırmaq 
istəyəndə əlimi hikkəylə geri itələdi. 
- Alçaq, sən həddini aşdın, it kimi peşman eləyəcəm səni, darıxma. Bu dəqiqə polisə gedirəm. - 
Ayağa qalxıb qapıya sarı meylləndi. - Mən onsuz da hər şeydən bezmişəm. Səni də biabır 
edərəm, ağlın başına gələr, oğraş!  
Əlini qapının dəstəyinə atmaq istəyəndə onu arxadan qucaqladım. Saçlarından gözəl ətir qoxusu 
gəlirdi. Bədəninin isti-ilıq hərarəti hisslərimi qıcıqlandırdı.  
- Əlini çək əclaf, əlini çəəəkkk!!! - Bağırtısından üşəndim.  
- Əlini çək, çək, çək, çəəəkkk!!!  
Qorxdum qəzəbdən ağlını itirə. Sudan çıxmış balıq kimi qollarımın arasında çırpınır, dodağının 
altında məni söyüb, təhqir edirdi. Əxlaqsızlığın, tərbiyəsiz həyat tərzinin saatbasaat canına 
hopduğu bu söyüşlərdən gün kimi aydın görünürdü. Arada vaxt tapıb ikinci dəfə lomba ilə 
üzümə tüpürdü də. Küçələrdə, bazar piştaxtaları üstündə böyümüş tüfeyli uşaqların gündəlik xırd 
elədiyi ən qatı, alçaldıcı söyüşləri birtəhər içimə ötürüb dözürdüm. Deyəsən, qollarımın 
arasından çıxa bilməyəcəyini yəqin edib sakitləşdi. Sevindim. Ürəyi şiddətlə çırpınır, kəsik-kəsik 
nəfəs alırdı. Qollarımın boşaldığını hiss edəndə gücünü topladı. Dartınıb əlimdən çıxan kimi 
stolun üstündəki stəkana əl apardı. Əlinin yuxarı qalxması ilə başımdan dözülməz ağrı qopdu. 
Tökmə şüşədən olan çapma stəkandı. Gözüm qaranlıq çaldı, hiss etdim ki, dizlərimin taqəti 
çəkilir, huşdan getməyin bir addımlığındaydım. İşıqlı daxma gözümdə zülmətə döndü. Gücüm 
pəncərəni zərblə itələməyə çatdı. Soyuq hava üz-gözümə dəydikcə ağlım özümə qayıtdı. Bu 
qancıq, dəvə kimi kinliymiş, həyasızlığından əl çəkməyib utanmaz-utanmaz üz-gözümü 
şillələyirdi. İlahi, bu qəzəb, əsəb, hikkə hardandır bu adamda? Dəhşətə gəlmişdim. Qulağımın 
dibində qanın ilıq hərarətini duydum. Səbrli adammışam, özümü bu qədər dözümlü, iradəli, 
əzmkar bilmirdim. Leyladan təkrar-təkrar sakit olmağı xahiş etsəm də, vecinə almırdı. Əvəzində 
anamı söydü. Bu söyüşün ağırlığı başımın zoqqultusundan daha pisdi. Bir qadının ünvanına 
deyilən ən təhqiramiz söyüş hansıdısa, anamın ruhunu belə alçaltdı. Şillənin biriylə ürəyim 
soyumadı, ikincisi, üçüncüsü açıldı. Ayağımın altında zarıyır, yalvarırdı. Dizlərimi qucaqlayanda 
ayıldım. Gözünün yaşını şalvarımın ətəyinə hopdurub elə hey hönkürür, səsindəki acizliyi, 
çarəsizliyi iliyiməcən hiss edirdim. İndən belə əsib-coşmağın, qəzəb girdabında vurnuxmağın 
mənası yoxuydu. Bir az ağıllı olub hirs-hikkəmi boğmaq ən yaxşısıydı. Başımdakı küt zoqqultu 
getdikcə şiddətlənsə də, bu ağrılara tablaşmaq gücümə bələdiydim.  
Döşəmənin üstünə çöküb çiyinlərini qucaqladım. İsti nəfəsim, məhrəm səsim boyun-boğazına 
yayıldıqca xoşallandığını hiss edirdim. Bircə bu zəhrimar hıçqırtı ara versəydi, Tanrım! Anasını 
itirən kimi əlacsızlığın dəhşətini sinəsinə sığışdıra bilmirdi.  
- Leyla, hər şey arxada qaldı, unut getsin.  
Başını sağa-sola yelləyib bir az da ürəkləndi, gözünün yaşı çənəsində purçumlanırdı. 
Barmaqlarımın ucunu üz-gözündə gəzdirdim, dağınıq saçlarını qulağının dibinə bənd edib, 
yanağının nəmini quruladım.  
- Niyə mənim zülmümü artırırsan. Hardan sənə rast gəldim? - Səsində ölü qüssə, dözülməz 
peşmançılıq vardı.  
- Doğrudan belə fikirləşirsən? Əksinə, başa düşməlisən ki, mənim sənə ancaq köməyim dəyə 
bilər.  
- Niyə icazəsiz evimə girdin? Sənə kim demişdi ki, məndə tapança var?  
- Sən özünü şübhəli aparırdın. Tapançanı yerə salandan sonra bunu bilməyə nə var?  
- Mən yaşamaq istəmirəm, Rəcəb, başa düşürsən? Sən mənim əzablarımı artırdın. O yazıya görə 
sənin axırına çıxacaqlar.  


- Bir sağ ol düşmür? - Gülümsədim. Boynunu qucaqlayıb üzünü üzümə sıxdım.  
Deyəsən, təsirləndi. Qollarını belimə dolayıb başını sinəmə sıxdı. Beləcə səssiz, sakit dayandıq. 
Saçlarımda quruyan qana əli toxunanda elə bil diksindi. Cib yaylığını nəm edib saçlarımın 
arasında qaxaca dönən qanı təmizlədi.  
- Rəcəb, bir şey soruşmaq istəyirəm. 
- Soruş, eşidirəm.  
- Sən doğrudan hər şeyi təmənnasız edirsən?  
Ürəyimdə kök salan gizli niyyətimə təmənna demək olarmı? Bu yalnız mənim gələcək 
uğurlarımdan (bəlkə uğursuzluqlarımdan kim nə bilir?), üzü gözəl günlərə cığır açmağımdan 
yana qəlbimdə aşıb-daşan xoşməramlı məqsəd deyilmi? İşimi bundan ötrü itirmədimmi?  
- Əlbəttə! Mən həmişə sənin yanında olacam.  
- Bura həm də yazıya görə gəlmişəm; sənə təşəkkür etməyə. Yaxşı yazmışdın, oxuyanda ürəyim 
dağa döndü, qəhərləndim. Tənqidlərinlə də razıyam. Mənim günahlarım, ağılsızlıqlarım çox 
olub. Hər şeyə görə peşmanam. Bilmirəm, həyatımda olan bu boşluqları doldurmaq indən sonra 
mümkündümü? Hər şeyə görə çox sağ ol! Amma düzünü bilmək istəyirsənsə, qəzəbim 
soyumayıb. Səni hələ də günahkar gözündə görürəm. Dostların əclaflığına, yaxınların 
xəyanətinə, hər gün telefondan eşitdiyim hədələrə dözə bilmirəm. İsmayıl dayının yanına 
gələndə özümü üzügülər göstərdim. Qoca kişidi, istəmədim hiss edib nigaran qalsın. Mənim 
xətrimi çox istəyir.  
- Bu siqaret məsələsi hardan çıxdı?  
Güldü. Şirin-şirin.  
- Heç ağlına da gəlməzdi, hə? Axır vaxtlar siqareti tərgitmişəm. Düzdür, indi bunun əvəzinə çox 
içirəm, amma belə daha yaxşıdı. Siqaret sinəmi zəhərləmişdi, özümü çox pis hiss edirdim. 
Evdəki qutuların içində neçəsi var, əzbər bilirəm. Günə üç dənəsi bəs edir. “Sabrani”nin biri 
azalmışdı, deməli, bu ancaq sənin işin ola bilər. Evin üç cüt açarının birini görməyəndə şübhə 
yerim qalmadı.  
- Səni bu qədər qəzəbli, çılğın bilməzdim. Elə bil ağlın başından çıxmışdı.  
- Əsəblərim pozulub. Bağışla, üzr istəyirəm.  
Hardansa ürəyimə doldu ki, Leyla ilə dodaq-dodağa dayanıb doyunca öpüşüm. Ehtirasdan 
gərilən bədənim, xumarlanan gözlərim Leylanın hisslərini alovlandırmalıydı. Küləkli oktyabr 
axşamında dar-düdük daxma ola; ömrünə-gününə naxış salmayan bəxtin-taleyin bu gözəl gündə 
qarşına ağmaya xanım çıxara... Srağagünkü tamarzılıqdan hisslərim zədə almışdı, bu gün əvəzini 
çıxsam, əla olardı. Ağzı içki qoxuyurdu, əynindəki papaqlı köynəyi, dar cinsi şalvarı 
soyundurmaq çətin olacaqdı, amma nə ziyanı?  
Zənnimdə yanılmamışdım. Bəbəklərində sirli-sehirli ifadələr göründü. Mən bilmirdim bu, 
hisslərinə sahib çıxa bilməyən bəxtsiz bir qadının sərhəd tanımayan ehtirasıydı yoxsa taleyindən 
qisas almaq hikkəsi? Düzünü bilmək istəyirsinizsə, içimə dolan hürkü, canımı saran xof bu gözəl 
dünyanı başıma uçurmuşdu. Adam nə qədər boşboğazlıq edər, fərasətsiz olar ki, ikicə günə 
yatağacan özünü sevdirən qızın ürəyindəkiləri öyrənə bilməsin? Dəfələrlə xatırlatsam da, dönə-
dönə bu sualı özümə versəm də, qorxunc müəmma cavabsız qalmışdı: mən öyrənməliydim ki, 
onun gününü-gündüzünü zəhərə döndərən hansı qüvvədi? Qadındımı, kişidimi?  
- Nə gözəl köynəyin var? - Əlbəttə, bu o deməkdi ki, sevişmək niyyətini saxla özünə. Ürəyimə 
gəldi ki, Leyla artıq mənə bel bağlamır, birinci günkü qəlbiyuxalığı ona dərs olub. - Deyəsən, 
kimsə əllə toxuyub. 
- Sevgilim. - Qürurla dedim. - Bu gün gətirib. - Əsmərin mənə olan sonsuz inam və etibarının 
qarışılığında ona sədaqətsizliyimdən, nakişiliyimdən yaman utandım.  
- Ooo, sənin sevgilin də var? - Qaşlarını qaldırıb təəccübləndi. - Adı nədir? 
- Əsmər, - dedim.  
- Hiss olunur, səni çox istəyir. Soyuqlar düşən kimi qayğına qalıb.  
- Altı ildir bir-birimizi sevirik. Yazda barmağına üzük taxacam. 
- Ona tez-tez xəyanət edirsən?  
Ay fahişə!!! (üzr istəyirəm) Bilirəm, eyhamın hansı səmtdəndir.  
- Yaxşı-yaxşı, qızarma, nə yaman utancaqsan. - Şaqqanaq çəkib güldü. Elə bil on dəqiqə əvvəl 
gözünün suyunu ətəyimə hopduran bu deyildi. Amma eyb etməz, əsas odur ki, kefi kök olsun, 
bu, mənim xeyrimədir. Leyladan işim keçməsəydi, deyərdim, məndən yana Əsmərin atılan 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə