Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

dırnağı deyilsən, bunu bil! Amma bu nəyi dəyişirdi ki?! Ağzımvaylıq etmək yaramaz, dilimi 
qarnıma qoyub lal-dinməz işin gedişatını gözləməliydim. 
- Leyla, srağagünkü hadisəni unutmamısan ki?  
- Bilirəm, nəyi öyrənmək istəyirsən.  
- Biz oturub ətraflı söhbət etməliyik.  
- Tapançanı qaytarmaq şərtilə.  
-Mənə inanırsansa, tapançadan nigaran qalma. Elə bil öz evindədir.  
Susdu. Bu o deməkdi ki, razıyam.  
- Tapançanı görmək istəyirəm. Selma Hayekin şəklini kənara çəkib ilan kimi zəhimli silahı 
çıxardım. Mənə elə gəldi ki, tapançanın xofundan diksindi. 
- Sənə rast gəlməsəydim, dünən bu tapança qanımı axıdacaqdı.  
- İncimə, elə soyuqqanlı deyirsən, qeyri-ciddi görünür. Adama elə gəlir, ölümü şou proqramlarla 
dəyişik salırsan. Buna artistlik demək daha doğru olar.  
- Axı, bundan sonra mənim yaşamağım kimə lazımdır. Özümə əzab verirəm. Ölüb qurtarmaq ən 
gözəlidir. 
- İntihar edənləri Tanrı da bağışlamır.  
İstehza ilə gülümsədi. 
- Bəlkə, dua edəsən, Tanrı yerimi cənnətlik etsin?  
Tapançanı qaytarıb yerinə qoydum.  
- Dua edərəm. Tanrı bağışlayandır.  
- Fahişəni də?  
- Hər kəsi, - dedim. - Sənə bir əhvalat danışım. - Yaddaşımı arıtlayıb Həzrəti Mövlanadan nəql 
olunan rəvayəti xatırladım - Bir fahişə yolda gedərkən çöl itinə rast gəlir. Susuzluqdan yazıq 
heyvanın dili damağına yapışıbmış. Fahişə ayaqqabısına bir parça bağlayıb ən yaxınlıqdakı 
quyudan köpəyə su çəkir. Ertəsi gün bir sufiyə rast gəlir. Sufi qadını görər-görməz əlini götürüb 
hörmətlə öpür, ona Tanrıdan dualar edir. Fahişə təəccüblənib utanır. İndiyəcən kimsə onun əlini 
öpməmişdi ki! Əksinə, insanlar onu təhqir edib alçatmaqdan həzz alırmışlar. Səbəbini soruşanda 
Sufi deyir: “dünən sən o susuz qalmış itə səmimiyyətlə şəfqət göstərdin. Tanrı elə ordaca bütün 
günahlarını bağışladı. Qardan paksan indi...” 
- Nə gözəldir! - Xırıltılı səslə dedi.  
- Əlbəttə, çox gözəldir. Yaşamaq, mübarizə aparmaq, hər şeyin gözəl olduğuna inanmaq 
lazımdır. Adam illərlə içinə yığılıb qalan dərdlərini ürəyinə yaxın olan insanla bölüşəndə rahatlıq 
tapır. Yoxsa, çətin olur, çox çətin. Dəfələrlə sınamışam: ağrını-acını bölüşməyəndə daha 
dəhşətli, dözülməz dərdlər gətirir. Səndən gizlətmirəm, var-dövlət içində yaşamış bir adamın 
həyatı mənim üçün çox maraqlıdır. Doğrudanmı, insan yarım saata üç min manat qazana bilər? 
Bu pullar hara sovrulub? İndi niyə intihar etmək fikrindəsən? İnsan nə boyda bağışlanmaz səhv 
edər ki, onu intihar həddinə gətirsinlər?  
Mən danışdıqca Leyla gözlərini döşəməyə dikib düşünür, doluxsunduğu tez-tez udqunmağından 
bilinirdi.  
- Bilmək istəyirsən ki, Vüqar srağagün niyə gəlmişdi, məni niyə döydü, bunu səndən hansı 
səbəbə gizlətdim, hə? Sonra tələsik ayrıldım ki, qalsın sonraya. Rəcəb, - susdu. Sonra belimi 
qucaqladı. Başını sinəmə sıxıb ağladı.- İnan mənə, hər şeyi danışacam. Bir az vaxt ver! Nə yaxşı, 
sənə rast gəldim. Bir də, bilirsən, - yenə susdu. - Səninlə dəli kimi içmək, sərxoş olmaq, hər dərdi 
unutmaq istəyirəm. Bütün xahişlərimə sözsüz əməl elə! Bir az nazımla oyna, ərköyünlüyümə 
döz, nolar... Heç olmasa bu gecəlik. Gedək bizə!  
 
Hər şey pisliyə doğru 
Təbiətin özündə xudbinlik, riyakarlıq varsa, 
insan ölənə kimi sadiq qalacağına, sözünün 
üstündə duracağına necə and içə bilər? 
T. Drayzer, “Dahi” romanından 
... Ağlıma gəlməzdi ki, həmin axşamın ertəsi daha böyük bədbəxtliklə üzləşəcəm...  
Sap-sap uzanan selləmə yağış pəncərənin şüşəsini döyəcləyir, içəri torpaq ətri dolurdu. Leyla 
pəncərəni açıb selə-suya fikir vermədən bu gözəl qoxunu ciyərdolusu içinə çəkir, elə bil üz-
gözünə döyəcləyən yağış damlalarında paklanmaq istəyirdi.  


 
Yağış kəndimizi xatırlatdı mənə. Yollar köhnə sabun kimi sürüşkən, yumşaq olurdu. Yağışa 
düşmüş sərçələr dəstə-dəstə artırmanın damına doluşub civildəşirdilər. Üst-üstə qalaqlanmış 
buğda kisələrinin künc-bucağını deşib sərçələrə dən səpərdim. Nənəm bir də xəbər tutardı ki, 
həmin yırtıqlara toyuq-cücə daraşıb, kisəni paymal ediblər. Deyəsən, Novruzqabağıydı, yaz 
yağışı evlərin navalçalarını döyəcləyib düzü-dünyanı suda boğurdu. Canamaz üstə dua edən 
nənəmə dedim ki, elə bil Allah adamların üzünə tüpürür. Ağzıdualı, dilialqışlı arvada bunu 
deməkmi olardı? Əl ağacını qapıb dalımca necə tolazladısa, topuğumun şişindən üç gün 
məktəbdən qaldım. Düzdür, peşmançılıqdan nənəmi ağlayan gördüm, amma bu nəyi dəyişirdi? 
Mənim o vaxt uşaq ağlıma yerləşməyən, nənəmin gündə beş kərə səcdə etdiyi Tanrıya 
ağzıtüpürcəkli demək evimizdən ruzu-bərəkəti yoxa çıxara bilərdi. Nənəm öləndən sonra
başımdan çəkilməyən vərdişlərin ən yaxşısını indiyəcən tərgitməmişəm: çörəyə əl aparanda, 
Allaha həmd edirəm.  
Evdən çıxanda fikrini dağıtmaq üçün Leylaya danışdım bunları. Elə bil müqəvvaydı, vecinə 
almadı. Qaranlıq blokun səssizliyində sms səsindən diksindim. Əsmər yazmışdı: “Kaş içimə 
məhrəm, kövrək hisslər dolduran bu yağışın altında doyunca gəzib yorulandan sonra başımı 
sinənə qoyub ağlaya biləydim. Hıçqırıq içində bircə cümləyə gücüm çatardı: mən səni çox 
sevirəm, lap çox!”. Köks ötürəndə Leyla duyuq düşdü. Bilmirəm, qoluma girib üzünü çiynimə 
sıxmağı ürəyinin dərinliyində Əsmərə olan istehza idi, yoxsa vicdansızlığımı malalamaq 
sevdası?! Əsmərdən yana darıxdım, yaman darıxdım. Altı ildir ehtiyac içində çabalayan, vədləri, 
gümanları təsbeh dənəsi kimi bir-birinin yanına düzən adamın yolunda kirpiyilə od götürən, 
saçlarını süpürgə edən bu gözütox, Günəş üzlü Allah bəndəsi ümidini bağladığı yerdən xəyanət 
görsə, boğazından keçirə bilərdimi? Niyə də keçirməliydi? Hər şeyi oturub danışsam, niyyətimi 
açıb-ağartsam, kim bilir, bəlkə, başa düşərdi?  
Siqaret çəkməyi azaltmışam desə də, evə çatar-çatmaz “Sabrani” alışdırıb ləzzətlə ciyərlərinə 
çəkdi. Köynəyini, şalvarını çıxardı, evin ortasına tolazlayıb şkafı təzə paltar niyyəti ilə ələk-vələk 
etdi. Nədənsə mənə elə gəldi, bu jest yatağa aparan yolun başlanğıcıdır. Yenə çiyinlərini 
qucaqlamaq, boyun-boğazını yalamaq keçdi ürəyimdən. Bir tərəfdən də, başımın zoqqultusu 
kəsmirdi, barmağımın ucunu tez-tez yaraya toxundurub qan kəsib-kəsmədiyini yoxlamaq 
istəyirdim. Bir-iki addım atıb dayandım. Bilmirəm nədəndir, içimə dəhşətli utanc hissi doldu. 
Udqunub hisslərimi birtəhər boğdum, maestro Vüqarın taxtın üstündəki şəklini əlimə alıb 
diqqətlə baxdım, baxdım, baxdım... Leylanı döyəndə telefona çəkdiyim videonun yerində olub-
olmadığını yoxladım. Dərindən köks ötürüb şəkili özündən güllü yorğan-döşəyin üstünə atanda 
xatırladım ki, bir neçə il qabaq Vüqarla Leylanın sevgili olmaları haqqında şayiələr gəzməyə 
başladı, az sonra efirdən özləri buna gizlicə eyham vursalar da, hər çəkilişdə bir bəhanəylə 
sadəcə dost olduqlarını dönə-dönə sübut etmək istəyirdilər. Hətta Leylanın anası “Ulduzlar” 
verilişinə telefonla demişdi ki, Vüqarı qızının sevgilisi kimi yox, öz doğmaca oğlu gözündə 
görür. Deməli, şəkildə qayğılı, kədərli gözlərini uzaqlara zilləmiş qadın da yaşının ixtiyar 
vaxtında yalan danışırmış. Bəs Leylanın sol döşünün üstündəki adı kimin ayağına yazaq? 
Gözümə inanım, yoxsa efirdən evlərə axan yalan xəbərlərə?  
- Leyla, indiyəcən Vüqarın neçə mahnısını oxumusan? 
- Üç.  
- Hansılar? 
- “Yalan”, “Unuda bilmirəm”, “Qaranlıq”. 
- Tanışlığınız nə vaxtdan başlayıb?  
- Mağazada işləyəndən. 
- Sən mağazada da işləmisən?  
- İl yarım. İçki şöbəsində. Hansı içkinin desən tamını bilirəm. Şotland viskisi, İsveç konyakı, 
ingilis rakısı, rus arağı, gürcü çaxırı... Ən yaxşıları stolumun üstündən əskik olmayıb.  
- Vüqarla içirdin?  
- Niyə səbirsizlik edirsən? - Səsini qaldırdı. Hiss etdim ki, yalançı əsəbilik deyil, qəzəbləndiyi 
səsinin tonundan bilinirdi. 
- Yaxşı-yaxşı, başa düşdüm. Bəs, bu ev, uşaq oyuncaqları kimindi?  
- Rəcəəəb, - ərklə, hikkəylə çəmkirdi. - Biz məhkəmədəyik? Səbrin olsun, darıxma! 
- Nə vaxta qədər?  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə