Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

- Səbəb nədir?  
- Leylanı müdafiə edən bütün yazılara qadağa var.  
- Kim qoyub bu qadağaları, onu hər yerdə niyə gözdən salırlar? 
- Sən çox şeyi bilməsən yaxşıdır. Bütün etibarını itirmisən.  
Telefon zəngi söhbətimizi yarımçıq qoydu. Nədənsə mənə elə gəldi, baş redaktor xəttin o 
tərəfindəki adamın arzuolunmaz şəxs olduğunu hiss etdi. Rəngi boğuldu, alnını qırışdırıb 
udqundu. Siqaretdən bir qullab vuranda əlinin əsdiyini gördüm. Gen-geniş kabineti, bahalı stol-
stulu, divardan asdığı diplomlar, təşəkkürnamələr elə bil üstünə yeriyəcəkmiş kimi, gözlərini bu 
kağız-çərçivə yığınından çəkə bilmirdi. Siqaretin kötüyünü külqabıya basıb bayırda gözləməyimi 
işarə etdi.  
Nəbi müəllim də dilxor görünürdü. Pəncərənin qarşısında əli qoynunda fikirli-fikirli yarpaqlarını 
toz tutmuş ağaclara, kirli binalara, avtobus dalınca qaçan qarışqa adamlara baxırdı. İstəmirdim 
onunla üz-üzə gəlim, istəmirdim söhbət yenidən açılsın, mənə yazığı gəlirmiş kimi ürək-dirək 
versin. Ehmalca qapıdan çıxıb birinci mərtəbəyə düşdüm. Düşüncələrimdə pərakəndəlik, 
yorğunluq vardı; nəşriyyatın kirli, kədərli, ümidsizlikdən başqa heç nə vəd etməyən qopuq-sökük 
divarları üstümə yeriyir, məftili çıxmış pillələr elə bil dişini ağardırdı. Tanış adamlara rast 
gələndə nəzakət xətrinə zorla gülümsəyib başımı ölüvay-ölüvay tərpədirdim. Caydaq, beyniboş 
polis yenə kiminsə üstünə əsib-coşurdu. Hərdən mənə elə gəlirdi ki, bu böyrütapançalı serjant 
əsrin əvvəlindəki kolxozlaşma dövründən günümüzə yadigar qalıb. Qızılbayraq babasının 
qoçaqlığından danışıb adamları dəng etməkdən başqa heç nəyə yaramırdı. Ərkyana salam-
kəlamımız var. Stolun üstünə qoyduğu “Vest”dən birini götürüb içimi zəhərlədim.  
Bufetdə yenə qələbəlikdi. Kələm dolmasının, bozbaşın iştahqovucu qoxusundan baş çatlayırdı. 
Kənardan miskin və bədbəxt təsiri bağışlayan dişitökük, bığısarı, sərxoş şairlər yenə bir-birini 
tərifləyirdilər. Hiss edirdim, yazını oxuyanlar, məni tanıyanlar başını qovzayıb oğrun-oğrun 
üzümə baxır, nəsə pıçıldaşırdılar. Su alıb bufetdən təzəcə çıxmışdım ki, katibə zəng vurub 
redaksiyaya gəlməyimi istədi. Pillələri qalxa-qalxa nagüman suallar içimi yeyirdi. Şübhə, hürkü, 
narahatlıq, intizar... Görən, Leylanın gününü-gündüzünü zəhərə döndərən kim idi? Mənim 
axırım necə olacaq? 
Katibənin şirin adı var: Narın. Yaxşı qızdır, təzə gələndə utandığından səsi çıxmırdı. Sonralar 
dostlaşdıq. Narının üzündəki ifadədən bildim ki, xoşagəlməz məsələ var.  
- Rəcəb, - səsi xırıldayırdı, gözlərində sonsuz kədər gördüm. - Çingiz müəllim dedi ki, - 
doluxsundu, dodaqları titrədi yazıq qızın. - İndi burda yoxdur... 
- Bilirəm, Narın, məni işdən çıxaracaq. - Əlini ovcumun içinə alıb oxşadım, öpdüm. - Nigaran 
qalma, yaxşı? Nigaran qalma!  
Ehmalca başını tərpətdi. Bir damla göz yaşı yanağı boyu gilələndi.  
- Amma sən ürəyini sıxma. O, səni işdən çıxara bilməz. Gələndə xəbər edəcəm, danış, başqa yerə 
getmə, bizimlə işlə.  
- Gözəl Narın. - Gülümsəyib aradakı ağır ab-havanı yüngülləşdirmək istədim. - Mən o yazını 
yazanda bilirdim belə olacaq. Sənin kimi gözəl dostlarım varsa, mənə hər yerdə iş tapılar.  
Baxdım ki, Narının stolunun üstündə qələm-kağız var. Bunu baş redaktor ərizə üçün 
ayırtdırmışdı. Bəlkə, Narın düz deyirdi, mən axıracan mübarizə aparmalıydım? Düzdür, baş 
redaktor yüz bəhanəylə məni uzaqlaşdıra bilərdi. Məsələn, işdə yol verdiyi nöqsana, peşəsinə 
məsuliyyətsiz münasibətinə, kollektivlə dil tapmadığına görə işdən xaric olunub, vəssalam! 
Amma mübarizə, dirəniş göstərmək axmaq fikir idi. Ən gözəli xətrimi istəyən adamlarla görüşüb 
xoşluqla ayrılmaq və Allahın da baş açmadığı bu redaksiyanın həndəvərinə dolanmamaqdı. 
Ərizəmi yazıb imzaladım. Hiss edirdim ki, sətirdən-sətirə keçəndə Narın necə həyəcanlanır, 
təngnəfəs adamlar kimi sinəsi qalxıb-enirdi. Ağlıma gəldi, əl boyda bir kağız götürüb baş 
redaktora ünvanlanan bir neçə kəlmə yazam. Sonra bu axmaq, sadəlövh niyyətimə gülməyim 
tutdu. Deyəsən, dodağımın altında gülümsəməyimdən Narın duyuq düşdü. 
- Rəcəb, qəribə adamsan, vallah, camaat işdən çıxanda kədərlənir, mənim kimilər üç gün ağlayır, 
sən də gülürsən. Elə bil, maaşını artırıblar.  
- Həyat davam edir, əzizim, sağlıqla qal! - Ərizəni stolunun üstünə qoydum. - Bir də buralara 
gəlmək niyyətim yoxdur, amma dostlarımı unutmaram. - Ürəkdən güldüm. - Əlini ver öpüm, 
üzümə gözəl səhərlər açılsın, - hər gün səhərertə dediyim sözü bir də təkrarladım. 


Növbətçi redaktorla görüşüb üzrxahlıq etdim. Narın məni foyenin sonunacan ötürdü. Sağollaşıb 
pilləkənləri düşəndə Nəbi müəllimin səsini eşitdim: 
- Rəcəb!!! 
Foyenin qaranlığında göründü. Vəhşi ehtirasla siqaret sümürürdü. Heç fikir verməmişdim, əyin-
başı nimdaşdı, ayaqqabılarının burnu gendən ağarırdı.  
- Bilmirəm, niyə belə oldu. - Üzündə qosqoca bir kədər vardı - Səni itirmək istəməzdik. İstedadlı, 
qabiliyyətli oğlansan. Mənim üçün də gözlənilməz oldu. Bilmirəm, Çingiz müəllim niyə belə 
etdi, amma görünür, bizim bilmədiyimiz şeylər var. Soruşdum, demədi. Sənin qabağınca harasa 
tələsik getdi. Yazıya görə onu yaman incidiblər. Deyəsən, səni işdən çıxarmağı da onlar göstəriş 
veriblər.  
Təşəkkür edib əlini sıxdım. Ayrılanda xahiş etdim ki, növbətçi redaktorun işdə qalmasına kömək 
etsin.  
- Səni qaytarmağa gücüm çatmasa da, ondan nigaran qalma, - dedi. 
İşsizlik!!! Ürəyimdə qəribə, anlaşılmaz duyğular oyanmışdı. Nəşriyyatın binasından çıxıb 
avtobus dayanacağında xeyli gözlədim. Hər yan boz-bulanıq, birrəngdi. Yanımdan bir dəstə 
məktəbli keçdi. Tündməcaz, qaşqabaqlı oktyabr günü uşaqların üzündəki təbəssümü 
öldürmüşdü, yağışa düşmüş göyərçin dəstəsinə bənzəyirdilər. Bilmirdim, hara gedim, kimə üz 
tutum. Görən, Leyla evə gələrdimi? Bəlkə, gedib qapısını döyüm ki, bağışla, səbr edə bilmədim? 
Yolun ağına düşüb pay-piyada evə getmək istəyəndə Əsmərdən zəng gəldi. Dərindən köks 
ötürüb bir-birilə qavhaqovda olan suallarına cavab vermək üçün beynimi qurdaladım. Gərək 
işdən çıxdığımı gizlədəm. Həssasdı Əsmər, qəlbiyuxadı, sərçə qanadından lələk düşəndə içini 
çəkir. İşdən çıxdığımı bilsə, gecə qayğıdan-fikirdən yatmayacaq, ağlamaqdan gözləri ərik boyda 
olacaqdı. Güman ki, gecənin bir aləmi zəng edib qüssəli, ölü səslə ovqatımı korlayacaq, 
səhərəcən gözümə yuxu getməyəcəkdi.  
- Xeyir olsun, Leylanı yaman müdafiə etmisən? - Şirin-şirin, bir az da nümayişkaranə istehza ilə 
soruşdu.  
 
- Səninlə razılaşmalı oldum. Gözəl mahnıları var. - Candərdi dilləndim.  
Əsmər Leylanın səsi, mahnıları, sənəti haqqında xeyli danışıb içimi şübhəylə doldurdu. 
Qorxdum ki, onunla görüşməyimdən xəbər tutub, yazdığım sms-dən sonra Leyla ilə 
yatmağımdan duyuq düşər. Amma hardan? Axmaq fikir idi, mümkün deyil. Qəfildən dedim ki, 
darıxıram, səni görmək, qucaqlamaq, əllərini öpmək, dodaq-dodağa dayanmaq istəyirəm. 
Əsmərin həyat, sevgi, ümid dolu səsi bircə dəqiqənin içində bütün qayğılarımı unutdurdu. 
Həmişə belə olur: fikirdən, qüssədən başım çatlayanda, bəzən həyatın sərt üzü məngənə kimi 
gün-güzaranımı sıxanda üz tutası, dərdimi unutdurası tək adam Əsmər olur. Elə sevindi ki! 
Bəzən iş-güc əlindən üç-dörd gün üzümü görməyə tamarzı qalırdı. Belə vaxtlarda qızın içindən 
hayqıran etirazını iliyiməcən hiss etsəm də, üstünü vurmamağı, üzü gözəl günlərə qoşa 
addımlamağın xətrinə susmağı xoşuma gəlir, bəzən kövrəlib boğazımın qəhərini birtəhər 
udurdum. Məni Əsmərə bağlayan ulduz kimi işıqlı neçə-neçə gözəl-göyçək xatirələr var, 
bilsəniz!!!  
- Mənim də sürprizim var, deməyəcəm, yolboyu intizarda qal! 
Avtobusa minəndə hiss etdim, kimsə arxadan qoluma toxundu. Lopabığ, cüssəli adamdı. 
Əynində “Adidas” gödəkcə, ayağında köhnə krassovka vardı. Üz-gözü şaftalı dənəsinə 
oxşayırdı: qırış-qırış. Məğmun, kədərli bir ifadəylə sifətini yazıqlaşdırıb boynunu bükdü.  
- Üzr istəyirəm, məni bağışlayın... Çox üzr istəyirəm, bilirsiz...  
- Buyurun, buyurun, eşidirəm.  
- Mən sizin yazılarınızı oxuyuram. Müsahibələriniz, köşələriniz əvəzsizdir. Elə bugünkünü də 
oxudum. - Gödəkcəsinin cibini eşələyib dörd qatlanmış qəzeti çıxardı. Ardınca bir siqaret 
alışdırıb tüstülətdi. - Leylanın mahnılarını sevirəm, məşhurdu, gözəl oxuyur. İstədim sizə 
təşəkkür edəm ki, onun müdafiə etmisiniz. Məncə... Məncə vicdanı olan jurnalistlər 
susmamalıdırlar. Mən çox istəyərdim ki, onunla görüşəm. Yəqin sizin dostluğunuz var. - 
Gözlərini üzümə zillədi. 
- Yox, bu o qədər də vacib deyil. Əsas odur ki, ... 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə