Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

Duruxdu.  
- Mahnı, mahnı... - Öz-özünə təkrarladı. - Mahnı istəyirsən... Mənə bir şey maraqlıdır! 
- Nə? 
- Mənim Elçindən danışdıqlarıma niyə qulaq asmaq istəmirsən? Hə, niyə? 
- Buyur, eşidirəm! 
- Yox-yox, bir dəqiqə. Sən məni nə hesab edirsən? 
Aman Tanrım, o əməlli-başlı sərxoş olmuşdu. Bundan sonrası yaxşı olmayacaqdı. Deyəsən, 
sərxoşluq mənim yox, onun yaxasını əlinə keçirmişdi.  
- Məhşur müğənni, yaxşı dost, əvəzedilməz səs sahibi... 
Sakitləşdi. Xoşuna gəlmişdi.  
- Mən sözümü tamamlamamışam. İçkimiz qurtarıb. Deyim, yenə gətirsinlər. 
Zəngi basdı.  
- Birdən çox olar, sonra altını çəkərsən...  
Gec idi. Ofisiant qapıda peyda oldu. Çox keçmədi, Leylanın sifarişi ilə fransız çaxırı badələrə 
süzüldü.  
- Elçin sonra evləndi. Öz xalası qızı ilə. Xalasının birinci kürəkənini qardaşı öldürmüşdü. Heç 
nə, pul üstə. Dönər bıçağı ilə baş kəsmək bilirsən nə deməkdi? Anası Elçinə deyibmiş ki, bacım 
birincidən yarımadı, heç olmasa ümidini sənə bağlasın.  
Leyla başını əlləri arasına alıb kəsik-kəsik nəfəs almağa başladı. Ürəyimə xof doldu. Bu gecənin 
axırı yaxşılığa doğru deyildi. Başını ağır-ağır qaldırıb xumarlı, kədərli baxışlarını üzümə zillədi.  
- Mahnı istəyirsən?  
Əllərini tutub başımı tərpətdim.  
- Mən də səninlə öpüşmək istəyirəm.  
- Elə burda? 
- Hə, elə burda! Gəl məni qucaqla, tez, tez qucaqla.  
Başını sinəmə söykəyib belimi qucaqlayanda dodaqlarımız bir-birinə sıxıldı. Ehtirasla, dəli kimi 
öpüşürdü. Bu dəfə qollarını boynuma doladı. Dilimi boyun-boğazında, sinəsində gəzdirəndə içini 
çəkib sızıldadı, alt dodağını dişləməyi hədsiz zövq alması deməkdi. Adətən qadınlar sevişəndə 
cismani ağrıdan nəşələnirlər. Saçlarını barmaqlarıma dolayıb yumruğuma sıxdım. Bədənindən 
taqət çəkildi, dizləri büküləndə divarın dibiylə yan-yana düzülən stulların üstünə yayxındı. Dolu, 
vaxtı keçmiş xəmir kündəsi kimi yayğın döşlərini bir-birinə sıxıb əməndə yüngülcə inildədi. 
Qorxdum ki, səsdən duyuq düşüb kimsə otağa soxular; belə vəziyyətdə yaxalanmaq ikimizin də 
başını aşağı edərdi. Sekslə məşğul olmaq üçün Bakının az qala hər tinində saunaların, otellərin, 
bar və kafelərin gözqamaşdıran işıqları adamı uzaqdan çəkir. Qızı qaranlıq, kimsəsiz universitet 
foyelərinin xəlvət auditoriyalarına aparıb küncə sıxmaq hər gecə yorğan qucaqlayıb yuxulayan 
tələbələrin işidi, mənim yox! Danqazlığıma görə bağışlayın, amma srağagün yaramaz Vüqar 
mərdimazarlıq etməsəydi, içimdə vulkan kimi püskürən azğın ehtirasımı cilovlaya bilərdim. 
Restoranın xidmətçiləri sarıdan nigarançılığım olmasaydı, Leylanın baldırlarının arasına soxulub 
elə burdaca işini bitirərdim. Bayırdan hənirti eşidib diksindim. Deyəsən, Leylanın da qulağı səs 
almışdı. Üst-başımıza əl gəzdirib tezcə burdan uzaqlaşmalıydıq. Razılaşmadı. Daha doğrusu
acığına getdi. Görünür, belə qorxu-hürküyə öyrəncəli deyildi. Qorxu-hürkü demişkən, içimdə 
dəhşətli bir nigaranlıq vardı. Mənə elə gəlirdi, bu axşam bizi pis, qanqaraldıcı bir hadisə 
gözləyir. Elçinin qaşlarını düyünləməsi gözümün qabağından çəkilmirdi. Şübhələrimi 
gizlətmədim. Dedim, bu kübar, səliqəli, işıqlı, cah-cəllalı yerdən gözüm su içmir. Əsəbiləşdi. 
Restoranda kim vardısa, hamısının qarasına söydü. Çaxır süzüb başına çəkən kimi həzin-həzin 
mahnı oxumağa başladı. Mən ömrüm boyu musiqidən o yağmurlu payız gecəsindəki qədər həzz 
almamışdım. Duyğularım dilə gəlib şirin gecə nəğməsinə görə bu “vurulmuş” adama səcdə 
etməyə hazırıydı. Ürəyim yerindən oynadı, kədərli, yanğılı səsi dalğa kimi yayıldıqca dörd tərəfi 
gözəlləşdirirdi. Mən uşaq çağlarımda - Humayın dərdindən havalananda da Leylanın 
mahnılarından bu qədər təsirlənməmişdim. Qəhərləndim. Elə bil, mənə bəndmiş - o da gözlərinin 
yaşını sıxdı. Əsməri xatırladım. Aylı yaz gecələrinin birində başını sinəmə söykəyib gör nə 
arzulamışdı: “doğum günümdə Leylanın bəzək-düzəksiz, canlı oxumasını istəyirəm”. Bu 
arzusunun əvəzini ona xəyanətlə ödəmək kişilikdən deyil ki!!!  
Uzun-uzadı təkidlərdən sonra Leylanı evə getməyə razı saldım. Ayaq üstə duranda səntirlədi. 
Ona baxanda mənim vəziyyətim pis deyildi. Üstəlik, dedi, başağrısı amanımı kəsib. Bilmirdim, 


onu necə aparacam. Hələ maşın sürmək... İndiyəcən bunu ağlıma gətirməmişdim. Razılaşsaydı, 
bu işin öhdəsindən özüm gələ bilərdim, tələbə dostlarımın, tanış-tunuşun maşınını çox 
sürmüşdüm. Saat ikinin yarısıydı, indi şəhər sakitlik olur. Vay o günə, qatır inadkarlığı tuta, iki 
ayağını bir başmağa dirəyə ki, hökmən özüm sürəcəm, hökmən!  
Plaşını çiyninə saldım. Könlünü almaq üçün bərk-bərk qucaqlayıb özümə sıxdım. Qulağına bir-
iki xoş söz pıçıldayandan sonra ofisiantı çağırıb hesabı istədik. İstədik deyəndə, mənim cibimdə 
siçanlar oynayır, ağlı varsa, o da bu axmaq işlə baş qatmaz. Nərmənazik, gözündən yorğunluq 
tökülən ofisiant gəldi ki, pul artıqlaması ilə çoxdan ödənib. Elçinin işiydi.  
Ürəyimə nə dammışdısa, elə oldu: sükanın arxasına keçib arın-arxayın oturdu. Dodağının altında 
öz-özünə donquldanır, rabitəsiz cümlələr deyirdi. Mühərriki işə salanda yerimizi dəyişmək üçün 
bir də təkid elədim. Yox ki yox!!! Adəti üzrə yenə üstümə çəmkirib, narazılıqla ağız-burnunu 
əydi. Çiskinli, küləkli hava vardı. Prospekt boyu uzanan ağaclarının altında qalaqlanan nəm, 
qızılı yarpaqlar xışıldayırdı. Bir maşın, iki maşın, yaxınlıqdakı çörək sexinin işçiləri dəstə-dəstə 
yolu keçirdilər. “Ehtiyatlı ol!” deməkdən, ayaqlarımı döşəməyə dirəyib dişlərimi bir-birinə 
sıxmaqdan zinhara gəldim. Hiss edirdim ki, əlləri əsir, boş yolda maşın sağa-sola oynayanda 
sükandan birəlli yapışmaq məcburiyyətində qaldım. Bilmirəm, nədənsə mənim halım pis deyildi, 
ya həyəcandan, ya da pəncərədən içəri dolan rütubətli payız havasından əməlli-başlı ayılmışdım. 
Üzü sahilə tərəf düşəndə tindən çıxan kibrit qutusu boyda “Hunday”ı vurub xurd-xəşil edəcəkdi. 
Yaman qorxdum. Nə dediyini başa düşməsək də, “Hunday”dan ciy-ciy, əsəbi qız səsi eşidildi. 
Leyla üçün bu bəs deyildimi? Əyləci sıxanda “Toyota”nın təkərlərindən tükürpədici səs qopdu, 
mürgüləyən taksi sürücüləri bir-bir bayıra atıldılar. Alnım qabaq şüşəyə dəyib zoqquldadı, bəlkə 
yarılmışdı. Stəkan yaralayan yerdən elə bir sızıltı qopdu, Leylaya şapalaq ilişdirməkdən özümü 
güclə saxladım. Elə bil qızın ağlını Allah almışdı. Başını pəncərədən çıxarıb hikkəylə bağırdı: 
- Qəhbə!!! Qəhbə!!! Yoluna bax! Baax... Yolunaa... Hara qaçırsan, haraaa, şortuuuu? 
“Hunday”ın sürücüsü kim idisə, sağ olsun, fikir verməyib sürəti artırdı, bir tin yuxarıdakı küçəyə 
burulub, gözdən itdi.  
- Bu cındır... kimdi, tanı-yırsaa-nnn? 
- Mən hardan tanıyım?  
- Niyə tanımırsan yara- yara-mazz!  
- Sağ ol, əzizim!  
- Yəqin, tə-təzələrdən-di. Mən işləyənnnn-də, - başı qolları üstə düşdü. Gücünü toplayıb birtəhər 
qaldırdı, - belə şortular ol-olmur-duu. Cındırın biri cındır.  
- Sən harda işləmisən? - Qaşlarımı düyünləyib maraqla soruşdum. 
- Barda! Barda, bildin?  
- Bildim! 
- Burda bar var, baaarr! Getmək istəyirsən?  
- Yox-yox. Evə gedək, gecdi.  
- Hara?! 
- Evə. 
- Evdə mənə nə edəcəksən?  
- Gedək, göstərərəm!  
- Hii-hii-hii, heeee-heeee!!! - Ləzzətlə, dalğalı-dalğalı güldü.  
- Leyla, vəziyyətin yaxşı deyil. Polis gəlsə, maşını əlindən alacaq. Uzaqlaşaq burdan. 
- Yox-yox, sualıma cavab ver!  
Bu vaxt üzbəüz küçədən yol patrul xidmətinin maşını keçdi. Üstündə rəngbərəg işıqlar oynaşırdı. 
- Polis var, sür! - Ərklə əmr etdim.  
 
- Polis, polis... Polislərə niyə it deyirlər? 
- Mən nə bilim! - Nə məzələnməyin yeriydi! Bunu dolayardım dambılıma. Heyif bu halda 
deyildim. Qorxu bütün canımı sarmışdı.  
- Bara gedək. Görüm, köhnə qız-qızzlardan kim qal-ıb. 
- Leyla! 
- Gedək. Sənə bir qız tapacam ki, ömründə beləsiynən öhö-öhöö... öööö... - Bu dəqiqə qusub 
batıracaqdı, - yatmayıbsan. Mən onun yanında nəyəm ki!  
- Sən hamıdan qəşəngsən. Vallah, ciddi deyirəm. Gedək burdan! 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə